GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rüstəm İbrahimbəyovun sirli cinayət dosyesi

Rüstəm İbrahimbəyovun sirli cinayət dosyesi

Tarix: 27-08-2013, 10:15 Bölmə :Manşet Baxış: 781
 Rüstəm İbrahimbəyovun sirli cinayət dosyesi

“Azərbaycana qayıtsam, məni həbsxanaya atacaqlar...”; Milli Şuranın vahid namizədinin ehtiyat namizədə çevrilməsinin daha bir səbəbi üzə çıxır; onun Bakıdakı ailəsi istintaq altındadır; hakimiyyət sabiq nazir Nicat Quliyevlə MŞ sədrinin danışıqlarını ələ keçirib
Məlum olduğu kimi, yanvarın 17-də ölkəni tərk etdikdən sonra Bakıya qayıtmağa tərəddüd edən tanınmış kinodramaturqun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı cinayət işi açılıb. Qurumun rəsmisi Lalə Əfəndiyevanın isə ölkədən çıxmasına qadağa qoyulub.
Milli Şuranın vahid namizədindən ehtiyat namizədi statusuna düşən Rüstəm İbrahimbəyovun ölkəyə qayıtmasına yaradılmış problem pasport və vergi məsələsindən də ciddi imiş.
Vergilər Nazirliyinin Kinematoqrafçılar İttifaqında apardığı yoxlama ilə bağlı məlumatında deyilir ki, ittifaq 2009-cu ildə XI “Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalının keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin ayırdığı vəsaitin xeyli miqdarını talayıb, 12373,56 manat məbləğində vergi dövlət büdcəsinə ödənilməyib. Fakt üzrə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb. Kinematoqrafçılar İttifaqının festivalın keçirilməsi üzrə səlahiyyətli nümayəndəsi olmuş Lalə Əfəndiyevaya isə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan olunub.
Cinayət Məcəlləsinin 213.1-ci maddəsi xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma haqqındadır. Bu maddə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama əməlinin külli miqdarda törədilməsi haqqındadır. Bu maddə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Qeyd edək ki, bu cinayət işi ilə bağlı L.Əfəndiyevanın iki dəfə ifadəsi alınıb və istintaqın gedişi ilə bağlı cəmiyyətə hər hansı məlumat verilmir. (Bu arada “Reytinq” qəzeti məlumat yayıb ki, Rüstəm İbrahimbəyovun sahibi və rəhbəri olduğu “İbrus”a qarşı da cinayət işi başladılıb, hazırda istintaq gedir.) Xanım Əfəndiyeva isə Rüstəm İbrahimbəyovun məslək arkadaşı olmasından başqa, həm də həyat yoldaşıdır; onların övladları da var. İşin qəribə tərəfi də bundadır ki, İbrahimbəyov üçün son dərəcə mühüm və əziz olan iki şəxs hazırda Bakıdadır; istintaq getdiyinə görə Azərbaycandan çıxa bilmirlər və bu durum uzun müddətdir ki, ictimaiyyətin diqqətinə təqdim edilmir...
R.İbrahimbəyov bu müddətdə mətbuata verdiyi açıqlamalarda Bakıya qayıdacağı halda bu cinayət işi ilə bağlı ölkədən çıxmasına qadağa qoyulacağını bildirmişdi. Amma ara-sıra R.İbrahimbəyov onun barəsində yeni bir cinayət içinin açılmasının da gündəmdə olduğuna işarə vurmuşdu.
Məsələn, Milli Şura üzvləri ilə Tiflis görüşü öncəsi dediklərini xatırlayaq: “Bir neçə gün əvvəl mənə xəbər verdilər ki, Bakıya getsəm, barəmdə cinayət işi başladacaqlar. Uydurma cinayət işi onlara imkan yaradır ki, məni Bakıdan xaricə buraxmasınlar. Belə olarsa, Rusiya vətəndaşlığımın ləğvi həll olunmayacaq. İndi mənim əsas işim ikili vətəndaşlıqdan çıxmaqdır. Bu da mənim Moskvada olmağımı tələb edir”.
Avqustun 7-də R.İbrahimbəyov “Yeni Müsavat”a müsahibəsində maraqlı bir faktı ictimailəşdirib. Jurnalistin “Vergilər Nazirliyi rəsmi məlumat yaydı ki, Kinematoqrafçılar İttifaqından yalnız bir nəfərə cinayət işi açılıb. Hakimiyyət nümayəndələrinin mövqeyi belədir ki, sizinlə bağlı həbs planı yoxdur”, - sualına R.İbrahimbəyov belə cavab verib: “Bunu yalan deyirlər. Çünki orda ikinci cinayət işi açılıb və çox fəal şəkildə, səhərdən axşamadək istintaq aparılır. Siz rəsmi qurumlara müraciət edib bu barədə məlumat ala bilərsiniz”. Söhbətin hansı cinayət işindən getdiyi bu günədək məlum deyil və bu barədə hər hansı rəsmi məlumat da yayılmayıb.
Amma söhbətin hansı cinayət işindən gedə biləcəyi barədə hələ R.İbrahimbəyov bu açıqlamanı verməmişdən əvvəl də bəzi iddialar vardı. Ehtimal olunurdu ki, iyulun 20-də Bakı aeroportunda qaçaqmalçılıq ittihamı ilə həbs edilən Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyevdən Milli Şuraya və qurumun vahid namizədinə qarşı istifadə edə bilərlər. R.İbrahimbəyovun “Yeni Müsavat” a müsahibə verdiyi gün sabiq xarici işlər naziri əvəzi işləmiş Nicat Quliyev həbs edilir. Onun bağından silah-sursat tapılır.
N.Quliyevin həbsindən əvvəl Milli Şura rəhbərliyi ilə əlaqələr qurmağa cəhd etməsi barədə “Yeni Müsavat” manşet yazı dərc etmişdi. Yazıda bildirilir ki, N.Quliyev son iki ayda aktiv şəkildə müxalifət düşərgəsinə, xüsusilə Milli Şuradakı bir sıra tanınmış simalara yaxınlaşmaq, birbaşa əlaqə qurmaq təşəbbüsləri göstərib. Müxalifətin tanınmış siması olan bir mənbə isə demişdi ki, Nicat Quliyevi bu işə bilərəkdən və planlı qoşublarsa, heç şübhəsiz, Milli Şuranın önəmli adamlarından heç olmasa biri ilə görüşdürüblər. “Telefon, skayp danışıqları da qeydə alına bilər. Hətta mümkündür ki, o, kiməsə maliyyə dəstəyi verib və bu da lentə alınıb”, - deyə, xəbərdə bildirilirdi.
Avqustun 23-də isə “mediaforum”a danışan R.İbrahimbəyovun Bakıya qayıtmaqla bağlı suala cavabına diqqət yetirək: “Hesab edirəm ki, əgər prezidentliyə namizədliyimi qeydiyyata almasalar, məni seçkiyə buraxmasalar, Azərbaycana qayıtmağım bir qədər ağılsızlıq olar. Çünki burada olmaqla prosesə daha çox dəstək verə, kömək edə bilirəm. Azərbaycana qayıtsam, məni həbsxanaya atacaqlar, təcrid edəcəklər və bu prosesə heç bir kömək edə bilməyəcəm. İqtidar elə bir qorxuya düşüb ki, hamını həbs etməyə hazırdır. Nicat Quliyevin işinə baxın. Nicat Quliyev bir neçə dəfə mənə zəng edib. Ona görə də onun bağına silah, sursat, top-tüfəng atıb türməyə basdılar. Cəmi iki-üç zənginə görə. Özü də bu, siyasətlə bağlı zənglər deyildi. Biz çoxdan tanışıq, elə-belə hal-əhval soruşmaq üçün zəng etmişdi. Amma iqtidarın belə bir qorxuya düşməsinin səbəblərini bilmirəm. Ona görə də indi hər şeyə gedərlər”.
R.İbrahimbəyov həbs təhlükəsindən danışarkən N.Quliyevi xatırlatması, onunla telefon söhbətlərini deməsi təsadüfə oxşamır. Böyük ehtimalla həm A.Muradverdiyevin, həm N.Quliyevin həbsi Milli Şuranın vahid namizədini təzyiq altda saxlamaq məqsədi güdüb. R.İbrahimbəyovun da Bakıya qayıtmağa ehtiyat etməsi də bu işlə bağlıdır.
Nicat Quliyevin vəkili Elton Quliyev müvəkkili olduğu şəxsin Rüstəm İbrahimbəyovla telefon əlaqəsi saxlaması faktına münasibət bildirib. O deyib ki, bu məsələ barədə Nicat Quliyevlə danışıb dəqiqləşmə aparmalıdır: “Nicat Quliyev tanınmış adamdır, onun Rüstəm İbrahimbəyovla və Azərbaycanda tanınmış, yüksək rütbəli başqa şəxslərlə münasibətinin olması normal bir şeydir. Məgər Rüstəm İbrahimbəyov vətən xainidir, burda nə var axı?”
Gün ərzinə bu mövzu ilə bağlı nə rəsmi orqanlardan, nə R.İbrahimbəyovdan mövqe öyrənə bilmədik.
Mövzuya qayıdacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergilər Nazirliyi: “Rüstəm İbrahimbəyova qarşı heç bir ittiham irəli sürülməyib”

    Vergilər Nazirliyi: “Rüstəm İbrahimbəyova qarşı ...

    2-08-2013, 18:12

  • 
  • Rüstəm İbrahimbəyov həbs oluna bilər - İddia

    Rüstəm İbrahimbəyov həbs oluna bilər - İddia ...

    23-07-2013, 13:25

  • 
  • Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi olacaq

    Rüstəm İbrahimbəyovun evi Milli Şuranın ofisi ...

    12-07-2013, 14:23

  • 
  • Rüstəm İbrahimbəyovun qurumu yeni ofisə köçdü

    Rüstəm İbrahimbəyovun qurumu yeni ofisə köçdü ...

    17-02-2013, 12:51

  • 
  • AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərə getməyək

    AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə ...

    10-07-2013, 14:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu