GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mədət Quliyevin qazanc və cəza strukturu: həbsxanalar

Mədət Quliyevin qazanc və cəza strukturu: həbsxanalar

Tarix: 30-09-2013, 11:52 Bölmə :Manşet Baxış: 10 908
Mədət Quliyevin qazanc və cəza strukturu: həbsxanalar
“Gündəm-xəbər” Azərbaycan məhbəslərindəki real durumu araşdırır; şok faklar üzə çıxdı
“Gündəm Xəbər“ qəzeti olaraq artıq hər həftənin şənbə günü buraxlışında həbsxanalardakı real durumu özündə əks etdirən silsilə yazılarla sizlərin görüşünə gəlirik. Biz h’min yazılarda Azərbaycandakı Cəza Çəkmə Müəsisiələrindəki real vəziyyət haqqında müfəssəl məlumat veririk.
Məlumat üçün bildirək ki, bu qəbildən olan ilk yazı 13 saylı Cəza Çəkmə Müəsisiəsində məhbusların həyat tərzi və oradakı rejim qaydaları haqqında olub. Daha sonra isə Bakı istintaq tədricxanalarındakı (Kürdəxanı və Şüvəlanda yerləşən istintaq təcridxanaları) və Azərbaycan məhkəmələrinin saxlanma yerlərindəki dözülməz durumla bağlı faktlar dərc etmişdik. Həmin yazılardan sonra isə 2 , 6, 9 və 13 saylı cəzaçəkmə müəsisələrində cəza çəkən məhkumlar və onların yaxınları redaksiyamızla telefon əlaqəsi yaradaraq bu “zon” lar haqqında da məlumatlar verilməsini xahiş edir və oradakı neqativ hallarla bağlı məlumatalar verirlər. Biz də “Gündəm-xəbər” qəzeti olaraq həmin faktları ümumiləşdirərək yenidən həmin mövzuya qayıtmaq qərarına gəldik. Beləliklə...
Ağır xəstəliyə tutulmuş məhbuslar sağlamlarla bir yerdə saxlanılır

Bu arada bir daha bildirək ki, Azərbaycanda 25 minə yaxın məhbus var. Qeyri- rəsmi məlumatlara görə isə bu rəqəm 35- 40 minə yaxındır. Məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində (CÇM) cəza çəkirlər. CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab olunur. Hər barakda bəzən 450- 600 nəfər adam bir yerdə yaşayır. Onların arasında hepatit (muxtəlif formada ), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar ciyin- ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur, dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar, yayda isə istidən əziyyət çəkirlər.
Hər CÇM -nin rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir. Baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl edilmir. Məhbusların hüquqlarının vaxtaşırı pozulduğunu və onların həyat şəraitinin həbsxana rəislərindən asılı olduğu haqqında tez-tez ictimayətə məlumatlar verilir.

Hazırladığımız reportajda dustaq ailələri nələr danışdı?
Hörmətli oxucularmıza bildirmək istəyirik ki, “Gündəm Xəbər” qəzeti olaraq biz də Kürdəxanıda yerləşən Bakı istintaq təcridxanasında və Şüvəlandakı istintaq təcridxanasının qarşısında olub oraya gələn valideynlərlə söhbət aparmışıq və bununla bağlı reportaj hazırlayırıq. Araşdırma qrupumuz bununla bağlı araşdırmasını tam yekunlaşdırdıqdan sonra həmin reportajı da oxucularımızın diqqətinə çatdıracağıq.
Indi isə sizlərə Azərbaycanın bir neçə həbsxanası, daha doğrusu həmin cəzaçəkmə müəsisələrin rəislərinin qanunsuz hərəkətləri və oradakı real vəziyyət barədə məlumat verəcəyik. Belə ki, siz bu dəfəki məqalədə 9 və 2 saylı cəza çəkmə müəsisələri haqqında və həbsxanalara yeridilən ordu haqqında məlumatlarla tanış olacaqsınız.
Cəzaçəkmə müəsisələrindəki vəziyyətdən əvvəl onu qeyd edək ki, “zon”lara bölgü təcridxanalarda aparılır və buradan məhkəmə qərarı ilə iş almış məhkumlar cəzaçəkmə müəsisələrinə bölgü ilə bölünür və zonlıara yola salınır.
Hər zonun öz qiyməti: 500-dən 2000 min manata qədər rüşvət istənilir
Maraqlı məqamlardan biri isə məhbusların həbsxanalara bölgüsüylə bağlıdır. Təcridxanalardakı bölgüləri isə Penitensiar Xidmətin baş ofisindən gələn Emin adl ədliyyə işçisi aparır ki, həmin bölgülərdə Emin adlı ədliyyə zapiti pul almasa məhkumları ən pis “zon”lara yollayır. Bölgü zamanı nisbətən yaxşı zonlara düşmək üçün Eminin tələb etdiyi “rüsumu” ödəməkdən başqa yol yoxdur. Bakı şəhərində olan cəzaçəkmə müəssisələrinin qiyməti yerinə görə dəyişir. Ən bahalı zon 6 saylıdır, ora heç bir dustaq pulsuz düşə bilməz. 6 saylı həbsxananın qiyməti 1000- 2000 manatdır ki, bura ancaq “burju” dustaqlar düşə bilir. 6 saylıya düşmək istəyənlər qabaqcadan Bakı istintaq təcridxanasının rəisi Azər Seyidovun qəbuluna düşür və bundan sonra 6 saylıya düşəcək dustaqların siyahısı PX-in zabiti Eminə verilir və məsələ bu qaydada həll olunur. Bundan əlavə 2 saylı zona düşmək üçün 800 -1500 manat arası pul gərək Mədət Quliyevin “pul yığanına ” çatdırılsın ki, 2 saylıya gedə biləsən. Bölgüdə sonrakı yerdə isə 1, 9 və 10 saylı həbsxanalar gəlir ki , bunalrın qiyməti də fərqlidir. 10 saylı və 1 saylı 500-800 manat, 9 saylıya düşmək isə konkret 1000 manatdır. Burada isə ən diqqət çəkən məqam ondan ibarətdir ki, hətta pulu olmayan dustaqlar belə bölgü zamanı həmin “zonlar”a bölünür və onlardan bura düşməklərinə görə pul hissə-hissə alınır. Ona görə ki, bu cəzaçəkmə müəssisəsinə yalnız hüquq mühafizə orqanlarında və hərbi sistemdə çalışmış dustaqlar göndərilir. Eləcə də bu “zon”a təsadüf hallarda həbsxanalın hər hansı birində düşməni olan cinayətkarlar da salınır ki, bununla belə yenə 1000 manat pulu alınaraq, həmin məbləğ PX –in Emin adlı zabitinə verilir.
9 saylı zonda kimlər cəza çəkir
İndi isə Bakı şəhərində olan 9 saylı həbsxanadakı vəziyyət barədə məlumat verək. Bildirək ki, bu həbsxanada yalnız cinayət məsuliyyətinə cəlb olunmuş hüquq-mühafizə işçiləri (Dustaqların dili ilə bunlara “paqonlar” deyilir), hərbçilər cəza çəkir. (Oğru dünyasında bu “zon”a “qırmızı zon” deyilir). Onu da bildirək ki, cinayət etmiş hüquq mühafizə işçiləri və hərbçilər istintaq təcridxanalarında da ayrı kamerada saxlanılır və onları adi - “qara qustaq”ların arasına buraxmırlar. Eləcədə məhkəmələrə gedəndə onlar hüquq-mühafizə işçiləri olduğlarını gizlədirlər. Ona görə ki, dustaqlar həmişə onlarla “razborkada”olurlar. Ədliyyə sitemində çalışan mənbəmiz bildirir ki, 9 saylı cəzaçəkmə müəssisəsinə hüquq mühafizə orqanlarında çalışanlar arasında Daxili İşlər Nazirliyinin “İstirahət mərkəzi” deyilir. Həmin cəzaçəkmə müəssisəsinin bu cür adlandırılması isə səbəbsiz deyil.
9 saylı həbsxana niyə Daxili İşlər Nazirliyinin “istirahət mərkəzi” adlanır?
9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkənlərdən birinin bizə bildirdiyinə görə, bu “zon”dakı şərait heç yerdə yoxdur. Ən əsası bura Azərbaycanda yeganə zondur ki, burada “oğru qanun”ları işləmir. Burada olan şərait heç DİN-nin ponsenatlarında belə yoxdur. Ona görə də bu “zon”a DİN-nin “istirahət mərkəzi” deyirlər. Bildirilir ki, bu “zon”da hər şey pulladır. Burada pulsuz heç bir şey etmək olmaz. Oradakı mənbəmizin sözlərinə görə, burada cəza çəkənlər arasında adi adamlara çox nadir hallarda müşahidə olunur. Buradakı dustaqların demək olar ki, hamısı vaxtı ilə polis rəisi, sahə müvəkkili və hərbi hissə komandirləri olmuş şəxslərdir ki, qanunsuz yığdıqları puldan burada özlərinə şərait qurmaq üçün xərcləyirlər. 9 saylı “zon”da cəza çəkən məhbusların bizə bildirdiyinə görə, burada başqa zonlardakı kimi səhər saat 6-da yuxudan durmaq yoxdur. Saat 9-a kimi hamı durmalı və səhər yoxlanışına düzülməlidir. Dustaqların bildirdiyinə görə, səhər yoxlanışına durmamaq da olur, bunun üçün də rəisə həftəlik “haqq” verilir və bununla da həmin şəxs səhər yoxlanışından azad olunur. Həmin dustalqrın “kartıçkaları” oxunmadan çevrilir.
Dustaqların ərzaqları bazarlarda satılır
Mənbəmiz bildirir ki, 9 saylı zonda 800-ə yaxın dustaq var ki, dustaqların burada cəza çəkmələri üçün hər bir şərait yaradılıb. Mənbəmiz bildirir ki. bu zona dövlət tərəfindən ayrılan ərzaq geyim və digər məhsullar zonda dustaqlara verilmir. Yəni, buna heç ehtiyac da yoxdur. Bu zonda dovlətin verdiyi ərzaq məhsullarına burada cəza çəkən dustaqlar (ogru dünyasında bu dustaqlara “paqonlar” və ya “ag adamlar” deyillər) yaxın belə durmurlar və buna görə də 9 saylı həbsaxana üçün ayrılan ərzaq məhsulları buranın rəisi tərəfindən mənimsəlinir və paytaxt bazarlarına çıxarılır.
Mədət Quliyev korrupsiyaya bulaşmış rəis müavinini rəis etdi
Rəisdən söz düşmüşkən 9 saylı həbsxananın hazırki rəisi Süleyman Süleymanov Kürdəxanıdakı Bakı istintaq təcridxanasında rəis müavini olub və Pentensiar Xidmətin rəisi Mədət Quliyevin etibarını qazanaraq 9 saylı müəsisəyə rəis təyin olunub.
Mənbəmiz bildirir ki, Süleyman Süleymanov Bakı İstintaq Təcridxanasında Elxan Sadıqovun dövründə rəis müavini işləmiş və təcridxananın bütün pul işlərinə baxıb. Mənbəmiz bildirir ki, Süleyman Süleymanov rəis müavini olan dövrdə burada kimsə əlavə pul qazana bilməz idi. Bütün haqq-hesablar onun əlindən keçməli idi və rəis müavini oranın “gəlir-çıxarı” barədə yuxarı instansiyaya məlumat verirdi.
Bundan sonra Mədət Quliyevin etibarını qazanan Süleyman Süleymanov PX rəhbərinin məsləhəti ilə 9 saylı cəzaçəkmə müəsisəsinə rəis göndərilir. Süleyman Süleymanov bura rəis gələndən sonra burada ruşvət yığımı kampaniyası daha da acınacaqlı hala gəlib. Beləki S. Süleymanov burada istədiyi hərəkətləri edə bilir. Mənbəmiz bildirir ki, rəis burada dustaqların dövlət tərəfindən verilən ərzağın satılmasından tutmuş, görüşə gələnlərdən yığılan rüşvətə qədər hər şeyə nəzarət edur.
İctimai nəzarət olmadığından rəislər “zon” ları öz qanunları ilə idarə edirlər
Azərbaycan həbsxanalarında korrupsiya hallarının və rüşvətxorluğun aradan qalxmamasının səbəblərindən biri də cəzaçəkmə müəssisələrinə ictimai nəzarətin yoxluğudur. Heç kim həbsxana rəislərindən izahat istəmir və “yuxarılar”ın seçimi ilə həbsxanalara buraxılan azsaylı QHT-lər var ki, onlar da gələndə rəislər onları elə öz otaqlarındanca ”yola salırlar” Mənbəmiz bildirir ki, 9 saylı zon ona görə “elitar zon” sayılır ki, bu zona hələ bir dəfə də yoxlanış göndərilməyib.
Fərhad Əliyevin cəza çəkdiyi 2 saylı həbsxana
2 saylı həbsxananın adı çəkilən kimi bir çoxunun ilk ağlına orada cəza çəkən keçmiş iqtisadı inkişaf naziri Fərhad Əliyev gəlir. Ona görə ki, 2 saylı “kolan” Fərahd Əliyevlə öz məşhurluğunun zirvəsinə çatıb. Cəmiyyətdə bu “kalon”u Fərhad Əliyevin cəza çəkdiyi “zon” kimi tanısalar da orada cəza çəkənlər də “içərdə” bu zonun saxlanmasını Fərhad Əliyevlə əlaqələndirirlər. Belə ki burada uzun müddətdir, cəza çəkən məhkumların bizə bildirdiyinə görə, Binə qəsəbəsində yerləşən 2 saylı kalonda Fərhad Əliyin hörməti çox yüksəkdir. Bu hörmət isə onun dustaqlar üçün xərclədiyi pula görədir.
Mənbəmiz bildirir ki, bəzi dustaqal var ki, onların çöldə problemləri olur, ya da qohum qardaşlarına iş axtarılır, bu məqamda Fərhada deyirlər və həmin məsələ verilən “imzalı kağız”la anındaca həll olunur. Mənbəmiz bildirir ki, sabiq nazir əsasən öz dustaq yoldaşlarına əmlak məsələırinin həllində kömək edir və bir də onlara müəyyən yerlərə işə düzəltməklə köməklik edir. Bu haqda bir qədər sonra daha ətraflı bəhs edəcəyik, indi isə 2 saylı kalon haqqında məlumat verəcəyik.
2 saylı zonun “Qara dustaqları”
2 saylı kalonda 1200 nəfərdən çox dustaq saxlanılır. Burada da cəza çəkənlərin 70 faizi “burju” dustaqlardır. Binədə yerləşən bu zonda əsasən rəhbər vəzifələrdə işləmiş və sahibkarlar cəza çəkirlər. Bu zonda həmçinin “qara dustaqlar” da var. “Qara dustaqlar” yəni, oğru dünyanın qanunları ilə yaşayanlar deməkdir. Mənbəmiz bildirir ki. 2 saylıda pullu dustqalar olduğundan oğru dünyasının dustaqları bu zona gedirlər ki, buradakı “burjulardan” pul yığaraq yaşayış səviyyəsi zəif olan zonlara “gref” (pay) göndərsinlər.
Mənbəmiz bildirir ki, bəzən burada dustaqlar arasında toqquşmalar da olur. Elə vaxt olur ki, hətta nəzarətçilərlə də proplemlər yaşayırlar.
Ən çox problem yaşanan 2 saylı zondur
Mənbəmiz bildirir ki. Azərbaycan həbsxanalarında dustaqlar arasında ən çox problem yaşanan zon 2 saylı zondur. Mətbuata tez-tez 2 saylı zona ordunun salınması ilə bağlı xəbərlər də yayılır. Mənbəmiz bildirir ki, bu zonda çox özbaşnalıq olduğundann buranın rəisi “qara dustaqlarla”(oğru dünyasının qanunları ilə oturub duran dustaqlarla) bacarmadığından zona ordunun salınması üçün göstərişlər verir. Bildirək ki, Penitensiar xidmətin özünün Mühafizə Alayı və müasir texnika ilə təchiz olunmuş yüksək hazırlıqlı Xüsusi Təyinatlı Bölüyü vardır ki, onlar zonlara girdikdə zonu alt-üst edirlər. İndi isə buranın rəisi haqqında...
Bir neçə il əvvəl burada sabiq rəis Nahid Xəlilov 17 saylı CÇM-in sabiq rəisi Eyvaz Əsgərovla əvəzlənib. Yeni rəis təyinatından sonra “zon”da əvvəlcə sərt qaydalar tətbiq edilib. Xatırladaq ki, Eyvaz Əsgərov Azərbaycan Dəmir Yolları QSC-nin rəisi Arif Əsgərovun qardaşıdır. 2 saylı zonun da öz qanunları var. Bu qanunları da rəis Eyvaz Əsgərov özündən tətbiq edib. Burada rəisin göstərişi ilə hər ay “burju” dustaqlardan rəis üçün “haqq” yığılır. Eləcə də başqa zonlarda olan qanunsuz hərəkətlər burada da həyata keçirilir.
2 saylı həbsxana rəisinin zonda çəkindiyi adam kimdir?
2 saylı zonda cəza çəkən dustaqlardan birinin bildidiyinə görə, bu zonda rəisin də çəkindiyi bir adam varsa o da keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevdir. Mənbənin dediyinə görə, Fərhad Əliyev cəza evində də özünü nazir kimi aparır. Burada o hər gün növbəyə gələn nəzarətçi qrupuna pul verir. Rəisin də öz “haqqı” var. Orada cəza çəkənlərin bildirdiyinə görə, Fərhad Əliyev üçün zonda ayrıca “domik” tikilib ki, keçmiş nazir burada yaşayır. Mənbənin bildirdiyinə görə, həbsxananın həyətində bu “evcikin”tikilməsi üçün sabiq nazir 20 min manatından keçməli olub. Hazırda dustaqlardan ayrı qalan Fərhad Əliyev bununla belə həbsxananın təmiri və digər xırda işlərə də maddi kömək edir.
Eks nazir 30 kimsəsiz dustağı himayəyə götürüb
Mənbəmiz bildirir ki, Fərhad Əliyev problemi olan dustaq yoldaşlarına problemlərin həlli üçün köməklik də edir. Mənbənin bildirdiyinə görə ən çox dustaqlar keçmiş nazirə çöldə evlərinin sənədlərinin düzəlməsi ilə bağlı eks naziri “narahat” edirlər. Bu da həllini tapır. Onun verdiyi göndərişlə Kərəm Həsənovun ofisinə gedən dustaq ailələləri maneəsiz olaraq öz işlərini həll edirlər. Bundan əlavə Fərhad Əliyev burada imkansız 30 dustağın dolanışığını öz üzərinə götürərək onların gündəlik ərzaqlarını verir. Mənbəmiz bildirir ki, Fərhad Əliyevin yanına hər gün gündəlik özünün təyin etdiyi menyu ilə yemək gətrilir. Bundan əlavə mənbəmiz bildirir ki, Fərhad Əliyev burada olan oğru dünyasının dustaqlarının əli ilə başqa zonlara da sovqat -“gref”yollayır. Verilən bilgilərərə görə, eks nazir hər ay Qobustan həbsxanasına 1000-2000 manatlıq ərzaq yollayır.
Bildirilənlərə görə, bundan əlavə zonda soyuducuların az olduğundan F.Əliyev zona 4 ədəd bahalı soyuducu və 4 ədəd televizor gətizdirib. Mənbəmiz bildirir ki, Fərhad Əliyev ƏFV ərizəsi yazandan sonra burada dustaqlara və ədliyyə işçilərinə qonaqlıqlar düzənləyir. Verilən bilgilərə görə, eks nazir artıq bütün geyimlərini və həbsaxanada olan lazımı əşyalarını dustaqlar arasında paylayıb. Çünki F.Əliyev artıq yaxın günlərdə azadlığa çıxaçağını dəqiq bilir.
Azərbaycanda zonlara nədən ordu yeridilir?
Azərbaycanda bəzi “zon”larda rəislər CÇM-də “oğru vəziyyəti”nin yaradılması üçün bir qrup dustaqla danışıqlar aparır, “vəziyyət”in qurulması üçün aylıq “haqq” təyin edir. Amma “vəziyyət” qurulandan az sonra dustaqlar arasında narazılıq artmağa başlayıb.
Bununla da dustaqlar arasında “zon”da hökm sürən “oğru vəziyyəti”nə etimadsızlıq dalğası baş qadırır. Adətən, dustaqlar cəza çəkdikləri “zon”da “oğru vəziyyəti”nin olmasını arzulasalar da, bu hər dəfə baş tutmur. Böyük bir qrup dustağın fikrincə, hazırda Azərbaycan “zon”larında mövcud olan vəziyyət heç də “oğru vəziyyəti” deyil və bu, daha çox “poqon”ların nəzarətində olan bir “vəziyyət”dir.”Oğru” vəziyyəti yalnız qapalı həpsxanalrda və istintaq təcridxanalarında var. Bəzi zonlarda “vəziyyətlə” barışmayan rəislər Penitensiar Xidmətin özünün Mühafizə Alayı və müasir texnika ilə təchiz olunmuş yüksək hazırlıqlı Xüsusi Təyinatlı Bölüyünə müraciət edir, “zon”da fəallığı ilə seçilən 50-60 dustağın siyahısı həmin qoşun qüvvələrinə təqdim edilir. Bundan sonra əvvəlcədən hazırlanan məxfi plana əsasən heç kimin gözləmədiyi anda “voyska” “zon”a daxil olur. Bu andan etibarən həmin “zon”da idarəçilik tam olaraq Xüsusi Təyinatlı Bölüyün əlinə keçir. Bu reyd bir və ya bir neçə gün davam edə bilər. Azərbaycanda “Zon”lara Xüsusi Təyinatlı Bölüyünün yeridilməsi proseduru bütün hallarda ifrat zorakılıqla müşayiət olunur.

Xüsusi Təyinatlı Bölük “zon”lara girəndə dustaqları qanına qəltan edir
Adətən, belə prosedurdan sonra ölüm halları da baş verir, lakin ölümün əsl səbəbləri ört-basdır edilir. “Zon”lara yeridilən Xüsusi Təyinatlı Bölük qüvvələrinin zorakı davranışı bəzi dustaqlar tərəfindən hələ də heyrətlə xatırlanır. Həmin hadisələrin şahidi olmuş dustaqlardan birinin bizə danışdığına görə, “zona” “vayskalar” ən çox səhər saat 5-00 radələrində daxil olurlar. Xüsusi hazırlanmış itlərlə “zon”a daxil olan qoşun qüvvələri yataqxanaların yerləşdiyi korpuslrarı yəni yataqxanaları mühasirəyə alıblar. Daha sonra həmin zonda olan dustaqları korpusların qarşısındakı meydançaya yığırlar. Vahimə yaratmaq üçün əvvəlcə dəyənəklərlə sağa-sola qarşılarına çıxan istənilən dustağı qanına qəltan ediblər. Həmçinin itlərin dişindən keçirilən dustaqlar da olub. Daha sonra dustaqlara dizi üstə çökmək əmri verilib. Cinayət aləmində “poqon”ların əmrinə əməl edib dizi üstə çökmək “əskiklik” sayıldığına görə xeyli sayda dustaq əmrə tabe olmaqdan imtina edir. Sonra qoşun qüvvələri “zon”un çıxışına qədər hər iki tərəfdən düzülməklə təxminən 150 metr uzunluğunda “dəhliz” düzəldiblər və “əyilməz” dustaqları alt paltarlarınadək soyundurub həmin “dəhliz” boyunca “zon”un çıxışına tərəf qovurlar. “Dəhliz” boyunca hərəkət edən dustaqları fasilə vermədən vəhşicəsinə dəyənəklərlə vururlar. Artıq “zon”un çıxış həyətində onları gözləyən xüsusi maşınlara çatanadək bir çox dustaq huşunu itirir. Sonra onları qana boyanmış halda 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsinə (Penitensiar Xidmətin Vərəm Dispanserinə) aparırlar və orada karser kameralarına yerləşdirirlər. Bir neçə gün ərzində onları orada saxlayırlar ki, “təbii” yolla saf-çürük edə bilsinlər. Həmin müddətdə dəyənək zərbələrindən yaranan daxili qanaxma nəticəsində ölən dustaqlara “vərəm” diaqnozu ilə ölüm aktı tərtib edilir, vəhşi hücumdan sağ çıxanları isə məhkəmə qarşısına çıxarıb barələrində cəzasının müəyyən hissəsini Qobustan qapalı tipli həbsxanasında çəkmək barədə qərar çıxarırlar.
Mədət Quliyev hər 100 dustaqdan birinin ölümünə imza atır
Ədliyyə sistemində olan mənbəmiz isə bildirir ki, həbsxanalara Penitensiar xidmətin özünün Mühafizə Alayı və müasir texnika ilə təchiz olunmuş yüksək hazırlıqlı Xüsusi Təyinatlı Bölüyünün daxil olması üçün razılıq imzası atan Mədət Quliyev hər 100 dustaqdan birinin ölümünə də imza atır. Əgər “zon”da 2000 min dustaq varsa həbsxanaya ordu girəndə 2000 min dustaqın 20 nəfərini Xüsusi Təyinatlı Bölüyü döyəndə ölə bilər. Buna PX- rəisi Mədət Quliyev razılıq verir.
Ədliyyə sistemində çalışan mənbə iddia edib ki, zonlara ordu yeritmək Mədət Quliyevin ən çox xoşladığı haldır. Bəzən elə olur ki, PX-rəisi də zon rəisinin otağında oturaraq həmin mənzərəni seyr edir. CÇM rəisləri isə adətən, bu situasiyadan istifadə edib qərəzli olduqları bəzi dinc dustaqların da adlarını Xüsusi Təyinatlı Bölüyünə verirlər.
Penitensiar xidmət, Ədliyyə Nazirliyinin digər qurumlarının əməkdaşları, habelə qeyri - hökumət təşkilatları və beynəlxalq qurumlar tərəfindən cəzaçəkmə müəssisələrinə mütəmadi olaraq baş çəkilir, məhkumların saxlanma şəraiti, cəzaların icrası və çəkilməsi qaydalarına riayət edilməsinənəzarət edirlərmi? . ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təşkilatların nümayəndələri, habelə İnsan Hüquqları Üzrə Azərbaycan Respublikasının Müvəkkili və eləcə də Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri mütəmadi olaraq bütün müəssisələrdə monitorinqlər keçirirlərmi?, nəticələr barədə kütləvi informasiya vasitələrinə müvafiq məlumatlar verirlərmi? Əsla yox bu baş vermir. Baxış keçiriən QHT-lər Mədət Quliyevin istəyi il hesabat hazırlayır. Mətbuata təqdim edir.Amma reallıq isə tam əksinədir. Hazırda ölkədə qanunsuz məhkəmə qanunları qanusuz həbslərin olmasından demək olar ki, Azərbaycanda bir çox evlərdə dustaqı olanlar bilir ki, həbsxanalarda vəziyyət hansı formadadır.

Çingiz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 16 saylı cəzaçəkmə müəssisəsində insident

    16 saylı cəzaçəkmə müəssisəsində insident ...

    7-06-2013, 18:30

  • 
  • 1 saylı Cəzaçəkmə Müəssisəsində qəribə “cəza”

    1 saylı Cəzaçəkmə Müəssisəsində qəribə “cəza” ...

    5-12-2012, 17:15

  • 
  • Mədət Quliyevin idarəsində qoçu dəstə yaradıblar

    Mədət Quliyevin idarəsində qoçu dəstə yaradıblar ...

    5-03-2013, 10:22

  • 
  • Azərbaycanda ideal həbsxanalar olduğunu iddia edən generala cavab

    Azərbaycanda ideal həbsxanalar olduğunu iddia ...

    23-01-2015, 23:15

  • 
  • Həbsxanalarda dustaq olan qanunlar

    Həbsxanalarda dustaq olan qanunlar ...

    22-09-2013, 23:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu