Dəmir barmaqlıqlar arxasında hansı həqiqətlər gizlənir?
Rəsmi məlumatlara görə Azərbaycanda 22 minə yaxın məhbus var. Qeyri- rəsmi məlumatlara görə isə bu rəqəm 35 mindən yuxarıdır. Məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində (CÇM) cəza çəkirlər. CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab olunur. Hər "barak”da bəzən 450-600 nəfər adam bir yerdə yaşayır. Onların arasında hepatit (muxtəlif formada ), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar ciyin-ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur, dustaqlar qışda üst paltarda (evdən gələn) yatırlar, yayda isə istidən əziyyət çəkirlər. Hər CÇM-nin rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir. Baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl edilmir. Məhbusların hüquqlarının vaxtaşırı pozulduğunu və onların həyat şəraitinin həbsxana rəislərindən asılı olduğu haqqında tez-tez ictimayətə məlumatlar verilir. Ölkədəki müvəqqəti saxlanma təcridxanaları arasında yalnız Kürdəxanı İstintaq Təcridxanası müasir standartlara uyğun tikilib. Lakin MTN, Bakı Şəhər Baş Polis İdarəsinin istintaq təcridxanalarının durumu heç də yaxşı deyil. Eyni halda Şüvəlan və Gəncədə yerləşən təcridxanaların da vəziyyəti çox acınacaqlı durumdadır.
2500 nəfər üçün nəzərdə tutulan təcridxanada 3500 adam saxlanılır
İnşasına 2008-ci ilin aprelində başlanan Bakı istintaq təcridxanasının tikintisinə 600-dən çox işçi qüvvəsi cəlb olunub. Onu da qeyd edək ki, tədricxananın tikintisini həyata keçirən iş icraçıları həbs olunub, bu barədə bir az sonra. İndi sizlərə bu "türmə” haqqında məlumat verək. Belə ki, Bakı istintaq təcridxanası rejim korpuslarından, inzibati binadan, karantin otağından, qısa və uzunmüddətli görüş otaqlarından, istintaq bölməsindən, təsərrüfat-məişət xidməti işlərində saxlanılan məhkumlar üçün nəzərdə tutulan korpuslardan ibarətdir.Burada saxlanma limiti 2500 nəfərdir. Amma hazırda bu tədricxanada 3(üç) mindən çox təqsirləndirilən şəxs saxlanılır. Müəssisədə 1, 2, 4 və 6 nəfərlik 576 kamera var. Hazırda bütün kameralarda sıxlıq yaradılıb ki, bu da yerin az olması ilə əlaqədardır. Beləki, 2 nəfərlik kameraya 3 nəfər, 4 nəfərlik yerə 7-8 nəfər təqsirləndirilən şəxs salırlar ki bu da həmin kameralarda sıxlıq və narazılıq yaradır. Onu da bildirək ki, 1 saylı Bakı İstintaq Təcridxanası müasir Avropa standartlarına uyğun olaraq dövlətin külli miqdarda vəsaiti hesabına tikilib istifadəyə verilsə də, çox təəsüf ki, Azərbaycan "standartları” reallığı özünü tez biruzə verdi. Belə ki, buradakı təqsirləndirilən şəxslər, məhkumlar "ağ və qara” dustaqlara bolünür. Təcridxana korpusları, kameraları "burjuylar” və kasiblar uçun təbəqələşib. ”Burjuylar” (yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur-təbii ki, pul hesabına."Kürdəxanı türməsi” 8 "korpusdan” ibarətdir. Bu karpusalrın birində, konkret 2-ci korpusun 2-ci mərtəbəsindəki təqsirləndirilən şəxslər qadınlardır. Qalan korpuslarda isə kişilər saxlanılır. BİT-da olan mənbəmiz bildirir ki, bu korpusların ən yaxşısı 5-ci korpusun birinci mərtəbəsidir ki, burada olanlar ən pullu "burju” təqsirləndirilənlərdir. Mənbəmiz bildirir ki, 5-ci korpusun 1-ci mərtəbəsinə düşmək üçün gərək rəisin qəbuluna girəsən və 500 manat bu başdan verəsən və hər ay da üstəlik 150 manat. Buranın digər korpuslardan fərgi ondadır ki, bu etajda kamera qapıları axşam saat 8-ə kimi açıq qalır və buranın sakinləri rahat həyətə çıxa, bir birinin kamerasına gedib-gələ bilirlər.
"Kürdəxanı Tcridxanası”nın indiki rəisi aylıq haqqları artırıb
Mənbəmiz bildirir ki, əvvəlki rəis Elxan Sadıqovun dövründə qiymətlər ucuz idi. Onun dövründə 5-in birinə düşmək 200-300 manat arası dəyişirdi. Aylıq 50-100 manat idi. Elxan Sadıqovun buradakı pullarını Süleyman adlı müavini yığırdı. Bildirək ki, həmin Süleyman adlı müavin hazırda 9 saylı Cəza Çəkmə Müəsisiəsinin rəisidir. Mənbəmiz bildirir ki, yeni rəis Azər Seyidov bura rəis gələndən sonra bir ay pul yığılmadı. "Burju” ların yeri olan 5-ci korpusun birinci mərtəbəsindəkilər oradan çıxarıldı, bir sözlə oradakı insanlar başqa-başqa korpuslara "dağıdıldı”. Və bir aydan sonra "birju” kameralara getmək istəyənlərin siyahısı hazırlanmağa başlanıldı. Korpus rejim rəisləri bir-bir kameralara yaxınlaşaraq "burju etaja” getmək istəyənlərin adlarını yeni rəisin siyahısına saldırıb, siyahını rəisə təqdim dirlər. Bundan sonra elə rejim rəislərin əli ilə həmin insanların ailələri ilə əlaqə saxlanılıb lazım olan pulu gətizdirib, rəisin büdcəsinə verəndən sonra "burju” yəni pullu kameralara getmək üçün icazə verilir. Mənbəmiz bildirir ki, yeni rəis birbaşa Elxan Sadıqovun Penitensiar Xidmətin rəisi Mədət Quliyevin adamıdır. Mədət Quliyevə arxayın olan yeni rəis Azər Seyidov burada hər bir hərəkəti edir. Mənbəmiz bidirir ki, buradakı rüşvətxorluq pikk həddə çatıb. Köhnə rəisin dövründə də rüşvət var idi, amma indiki kimi deyildi. Orada nəzarətçi işləyən mənbəmiz bildirir ki, Elxan Sadıqovun dövründə təcridxanada görüş almaq üçün Kazım adlı şəxsə 30-50 manat vermək lazım idirsə indi bu qiymət 80-100 manatdır Mənbəmiz bidirir ki, pullu təqsirləndirilən şəxslərin 70 faizində qanunsuz telefon işləmətmək üçün işıq yandırılıb. O dövrdə içəri telefon aparmaq 500 manat idi indi isə görüşdən kameraya telefon aparmaq 1000-1500 manatdır ki, bunun da pulu hazırki rəisə çatır. Mənbəmiz bilıdirir ki, telefonun kameraya keçirilməsinə icazə verən rəis hər ay telefona görə kameradan hər adam sayına görə 100 manat pul alır. Bu tədricxanada rəisin maraqlı bir pul qazanma metoduda vardır ki, 2 aydan bir telefon olan kameralara "şmon” yoxlama saldırır və bunun üçün də ayrıca pul alır. Beləki həmin şəxslərə bildririlir ki, qanunsuz telefon işlətməyə görə ayrıca cinayət işi açılacaq və məhkəmədə işlərinin üstünə iş gələcək. Buna görə orada Rauf adlı müavin həmin şəxslərdən 1000 manat pul alaraq rəisə çatdırır. Eyni zamanda yenidən telefon gətirilməsi üçün icazə verilir və buna görə yenidən pul alınır. Beləliklə rəis burada hər bir şeyə görə təqsirləndirilən şəxslərdən pul ala bilir. Mənbəmiz bildirir ki, bura gətirilən şəxslər ilk olaraq xüsusi yoxlanışa salınır, ”şmon olunur”. Məhkəmə qərarı ilə təqsirləndirilən şəxslər 2-3 ay həbs olunur ki, onların üstündə pul olursa umumi "şmon”da bu pullar Zaur adlı "şmon” rəisi tərəfindən özünküləşdirilir. Eləcədə təqsirləndirilənin üzərində təzə geyim olursa bu geyimlər də orada köhnə geyimlə dəyişdirilir. Bundan sonra təqsirləndirilən şəxslər rəisin qəbuluna aparılır. Rəis fərdi qaydada gələnlərlə ”söhbət” edir və kim ki, pul gətizdirmək iqtidarındadır qiymət danışılır və birbaşa həmin şəxs korpusa aparılır. Pulu olmayanlar isə "karantinə” aparırılar. Əgər karantin rəisinə 50 manat verə bilən olsa həmin şəxslər də korpusa qaldırılır. 50 manatı olmayanların günü isə qara olur. 30 gün karantində saxlanılır. Eləcədə karantındə olan şəxslərin yanına yaxınları tərəfindən ərzaq-yemək gətirilirsə də qəbul olunmur. Karantinə olmaz deməklə rəisin pul metodunu işə salırlar. Yəni 30 manat verən olsa gətirilən yemək içəri buraxılır.
"Burju”ların "kef "etdiyi 5 ci korpusun 1-ci mərtəbəsi
Mənbəmiz bildirir ki, hazırda "Kürdəxanı türməsində ” pullu –"burju” dustaqlar çoxluq təşkil edir. Beləki azadlıqdan məhrum olanlar var ki, pul hesabına tədricxanada qala bilirlər. Mənbəmiz bildirir ki, hazırda orada Quba hadisələrində həbs olunan Quba bələdiyyəsinin sədri, Səbail bələdiyyəsinin sədri və digər onlarla iş adamları da var ki, onları burada rəis qeyri qanuni olaraq saxlatdırır. Həmin pullu dustaqlar bütün günü həyətdə olurlar. Mənbəmiz iddia edir ki, hər iki bələdiyyə sədrigünortalar rəislə bir yerdə görüş otağının birində nahar edib, nərd oynayırlar. Adları dusatq olsada həmin pullu dustaqlar özlərini dustaq kimi aparmırlar. Nərd oyununda uduzan rəis karantində dusatqları döyməklə əsəblərini sakitləşdirir. Mənbəmiz onu da bildirir ki, Elxan Sadıqov rəis olanda da belə hərəkətlər olub.
"Varavskoy polojeniya”nın yeganə işlədiyi "türmə”
Mənbəmiz bu türmə haqqında çox maraqlı məlumatlar verib ki, bunlardan biri də budur ki, "Oğru” dünyasının qanunları yeganə yerdir ki, Bakı İstintaq təcridxanasında tam hökümü ilə ənənələr davam etdirilir. Digər "zonlarda” bu ənənə tam olmasada gizlincə aparılır. Amma Bakı İstintaq təcridxanasında bu ənənə açıq şəkildə həyata keçirilir. Bu haqda Mədət Quliyevin də xəbəri var. Mənbəmiz bildirir ki, "türmə” yə yeni rəisgələndə ilk əvvəl vəziyyəti ləğv etmək istəyib. Amma bu məsələ "Oğru” lara çatdırılıb. Yeni rəisin bu əməlinə müdaxilə edilib. Mədət Quliyevə şərt qoyan "oğru”lar Azərbaycan "zon”larında qrışıqlıq olacağını nazir müavinin diqqətinə çatdırırlar. Bundan sonra Mədət Quliyev yeni türmə rəisinə göstəriş veririr ki, "varavskoy polojeniya” ilə işi olmasın. Mənbəmiz bildirir ki, rəis iki dəfə Bakı istintaq təcridxanasına ordu "vayıska” saldırıb. "varavskoy polojeniya” ilə məşğul olanları aşkarlayıb karslara yollatdırıb döydürüb. Rəis "varavskoy polojeniya” yolunda "strimit” edənləri sındırmaq istəsə də buna nail ola bilməyib. Məsələyə "oğru” lar müdaxılə etməli olublar. Penitensiar Xidmətin rəisi Mədət Quliyev dəfələrlə mətbuata aşıqlama verərək bildirsə də ki "türmələr” və "zon”lar "varavskoy polojeniya ilə idarə olunmur bu əslində elə deyil. Hazırda Bakı İstintaq Təcridxanasında ”vəziyyət” yəni "varavskoy polojeniya” mövcuddur. Beləki hər mərtəbənin öz "polejenisti” var. "Etajda vəziyyətə” baxanlarda "obşe kotola” tabedilər. Bunlar da "bratva” adlanır. Mənbəmiz bildirir ki, "obşe polejenist” hər gün "etajları” gəzərək kameralara yaxınlaşır saxlanılan şəxslərin problemləri ilə maraqlanır. ”Etaj polsjenistləri” isə həftədə bir dəfə, hər həftənin 6-cı günü kameralara yaxınlaşır. Saxlanılan şəxslərin problemlərini dinləyir kameralara siqaret, çay və sair quru ərzaq məmulatları paylayırlar. Mənbəmiz bildirir ki, nəzarətçilər tərəfindən incidilənlər barədə isə "Obşe katyol”un böyüyü rəisə bu barədə məlumat verərək buna son qoyulmasını istəyir. Bundan əlavə türmənin "Obşe katyolu” imkanlı "burjular” dan haqq alırlar ki, bu toplanan pullar da kasıb təbəqəli saxlanılan şəxslərin sigaretinə və sair ehtiyacları üçün xərclənir.
Bundan əlavə buranın rəisi tərəfindən daha maraqlı korrupsiya hallarına imza atır ki, bu da iş alan məhkumların "Zon”lara bölüşdürülməsidir. Burada da rəis yaxşı qazanc əldə edir. Beləki, "Zon”a getmək istəməyən dustaqlar burada da qala bilər. Bunun üçün yaxınları tərəfindən min, iki min manat arası pul gətizdirməlidir. Təbii ki, bu da rəisə çatmalıdır. Mənbəmiz bildirir ki, iş alanın ilindən aslı olaraq burada qalmağın qiyməti dəyişir. 1il iş alan məhkum burada "xoz”da adını yazdırıb qalmaq istəyirsə bunun üçün 1500 manat pul verməlidir. 1ildən artıq iş alan adam üçün qiymət artır. Bundan əlavə "xon”lara düşmək üçün buranın rəisini mütləq görməlisən. Ona görə ki, o bölgünü aparanda bölgünü pulun miqdarına qörə aparır. Burada pul verməyənlər 13, 12 və 14 saylı cəza çəkmə müəsisəsinə yolanılır. Pul verənlər isə şəhər içi "kalonlara” yola salınır. Mənbəmiz bildirir ki, 2 saylı CÇM-nə düşmək üçün 1500 manat, 6 saylıya 2-3 min arası 10 saylıya 1000 manatından keçməlisən. Beləcə burada bölgüdə rəisin hər "zon”un uyğun tətbiq etdiyi qiymətləri var. Mənbəmiz bildirir ki, toplanan bu rüşvətdən Mədət Quliyevə də "haqq” verilir. Bundan əlavə mənbənin bildirdiyinə görə, burada hər korpusun mərtəbə rejimindən və "startşınasından” və həkimlərdən rəisə aylıq haqq verilir. Mənbə onu da bildirir ki, burada həkimlər narkotik istifadəçisi olan şəxslərə xüsusi ağrıkəsici dərmanlar və həbləri pulla satırlar. Beləki, ”baralgın” həbinin biri 2 manatdan satılır ki, burada da bu həblərdən daha çox istifadə olunur. Mənbəmizin sözlərinə görə, buradan tərkibində uyuşdurucu olan həblər də tapmaq olur. Belə dərmanlar daha baha satılır.
"Oğru”ilə bacanaq olan "Türmə” rəisi
Bundan əlavə mənbəmizin qeyd etdiyinə görə hazırda "Kürdəxanə türməsinə” rəis gəlmək üçün iddialı olan şəxslərdən var və onlardan biri də "Şüvəlan türməsinin” Elnur adlı rəisidir. O, neçə vaxtdır ki, "gəlirli” tütməyə rəis gəlmək istəyir, lakin Mədət Quliyevin təpkiləri ilə üzləşərək bu arzusunu reallaşdıra bilmir. Mənbəmizin bildirdiyinə görə "Şüvələn türməsinin” rəisi Elnur "Oğru”lardan biri ilə bacanaqdır. Rəisin qaynatası məşhur "zon” rəisi olub. Adı açıqlanmayan "Oğru” və o vaxt nəzarətçi olan Elnur həmin məşhur türmə rəisinin qızları ilə ailə quraraq bacanaq olublar. Mənbəmiz bildirdiyinə görə, o vaxt məşhur "zon” rəisi olan (soy adını dəqiqləşdirə bilmədiymiz) Məmmədin qızı ilə ailə quran və "vor” ilə bacanaq olan hazırda "Şüvəlan türməsinin ”rəisi Elnur Fikrət Məmmədova yaxın şəxs olsa da rəis gətirilə bilmir. Buna maneçiliyi Mədət Quliyev yaradır. Hazırda "Kürdəxanı türməsinin rəisi Azər Seyidov Mədət Quliyevin yaxın adamı olduğundan onun çıxarılması müşkül məsələyə çevrilib. Mənbəmiz bildirir ki, yaxın vaxtlarda "Oğru” ilə bacanaq olan ”Şüvəlan türməsinin” rəisi Elnur "Kürdəxanaı türməsinə” rəis gətiriləcək. Onun rəis gəririlməsi üçün "Oğru dünaysının adamları” da Mədət Quliyevə çıxa biliblər. Bundan sonra Mədət Quliyev Elnurun "Kürdəxanıda ” rəis olması üçün fikirləşəcəyini bildirib və "elçilərə” hə cavabını verib. Mənbəmiz bildirir ki, Elxan Sadıqov "Kürdəxanı türməsinin” də rəisi olanda Elnur burada rəis müavini işləyib. Kürdəxanı təcridxanasında olan mənbəmiz bildirir ki, Elnur rəis müavini olanda burada saxlanılan şəxslər onun hesabına "kefə” baxıblar. Elnur müavin olsa da həmin dövrdə rəis kimi idi. O, saxlanılan şəxslərin hər bir problemini həll edərək özünə hörmət qazanmışdı. "Kürdəxanı türməsində” "Oğru dünyasının” qanunlarının "işlənməsinə” münbit şərait də yaratmışdı ki, onun müavin olan dövrdə ədliyyə sisteminin işçiləri heç bir söz sahibi olmayıblar. Əsas üstünlük ”varavskoy polojeniya”nın olub. Elnurun "”türmədə yaratığı bu qayda-qanun haqqında Mədət Quliyevə məlumat verildikdiən sonra Mədət Quliyev Elnuru Ədliyyə sistemindən uzaqlaşdırır. Lakin 1 ay keçməmiş ədliyyə sistemindən qovulan Elnur "Şüvəlan türməsinin” rəisi olur. Mənbəmiz bildirir ki, Elnurun yenidən ədliyyə sisteminə qaytarılması və başqa bir təcridxanaya rəis gətirilməsində onun "Oğru” bacanağı böyük rol oynayıb. Nüfuzlu "Ogru”nun sözünü Mədət Quliyev yerə sala bilməyib. Beləliklə Elnurun yenidən "Kürdəxanı türməsinə” rəis gətirilməsi üçün Mədət Quliyevdən "dobro” alınıb. Mənbəmiz bildirir ki, Mədət Quliyevin yaxın adamı olamsaına baxmayaraq hazırki rəisin oradan çıxarılıb başqa bir "Zon”a rəis gönədərəcək və yerinə "Oğru”nun bacanağı Elnur gətiriləcək.
Mənbəmiz bu tədricxana haqqında verdiyi bilgilər arasında maraqlı faktlardan biri də buranın tikintisi haqqındadır. Bu fakta keçməmişdən əvvəl buranın keçmış rəisi və yeni rəisi haqqında olan bilgilərdir. Beləki bu sistemdə çalışan, kifayyət qədər dəstəyə malik olan Elxan Sadıqovun Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə də münasibətləri o qədər də yaxşı olmayıb. Ədliyyə nazirinin yerlisi olan Elxan Sadıqov Mədət Quliyevin təpkilərinə tab gətirməyərək yaşının çox olması ilə əlaqədar işindən çıxarılıb. Bundan sonra Mədət Quliyev öz adamını Kürdəxanı türməsinə rəsi gətizdirə bilib. Ədliyyə sistemində işləyən mənbəmiz bildirir ki, Kürdəxanadakı istintaq tədricxananın tikintisinə 3 milyon manat pul xərclənsə də bura hazırda çökür. Mənbə bildirir ki, 2009 cu ildə təhvil verilən bu binalar bu günə kimi 5 dəfə əsaslı təmir olunub və bu təmirlərə 2 milyon manat pul xərclənib. Lakin əhəmiyyəti yoxdur. Hazırda 8 korpusdan ibarət olan saxlanma tədricxanası çökür. Binanın divarları çat verir ki, bu çatlar günü gündən böyüyür. Mənbəmiz qeyd edir ki, bina çökməsi olduğundan artıq iki korpusun 6 və 4-cü korpusun "sakinləri” digər korpuslara köçürülərək kameralarda bölüşdürülüb. Bununla bağlı hazırda Mədət Quliyev və nazir Fikrət Məmmədov tikintidə baş vermiş yeyintini ört-basdır etmək üçün hələki orada baş vermiş çökməni gizli saxlayırlar. Nazir və müavini güman edirlər ki, təmir-tikinti işləri aparmaqla bu çökmənin qarşısını ala bilərlər. Mənbəmiz bildirir ki, bundan əlavə korpusların birinci mərtəbələinə yerin altından su sızıntıları olur. Bu da həmin yerdə əvvələr gölün olması ilə əlaqəlidir. Belə ki, həmin göl qurudularaq yerində bu "türmə” tikilib. Mənbəmiz bildirir ki, binaların çökməsi və su sızıntıları naziri narahat etdiyinə görə, ora tikinti mütəxəsislər gətizdirb. Gətirilən tikinti mühəndisləri isə binanı tikən iş icraçılarını günahkar çıxarıb və bundan sonra Mədət Quliyev iş icraçılarının həbs olunması üçün adiyyatlı orqanlara tapşırıq verib.
Kürdəxani təcridxanasını tikən iş icraçıları həbs olunaraq tikdikləri binanın sakinlərinə çevirlidi
Bundan sonra iş icraçıları həbs olunaraq yararsız tikdikləri "türməyə” gətizdirilib. Kürdəxanı türməsində olan mənbəmiz bildirir ki, binaı tikən "prorablar” oradakı təqsirləndirilən şəxslərə danışırlar ki, buranın belə olmasında günahkar Ədliyyə naziri Fikrət Məmmədovdur. Onların sözlərnə görə ucuz və keyfiyyətsiz tikinti matriallarını Fikrət Məmmdəova məxsus firma gətirib. Eləcədə matrialın az verilməsi buna səbəb olub. Mənbəmiz bildirir ki, həmin iş icraçıları nə gəldi danışmaları rəisin xoşuna gəlməyib və həmin "prorabları o ki var döyərək "karsa”saldırıb. Beləliklə də Fikrət Məmmdəovun korrupsiya maxinasıyasının üstünün açılmasının qarşısını almaq istəyirlər. Bundan əlavə Ədliyyə sistemindəki, mənbəmiz qeyd edir ki, Bakı İstintaq Tədricxanasının yaxılığında Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə üçün yeni inzibati binanın inşası aparılır. Məhkəmə binası istifadəyə verilməmiş divarlarında çatlar əmələ gəlmiş və binada çökmə baş verir. Mənbəmiz bildirir ki, buradakı tikintidə də maxinasiyalar olduğundan tikinti keyfiyyətsiz aparılıb. Ədliyyə sistemindəki mənbəmizin bildirdiyinə görə burada aprılan tikintilərdə Ədliyyə naziri milyonlarla manatlıq maxinasiya edib. Bundan əlavə hazırda "türmə şəhərciyi” salınan Kürdəxanıda qadınlar və yeniyetmələr üçün də yeni "Zon”un tikintisi aparılır. Şəhərin mərkəzində olan bu "Kolon”lar Kürdəxanıya köçürüləcək. Lakin tikinti aparılan ərazının yeində əvvəllər gölün olması və buradakı suyun qurudulmasından sonra tikilən binalar qəzalı vəziyyətə düşüb.
Bakı İstintaq Tədricxanası haqqında növbəti saylarımızda da məlumatlar verəcəyik. Bundan əlavə bildirək ki, qəzetmizin hər şənbə buraxlışında məhbusların saxlanma yerləri və onların orada üzləşdiyi problemlər haqqında bilgilər verəcəyik. Hər şənbə buraxlışımızda ayrı-ayrı Cəza Çəkmə Müəsisələri və saxlanılma yerləri haqqında ən dolğun məlumatlar "Gündəm Xəbər” qəzetində oxuya biləcəksiniz. Məhbus valideynləri də üzləşdiyi problər barədə bizim redaksiyanın email ünvanına yaza bilər və bizim redaksia ilə əlaqə saxlaya bilərlər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?