Meyit Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib
Hadisə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə meyit aşkarlanıb. Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı qapı arxasında 1948-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsmiş və içəri daxil olublar.
Mənzilə baxış keçirilərkən Aydın Əli Səttər oğlu Babayev hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Babayevin vəfat etdiyi müəyyən olunub.
Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?