Bakı İstintaq Təcridxanası talan və korrupsiya mənbəyinə çevrilib
“Gündəm Xəbər “ qəzeti olaraq artıq hər həftənin şənbə günü buraxlışmızda Azərbaycanda Cəza Çəkmə müəsisiələrindəki real vəziyyət haqqında məlumat veririk. Ötən iki saymızda 13 saylı Cəza Çəkmə müəsisiəsində və Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanası haqqında və orada baş verən real hadisələr, məhbusların həyat tərzi və oradakı rejim qaydaları haqqında məlumat verməyə çalışmışdıq. Artıq qəzetmizdə gedən yazılardan sonra Cəza Çəkmələrdə cəza çəkən insanlar və eləcədə dustaq valideynləri redaksiyamızla əlaqə saxlayaraq bu mövzunun daim diqqətdə saxlamalrını və üzləşdikləri problemlərlə bağlı redaksiyamıza dolğun bilgilər verməkdə davam edirlər. Həftəsonu Azərbaycan həbsxanaların içində olan vəziyyətlə bağlı yazıları hazırlayarkən həbsxanalarda cəza çəkənlərin redaksiyamıza zəng edərək verdiyi məlumatlar və həbs olunub və sonradan azadlğa çıxanların verdiyi informasiyaları nəzərə alırıq. Neçə nömrədir ki, həbsaxanaların içindəki vəziyyətlə rublikamız hər həftənin şənbə günü işıq üzü görür. Hər dəfə də həbsxanalarda və təcridxanalarda saxlanılan şəxslərin valideynləri yada yaxınları redaksiyamıza zəng edərək həbsxanaların və təcridxanaların qrşısındakı vəziyyətdən də yazmağımız xahiş edirlər. Redaksiyamızla əlaqə yaradanlar əsasən təcridxanaların qarşısında baş alıb gedən haqsızlıqdan narazçılıq edirlər. Onların bildirdiyinə görə təcridxanalarda saxlanılan yaxınlarının yanına sovqat(oğru dünyasında buna peradaça deyilir) aparanlar onlardan alınan rüşvətin çoxluğundan çikayət edirlər. Beləliklə biz də redaksiyamıza olunan müraciətləri nəzərə alaraq bu dəfəki rublikamızda təcridxanaların qarşısından reportaj hazırlamaq üçün Kürdəxanada yerləşən Bakı İstintaq Təcridxanasına yollandıq. Bildirək ki, burada hansısa bir fotonun və ya videonun çəkilməsi bizim reportajın alınmamasına səbəb olardı. Ona görədə Bakı İstintaq Təcridxanasının qarşısına gələrək həbsxanada saxlanılanlarla görüşə və sovqat gətriən insanların arasında duraraq orada gedən söhbətləri dinlədik və baş verən ləri müşah idə etdik. Təcridxananın qarşısı insan toplumu ilə doludur. Kimisi saxlanılan yaxınları ilə görüşə kimisi isə gətirdiyi sovqatı içəri ötürmək üçün növbəyə durub. Bir sözlə burada maraqlı hadisələrlə sizləri də tanış edirik. Beləliklə, Bakı İstintaq Təcridxanası və ora gələn insanlar Burada ilk əvvəl gərək boş blank əldə edib orada nə gətirdiyinin sayını və adını qeyd etməli sonra da təcridxananın keçid qapısına yaxınlaşıb gətirilən sovqatı verməli və qapıda gözləməlidir. Təxminən 50- 55 yaşlı qadın taksi ilə gətirdiyi iki böyük sumkanı sürücünün köməkliyi ilə keçid qapısının qarşısına qoydu. Hələ adını bilmədiyimiz qadın sumkaları yerə qoyan kimi balaca bir köşkə yaxınlaşıb orada blank aldı. Və keçid qapısının qapısına yaxınlaşdı. Burada hamı fikirli halda gözləyir heç kim heç kimə fikir vermir . Beləliklə təcridxananın keçid qapısı açıldı oradan çıxan nəzarətçi qadının sumkalarına baxaraq “kimin yanına?” deyərək qadının əlindəki vərəqi lıb baxdı . “A bala qızımın yanına gəlmişəm. Bir azda yemək, əyin başdır.”
“İçəri “ sumka 20 manata keçirilir Nəzarətçi isə gözünü sumkalardan çəkməyərək “Olsun iki sumka 20 manat.” -Nə deyirəm ay bala. Təki gətirdiylərimi balama çatdırın Beləliklə nəzarətçi sumkaları və pulu alıb içəri keçərək qalın dəmir qapını sovqat gətirən xanımın üzünə bağladı. Fürsətdən istifadə edib həmin xanıma yaxınlaşıb bir az söhbət etdik. - Xala kimin yanına gəlisiz belə? - Qızımın . Daha canımız gedib bura gəlib getməkdən. - Qızınız nə üstə tutulub ki,? - Vallah heç bir günahı da yoxdur qızımın sadəcə” ilişdiriblər” sərhəddən güya qanunsuz brlyant gətirib. Heç nəyi subut etmək olmur ki, bu polislərə. Pul ay bala pul istədilər verə bilmədim. Indi də bura gəlib getməkdən süng olmuşuq. - Gözlərini tikanlı məftillərə zilləyərək fikirli fikirli məndən soruşur - Sənin kimin var burda? - İlk əvvəl yalan danışmaq istədim ki, deyim məhbus yanına gəlmişəm. Sonra fikirimdən daşındım. Və düzünü dedim. - Xala mən jurnalistəm gəlmişəm buralardan yazım. - Dustaq qızının yanına gələn adını sonradan öyrəndiyim Ruhiyyə xala çaşqın halda üzümə baxıb yerindən oldu. Ətrafa baxıb sakitcə. - Bala demə jurnalistsən səni incidərlər. Qoymazlar səni burda. Qovarlar. Haradansan demək istəyirəm ki, harda işləyirsən? - “Gündəm Xəbər” qəzetində. - Həə belə de. Mən qəzet oxuyan deyiləm. Amma qızım hər həftə mənə yazır ki, mütləq iki dənə “Gündəm Xəbər “qəzeti də al. Bax ona görə bu gəzetin adını tanıyıram daha bilmirəm orada nə yazılır. Elə indi də iki “Gündəm Xəbər”, iki “Azadlıq” və bir ki o moda jurnallarından göndərdim qızıma. Bax deyirsiz ki jurnalistən yazında hər həftə gəlirəm bura hər gələndə 20 manat o nadzorlar alır ki veşimi içəri geçirir. Bir dəfə də görüş istədim dedilər 100 manat ver yarım saat görüç verək. Anaysm da ürəyim istədi qızımı görüm. Nadzora dedim ki 100 manatım yoxdur 50- 60 manat verərəm. Nadzor mənə dedi ki , bizə heç nə qalmır bu rəisin icazə puludur. Düşmədi qiyməti aşağı. Allah bunalrın evin yıxsın dustaq ailələırinin puluna da göz dikiblər. Bu arada nadzor Ruhiyyə xalanı səslədi: “Gəl boş qablarını götür”. Beləcə qızının yanına gələn Ruhiyyə xala ilə söhbətim burda da bitdi.
Bakı İstintaq Təcridxanasında qanunsuz bir adamın görüşü 100 manat
Ətrafa göz gəzdirib. İnsanların etdiyi söhbətlər qulaq oluram. İki nəfər (deyəsən ər arvad idilər) görüş üçün nadzorla sövdələşirdilər. Adını bilmədiyim valideynlərin oglunun yanına gəldiyi aydın oldu. Nadzor onlara bildirir ki, ogulları istintaq altındadır. Gərək müstəntiqin yazılı icazəsi ola ki onları görüşə buraxsın. Valideynlərdən ata nadzora bildirir ki, müstəntiqə gedib pul verincə elə sizə verim həll edin. Nadzor əvvəl tərəddüd etsədə sonradan razılıq verir.
2 nəfərə 200 manat yarım saatlıq görüş Beləcə övladını görmək istəyən valideynlər razılaşır və təcridxananın keçidindən içəri girirlər. Bir nəfər cavan oğlan da keçidə yaxınlaşıb nadzoru səslədi. Dəmir qapı yarıya kimi açıldı başqa bir nadzor oğlana baxaraq “kimin yanına gəlmisən” - Qadaşımın yanına təzə tutublar - Nəylə gəlib?, deyərək nadzor qapını tam açaraq çölə çıxır - Oğurluqla - Nadzor gülümsəyərək . “Səməndir ” qardaşın? (qeyd edək ki, ogru dünyasında cibgirlərə səmənd deyilir) - Qardaşının yanına gələn gülümsəyir – Yox ev yarıblar. - Hə olsun peradaça getirməsən ver gəlsin. - Hə bir az yeməkdir və birdə məkttubum var onu da göndərmək istəyirəm. Oxuya bilərsiz elə bir şey yoxdur . Nadzor: - onsuzda oxuyub baxacam. Ver baxım
Dustaqlara məktub ötürmək 10 manatdır
Qardaşının yanına gələn məktubu və əlindəki balaca sumkanı nadzora uzadır. Nadzor məktubu və sumkanı alaraq”sumkaya görə 20 manat məktubda ki icazəmiz yoxdur amma day sənə görə 10 manat ver salaram içəri hələ də qardaşından cavabda gətirəcəm”. Beləcə razılıq olur sumka və gizli məktub içəri aparılır. Bir azdan isə içəridən bir zabit çıxaraq qapı qarşısında dayanmış insanları kənara çəkilməyi üçün müraciət edir. Kənara çəkilin dusataq maşını gəlir mane olmayın, boşaldın qapının ağzını. Beləcə insanlar qapı qarşısından kənara çəkilirlər. Təxminən 10-15 dəqiqədən sonra iki maşının qapıya yaxınlaşdığını görürük. Qabaqda gələn üstündə pentisiyar xidmət yazılmış minik maşını kənarda saxlayır və işindən iki ədliyyə zabiti düşərək qapıya yaxınlaşır. Digər ikinci maşın isə (buna voronok deyirlər) dustaqlqrın olduğu maşın qapının qarşısında durur. Zabitlər orda olan hərbiçilərə nəsə sənədlər tədim edirlər və ədliyyə hərbişiləri maşınlar üçün nəzərdə tutulan qabını açırlar. Dusatalar olan voronok içəri daxil olur. Öyrənə bilirik ki, bu dustaqlar MTN təcridxanasından Bakı İstintaq Təcridxanasına gətiriliblər. Sonradan mənim tək tənha orada dayanmağım deyəsən pulla sovqat qəbul edən nadzorun diqqətini çəkdi. Mənə diqqətlə baxan nadzor tezdə içəri girdi. Bir müddətdən sonra nadzorun içəri girdiyi qapıdan 2 zabit çıxdı və ətrafa göz gəzdirməyə başladılar. Həmin nadzor da onlarla bir yerdə mənə baxaraq nə haqdasa söhbət edirdilər. Bir müddəət bu epizod davam etdi. Mən isə onlara fikir vermədən insanların toplaşdığı yerə yaxınlaşdım. Bunlar Azərbaycanı həbsxanalarla “bəzəyirlər” Təcridxananın qarşısında dayanacağa oxşayan yerdə İki qadın söhbət edir. -Bu canıyanmışlar elə həbsaxandır e tikirlər. Deyirlər ki, qadınların və uşaqların türmələri də bura köçürüləcək. Burada tikilən yeni həbsxanalar buna görədir. - Digər qadın isə onun sözünə başının hərəkətləri ilə təsdiq edərək -Hə düzdü bacı. Bu var ha bu binada Məhkəmə olacaq(Bakı İstintaq Təcridxanasının sol tərəfində inşa olunan binanı göstərir). Deyirlər bu Ağır Cinayətlər məhkəməsinin binası olacaq bu “kürdəxanı türməsindən yeraltı keçid olacaq bir başa məhkəmə salonlarına. - Nə bilim vallah Allah cəmi dustaqların qapısını açsın bizimki də içində - Amin, amin Burada insanların çoxluğu bir yana burada maşınların sayıda kifayət qədərdir. Orada öyrəndik ki, təcridxnanan qarşısında olan maşınların çoxu burada işləyənlərindir. Dörd qadın isə maraqlı söhbət edirdilər ki, onların söhbətinin maraqlı olduğundan yaxınlıqda durub söhbətlərinə qulaq asdım. Qadınlardan biri deyəsən bura çoxdan gəlib gedəndir və söhbətindən də məlum oldu kiŞ saçları ağarmış qadın həbsxana yollarına birinci dəfə deyildi ki, gəlirdi. O öz həmsöhbətlərinə bildirir ki, bura açılandan gəlib gedir. Tək bir oğlu var ki oda həbsdədir. Həmişədə narkotiklə tututlur. 2 il verirlər uşaq çıxan kimi heç ongun çəkmir ki, yenidən atırlar içəri məndə yetim yesir olmuşam bu yollarda gəlməsəmdə olmur . Tək bir balam var oda belə. Qadın təcridxanın vəziyyətin də həmsöhbətlərinə danışır: “Bu kürdəxanı türməsini tikiblər ki, insanların dərisini soysunlar. Özünüz də görürsünüzdə içəri yemək göndərmək necə əzabdır. Pulsuz axşama kimi saxlayırlar admı qapı ağzında. Amma 20 manatı verən kimi tez yollayırlar. Hayıf deyildi köhnə rəis. Onun adamları vardı heç adamı incitmirdilər. Pulu olmayanı da razı salırdılar. O vaxtlar burda Kazım adında bir nadzor vardı. Ona nə versən razı olardı. 5-dən 3dən axı yaxşı idi . Əvvəlki rəis Elxan dövründə qiymətlər ucuz idi. indi isə bu təzə rəisin adamları adama qan uddururlar. İndikilər açıq açıqna deyir ki sumkaya görə 20 manat verməlisən. O qapıda duran nadzor var e adını da bilmirəm deyir ki, bizlik deyil rəislikdir. Rəisə çatır. A bacım bilmirəm bu türmənin rəisinin böyükləri hara baxır”. Qadının həmsöhbətləri diqqətlə danışan xanımın söhbətləri ni başları ilə təsdiq edirdilər. Sonra qadınlardan biri danışmaqa başlayır: “Keçən ay ərimlə görüş götürdüm. 100 manat verdim. Xoş haramları olsun. nə isə ərim mənə deyir ki, içəridə vəziyyət çox pisdir. Yeməkləri heç heyvan da yeməz hər gün eyni yemək verirlər qorox supu içində də həmişə toyuq sümüyü olur. Yeməyin işində ətdən əsər əlamət yoxdur. Gündə bir adam 100 qramlıq qara çörək verilir. Ərim deyir ki, çörəyin içi təmiz su olur yemək olmur. Birdə deyir ki, arada olur ki, kartoşka soyutması olur oda arada. Qurdlu kartofları 10dənəsinin işindən birini salamat tapmaq olmur. Orada həfətədə bir dəfə sabun veririlər paltar yuyan sabun. Bu sabunlada bədən yumaq olmur. Bədənə sabunu vuranda yara düşür. Söhbətin daha maraqlı olduğunu görərək yaxınlıqda duran iki qadında bu söhbətə qulaq asmaq üçün yaxına gəlirlər.Qadın onlara yaxınlaşan iki xanıma baxa-baxa yenidən söhbətini davam etdirir. Ərim deyir ki, həftədə bir dəfə hamamdır. Isti su həftədə bir dəfə verilir.Ərim deyir ki, onların olduğu korpusa su hər həftənin cümə günü verilir. Orada siqaret veririlər dustaqlara adı da ambasador. ərim deyir ki heç çəkmək də olmur. Ay bacım bəs biz bura gəlməsək hər həftə bu yazıqlar necə olar”. Yaşı təxminən 30-35 alan bir qadın isə baçını yelləyərək dillənir: “Bunlar heç nə başa düşmürlər ki, (nəzarətçiləri nəzərdə tutur) kimisi pensiyasını alıb gəlir,kimsidə də borc tapıb gəlir bura. Nəzarətçilər də pulsuz sumkamızı işəri yollamır.Axşama kimi saxlayırlar adamı burda ayaq üstdə.İçərdəkilərin nə vecinə biz burada nə əzablar çəkirik. Hər dəfə bura gələndə 100 manat pul xərcləməli oluram. Siqret , corab, nə bilim nə hamsı puldurda, 20 manatda nazorların. Buranı elə yerdə tikiblər ki, marşurutda işləmir.gərək taksi ilə gələsən. Burada taksi 10 manata gətir. Ürəyi dolu olan dustaq anası rəisin və onun böyüklərinin ünvanına qarğışlar yağdırırdı” Görüm bizdən aldıqları o pulları sağ xərcləməsinlər. O deyirlər e türmələrin rəisi var e Mədət o bu vəzifəyə gələndən sonra bu sistem təmiz korrupsiyaya bulaşıb. Utanmazlar hələ də deyirlər ki, Azərbaycan türmələri avropadakı kimidir. Yalansa elə hanı e dustaqlar yemək tapmır yeməyə. Çöldən yemək gətirilməsə yazıqlar ölər acından. Beləcə qadınlar bu sistemin rəhbərlərini nəyi var yıxzıb sürüdülər. Bu arada iki qıızn əllərində balaca setkalarda yemək qapıya yaxınlaşması hamının diqqətini cəlb etdi. Ona görə ki, onalrın orada səs küy salmaları hamının nəzərlərini ora cəlb etdi.Məlum oldu ki, yaxınlarının yanına ərzaq gətiriblər. Qapıda olan nadzorlar həmin qızlara sataşıblar. Nadzorların bu hərəkətinə etiraz edən qızlar səs küy yaratdılar. Ətrafdakı insanlar ora yaxınlaşdı. Hamı nəzarətçilərin bu hərəkətlərini pislədilər. Vəziyyətin grgin olduğunu görən həmin nadzorlar içəri girərək bir daha çölə çıxmadılar onları isə başqa nəzarətçilər əvəz etdilər. Orada olan insanların yerlərdən dediyi sözlər “Buda Mədət Quliyevin bəhbəhlə təriflədiyi ədliyyə sistemi “ “Mədət nəzarətçini pulla götürəndə belə olur” “Ayıb olsun ədliyyə sisteminə” “Ar olsun rəisinizə ki sizləri burada işlədir”
Üfunət iyli təcridxana
Bu arada bildirək ki, bu təcridxana İnşasına 2008-ci ilin aprelində başlanan Bakı istintaq təcridxanasının tikintisinə 600-dən çox işçi qüvvəsi cəlb olunub. Onu da qeyd edək ki, tədricxananın tikintisini həyata keçirən iş icraçıları hamı həbs olunub. İndi sizlərə bu “türmə” haqqında məlumat verək. Belə ki, Bakı istintaq təcridxanası rejim korpuslarından, inzibati binadan, karantin otağından, qısa və uzunmüddətli görüş otaqlarından, istintaq bölməsindən, təsərrüfat-məişət xidməti işlərində saxlanılan məhkumlar üçün nəzərdə tutulan korpuslardan ibarətdir. Burada saxlanma limiti 2500 nəfərdir. Amma hazırda bu tədricxanada 3(üç) mindən çox təqsirləndirilən şəxs saxlanılır. Müəssisədə 1, 2, 4 və 6 nəfərlik 576 kamera var. Hazırda bütün kameralarda sıxlıq yaradılıb ki, buda yerin az olması ilə əlaqədardır. Beləki, 2 nəfərlik kameraya 3 nəfər, 4 nəfərlik yerə 7-8 nəfər təqsi rləndirilən şəxs salırlar ki buda həmin kameralarda sıxlıq və narazılıq yaradır. Onuda bildirək ki, 1 saylı Bakı İstintaq müasir Avropa standartlarına uyğun olaraq dövlətin külli miqdarda vəsaiti hesabına tikilib istifadəyə verisə də, çox təəsüf ki, Azərbaycan “standartları” reallığı özünü tez biruzə verdi. Belə ki, buradakı təqsirləndirilən şəxslər, məhkumlar “ağ və qara” dustaqlara bolünür. Təcridxana korpusları, kameraları “burjuylar” və kasiblar uçun təbəqələşib. ”Burjuylar” (yəni pullu dustaqlar) üçün bütün hüquqlar qorunur- təbii ki, pul hesabına. “Kürdəxanı türməsi” 8 “korpusdan” ibarətdir.Bu karpusalrın birində 2-ci korpusun 2-ci mərtəbəsində təqsirləndirilən şəxslər qadınlardır. Qalan korpuslarda isə kişilər saxlanılır. BİT-da olan mənbəmiz bildirir ki, bu korpusların ən yaxşısı 5-ci korpusun birinci mərtəbəsidir ki, burada olanlar ən pullu “burju” təqsirləndirilənlərdir.Mənbəmiz bildirir ki, 5-ci korpusun 1-ci mərtəbəsinə düşmək üçün gərək rəisin qəbuluna girəsən və 500 manat bu başdan verəsən və hər ayda 150 manat aylıq verəsən. Buranın digər korpuslardan fərgi ondadır ki, bu etajda kamera qapıları axşam saat 8 kimi açıq qalır və buranın sakinləri rahat həyətə çıxa bilir bir-birinin kamerasına gedib gələ bilirlər. Təcridxananın yeri əvvəllər göl- bataqlıq olub ki, buranı böyük maliyyə hesabına qurudaraq yerində təcridxana tikiblər və hazırda da ətrafa həbsxanalar tikilir ki, verilən bilgilərə görə burada komleks şəkildə “həbsxana şəhərciyi” olacaq. Buradakı bataqlıqlar qurudulsada orda üfunət iyindən durmaq olmur. Ekspertlər isə bildirir ki, belə yerlədə insanların saxlanılması yolveriləzdir. Sonda bir daha onu qeyd edək ki,rəsmi məlumatlara görə Azərbaycanda 22 minə yaxın məhbus var. Qeyri- rəsmi məlumatlara görə isə bu rəqəm 35 mindən yuxarıdır. Məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində (CÇM) cəza çəkirlər. CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab olunur. Hər barakda bəzən 450- 600 nəfər adam bir yerdə yaşayır. Onların arasında hepatit (muxtəlif formada ), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar ciyin- ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur, dustaqlar qışda üst paltarda (evdən gələn) yorğanın altında yatırlar, yayda isə istidən əziyyət çəkirlər. Hər CÇM -nin rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir. Baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl edilmir. “Şikayət edən məhkumlar döyülərək, “karsa” salınırlar” Bu sətirlər bir qrup məhkumun prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova və KİV-ə müraciətinə əks olunub. Gözətçi.az saytı vasitəsilə müraciət edən məhbuslar bildirib ki, adları və imzaları onların təhlükəsizliyi naminə mətbuata verilməsə də, lazım olan halda istənilən aidiyyatı orqana təqdim edə bilərlər. “Şikayət edən məhkumlar CÇM-nin işçiləri tərəfindən müxtəlif bəhanələrlə döyülərək, “karsa” salınırlar: “Müəssisənin rəhbərliyi tərəfindən “tədbir” adlanan hər addımda məqsəd daha çox rüşvət almaqdır. Misal üçün, hər görüşə çıxandan tutulan 5-10 manatı, bərbərxananın pullu olmasını göstərmək olar. Bundan əlavə korpuslarda rəhbərliyin təşkil etdiyi 10-15 nəfərlik qruplar var ki, onlar da digər dustaqları konkret olaraq rəisin və müavinlərinin göstərişi ilə müxtəlif yollarla mübahisəyə, qumara, ixtisaslar yaratmağa və digər belə hərəkətlərə sövq edir ki, bu da öz növbəsində rəisin cibinin şişməsinə kömək edir. Cəzaların İcrası Məcəlləsinin 3-cü maddəsinə əsasən, heç bir məhkum işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Bu maddənin əksinə olaraq rəhbərlik müxtəlif bəhanələrlə 10-15 nəfər öz adamlarını çıxmaqla istənilən dustağı cərimə təcridxanasına salır, müxtəlif işgəncələrə məruz qoyurlar. Cərimə təcridxanasına düşən məhkum üçdə birlə və ya vaxtından əvvəl cəzadan azad olmaq üçün rəisə 500-600 manat verib karsı sildirməli, pulu yoxdursa, cəzasını tam olaraq çəkməlidir. Üçdə birlə buraxmaq məsələsinə təlim-tərbiyyə işləri üzrə rəis müavini Rafik Məmmədov qiymət qoyur. Dediyi məbləği ödəməyə gücü çatmayan və ya bu rüşvətxorluğa etiraz edən məhkuma bu pulun «yuxarılara» getdiyinə açıq eyham vuraraq özünü bu oyunlardan kənar kimi göstərir. Cinayət Məcəlləsinin 93-cü maddəsinə uyğun olaraq narkomaniyadan məcburi müalicəyə məhkum edilmiş məhkumlar lazımi dispanserə 400-500 manat rüşvət vermədən göndərilmirlər. Bu məzənnəni birbaşa müəssisə rəisi təyin edir və alır».
“Dustaqların qiyməti 70 qəpikdir” Məhbusların sözlərinə görə, müəssisədə ölüm halı artıb. Ən kiçik qayda pozuntusu və ya bəhanələrlə dustaq rəhbərlik tərəfindən döyülür: “Əməliyyat bölməsinin rəisi Ədalət Qurbanov bəzi ürəyi yumuşaq nazorlara “qorxma, bərk vur. Bunların (yəni dustağın) qiyməti 70 qəpikdir” deyə işgəncələrdə xüsusi qəddarlıqla iştirak edir. Bütün bu işgəncələrin birbaşa rəisin göstərişi ilə olduğunu qeyd etmək istəyirik. Bir şeyi xüsusi olaraq diqqətinizə çatdırırq ki, hətta Ombudsman Aparatının nümayəndələri “kars”dakı dustaqlarla görüşüb, gedəndən yarım saat sonra işgəncələr daha da amansızlaşdırıldı. Sosial məişət problemləri isə müsəssisədəki abu-havanı bir az da çətinləşdirir. Qış mövsümünün gəlməsinə baxmayaraq nə korpuslarda, nə müəssisənin görüş otaqlarında heç bir istilik sistemi işləmir. Bundan əvvəlki şikayət ərizəmizdən sonra quraşdırılan kombi sistemi formallıqdan başqa bir şey deyil. Çünki quraşdırılandan bu günə kimi 3 ay vaxt keçməsinə baxmayaraq hələ də istifadəyə verilməyib. Rəhbərlik tərəfindən dəfələrlə söz verilsə də, pəncərələr dəyişdirilmək əvəzinə sellofan klyonkalarla örtürülür. Müəssisədə kitabxana üçün ayrılmış otaq olsa da, qapısı daim bağlı olur və oradan istifadə etməyimiz üçün heç bir şərait yaradılmır. Bununla yanaşı müəssisənin klubu yalnız reydlər, yoxlamalar zamanı açılır. Birinci korpusun televizor otağı isə hələ yay aylarından təmirə bağlansa da, hələ də istifadəyə verilmir. Təmir bitsədə dustaqlar arasında gedən söhbətlərə görə oranı müəssisə rəisi pullu klub kimi istifadəyə verəcək. Sadaladıqlarımıza içməli su əvəzinə xəstəlik mənbəyi olan qrunt suyunun verilməsi də daxildir. Nəzərinizə çatdırırq ki, müəssisə hərəsində 180-200 nəfər olmaqla 4 korpusdan ibarətdir. Dustaqların çoxluğu nəzərə alınarsa iki saat ərzində verilən su məhbusların heç 50 faizinin ehtiyacını qarşılamır. Həmçinin köhnə istifadəyə yararsız çarpayılar, illərlə istifadə olunaraq köhnəlmiş yataq dəstlərindən istifadə etmək məcburiyyətindəyik. CM-nin daxili intizam qaydaları 10-cu fəsil 35-ci bəndinə əsasən hətta cərimə təcridxanalarında saxlanılan məhkumlar hər məhkum üçün 4 kvadrat metrdən Müalicə Müəssisəsində isə 5 kv.metrdən az olmayan yaşayış sahəsi ilə təmin olunurlar. Müəssisənin daimi yaşayış yerlərində isə 4 nəfərə maksimum 8 kv.metr yer ayrılır. Bundjan başqa müəssisədə vərəmli xəstələrlə bərabər, spit xəstələri sağlam dustaqlarla eyni yaşayış sahəsında saxlanılırlar. ” Son əvəzi
Məhbusların hüquqlarının vaxtaşırı pozulduğunu və onların həyat şəraitinin həbsxana rəislərindən asılı olduğu haqqında tez-tez ictimayətə məlumatlar verilir. Ölkədəki müvəqqəti saxlanma təcridxanaları arasında yalnız 1 nömrəli Kürdəxanı İstintaq Təcridxanası müasir standartlara cavab verir. Lakin MTN, Bakı Şəhər Baş Polis İdarəsinin istintaq təcridxanalarının durumu heç də yaxşı deyil. Eyni halda Şüvəlan və Gəncədə yerləşənən təcridxanalarında vəziyyəti çox acınacaqlı durumdadır. Qəzetmizin hər şənbə buraxlışında məhbusların saxlanma yerləri və onların orada üzləşdiyi problemlər haqqında bilgilər verəcəyik. Hər şənbə buraxlışımızda ayrı-ayrı Cəza Çəkmə Müəsisələri və saxlanılma yerləri haqqında ən dolğun məlumatlar “Gündəm Xəbər” qəzetində oxuya biləcəksiniz. Məhbus valideynləri də üzləşdiyi problər barədə bizim redaksiyanın emel ünvanına yaza bilər və bizim redaksia ilə əlaqə saxlaya bilərlər
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?