Avropa Azərbaycanlıları Milli Birlik Şurasının Demokratik Qüvvələrin prezidentliyə vahid namizədi Cəmil Həsənliyə qarşı baş vermiş sui-qəsdlə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Demokratik Qüvvələrin Milli Şurasının Azərbaycan Respublikasının Prezidentliyinə vahid namizədi professor Cəmil Həsənlinın həyatına Bakı şəhərində, onun yaşadığı evin həndəvərində baş vermiş sui-qəsd cəhdi bizi dərindən hiddətləndirir. Avqustun 26-da axşam saatlarında Demokratik Qüvvələrin Prezidentliyə vahid namizədi evə gedərkən ona xəsarət yetirməyə, onun üstünə tərkibi məlum olmayan qaynar kimyəvi maye atmağa cəhd edilib. Biz insanlıqdan kənar olan bu aksiyanı uzunmüddət Azərbaycanda ali dövlət hakimiyyətini qeyri-qanuni olaraq ələ keçirmiş hazırkı avtoritar rejim tərəfindən planlaşdırıldığını güman edirik. Əgər tez bir zamanda bu iyrənc hərəkətlərin təşkilatçıları, sifarişçıləri və icraçıları ifşa olunmasa, bizim gümanlarımızın əsaslı olması qənaətinə gəlinməlidir. Azərbaycanda Əliyevlər ailəsinin artıq yarım əsrə yaxın bir müddətdə başçılıq etdiyi avtoritar rejim ölkədə demokratik seçkilərin keçirilməsindən qorxur və hər vasitə ilə xalqın namizədinin sıradan çıxarılması istiqamətində planlar cızır. Biz bu bəyanatımızla bir daha dünya ictimaiyyətini Azərbaycanda baş verən proseslərə diqqət yönəltməyə çağırırıq”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?