GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Siyavuş Novruzovun anasını öz anam hesab edirəm”

“Siyavuş Novruzovun anasını öz anam hesab edirəm”

Tarix: 24-09-2013, 12:04 Bölmə :Manşet Baxış: 746
 “Siyavuş Novruzovun anasını öz anam hesab edirəm”

İsgəndər Həmidov YAP funksionerinin təhqirinə bu şəkildə cavab verdi
YAP Milli Şuranın namizədi Cəmil Həsənlinin sentyabrın 22-də keçirdiyi təbliğat-təşviqat mitinqində baş verənlərlə bağlı MSK-ya və aidiyyəti qurumlara rəsmi müraciət ünvanlayacaq. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
S. Novruzov qeyd edib ki, mitinqdə çıxış edənlər nəinki Seçki Məcəlləsinin, o cümlədən digər qanunvericiliyin tələblərini pozub, hətta bundan xüsusi zövq aldıqlarını da nümayiş etdiriblər: “Mitinq kifayət qədər aşağı səviyyəli idi. Ora yığışanların sayının çox olması ilə bağlı yalan informasiyalar yayırlar, amma maksimum 1000-1500 nəfər olardılar. Əksəriyyəti özlərinin qohum-əqrəbası, ordan-burdan yığılmış, ayrı-ayrı təşkilatların üzvü olan adamlar idi. Diqqət çəkən isə o idi ki, çıxış edən hər bir kəs Azərbaycan Konstitusiyasının, Seçki Məcəlləsinin, digər normativ hüquqi aktların tələblərini ciddi şəkildə pozmaqdan sanki xüsusi zövq alırdılar. Aydın görünürdü ki, çıxış edənlərin hər biri seçki ərəfəsində təxribat yaratmaq istəyir. Çıxışlarda söyüşlər, əxlaqa zidd çağırışlar yer alırdı ki, bu da Seçki Məcəlləsi və digər qanunvericiliklə tamamilə qadağandır. Eyni zamanda mitinq üçün razılaşdırılmış vaxt başa çatandan sonra dağılmamaq, yürüş və sair çağırışlarla xüsusi provokasiya hazırlanırdı. İstəyirdilər ki, polis onlara müdaxilə eləsin, təxribat yaransın. Bunu ora toplaşan, gənclərdən ibarət təxminən 50 nəfərlik qrup edirdi. Bütün bunlar bir daha sübut etdi ki, mitinq tamamilə təxribat xarakterli idi”.
YAP funksioneri deyib ki, sadaladıqları faktların hamısı qeydə alınıb: “Xüsusilə də mitinqdə YAP-ın və namizədimizin ünvanına çox ciddi təhqirlər, şər və böhtanlar səsləndirilib. Hər bir fakt üzrə MSK-ya və aidiyyəti qurumlara rəsmi müraciət olunacaq. MSK da buna görə bilavasitə cavabdehlik daşıyır”.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin isə Cəmil Həsənlinin təbliğat-təşviqat mitinqi barədə yaydığı rəsmi məlumatda ciddi qanun pozuntusunun olmadığı deyilir. Məlumatda həmçinin bildirilir ki, saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, EL hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib...
S.Novruzov onu da deyib ki, mitinqdə çıxış edən sabiq daxili işlər naziri İsgəndər Həmidov onun ünvanına təhqiramiz ifadə işlədib. Həmidov “Burada Siyavuş Novruzovdan danışdılar, amma biz bura insanlar haqda danışmağa gəlmişik, heyvanlar haqda yox...” deməklə onu təhqir edib. S.Novruzov İ.Həmidova son dərəcə təhqiramiz formada cavab verib: “İsgəndər Həmidov ortalığa indi çıxıb. Bu gün mitinqdə bir sırada dayandığı İsa Qəmbəri yəhudi casusu adlandırırdı. Əli Kərimliyə fərari deyirdi, onu tutmaq istəyirdi. İsgəndər Həmidovun atası dana oğrusu idi. Ordan-burdan heyvan oğurlayırdı. Bu da indi hansı tövlədə, hansı heyvanlardan əmələ gəlib yəqin ki, ictimaiyyətə açıqlayacaq”.
İsgəndər Həmidov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onun hərəkat yoldaşları ilə bir yerdə olması təbiidir. Lakin belə görünür ki, hakimiyyət hərəkat yoldaşlarının meydanda çiyin-çiyinə dayanmasından narahat olub: “Hakimiyyətin narahatlığı bundandır ki, biz bir yerdəyik. Bilsinlər, nə qədər ki, Azərbaycanda xalq həqiqi azadlığa çıxmayıb, demokratiya qurulmayıb, mən mübarizədəyəm və mübarizə yoldaşlarımla bir yerdə olacağam. Siyavuşun şəxsən özünə də demişəm ki, mən ondan fərqli olaraq ölənlər və ana-bacılar haqqında təhqiramiz ifadələr işlədən deyiləm. Siyavuş Novruzovdan fərqli olaraq Siyavuşun anasını öz anam bilirəm, bacısını öz bacım bilirəm. Hərə öz mədəniyyətini, əxlaqını göstərir. Dünyasını dəyişmiş şəxslər barədə təhqiramiz ifadə işlətməyin hansı əxlaq nümunəsi olduğu məlumdur. Siyavuşa xatırlatmaq istəyirəm ki, o, şəhid analarının, ölən əsgərlərin valideynlərinin döyüldüyü meydanda oturub pivə içən və şəhid analarının sürütmə çəkildiyi mənzərəni pivə içə-içə seyr edən birisidir. Ona görə də mən ona geniş cavab vermək istəmirəm, qoy xalqımız onun qiymətini versin”.
İ.Həmidov qardaşı Sərdar Həmidovun mitinqdən sonra Səs TV-yə müsahibəsində onun ünvanına sərt sözlər işlətməsinə heç bir cavab vermədi: “Məndən yaşca böyük qardaşımdır nə deyim? Təəssüf edirəm”.
Qeyd edək ki, Sərdar Həmidov müsahibəsində İ.Həmidova məsləhət görüb ki, müxalifət liderlərinə yaxın durmasın: “Onların heç biri İsgəndər Həmidovu çox istəməyiblər, qəbul etməyiblər və bu gün də bu belədir. İsgəndərin ağlı yoxdur, başını tamam itirib. Mən ona zamanında dedim ki, bu yaramazların dalına düşməsin. Amma mənim sözümə baxmadı, gedib qoşuldu yaramazlara. Onlar İsgəndərdən istifadə edirlər. Bilirlər ki, dəlidir, ağlı çatmır, ona görə də özlərinin deyə bilmədiklərini, cəsarətləri çatmadığı sözləri bu ağılsıza dedirdirlər. Bir də ki, İsgəndər huya gedəndir, böyürdən-başdan qızışdırırlar, özləri də çəkilib durur qıraqda. Axırda başı əzilən də bu olur”.
Maraqlıdır ki, qardaşına qarşı bu şəkildə sərt danışan S.Həmidov atasını və anasını təhqir edən S.Novruzova cavab verməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP MSK-ya şikayət etdi

    YAP MSK-ya şikayət etdi ...

    20-09-2013, 18:21

  • 
  • Siyavuş Novruzov nazir müavini təyin ediləcək?

    Siyavuş Novruzov nazir müavini təyin ediləcək? ...

    30-08-2014, 11:18

  • 
  • Deputat mitinqi izlədi və Milli Şuranın fatihəsini verdi

    Deputat mitinqi izlədi və Milli Şuranın ...

    19-08-2013, 00:04

  • 
  • Mitinqdə Siyavuş Novruzov fitə basıldı

    Mitinqdə Siyavuş Novruzov fitə basıldı ...

    18-08-2013, 18:36

  • 
  • İqtidar Milli Şuranın dialoq təklifinə cavab verdi

    İqtidar Milli Şuranın dialoq təklifinə cavab verdi ...

    6-09-2013, 14:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu