GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səfirlər Elmar Məmmədyarova şikayət ediblər

Səfirlər Elmar Məmmədyarova şikayət ediblər

Tarix: 1-09-2013, 11:11 Bölmə :Manşet Baxış: 798
 Səfirlər Elmar Məmmədyarova şikayət ediblər

Gömrükdəki rəzalətdən bezən əcnəbilər öz ölkələrinin Bakıdakı səfirliklərinə şikayətləniblər; səfirlərin faktları araşdırmaq üçün Azərbaycanın xarici işlər nazirinə etdiyi müraciət cavabsız qalıb, çünki gömrük xidməti XİN-in sorğusuna cavab verməyib
Gömrük sərhədlərində vəziyyət sürətlə pisləşməkdədir. Əvvəllər, xarici vətəndaşlara qarşı nisbətən mülayim davranan gömrükçülər indi bu “ayrı-seçkiliyi” aradan qaldırıblar. Əcnəbilər sərhədi keçərkən xüsusi qaydada yoxlanılır, saatlarla sərhəddə saxlanılır və onlardan rüşvət tələb edilir. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, bununla bağlı xarici vətəndaşlar öz ölkələrinin Bakıdakı səfirliklərinə çox saylı şikayətlər göndərilib. Səfirliklər də həmin şikayətləri Xarici İşlər Nazirliyinə yollayaraq faktların araşdırılmasını istəyiblər. Ancaq XİN onların bu istəyinə yerinə yetirə bilməyib. Çünki XİN-in müraciəti Gömrük Komitəsində qulaqardına vurulub. Xarici işlər naziri Elmar Məmmədyarov məcbur olub məsələ ilə bağlı baş nazir Artur Rəsizadəyə müraciət edib. Deyilənə görə, baş nazirdən də heç bir reaksiya yoxdur. Bu barədə bizi bilgiləndirən mənbənin dediyinə görə, böyük ehtimalla E.Məmmədyarov yardım üçün ölkə prezidentinə müraciət edəcək. Çünki məsələ kifayət qədər ciddidir, yaxın vaxtlarda gömrük sistemində qayda-qanun yaradılmasa ölkə sanksiyalarla üzləşə bilər.
Mənbə məsələnin ciddiliyini qabartmaq üçün 2001-ci ili yada salır. O vaxt da gömrük sərhədlərində xarici vətəndaşların incidilməsi faktları çoxalmışdı. Ancaq səfirlərin o vaxtkı xarici işlər naziri Vilayət Quliyevə müraciətinə müsbət reaksiya verildi. V.Quliyev məsələ ilə bağlı dərhal mərhum prezident Heydər Əliyevə məruzə etdi. Bundan sonra konkret addımlar atılmağa başlanıldı. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev belə halların mümkün nəticələrinin fərqində idi və buna görə də sərhədə nəzarət edən dövlət qurumlarının - Dövlət Gömrük Komitəsinin, Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Xidmətinin (onda Sərhəd Xidməti MTN tabeliyində idi), Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin iştirakı ilə müşavirə keçirdi və onlardan izahat tələb etdi. Müşavirədə Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov (indiki fövqəladə hallar naziri), Sərhəd Xidmətinin rəisi Novruzəli Həsənov və baş prokuror Eldar Həsənov (Azərbaycanın Balkanlardakı indiki səfiri) danlanıldı və onlardan belə hallara son qoymaq tələb edildi. Xüsusilə də gömrük xidmətinin rəhbəri möhkəm danlanıldı. Özü də həmin müşavirə telekanallarda tam olaraq yayımlandı və ictimai rəydə böyük rezonans doğurdu. Müşavirədən az sonra sərhəd xidmətinin rəisi Novruzəli Həsənov işdən, xidmətin özü isə MTN-nin tabeçiliyindən çıxarıldı. Müşavirədən sonra əcnəbilərə qarşı belə hallara son qoyuldu və gömrük rejimi nisbətən liberallaşdı.
Mənbənin iddiasına görə, hazırda gömrükdə vəziyyət 2001-ci il durumundan daha pisdir. Xüsusilə də Almaniya və Türkiyə vətəndaşlarına qarşı xüsusi aqressiv münasibət var. Eyni aqressiv münasibət öz ölkəmizin vətəndaşlarına da göstərilir. Bu səbəbdən də Prezident Administrasiyasına və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gömrük sərhədindəki özbaşınalıqdan, rüşvətdən çoxsaylı müraciətlər daxil olub. Gömrük xidmətinin rəhbərliyi Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə “anlaşaraq” bu müraciətlərdən çoxunun “əsassız” sayılmasına nail olub, administrasiyaya daxil olan şikayətlər isə “tədbir görülməsi üçün” gömrük xidmətinə göndərilib. Yəni qanunsuzluqların miqyasından siyasi hakimiyyət məlumatlıdır. Hakimiyyət gömrük xidməti ilə bağlı qərarları seçkidən sonraya saxlayıb. Ancaq səfirlərin müraciəti qərarı tezləşdirə bilər.
Yada salaq ki, gömrükdəki özbaşınalıqlar barədə yeli mediada mütəmadi olaraq məlumatlar dərc edilib. Bu məlumatlara görə, xırda ticarətlə məşğul olan sərhədboyu rayonların sakinləri sözün həqiqi mənasında gömrük məmurlarının rüşvət ehtiraslarının qurbanına çevrilir. Gömrük məntəqələrində heç bir qanuna və məntiqə sığmayan qaydalar tətbiq edilir. Məsələn, İrandan gətirilən ərzaq məhsullarına qeyri-rəsmi qadağa qoyulub. Qadağanı pozmaq istəyənlərin malları heç bir izahat verilmədən müsadirə edilir. Ərzaq məsullarının idxalı monopoliyada olduğundan belə malların gətirilməsi yasaqlanıb.
Gömrükdəki qanunsuzluqlardan təkcə iş adamları yox, həm də sadə insanlar əziyyət çəkir. İranda qiymətlər ucuz olduğundan Astara sakinlərinin bir hissəsi bazarlıq üçün qonşu ölkəyə gedir. Ancaq gömrük məmurları bunun da qarşısını alır. Onların aldığı toyuq əti, yağ, düyü, xurma “müsadirə” edilir, müqavimət göstərənlər isə təhqir və zorakılığa məruz qalırlar. Mallar müsadirə olunarkən çox primitiv bəhanələrə əl atırlar. Məsələn, toyuqlar “quş qripi” adı ilə müsadirə edilir. Ancaq İrandan gətirilən toyuqlarda “quş qripi” virusu təhlükəsinin olması ilə bağlı heç rəsmi xəbərdarlıq yoxdur.
Məlumatlara görə, ölkəyə daşınan yüklərin rəsmiləşdirilməsində çox ciddi maxinasiyalar var. Məsələn, idxal yüklərinin cəmi 25-30 faizi sənədləşdirilir. TİR yük avtomobillərinin tutumu 26 tondur. Adətən TİR-lər tam yüklənmiş halda gömrük sərhədlərinə daxil olur. Ancaq gömrük məmurları sürücülərdən 26 tonun rüsumunu alır, əvəzində isə sənədləşmədə cəmi 5-6 ton yükün daxil olduğu göstərilir. Və yaxud da İrandan meyvə-tərəvəz məhsulları gətirildikdə həmin malları başqa dövlətin məhsulu kimi sənədləşdirilər. Sənədləşdirmədə həmin malların Çindən gətirildiyi qeyd edilir. Bu ona görə edilir ki, tələb edilən gömrük rüsumu az olsun və daha çox “şapka” alsınlar.
Görünür, gömrük sistemində cəzasızlıq mühiti elə bir həddə çatıb ki, artıq əcnəbilərə də eyni münasibət göstərirlər. Fərqində deyil ki, əcnəbilər başqa dövlətin vətəndaşlarıdır və belə davranışlar ölkənin imicini darmadağın edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 5 dövlətin səfiri ​Türkiyə XİN-ə çağırıldı

    5 dövlətin səfiri ​Türkiyə XİN-ə çağırıldı ...

    18-02-2016, 17:23

  • 
  • Azərbaycan xarici işlər nazirinin müavini Ermənistandadır

    Azərbaycan xarici işlər nazirinin müavini ...

    13-09-2013, 11:14

  • 
  • Elmar Məmmədyarov: "Danışıqlar tamamlanıb"

    Elmar Məmmədyarov: "Danışıqlar ...

    23-07-2013, 15:16

  • 
  • XİN: "Türkiyə və Rusiya arasında qarşıdurma Azərbaycanı narahat edir"

    XİN: "Türkiyə və Rusiya arasında qarşıdurma ...

    2-02-2016, 22:23

  • 
  • Azərbaycan XİN erməni nazirə cavab verdi

    Azərbaycan XİN erməni nazirə cavab verdi ...

    26-05-2016, 22:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu