GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan siyasətində Milli Güc mərkəzi

Azərbaycan siyasətində Milli Güc mərkəzi

Tarix: 28-08-2013, 16:33 Bölmə :Manşet Baxış: 1 472
Azərbaycan siyasətində Milli Güc mərkəzi

Yazdıqlarımız təsdiqin tapır: Böyük Türk projesi gerçəkləşir;
Artıq Ankaradan düyməsi basılan planın
Azərbaycanda da konturları cızılmaqdadır


Ölkə siyasi gündəmi qarşıdan gələn prezident seçkiləri, namizədlər və onların şansları üzərində köklənib. Əlbəttə növbəti beş il üçün ölkəni kimin və necə idarə edəcəyi önəmli məsələdir. Amma dövlət başçısı kreslosu uğrunda siyasi mübarizə ilə yanaşı ilk baxışda diqqət çəkməyən əslində isə daha uzun dövr üçün gündəmi təsir altında saxlayan hadisələr də mühüm əhəmiyyət daşıyır. Söhbət Azərbaycanın da daxıl olduğu böyük bir region-Türk Dünyası üzərində qurulan plandan gedir. Məslənin tam mahiyyətinə keçməzdən öncə son bir ay ərzində baş verən bir neçə hadisəni xronoloji ardıcıllıqla diqqətinizə çatdırmaq istəyirik.

Regionda pərdəarxası gərginlik
Ölkəmizdə və onun ətrafında daha ciddi proseslər baş verir. Baxın, Rusiya prezidenti Bakıya hərbi gəmi ilə gəlməyə cəhd edir. İran Azərbaycana açıq təzyiq göstərir və nəticədə canı bir, qanı bir qardaşımız, həm də Güney Azərbaycan hərəkatının lideri olan bir şəxsi-Mahmudəli Çöhrəqanlını öz vətənindən geri qaytarırıq. Çin Ermənistana açıq şəkildə uzaqvuran raketlər satır. Və bütün bunların fonunda Türk dövlət başçıları Azərbaycana toplaşır. Bu zirvə toplantısında Azərbaycan prezidenti “XXI əsr türk əsri olmalıdır”-deyə bəyanat verir. Və bütün bunların ardınca Türkiyə mediasında sensasion bir məlumat yer alır. Türkiyə mətbuatı Türk dövlətlərinin iştirakı ilə yeni Turan Ordusunun yaradılması ilə bağlı sensasion iddia ilə çıxış edib. Türkiyə mediası xəbər verir ki, 4 Türk dövləti - Türkiyə, Azərbaycan, Qırğızıstan və nə qədər qəribə səslənsə də Monqolustanın iştirakı ilə Bakıda gizlin şəkildəTuran Ordusunun yaradıldığı bildirilir. Məlumatlarda qeyd olunur ki, Turan Ordusu NATO kimi görəv alacaq.

Dünya Türk həqiqətinə doğru
Maraqlıdır ki, elə bu günlərdə Azərbaycan mediasında da məsələyə diqqət ayrılıb. “Hürriyyət” qəzeti son sayında “Böyük Türk projesində Azərbaycan planı başlıqlı məqalədə yazır: “Soyuq müharibə” dönəmindən sonra ilk dəfədir ki, dünyanın böyük gücləri üz-üzə gəlib və Azərbaycanın da daxıl olduğu bölgədə yeni geopolitik savaş başlayıb. Avrasiyanı əhatə edən bu savaşda bir tərəfdə ABŞ, Avropa Birliyi, o biri tərəfdə Rusiya və Çin olmaqla iki böyük güc mərkəzi üz-üzə gəlib.
Sovetlər Birliyinin süqutundan sonra dünyada rəqibsiz idarəçilik iddiasına düşən Amerika Putin kimi iddialı rus rəhbəri və gündən-günə kapitalını artıran Çin iqtisadiyyatı qarşısında bu istəyini anlamaqdadır.Bu səbəbdən də regionda aparılan siyasətdə kardinal dəyişikliklər həyata keçirilib. Sözügedən bölgədə tarixən söz sahibi olmuş və Rusiya-Çin ittifaqının qarşısında dayana biləcək tək qüvvənin türklər olduğunu anlayan ABŞ və Avropa gələcək planlarını məhz bu faktor üzərində kökləmək niyyətindədir”

Türkiyənin üzərinə düşən missiya
Türkiyənin rəhbərliyi altında yönləndirilən planın detallarından bəhs edən qəzet “Ergenekon” təşkilatına xüsusi önəm verərək bu məsələyə diqqət ayırır və məlum məhkəmə prosesi ilə təşkilatın əsas özəyinin məhv edilməsinin Türkiyənin bir dövlət olaraq həm daxildə, həm də Türk dünyasında nüfuz gücünün zəifləməsinə səbəb olduğunu bildirir. Qardaş ölkənin demək olar ki, bütün Türk Dünyasını, hətta İran, İraq kimi türklər yaşayan digər dövlətləri də əhatə edən “dərin dövlət”dən imtinası artıq öz acı nəticələrin verməkdədir: Ankara erməni və kürd “açılımları”na məcbur edildi; İraq olaylarında türkmənlər yalnız buraxıldı; Suriyaya heç cür nüfuz etmək olmur və s. Türkiyə elə bir hala gətirildi ki, ən adi milli jestləri belə göstərmək gücünü itirdi. Milli gücdən məhrum edilən Türkiyənin bu halının ölkəmizə təsiri bununla yekunlaşmır.Azərbaycanda istər Qarabağ məsələsi, istərsə də siyasi hakimiyyətlə bağlı həm iqtidar, həm də müxalifət Rusiya və Qərbin mövqeləri üzərində plan qurur.Halbuki, Türkiyənin İran və Orta Asiya siyasətində uğurunun Azərbaycanın bu projedə yer almasından keçməsi danılmazdır.

Azərbaycan siyasi sistemində yeni qüvvə
Azərbaycan siyasətində Milli Güc mərkəzi
Qəzet daha sonra yazır: “Hazırki situasiyada ABŞ və Avropanın da maraqlarını təmin edən məsələ Türkiyənin bölgədə milli gücü bir araya gətirə biləcək, birbaşa rəsmi dairələrə bağlı olmasa da dövlət siyasətinin alt qatını həyata keçirəcək bir təşkilata sahib olmasıdır. Bu dəfə sonrakı fəsadlardan yayınmaq üçün NATO projesindən fərqli olaraq hərbi xətt və bu kimi təhlükəli nüanslar tamam kənara qoyulur və fəaliyyət sivil siyasi müstəvi üzərində qurulur. Plana görə əsas hədəf Türkiyə, Azərbaycan və Orta Asiya respublikalarında hakimiyyətdən kənar milli qüvvələrin bir siyasi təşkilat halında toparlanmasıdır.
Onu da qeyd edək ki, yeniAzərbaycanda yeni siyasi qüvvənin meydana gəlməsi Qərbin də maraqlarını təmin edir.Prezident seçkiləri ərəfəsində müəmmalı şəkildə anti-Qərb mövqeyi tutaraq, Milli Şura birliyində Kremlə bağlı qüvvələrlə bir araya gələn ənənəvi müxalifətin sədaqəti Qərbə də bəlli oldu.Bu baxımdan Türkiyənin təminatı ilə yeni siyasi qüvvənin formalaşması və onun ənənəvi müxalifəti əvəzləməsində Qərb də maraqlıdır.Ən önəmlisi isə yuxarıda qeyd etdiyimiz kimi Türkiyənin himayəsi altındakı siyası qüvvənin bölgədəki kənar güclərə, Azərbaycanın timsalında məsələn, İran və Rusiyaya qarşı milli gücün formalaşmasıdır.Artıq Ankaradan düyməsi basılan bu planın Azərbaycanda da konturları cızılmaqdadır.”

“Gündəm xəbər”in yazdıqları təsdiqin tapır
Xatırladaq ki, qəzetimizin 01 avqust sayında bu mövzuda geniş araşdırma aparmışdıq (https://gundemxeber.az/slayd/sllayd1/4960-tgrkiyjnin-azjrbaycan-projesi.html). “Türkiyənin Azərbaycan projesi” başlıqlı araşdırmada bu gün tədricən təsdiqin tapan məqamların anonsun vermişdik: “Artıq bir çox siyasilərlə danışıqlar aparılıb, gələcək fəaliyyətdə yer alacaq təşkilatlar və şəxslər seçilib, ilkin dövrün iş bölgüsü aparılıb”. Bu barədə aldığımız məlumata görə Türkiyə siyasi qüvvələri ilə təmasda olan qüvvələr arasında bu gün Milli Şurada təmsil olunan və bu qurumdan kənarda olan bir çox milli demokratik cəbhə təmsilçiləri var. Mənbəmizin məlumatına görə hələ ki, gizli şəkildə aparılan bu təmaslar Milli Şura ilə bağlı məsələlər tam müəyyənləşdikdən sonra açıq xarakter ala bilər.
Türkiyənin projesində Müsavat, KXCP, VHP kimi partiyaların, İsgəndər Həmidov, Rafiq Turabxanoğlu, Zəlimxan Məmmədli, Firudin Cəlilov kimi milli yönümlü şəxslərin yer ala biləcəyini bildirən mənbəmiz seçkidən sonra bu qüvvələrin hər hansı bir birlik halında bir araya gələ biləcəyini də istisna etmədi: “Bu dəfə digər illərdən fərqli olaraq növbəti seçkiyə hazırlıq seçkidən dərhal sonra başlayacaq. Hədəf 2015-ci il parlament seçkiləri və milli qüvvələrin parlanetdə əhəmiyyətli bir şəkildə yer almasıdır.”

Mirmahmud Mirəlioğlunun Türkiyə səfəri
Azərbaycan siyasətində Milli Güc mərkəzi
Bu günlərdə KXCP sədri Mirmahmud Mirəlioğlunun Türkiyəyə səfər etməsi haqda xəbər yayıldı. Səfərlə bağlı Turan informasiya agentliyinin yaydığı məlumatda deyilir: “MHP-nin mərkəzi ofisində keçirilən görüşdə Türkiyə və Azərbaycanda, eləcə də regiondakı durumla bağlı fikir mübadiləsi aparılıb. Bu müzakirələrdə Qafqazda, Ortadoğu və Balkanlarda baş verən olayların hər iki ölkəyə təsirinin ola biləcəyi vurğulanıb. Görüşdə Qarabağın işğalı, beynəlxalq qurumların və dünyanın aparıcı dövlətlərinin işğalçı ilə işğal edilən arasında fərq qoymamaları xüsusi qeyd edilib.Avrasiyanın geniş coğrafi arealını əhatə edən 250 milyondan çox əhaliyə malik türk dövlətlərinin sosial, iqtisadi, mədəni əlaqələrin genişləndirilməsi haqda fikir mübadiləsi aparılıb.Bu əlaqələrin yekunu olaraq "Türk Birliyi”nin yaranması üçün çalışmalar türk milliyətçilərinin əsas hədəfi kimi göstərilib.Görüşdə Azərbaycan milli-azadlıq hərəkatının rəhbəri, demokratik dəyərlər uğrunda mücadiləyə çox önəmli töhfələr verən, demokratik yolla ilk prezident seçilən Əbülfəz Elçibəy yad edilib.Ə.Elçibəy türk milliyətçiliyi düşüncəsini iqtidara daşıyan prezident kimi dəyərləndirilib.”
Bunlar səfərin rəsmi tərəfləridir.Amma rəsmi xəbərlərdə yer almayan müəyyən hadisələrin paralelliyi əsasında aparılan təhlillər və özəl mənbələrdən sızan məlumatlar səfər haqda daha geniş ponarama cızır.İlk olaraq səfərin Milli Şuranın ehtiyyat namizədinin qərarlaşmasından, bir qədər də açıq ifadə etsək Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun millətçi mövqeyi ilə tanınan Cəmil Həsənli ilə əvəzlənməsindən dərhal sonraya təsadüf edilməsi diqqətə alınmalıdır.Heç şübhəsiz ki, Mirmahmud bəylə söhbətində MHP lideri seçki və Milli Şura ilə bağlı məqamlara da toxunacaq. Nəzərə alsaq ki, bu iki türk siyasətçisinin 10 ildən də artıq bir zamanda formalaşan səmimi münasibətləri var, onda bu söhbətdə məhz Cəmil müəllimin seçimi ilə Milli Şurada milli demokratik qüvvələrin əsas söz sahibi olduğu fikrinin qətiyyətlə səslənməsini düşünmək olar. Bu isə müxalifət haqda Rusiya ilə əməkdaşlıq damğasının əsassız olması haqda Türkiyə millətçilərində də rəy yaradacaq.Başqa sözlə, M.Mirəlioğlu ilə Dövlət Baxçalının bu görüşü seçkinin nəticəsindən asılı olmayaraq Türk Dünyasına yönələcək böyük projedə Azərbaycanla bağlı planların başlanğıcıdır.Elçibəy yolunun mənəvi varisi kimi bu missiya Mirmahmud bəyin üzərinə düşüb.

“Ergenekon” yenidən “dirilir”
Yuxarıda Türkiyənin gücünün daha çox “dərin dövlət”ə bağlı olduğunu və “Ergenekon”un çöküşüylə bu gücün zəiflədiyini qeyd etmişdik. “Ergenekon”un gücü daha çox dövlətin açıq şəkildə görünə bilmədiyi, amma milli maraqlara xidmət edən və gərəkli fəaliyyətin yürüdülməsində idi. Məsələn, bu işdə adı ön cərgədə hallandırılan Vəli Kiçik paşa Cənubi Azərbaycan milli azadlıq hərəkatının liderləri Mahmudəli Çöhrəqanlı ilə görüşüb, onunla yaxın münasibətləri olub. Vəli Kiçiyin Azərbaycan və İraqın şimalındakı türkmənlər arasında bəzi təşkilatlanmalar içərisində olduğu, Azərbaycanda müxalif şəxslərlə sıx əlaqələr qurduğu və Dünya Azərbaycanlıları Konqresinin üzvü olduğu bəlli idi. Bu sırada Sevgi Erenerolun da Azərbaycanla geniş təmaslar qurduğunu söyləmək olar.Bu kimi təmaslar müqabilində Azərbaycanda alt yapının, yəni kiçik “dərin dövlət”in qurulmadığını düşünmək çətindir.Apardığımız araşdırmalar da bunu təsdiq edir.
Araşdırmalarımız zamanı əldə etdiyimiz bir foto isə şok effekt yaratdı. Təxminən 2002-2003-cü illərdə çəkilmiş bu fotoda haqqında bəhs etdiyimiz Sevgi Erenerol tək Azərbaycanda deyil bütün Türk dünyasında mənəvi lider kimi tanınan və Xaqan adlandırılan Rafiq Turabxanoğlu, Elçibəyin qardaşıoğlu Hürrü Əliyev və R.Turabxanoğluya yaxın şəxs olan İqbal bəydir. Fotodakı digər şəxsin isə müəyyənləşdirə bilmədik.Amma bu faktın özü belə Türkiyə ictimai həyatında böyük səs-küy yaradan bir qrupun Azərbaycanla hələ bizə məlum olmayan əlaqələrinin olduğunu düşünməyə əsas verir. Mənbəmiz isə yeni projedə bu əlaqələrin daha çox diqqətə alınacağını bildirdi: “Rafiq bəy bu məsələdə ən önəmli şəxslərdən biri sayılır. Onun hələ sovetlər dönəmindən Turan ideyasının təbliğatçısı kimi tanınması və tək müstəqil türk cümhuriyyətlərində deyil, Tatarıstan, Saxa, Uyğurustan, Güney Azərbaycan və bir çox türk uluslarında böyük nüfuza malik olması da diqqətdən qaçmamalıdır.”

AMAC nədir?
Baş verən proseslərdən, cızılan yeni projedən kifayət qədər məlumatlı olan mənbəmiz Türkiyə və qardaş ölkənin millətçi kəsimi ilə əlaqələrin bu foto ilə məhdudlaşmadığını desə də burda olan şəxslərin üzərinə xüsusi diqqət ayırdı: “Rafiq bəy bu gün də aktif ideoloji fəaliyyətdədir və məndə olan məlumata görə onun Türk Dünyası ilə tam geniş əlaqələri qorunub saxlanır. Elçibəyin qardaşıoğlu Hürrü Əliyevə gəlincə, bu şəxs Azərbaycan ictimaiyyətinə 2005-ci ildən sonra tanınıb və siyasi fəaliyyətinə rəğmən daha çox ideoloji mövqe sərgiləyib.Onun bu gün sürətlə parlaması və təşkilatlanması da təsadüfi sayılmamalıdır. H.Əliyevin bir müddət öncə keçirdiyi mətbuat konfransında Rafiq Turabxanoğlu, İsgəndər Həmidov, Türk Aydın kimi millətçi insanların görünməsi, həmçinin may ayında Kipr millət vəkillərinin onun dəvəti ilə Bakıya gəlməsi, burda görüşlər keçirməsi diqqətdən qaça bilməz. Həmçinin bu günlərdə də H.Əliyevin özünün Türkiyəyə səfəri planlaşdırılır və bu səfəröncəsi onun nümayəndəsinin qardaş ölkədə təmas qurması haqda məlumatlar var. ”
Mənbəmizin sözlərinə görə yeni millətçi mərkəzdə gənclərin və aydınların toparlanması missiyası Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin missiyası olaraq seçilib.Mənbəmiz bildirilir ki, daxil olan məlumatda onun rəhbərlik etdiyi “Vahid Millət dövlətçiliyə dəstək ictimai birliyi” sözügedən projenin reallaşma məntəqələrindən biri kimi düşünülür.Hürrü Əliyevin bu yaxınlarda mətbuata açıqlama verərək, qurumu siyasi partiya elan edəcəklərini bəyan etməsi də məhz həmin planın tərkib hissəsidir.Seçkilərdən sonraya planlaşdırılan təsis qurultayında Azərbaycan siyasətinə yeni güc mərkəzinin təqdim olunması nəzərdə tutulub.Hürrü Əliyevin anonsunu verdiyi Azərbaycan Milli Azadlıq Cəbhəsi (AMAC) isə sözügedən planın əsas məqsədidir.Seçkilərdən sonraya planlaşdırılan təsis qurultayında Azərbaycan siyasətinə yeni güc mərkəzinin təqdim olunması nəzərdə tutulub.Plana görə, Elçibəyçi düşərgənin pərən-pərən düşmüş ünlü simalarının məhz həmin partiyada bir araya gələcəyi gözlənilir.
“Siyasət Şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu