GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Prezidenti saymayan Nazirlər Kabineti

Prezidenti saymayan Nazirlər Kabineti

Tarix: 3-10-2013, 21:22 Bölmə :Manşet Baxış: 1 862
Prezidenti saymayan Nazirlər Kabineti

Torpaq sahələrini boşaldıb satmaq planları “qara camaat”ın faciəsinə çevrilməkdədir

İlham Əliyev 2011-ci il martında evlərin sənədləşdirilməsi ilə bağlı şifahi göstəriş verdi, 2012-ci ilin iyunun 27-də icazəsiz ərazilərdə tikilən evlərlə bağlı məsələni araşdırmaq üçün dövlət komissiya yaradıldı; Komissiyaya 3 ay ərzində təkliflər hazırlamaq həvalə olunmuşdu, 3 aylıq müddət 5 dəfə başa çatıb, amma gördüyünüz kimi, ortada hələ də konkret təklif yoxdur


Nisbi sakitliyin ardından Bakı və Bakıətrafı ərazilərdə yenidən evlərin sökülməsi prosesi bərpa edildi. Söküntü prosesi həmişəki kimi, yerli sakinlərə qarşı zorakılıqla müşayiət olunub. Bir neçə nəfər saxlanılıb, xəsarət alanlar olub və hadisə yerinə təcili tibbi yardım heyəti cəlb olunub. Bir neçə il əvvəl belə bir rəy yaranmışdı ki, prezident seçkilərinə qədər sənədsiz evlərin sənədləşdirilməsi prosesi başlayacaq. Seçkilərə doğru proses başlamasa da, çoxlarına elə gəlirdi ki, hökumət seçki ərəfəsində ən azı hansısa formada bu evləri sənədləşdirməkdə qərarlı olduğuna dair mesajlar verəcək. Amma Sulutəpədə baş verənlər bunun əksini ortaya qoydu: Hökumət seçkilərə lap az qalmış bu evləri sənədləşdirmək niyyətində olmadığına dair mesaj verdi. Bu evlərin sökülməsində maraqlı olan qurumlar heç olmasa, bir neçə həftə gözləyib söküntüləri seçkilərdən sonraya da saxlaya bilərdilər. Baş verənlər onu deməyə əsas verir ki, hökumət daxilində bu evlərin sənədləşdirilməsinə qarşı güclü müxalifət formalaşıb. Həm də o dərəcədə güclü ki, öz hərəkətləri ilə ümumilikdə təmsil olunduqları hakimiyyətin siyasi maraqlarına qarşı çıxa bilirlər…
Bu yerdə ortaya belə bir sual çıxır: “Qanunsuz” elan olunmuş evlərin sənədləşdirilməsində kimlər maraqlıdır və onlardan daha güclü olan və prosesə qarşı çıxanlar kimdir?

Birinci maneəni aşmaq mümkün deyil

İlk növbədə onu deyək ki, belə evlərin qanunvericiliyə uyğun qaydada sənədləşdirilməsi praktik olaraq mümkün deyil. Çünki qanunvericilik proseduru o qədər mürəkkəbdir ki, maneələrin nəinki bir hissəsini, heç birinci hissəsini də aşmaq mümkün deyil. Kimsə öz “qanunsuz” evini sənədləşdirmək istəyərsə, bu yolda ilkin maneə həmin evin altındakı torpaq sahəsinin özəlləşdirilməsi olacaq. Məhz bu ilk addımı atmaq mümkün deyil. Çünki həmin torpaq sahələrinə qanuni və qanunsuz şəkildə müxtəlif dövlət qurumları, o cümlədən ARDNŞ, “Azərsu”, “Azərenerji”, Nəqliyyat Nazirliyi, Dövlət Torpaq və Xətitəçəkmə Komitəsi iddia edir.

Məhkəmələr dövlət qurumlarından çəkinirlər

Mülki Məcəlləyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Şəhərsalma və tikinti normalarını və qaydalarını pozan tikililər də qanunsuz hesab olunur. Qanunvericiliyə görə, evin sənədləşdirilməsi üçün ilk növbədə onun altındakı torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə olunmalıdır. Nəzəri cəhətdən bunu məhkəmə yolu ilə etmək mümkündür. Amma hansı məhkəmə orqanı yuxarıda adlarını çəkdiyimiz dövlət qurumlarının maraqlarına zidd qərar verə bilər? Bir vətəndaş həmin torpaq sahəsinin heç bir dövlət qurumuna məxsus olmadığını sübut etsə də, məhkəmədən müsbət qərar ala bilməz. Çünki dövlət qurumları bir çox hallarda həmin toqpaq sahələrinə qanunsuz olaraq iddia edirlər və məhkəmələr də həmin qurumlardan çəkinirlər. Əvvəllər dəfələrlə ARDNŞ-nin özünə məxsus olmayan ərazilərə müdaxilələr etdiyini yazmışıq. Neft Şirkətinə müraciət edərək konkret ərazilərlə bağlı iddialarının qanunvericiliklə əsaslandırılmasını istəmişik, amma şirkət öz hüquqlarını təsdiqləyən qanunvericilik sənədlərini ortaya qoya bilməyib. Bununla belə, həmin ərazilərə iddialarını davam etdirib. Heç bir məhkəmə orqanı da həmin ərazilərlə bağlı ARDNŞ-nin qanunsuz mülkiyyət iddialarına qarşı qərar vermir.

Bir çanta dolusu sənəd tələb olunur

Hətta torpaq sahəsi üzərində vətəndaşın mülkiyyət hüququnun təsbit olunması da hələ evin qanuniləşməsi demək deyil. Bundan sonra həmin tikintinin şəhərsalma, tikinti, ekoloji, yanğın təhlükəsizliyi tələblərinə, digər çoxlu sayda norma və qaydalara uyğunluğu faktı təsdiqini tapmalıdır. Bununla da iş bitmir – sübut edilməlidir ki, bu ev fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. Axırda bir çanta dolusu sənədləri toplayıb çoxlu sayda dövlət qurumunun qapısını döymək lazımdır.

15 aydır təkliflər yol gəlir…

Bütün bunlar bir daha onu göstərir ki, bu evlərin maneələrlə dolu qanunvericilik proseduruna uyğun sənədləşdirilməsi mümkün deyil. 500 minə yaxın sənədsiz evin sənədləşdirilməsi üçün siyasi iradə tələb olunur və bu iradə hələ 2 il yarım bundan əvvəl ifadə edilib. Prezident İlham Əliyev 2011-ci il martında Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə evlərin sənədləşdirilməsi ilə bağlı göstəriş vermişdi. Daha sonra, 2012-ci ilin iyunun 27-də icazəsiz ərazilərdə tikilən evlərlə bağlı məsələni araşdırmaq üçün dövlət komissiya yaradıldı. Bu komissiyaya 3 ay ərzində təkliflər hazırlamaq həvalə olundu. Həmin vaxtdan bu yana 3 aylıq müddət 5 dəfə başa çatıb, amma gördüyünüz kimi, ortada hələ də konkret təklif yoxdur.

Sənədləşmə prosesi böyük bazar vəd edir

Bu onu göstərir ki, bu evlərin sökülməsində və ya sənədsiz qalmasında maraqlı olan çevrələr var. Bəzən belə fikirlər səsləndirilir ki, sənədləşmə prosesinin qarşısını Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov alır. Amma bu yanaşma reallığa uyğun deyil. Hazırda onsuz da həmin evlərin sənədləşdirilməsi üçün heç kim bu komitəyə müraciət etmir və bu sahədə böyük bir bazarın olduğunu deməyə əsas yoxdur. Prinsip etibarilə Əmlak Komitəsi sənədləşmə prosesinin başlanmasında maraqlı olmalıdır. Çünki 400-500 min evin sənədləşdirilməsi prosesinin böyük pul dövriyyəsi ilə müşayiət olunacağı şübhəsizdir. Burada təkcə rüsum və başqa adlar altında aldatma yolu əhalidən on milyonlarla manat pul qoparmaq olar. Yalnız prosesi sürətləndirmək üçün, yəni növbəsini önə çəkdirmək üçün tanışlıq yolu ilə masa altından ötürüləcək pulların miqdarını hesablamağa çalışsaq, görərik ki, haqqında danışdığımız komitənin bu işə xüsusi maraq göstərməsi daha məntiqlidir.

Torpaqları boşaldıb satmaq istəyirlər

Bəs kimlər sənədləşmə prosesinə müxalifdir? O şəxslər ki, evlərin sökülməsi və ya status-kvo vəziyyəti onlara qazanc gətirir. Azərbaycanda dəfələrlə insanların “torpaq sürüşməsi” və ya başqa bir bəhanə ilə köçürülməsinin və sonradan həmin ərazilərin satılmasının şahidi olmuşuq. Hazırda əhaliyə qarşı “torpaq müharibəsi” aparan dövlət qurumları da həmin əraziləri ilk növbədə bu niyyətlə boşaltmaq istəyirlər. Sonradan o torpaqları sərbəstləşdirib satmaq üçün həm qanunvericiliyi, həm də nəqliyyat infrastrukturunun istiqamətini dəyişə bilərlər. Hazırda ARDNŞ istismar etmədiyi və heç zaman etməyəcəyi boru kəmərlərinin ətrafındakı torpaqlar üzərində iddia qaldırıb. Şirkət o torpaqların özünə məxsus olduğunu sübut edə bilməsə də, onları ələ keçirmək üçün bütün vasitələrə əl atır. Bu torpaqlar “qanunsuz” evlərdən təmizlənsə, az sonra orada yeni yaşayış massivləri və biznes mərkəzlərinin yaradıldığını görəcəyik.
Ancaq bu evlər sökülmədən də dövlət qurumlarına qazanc gətirir. İnfrastrukturun sağ və sol tərəfində mühafizə zolağı uydurub hər gün əhalidən pul yığırlar. Kimsə təmir işi aparan kimi adıçəkilən dövlət qurumlarının işçiləri özlərini yetirib “hörmət” tələb edirlər. Əlbəttə ki, bu qurumlar evlərin səndləşdirilməsində maraqlı ola bilməzlər.

Komissiya niyə iflic olub?…

Yuxarıda haqqında danışdığımız müvafiq dövlət komissiyasının iflic olmasının səbəblərini də burada axtarmaq lazımdır. Komissiyanın üzvləri o məmurlardır ki, onlar evlərin sənədləşdirilməsində maraqlı deyillər. Yəni insanların evlərinin altındakı torpaq sahələrinə iddia edən məmurlara tapşırılıb ki, həmin evlərin sənədləşdirilməsi üçün təkliflər hazırlayıb versinlər. Verərlərmi?..

Çingiz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sənədsiz evlərin sənədindəki maxinasiya

    Sənədsiz evlərin sənədindəki maxinasiya ...

    25-12-2012, 13:10

  • 
  • Yeni söküntü bumu başlayacaq

    Yeni söküntü bumu başlayacaq ...

    26-12-2012, 13:09

  • 
  • ARDNŞ Sulutəpə sakinlərini məhkəməyə verdi

    ARDNŞ Sulutəpə sakinlərini məhkəməyə verdi ...

    12-11-2014, 12:31

  • 
  • Məmurların sənədsiz evlər marağı

    Məmurların sənədsiz evlər marağı ...

    5-03-2013, 10:00

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (350)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu