GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Həbsxanalarda dustaq olan qanunlar

Həbsxanalarda dustaq olan qanunlar

Tarix: 22-09-2013, 23:04 Bölmə :Manşet Baxış: 12 799
Həbsxanalarda dustaq olan qanunlar
Azərbaycanda istintaq təcridxanalarında baş verənlərin pərdəarxası
“Gündəm Xəbər “ qəzeti olaraq artıq hər həftənin şənbə günü buraxlışmızda Azərbaycanda Cəza Çəkmə müəsisiələrindəki real vəziyyət haqqında məlumat veririk. Ötən iki saymızda 13 saylı Cəza Çəkmə müəsisiəsində və Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanası haqqında və orada baş verən real hadisələr, məhbusların həyat tərzi və oradakı rejim qaydaları haqqında məlumat verməyə çalışmışdıq. Artıq qəzetmizdə gedən yazılardan sonra Cəza Çəkmələrdə cəza çəkən insanlar və eləcədə dustaq valideynləri redaksiyamızla əlaqə saxlayaraq bu mövzunun daim diqqətdə saxlamalrını və üzləşdikləri problemlərlə bağlı redaksiyamıza dolğun bilgilər verməkdə davam edirlər.
Cəza evlərində cəza çəkən dustaqların və onların valideynlərinin xahişini nəzərə alaraq hər həftənin şənbə günü satışda olan saymızda Azərbaycan Cəza Çəkmə müəsisələri və Tədricxanalar haqqında silsilə yazılar dərc edirik. Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanası və Şüvəlanda saxlanılan insanlar redaksiyamızla telefon əlaqələri saxlayaraq qəzetmizdə pentisener xidmətin nəzarətçiləri haqqında eləcədə məhkəmələrdə olan saxlama yerlərindəki problemlərdən danışaraq oradakı vəziyyətlə əməkdaşalrımızı bilgiləndirir və qəzetmizin səhifələrində bu haqda yazmağmız xahiş edirlər ki, cəmiyyətdə insanlar buradakı real vəziyyəti bilsin və adiyyatl qurumlar bu məsələni araşdırsınlar. Saxlanılma yerlərində olanlar bildirirlər ki, bütün bu qanunsuzluqları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mədət Quliyev şərait yaradır. Ədliyyə sistemində mənbəmiz isə bildirir ki, bu qanunsuzluqlar ona görə yaranır ki, PX rəisi nəzarətçilərin rəislərindən haqq alır.(Bu haqda növbəti rublikalarımızda geniş araşdırma ilə sizləri tanış edəcəyik) Beləliklə bugünki, rublikamızda tədricxanalardan şübhəli şəxslərin məhkəmələrə aparılması və məhkəmələrdəki saxlanma yerləri haqqında və birdə Penitensiar Xidmətin tibb işçilərinin Şüvəlan türməsində etdikləri qanunsuz hərəkətləri haqqında məlumat vermək istəyirik.

6 nəfərlik yerlik “voronok” lara 15-18 nəfər dustaq mindirilir

Beləliklə başayırıq redaksiyamıza verilən bilgi çoxluğuna görə saxlanma yerlərindən bu saxlanma yerləindən ki ötən sayımızda azda olsa məlumat vermişdik Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında ki azərbaycanda cəza törətmiş və şübhəli bilinən şəxslərin ən çoxu burada saxlanılır ki, bununda 100 nəfərdən çoxu qadın 3000 mindən də çoxu kişilərdir ki, bu şəxslər istintaq altında və istintaqı bitənlər isə məhkəmələrə buradan aparılır.
Bir müddət öncə məhkəməyə çıxarılan şəxslər sovet donəmindən qalmış PX-yə məxsus “qaz 53” markalı yük maşınları ilə məhkumların və PX nəzarətşilərinin dili ilə desək “voronaklarla “”daşınırdı ki bu “voronoklar indikilərinə baxandayük yeri bir az geniş idi. Mədət Quliyev PX rəis gələndən sonra Türkiyədən ucuz qiymətə xüsusi maşınlar gətizdirdi. Hazırda bu maşınlarla daşınan şübhəli şəxslər bildirir ki, hər mazşın 5 və 6 nəfərlik olur. Lakin bu yerlərə 15 və 18 nəfər adam mindirirlər ki, buda maşında çox sıxlıq yaradır. Məhbusların sözlərinə görə bu maşınlara qadın məhbuslardan kimisə mindirsələr onda bu problem birə beş artır. Içərinin öz qanunları olduğundan qadın olan yerdə qadın və yaşlı adamlar üçün hər bir şərait yaradılmalır. Qadına hansısa məhkum belə toxunmamalıdır . Əgər bu baş versə o dustaq sındırılır və sınmışların kamerasına yollanır. Buna görədə məhkumlar belə şeylərə diqqət edir bu qanunları qoruyurlar. Buda Mədət Quliyevin dar, yöndəmsiz maşınlarında problemlər yaradır. Bu haqda bir az sonra. Indi isə bir az şüvəlan türməsinin real vəziyyəti haqqında yazmaqla Mədət Quliyevin Xəzər Tv-də məhkumlar verlişində danışdığı anologlu yalanlarını üzə şıxarmaq istəyirik. Daha doğrusu real vəziyyət bunu deməyə əsas verir ki, dustaqların və saxlanılan şəxslərin haqlarını və dövlət tərəfindən onlarari verilməli olan ərzaq məhsullarını vədigər ləvazimatlar verilməyərək PX rəisi tərəfindən mənimsəlinir.

Gözdən- könüldən uzaq, dövlət nəzarətinin zəif Şüvəlan türməsi

Beləliklə Kürdəxanı və Şüvəlan türmələrindən redaksiyamıza zəng edənlər bildirirlər ki, saxlananların vəziyyəti günü-gündən acınacaqlı vəziyyətə düşür. Şüvəlanda saxlanılanların bildirdiyinə görə son vaxtalar elə bir vəziyyət yaranıb ki, saxlanılan şəxslər yatmaq belə yer tapmırlar. Bildirək ki, Şüvəlan türməsi sovet dövründən qalma köhnə tikilidir. Ölkənin hər yerində və bütün dövlət qurumlarında olduğu kimi burada da qanunlar tam gücü ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrı- seçkilik, korrpusiya, qanunsuzluq baş alıb gedir. Tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim və s. problemləri bərbad vəziyyətdədir. Gözdən- könüldən uzaq, dövlət nəzarətinin zəif, ictimai nəzarətin isə ümumiyyətlə olmadığı bu təcridxananın həm texniki vəziyyəti, orda dustaqların saxlanma şəraiti, həm də qanunların tətbiqi bərbad vəziyyətdədir.Orada saxlanılan şəxslərin bildirriyinə görə Şüvəlanda olan İstintaq Təcridxanasında məhkumlar üçün elə yemək verirlər ki, onu yemək mümkün deyildi. Çürümüş toxumluq kartof soyutmasını verirlər. Çörəyi isə kəpəkdən bişirirdilər. Bunun minlərlə şahidi var. Evlərindən azuqə gəlməyən məhkumlar ondan yeməyə məcbur idilər.

Bir saatı 5 manata açılan “karmoşkalar”

Həm də kameralarda “qarmoşka” deyilən yerlər var. Ora açılarkən kamerada havalanma olur. Şüvəlan türməsində “karmoşkanın” saatını iki-üç manata açırdılar. Kürdəxanı türməsində baxanda burada qiymət ucuzdur.Kürdəxanıda saatı 5 manata kameraların “karmoşkaları” açılır.
Şüvəlan türrməsində ədliyyə sistemində çalışan mənbəmiz bildirir ki, buranın rəisi Elnurun rüşvətin yığılması üçün xüsusi bir adamı var ki pul yığımı ilə o məşğul olur.
Onun bildirdiyinə görə Şüvəlan türməsində bu adi bir şeydir və hər bir müəssisədə bir nəfər də olsa pulun toplanması və ötürülməsi işi ilə məşğul olduğu kimi burada da rüşvətin yığılması, toplanması və lazımi ünvanlara ötürülməsi ilə bağlı cavabdeh şəxs var.

Şüvəlandakı türmədə də təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür

Şüvəlandakı türmədə də təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür. Təcridxana korpusları, kameraları “burjuylar” və kasiblar uçun təbəqələşib. ”Burjuylar” (yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur- təbii ki, pul hesabına. Məhkumların və onların yaxınlarının hüquqları ilk olaraq təcridxananın girəcəyindəki “sovqat qəbulu” (peredaça otağı) məntəqəsində pozulur. Yaxınlarına “peredaça” ötürməyin müxtəlif qiymətləri mövcuddur. 5- 15 manat bir şəxsə göndərilən, qanuni sovqatın kasıblar üçün müəyyən olunmuş qiymətidir. ”Burjuylar” üçün daha yüksək məbləğ ödənilir və onlara göndərilən sovqatlara məhdudiyyət qoyulmur. ”Peredaçanı” qəbul edən məhkumlar ilk öncə korpus “starşinasını” görməlidir, eyni zamanda həmin korpuslar da növbə çəkən nəzarətçilərə də milli mentalitetimizə uyğun olaraq “hörmət” edilməli, yəni pul verilməlidir. Pul olmasa “humanist” nəzarətçilərinin məhkum üçün evdən gələn yeməklərin ən yaxşısını seçib götürmək hüququ var. Kameralarda qızdııcı elektrik avadanlığından istifadə etmək üçün Şüvəlan İstintaq Təcridxanası bunun aylıq qiyməti 50- 100 manat arası, saxlanması qadağan olan əşyaların istifadəsi üçün “rejim” tərəfindən dəqiq müəyyən edilmiş qiymətlər var.

Hacı Zeynalabdin Tağıyevin at tövləsi olan indiki Şüvəlan türməsi

Şüvəlan Təcridxanasındakı yaşayış korpusları köhnədir, Bakı neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin at tövləsi olub. İçməli su gundəlik olaraq maşınlarla gətirilir. İstilik və havalandırma sistemləri yoxdur. Orada saxlanılan şəxslərin bzə verdiyi bilgiyə görə burda maşınlarla gətirilən işməli su hər kameraya 20 litr verilir ki, buda isti darısqal kameralarda saxlanılan şəxslərin təlabatını ödəmir. Bilgiyə görə kameraların içində olan ayqyoluda (oğru qanunları ilə sever adlanır) açıq formada olduğundan oradan gələn üfunət iyindən kameralarda dayanmaq olmur. Bəzi kameralar varki onlar xüsusi olaraq “pullu şəxslərə” verilir.
Məhkuma göndərilən hər 10 siqaretdən biri xidmət çəkən ədliyyə əsgərlərinə verilir

Burada “Titanik” adlanan 3 mərtəbəli, 100-dən yuxarı kamerası, nisbətən yaxşı şəraiti olan binada da əsasən “burjuylar” qalır. Siyasi məhbuslar, jurnalistlər də burada saxlanılır. Məhkumların yaxınlarının göndərdiyi sovqata görə 10-30 manat arası pul ödənilir. Bu yazılmamış qanunlar Azərbaycandakı bütün, İstintaq Təcridxanası, Cəza Çəkmə Müəssisələrində mövcuddur və dəhşətli xərçəng xəstəliyi kimi məhbusları və onların yaxınarını sorub yeyir.
Məhkuma göndərilən hər 10 siqaretdən biri xidmət çəkən ədliyyə əsgərlərinə verilir, üstəlik gecə növbəsində olan nəzarətçilər kameraları gəzərək əsgərlər üçün qənd, çay ”55” (yəni şirniyyat) yığırlar.
“Şüvəlan” da saxlanılan şəxslər bir çox hüquqlarından məhrum olurlar - tibbi yardımdan, televiziyadan, mətbuatdan, idmandan və bəzən işgənçəyə məruz qalırlar. Kameralar 16- 17 kvadratmetrdir. Bu da işıqlandırma yeri kiçik (gözlükər 50 x 80 sm ölçüsündədir), havalandırma mexanizmi olmayan kameralarda müxtəlif problemlər və hətta bir çox xəstəliklər yaradır. Saxlanma otaqlarında (kamerada) soyutma sistemi (kondisioner) yoxdur. Yayda elektrik soyutma ventilyatoru dustaqın öz hesabına alınır. Xəstələr saglam adamlarla eyni kameralarda saxlanılır.Bildirək ki, Şüvəlan türməsi haqqında daha geniş məlumatı növbəti saymızda verəcəyik.

Bakı Ağır Cinayətlər Məhkəməsinin rüşvət podvalı

Indi isə sizlərə dustaqların əziyyət çəkdiyi digər yerlər ,məhkəmələrin saxlanma yerləri haqqında məlumat verəcəyik. Azərbaycan məhkəmə binalrında məhkəmə qarşısına çıxarılan şəsxlərin tədricxanalradan gətirilərək saxlanılması hazırda dustaqların bir nömrəli problemi olaraq qalır. Saxlanma yerləri zirzəmilərdən (podvallardan) ibarətdir və orda vəziyyət olduqca dözülməzdir. Bəzən bu yerlər zirzəmilərdə darısqal, yöndəmsiz otaqlar olur, havasız və ağır qoxuludur. Məhkəmə günləri səhər saat 08- dən saxlandığı kameradan çıxarılan dustaq axşam saat 18, bəzən 19 00- da kameraya qaytarılır. Bütün bu müddət ərzində o ya darısqal, narahat “varonok”- larda, ya həbs yerinin və ya məhkəmənin yarı zirzəmi olan gözləmə yerlərində ac- susuz gözləyirlər və ya “gün keçirirlər”. Məhz bu vəziyyətə görə dustaqın məhkəməyə çıxdığı gün onun üçün ən ağır, çətin günlərdən biridir.
Məhkəməyə çıxarılan dustaqların problemi bununla da bitmir. Məhbuslar üçün rüşvətxorluq və ədalətsizliyin tüğyan elədiyi yerlərdən biri də məhkəmələrdə, xüsusən Bakı və rayon məhkəmələri, Bakı Ağır Cinayyətlər Məhkəməsi, Bakı Apelliyasiya Məhkəmələrindəki dustaqlar üçün olan müvəqqəti saxlanma yerləridir. Məhkum məhkəmə zalına gedənə qədər, yaxınlarına zəng etmək istəyirsə bu zəng üçün pul istənilmir. Əgər zəng vurduğu yaxını görüşə gəlirsə dustaq mütləq 50- 100 azn. pulundan keçməlidir. Məhkəmə “konvoylarına” heç bir yalvar- yaxar kömək etmir, çünki “konvoyların” dediyinə görə hər ekipajda “KONVOY” rəisinin adamı olur. Hesablaşma dəqiq müəyyən edilmiş qiymətlə aparılır ki, rəislə əməkdaşlar arasında konflikt olmasın. Başqa məhkumlardan fərqli olaraq “burjuylar” üçün burada hər şərait var, saatlarla görüşlər və s.

Məhkəmələrin saxlanılma yerlərində dustaqlara çatan “poyoku” kimlər yeyir
Saxlanılan şəxslərin bizə verdiyi bilgiyə görə məhkəmə konvoyları üçün heç bir ədalət və vicdan prinsipi mövcud deyil, çünki dustağa verilən dövlət “payokunu” da mənimsəyirlər və bunun nəticəsində məhkumlar məhkəmədən ac qayıdırlar
Bildirirlir ki, Şüvəlandan məhkəməyə aprılacaq şəxslərə axşamdan xəbər verilir ki, səhər kimlər məhkəməyə gedəcək və axşamdan hazırlaşan məhkumlar səhər saat 6-da oyadılaraq kameradan çıxarılır. 6 dan saat 8- ə kimi karantın yerində gözləyən məhkumları PX-nin maşınları gələnə kimi tədricxana nəzarətçiləri yoxlayırlar. Şüvəlanda saxlanılan şəxslərin bildirdiyinə görə yoxlanış zamanı onların üstündə olan pulların miqdarı xüsusi dəftərə yazıl\araq aeydiyyata alınır. Eləcədə kiminsə əlində hansısa quruumun ünvanına yazılı şikayət məktubu varsa o dərhal alınır və nəzarətçilər tərəfindən məhv edilir.Əgər kimsə yoxlanış zamanı pul verirsə o adam yoxlanılmadan maşına minir.
Beləliklə 4-5 adamlıq yerə 15 elə vaxt olur ki hətta 20 nəfər təsirləndirilən şəxs mindirilərək məhkəmələrə paylanımağa başlanılır. Təcridxanalardan saxlanılan şəxslər ən çox Bakı Ağır Cinayətlər məhkəməsinə və Apeliyyasiya məhkəməsinə gətirilir. Bakı Ağır Cinayətlər Məhkəməsində (BACM) gətirilənlər saat 8 dən buranın saxlanılma yerinə (podvalına) gətirilir. Məhkəmələr isə saat 10-dan sonra zallara çıxarılır.İndi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanılma yeri (podvalında) cərəyan edən hadisələr haqqında :

Dəvə və at tövləsi indi məhkumların saxlanılan məhkəmə “podvalı”

Bura əvvəllər karvansara olub. Yəni o vaxt Bakıya ticarətə gələn ticarətçilərin dəvələrinin saxlanıması üçün nəzərdə tulumuş yer olub. Sonralar isə bu yer podval istifadəsiz qalıb. Beləliklə Ağır Cinayətlər Məhkəməsi burada fəaliyyətə başalyandan bu podval (dəvələrin tövləsi) məhkumların saxlanılması üçün nəzərdə tutulub. Belə ki 4 otaqdan ibarət olan podvalın 3 otagına dəmir qapılar qoyularaq kamera düzəldiblər. Bir otaq isə nəzarətçilərin oturması üçün nəzərdə tutulub ki, bu otaqda məhkəməyə çıxarılan şəxslərin gizli görüş otağ kimi də fəAliyyət göstərir. Bu görüş hər dustaqa aid deyil yalnız burjular burada rahat şəkilədə yaxınları ilə oturub söhbət edə bilər və nəzarətçilərin çoldəki çayçıdan gətirdiyi çayı içə bilər.

Agır Cinayətlər Məhkəməsinin podvalında 100 manata görüş

BACM-dəki saxlanılma yerində saxlanılan şəxslərin yaxınları ilə görüş üçün 50- 100 mantından keçməlidir. Beləki kasıblar 50 manat burjuların yaxınları isə 100 manatından keçməli olur. Məhkəmə qarşısına çıxarılan şəxslərin yaxınları ilə görüş məsələsini həll edən nəzarətçi Taleh adlı ədliyyə çavuşudur. Məhkəmə qarşısına çıxan Taleh saxlanılan şəxslərin yaxınlarına açıqca müraciət edərək kim görüşmək istəir soruşaraq siyahı tutur və oradakı Firuz adlı rəisinə “məruzə edir”.Kimin nə qədər pulu olduğunu siyahı ilə firuz adlı rəisinə bildirərək razılıq alır və ACM-nin arxa qapısından valideynləri padvaldakı nəzarətçilərə məxsus otaqa gətirərərk görüşün baş tutmasına şərait yaradır.
Belə görüşərdə olan saxlanılan şəxslərin bildirdiyinə görə ACM-dəki görüşdən çıxan dustaqlar yoxlanılmır və onalr bu görüşdən əliboş da çıxmıralr. Bəziləri görüş zamanı mobil telefon bəziləri hətta narkotik maddə belə keçirməyi bacarırlar. Keçirdikləri “qəniməti” isə arxalarına qoyaraq (Oğru dünyasının dili ilə insanın arxalarına varovskoy kaşolok deyilir) Buradan rahat keçən telefon və narkotik maddələr “vorobskoy koşolokda” türməyə aparılar ki burda danda kameraya keçirmək üçün yollarını bilirlər. Qeyd edək ki, məhkəmədən qayıdan dustaqlar türmədə yenidən “şmon” olunur. Burada artıq kimin görüşdə olduğunu bilirlər. Beləki türmədən məhkəməyə gedənlərin üstündəki pulu qeydiyyat edən nəzarətşilər qayıdan vaxt əlavə pul gördükdə bilirlər ki, görüşdə kim olub. Və artıq bu nəzarətçilər dustaqların üst başnı deyil pulunu almaq üçün çalışqanlıq və yaltaqlıq edirlər. Məhkəmədən mobil telefon və narkotik və digər xırda əşyalar keçirən şəxslər özləri ilə gətirdikləri pulun bir gismini rahatca nəzarətçilərə verirlər.

Dusatqların türməyə apardıqları narkotik və mobil telefon məhkəmələdən keçirilir

Beləliklədə “vorobskoy koşaloklarında” gətirdiklərini “ac ədliyyə nəzarətçilərinə” pul verməklə rahatca kameraya transfer edirlər. Şüvəlanda məhkəmələrdən gələnlərin üzləşdiyi maralı məqam isə həmişə korpusdakı “starşinalrın və rejim rəislərinin” “bu gen süftə etməmişik. Sizləri oturub gözləmişik. Baxım görüm edin gedək evimizə” Yaltaqlıq edərək dustaqlardan pul qopara bilirlər.
Mənbəmiz bildirir ki, Şüvəlan türməsində rüşvət o qədər tüğyan edir ki, nəzarətçilər dustaqların verdiyi pulun müqavilində qanunsuz əməllərə imza atırlar. Birinci onu qeyd edək ki, Şüvəlan türməsində görüş zamanı dustaqların yaxınlarından və özlərindən rüşvət alan nəzarətçilər və ədliyyə əsgərləri içəri buraxılan sovqtları yaoxlamırlar ki , bu sovqatların içində narkotik maddələrdən tutmuş mobil telefona qədər hər şey keçirilir.
Orada olan mənbələrmiz bildirir ki, bunun nəticəsidir ki, kameraların çoxunda mobil telefon var. Və eləcədə kameraların bir çoxunda da (əsasən narkotik maddə ilə saxlanılanların kamerasında) narkotik maddələrdən istifadə edilir. Mənbəmiz bildirir ki, burada bir kamera var orada hətta narkotik satışı da həyata keçirilir ki, bundan da Elnur adlı rəisə də “haqq” verilir .

Həkimlərin satdığı narkotik tərkibli həblər

Bundan əlavə Şüvəlan türməsində həkimlərin əli ilə də narkotikə meyilli dustaqlara narkotik tərkibli həblər satılır ki, bununda başında yenə də türmənin rəisi durur ki, həkimlər içəri keçirtdikləri həblərəin sayıan görə rəiə pul veririlər. Belə ki, dustalra satılan narkotik tərkibli həblərin ərəsinin öz qüiyməti var ki, bununda ən ucuzu “Baralgin”” tabletkalarıdır ki, bunun bir “tabletkası” 7 manatdan həkimlər tərəfindən kameralara satılır. Mənbəmiz deyir ki, buranın həkimləri elə dərmanlar gətirilər ki, qiyməti 70- 8o manata satılır.beləliklə həkimlərin əli ilə burada 7 manatdan başlayan 80 manata kimi qiymətlərə narkotik dərmanlar satılır. Oda bildirirlir ki, bahalı həbləri həkimlər bir həftəlik nisyədə saxlayırlar.
Şüvəlan türməsində kameraları “şmon” edənlərində ayrıca öz “haqqı “ var. Burada kameralar hər həftə “şmon” edilir və hər kameranın da öz qiyməti var. Mobil telefon olan kameralar həftəyə 20 manat,narkotik olan kameralar 40-50 manat “həfətlik tass” yığılır. “Titanik” adlanan 3 mərtəbəli, 100-dən yuxarı kameradan isə “şmonşiklər” hər həftə hər kameradan 20 manatdan pul alırlar. Bunun nəticəsidir ki, Şüvəlan türməsində özbaşnalıq höküm sürür.

Elnur adlı rəisin öz qanunları
Mənbəmiz bildirir ki, burada da “Oğru” qanunları üstünlük təşkil edir. Dövlətin qanunları Şüvəlan türməsində də bir kənara atılıb burada Elnur adlı rəisin və “polejenistin” qanunları hökm sürür. Burada rüşvət verməyən və qeyri-qanuni əmrlərə tabe olmayan dustaqlara insani şərait yaradılmır. Eyni halda məhbusların həyat şəraiti Şüvəlan türməsinin risi Elnur müəllimdən asılıdır.
Şüvəlan türməsində dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar, yayda isə istidən əziyyət cəkirlər. Məhbuslara verilən yataq dəstləri köhnə, keyfiyyətsiz və pis vəziyyətdədir. Həftələrlə, bəzən aylarla dəyişdirilmir. Bir çox hallarda dustaqlar yorğan- döşək və digər yataq dəstlərini evlərindən gətirməyə məcbur olurlar.
Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl edilmir.
Həbs yerlərinə və məhbusların saxlanmasına, onların hüquq və vəzifələrinin təmin olunmasına məsul olan Ədliyyə nazirliyinin Penitensiar Xidmətin fəaliyyəti daha çox ictimaiyyət və cəmiyyət üçün qapalı, qeyri- şəffaf, hesabatlılıqdan qaçan, ictimai məlumatlandırmanı obyektiv və operativ təmin etməyən qurum təsiri bağışlayır
Sonda bir daha onu qeyd edək ki,rəsmi məlumatlara görə Azərbaycanda 22 minə yaxın məhbus var. Qeyri- rəsmi məlumatlara görə isə bu rəqəm 35 mindən yuxarıdır. Məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində (CÇM) cəza çəkirlər. CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab olunur. Hər barakda bəzən 450- 600 nəfər adam bir yerdə yaşayır. Onların arasında hepatit (muxtəlif formada ), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar ciyin- ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur, dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar, yayda isə istidən əziyyət çəkirlər.
Hər CÇM -nin rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir. Baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl edilmi
Məhbusların hüquqlarının vaxtaşırı pozulduğunu və onların həyat şəraitinin həbsxana rəislərindən asılı olduğu haqqında tez-tez ictimayətə məlumatlar verilir.
Ölkədəki müvəqqəti saxlanma təcridxanaları arasında yalnız 1 nömrəli Kürdəxanı İstintaq Təcridxanası müasir standartlara cavab verir. Lakin MTN, Bakı Şəhər Baş Polis İdarəsinin istintaq təcridxanalarının durumu heç də yaxşı deyil. Eyni halda Şüvəlan və Gəncədə yerləşənən təcridxanalarında vəziyyəti çox acınacaqlı durumdadır.
İstintaq Təcridxanalarında və cəza çəkmə müəsisələrində cəza çəkən məhkumlar və eləcədə məhkum ailələrinin və redaksiyamıza ünvanlanan bilgilər əsasında növbəti rublikamızda daha maraqlı faktlara toxunacayıq. Bizi izləyin

Çingiz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda qıza görə dostunu öldürənə 9 İL CƏZA

    Azərbaycanda qıza görə dostunu öldürənə 9 İL CƏZA ...

    10-10-2014, 17:45

  • 
  • Prokuror Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il cəza istədi

    Prokuror Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il ...

    24-02-2014, 13:59

  • 
  • Türk müğənniyə intim görüntülərə görə cəza verildi (VİDEO)

    Türk müğənniyə intim görüntülərə görə cəza ...

    30-03-2016, 17:20

  • 
  • Kürdəxanıda yazılmamış qanunlar

    Kürdəxanıda yazılmamış qanunlar ...

    7-10-2013, 11:42

  • 
  • Türkiyədə “Xocalı” hayqıranlara ağır cəza verdilər!

    Türkiyədə “Xocalı” hayqıranlara ağır cəza ...

    16-01-2013, 10:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu