Noyabrın 30-da Ermənistan azərbaycanlı əsir Telman Əliyevi azad etmək niyyətindədir. Bu, Ermənistanın Tavuş rayonu ilə Azərbaycanın Qazax rayonu sərhəddində Kayanavan kəndi yaxınlığında baş verəcək. Əsiri Azərbaycan tərəfinə Ermənistanın Müdafiə Nazirliyi təhvil verəcək. Azərbaycan tərəfi hələlik məlumatı şərh etmir. T.Əliyev nabələd yerdə azaraq Ermənistan-Azərbaycan sərhəddini keçib. Hazırda Azərbaycan tərəfdə beş nəfərdən ibarət erməni ailəsi əsirlikdədir. Ailə könüllü əsir düşüb. Erməni tərəfdən T.Əliyevdən başqa bir azərbaycanlı hərbçi var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?