GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanda klan idarəçiliyi

Azərbaycanda klan idarəçiliyi

Tarix: 17-12-2012, 11:34 Bölmə :Manşet Baxış: 1 910
Azərbaycanda klan idarəçiliyi
Azərbaycan hakimiyyətində təmsil olunanlar arasında bir-biri ilə qohumluq əlaqəsində olanlar həddindən artıq çoxdur

gundemxeber.az BMT Korrupsiya ilə Mübarizə Konvensiyasında nepotizm - qohumbazlıq korrupsiyanın bir növü sayılır. Bir çox ölkələrdə buna görə ağır cəza tətbiq olunur. Azərbaycan qanunlarına görə, xüsusi ağırlaşdırıcı hallarda vəzifədən sui-istifadə hallarına görə 8, hətta 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.
«Yol verin qudam gəlir...»
Azərbaycanda yüksək vəzifələrdə müştərək işləyən xeyli quda var. Hakimiyyət komandasında kifayət qədər nazir var ki, onlar qudadırlar. Hazırda ölkənin ən böyük məmur-oliqarxlarından biri olan nəqliyyat naziri Ziya Məmmədov son vaxtlar gündəmdən düşməyən keçmiş baş hərbi komissar, artıq həm də keçmiş icra başçısı Əlağa Hüseynovla qudadır. Analoji qohumluq münasibəti təhsil naziri Misir Mərdanovla məşhur hakim, indi təqaüddə olan Mənsur İbayev arasında da var. Bundan əlavə, fevral ayında qətlə yetirilmiş general Rail Rzayev də general Əliağa Hüseynovun qardaşı ilə quda idi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov da quda idi sonradan bu iki məmurunqohumluğu pozuldu. Düzdür, bir müddət öncə H.Abutalıbovun oğlu İsrafil Abutalıbov ailəsinə xilaf çıxaraq başqa bir qadınla xaricə qaçdığı haqda xəbərlər yayıldı, amma hər halda bu iki məmur rəsmi sənədlərə əsasən quda sayıla bilər. Daha bir məşhur quda isə sabiq səhiyyə naziri Əli İnsanovla hazırda Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyevdirlər.
Ölkənin daxili işlər naziri Ramil Usubov isə Xətai rayonunun prokuroru Yusif İldırımzadə ilə qudadır. Bundan başqa, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin də sözügedən qohumluq münasibətlərində olması bəllidir. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbənin müdiri Əli Həsənov Azərbaycan Həmkarlar Konfedrasiyanının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevlə qudadır.
Azərbaycan məmurlarının vəzifəli şəxslərlə qohum olması yalnız ölkədaxili ilə məhdudlaşmır. Xarici dövlətlərlə quda olan, nəvələrinə kirvə tutan nazirlərimiz var. Məsələn, Sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qızlarından birini Rusiya Gömrük Komitəsi sədrinin müavininin oğluna ərə verib. Maraq doğurduğundan onu da bildirək ki, iki dövlətin quda olan vəzifə sahibləri övladlarının toy mərasimini Yunanıstanın paytaxtında Afinanın ən bahalı otellərindən birində təşkil ediblər. Nəqliyyat naziri Ziya Məmmədovla Hesablama Palatasının sədri Heydər Əsədov qudadir. Bundan başqa Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla Sərhəd Qoşunları Komandanı Elçin Quliyev də quda olmağa hazırlaşır.
Nə demək olar, Allah bütün qudaları mehriban eləsin...
«Papanın gül balası...»
Qeyd edək ki, Azərbaycan cəmiyyətində ailə varisliyinin siyasi və mənsəb varisliyinə çevrilməsi ənənəsi çoxdan mövcuddur. Çünki maliyyə oliqarxiyası yaratmış nazirlərin topladıqları sərvətin yeganə təminatçısı yalnız əziz-xələf övladları ola bilər. Görünür, yüksək mənsəb sahibləri 10-15 il tutduqları vəzifəni nə vaxtsa tərk edəcəklərini düşünməyə başlasalar da, həmin sahələrdəki biznes imtiyazlarını əldən vermək istəmirlər. Son vaxtlar belə «gül balalar»ın adları tez-tez eşidilir. Bu istiqamətdə apardığımız araşdırma nəticəsində məlum oldu ki, ölkəmizdə xeyli sayda ata-bala, yaxud ana-bala məmurlar, mənsəb sahibləri var. Əldə edə bildiyimiz siyahı ilə sizi də tanış edək.
Yenə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən başlayaq. Ramiz müəllimin oğlu Teymur Mehdiyev mədəniyyət və turizm nazirinin turizm məsələləri üzrə müavinidir. Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanlı Prezident Administrasiyasının Strateji Araşdırmalar Mərkəzinin müdiridir. Parlamentin deputatı Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı ötən il İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib. Parlamentin keçmiş spikeri, millət vəkili Murtuz Ələsgərovun oğlu Fuad Ələsgərov Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır. Az.TV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu Nazim Xudiyev Sabunçu rayon prokurorluğunda müstəntiq işləyir.
Əvvəllər Səbayel rayon icra hakimiyyətinin başçısı olan, bir müddət öncə isə vergilər nazirinin müavini təyin edilən Sahib Ələkbərovun oğlu Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktorudur. Daxili işlər naziri Ramil Usubovun oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir. Baş nazirin hazırkı birinci müavini Yaqub Eyyubovun oğlu Emin Eyyubov isə Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir. Elçin Əfəndiyevin qızı İstanbul konsulluğunda (qardaşı qızı Macarıstan, qaynı isə ABŞ-dakı diplomatik korpuslarımızda) vəzifə tuturlar. O cümlədən, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun iki oğlu Azərbaycanın müxtəlif dövlətlərdəki səfirliklərində çalışırlar. Müdafiə sənayesi naziri Yavər Camalovun oğlunun Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır.
«Bala-başa bəla...»
Məmur övladları arasında xüsusi olaraq seçilən və daha çox ictimaiyyətin diqqətində olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov və Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Onlar məmur olmasalar da, kapitalları hesabına ictimaiyyət arasında çox böyük iş adamı kimi tanınırlar. Təbii ki, bizim bu iki nazir oğlunun heç biri ilə birbaşa tanışlığımız yoxdur. Amma əldə olan informasiyalar və ictimai görüntü bu nazir balalarının bir-birinin tam əksi olduğunu düşünməyə əsas verir. Tale Heydərovun xaricdə təhsil alan və ictimai işlərdə də aktiv olan iş adamı kimi ad çıxarmasına rəğmən Anar Məmmədov qadın türk müğənnilərinə bahalı hədiyyələr almaq, Polad Alemdar rolunda çəkilən Necati Şaşmazı rəqs etdirmək, 1 milyon dollara ayı kababı sifariş etdirmək və bu kimi olaylarla yadda qalıb.
Amma atasına problem yaradan yalnız Anar Məmmədov deyil. Digər məmur balaları ilə bağlı da zaman-zaman şok məlumatlar mətbuatda yer alıb. Baş nazirin müavini Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun narkomaniya ilə bağlı məlum bəyanatı yəqin ki hər kəsin yadındadır. Həsənov ölkədə narkotik istifadəçilərinin böyük əksəriyyətinin məmur övladları olduğunu bildirmişdi.
«Erməniyə dayı de...»
Bu da bir elm məsəlidir: çayı keçmək xatirinə erməniyə belə dayı deməyi tövsiyyə edən məsəl. Necə və hansı zərurətdən yarandığını deyə bilmərik, amma Azərbaycan hakimiyyətində ermənilərlə də qohumçuluq saxlayan məmurların mövcudluğu artıq bir reallığa çevrilib.
Kifayət qədər intim və həssas mövzu olduğundan bu məsələ ilə bağlı bildiklərimizi kənara qoyub konkret mənbələrin məlumatlarına istinad edəcəyik. Bir müddət öncə Cümşüd Nuriyevin mətbuatda dərc olunmuş bir fikrinə diqqət yetirək:»Ermənilərin də təmsilçiliyi həm parlamentdə(ötən parlament nəzərdə tutulur-N.), həm də iqtidar daxilində 19 faizə yaxındır. Yəni hökumətin əksəriyyətində anası və arvadı ermənilərdir.»
Azərbaycan hakimiyyətində təmsil olunan erməni mənşəli və ya ermənilərlə qohum olan məmurlar haqda daha geniş məlumat üçün oxucular internetdə httr://www.isagambar.az/2005/ay-7-s.htm ünvanına baxa bilərlər.
Həmin ünvandan tək bir məqamı olduğu kimi diqqətinizə çatdırırıq: «Abbas Abbasovun (Baş nazirin sabiq birinci müavini nəzərdə tutulur-N.) milliyyətcə erməni arvadı Bella Abbasova Xarici Dillər Universitetində çalışır. Amma o, 1995-ci ildən sonra fəaliyyətinə praktik olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq elmlər namizədi olub. Dosent adı alıb. həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib.» Bütün bunlara yalnız bir cümlə əlavə etmək qalır Aydın Abbasov bu gün parlamentdə yer alıb...

«Qardaşdı bu...»
Baş nazirin müavini Əli Həsənovun qardaşı Ramiz Həsənov Sumqayıt icra başçısının müavinidir. Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov Şirvan şəhərinin, «Azəriqaz» Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Əlixan Məlikovun qardaşı Fəxrəddin Məlikov Kürdəmir rayonunun, respublika Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalovun qardaşı Tofiq Zeynalov Tovuz rayonunun icra başçıları vəzifəsindədirlər. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı Akif Quliyev Sumqayıt şəhər, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qardaşı Qəzənfər Həsənov Sabunçu rayon icra hakimiyyətlərində müavin vəzifəsində çalışırlar. Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyevin qardaşı Elmar Vəliyev Gəncə şəhər icra hakimiyyətinin başçısıdır.
Son əvəzi
Siyahını uzatmaq da olar. Bununla belə, sadaladığımız misallar da göstərir ki, Azərbaycan hakimiyyətində təmsil olunanlar arasında bir-biri ilə qohumluq əlaqəsində olanlar həddindən artıq çoxdur. Azərbaycanda mənsəb, vəzifə sahibi olmaq üçün heç də xüsusi biliyə, savada malik olmaq gərək deyil. Deputat, məmur övladı, yaxud qohumu olmaq yetər. Növbəti yazılarımızın birində sizləri kifayət qədər savada və qabiliyyətə malik olan işsiz müxalifətçi övladları və vəzifələrindən azad edilən müxalitfətçi qohumları ilə tanış edəcəyik.

Nəsimi Şərəfxanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • İqtidardakı qudaların sayı artır

    İqtidardakı qudaların sayı artır ...

    25-10-2013, 10:51

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu