GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Məmurların sənədsiz evlər marağı

Məmurların sənədsiz evlər marağı

Tarix: 5-03-2013, 10:00 Bölmə :Maraqlı Baxış: 1 198
Məmurların sənədsiz evlər marağı

Prezidentin göstərişinə məhəl qoyulmamasının gizlinləri

«Dəfələrlə prezidentə müraciət etmişik, ordan bizi göndəriblər Əmlak Komitəsinə, komitə də bizi göndərib Səbail rayon İcra Hakimiyyətinə. Oradan da gəlib deyiblər ki, evi elə mülk kağızı olmadan satın». Birinci qrup görmə əngəlli Gülsabah Məsimovanın ailəsi Səbail rayonunun 20-ci sahəsində 53 il öncə tikilən evlərinə illərdir mülk kağızı ala bilmir. O deyir ki, evi sənədləşdirib satmaqda məqsəd – gözünün müalicəsidir:
«Başa düşənlər bilir ki, iki gözdən əlil olmaq nə deməkdir. 1-2 metr məsafəni görmək üçün Almaniyanın Hamburq şəhərindəki klinikada müalicə olunmalıyam. 2010-cu ildən məni o klinikada növbəyə götürüblər. İndi çağırmalıdırlar, amma maddi imkanımız yaxşı deyil. Gözümüzü evə dikmişik, ancaq ona da sənəd ala bilmirik. Müalicə də çox baha başa gəlir. Biz də evi sənədsiz satsaq, qalacağıq çöldə».

Prezidentin tapşırığı... ev problemini çözmür

2011-ci il martında Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə evlərin sənədləşdirilməsi ilə bağlı prezidentin məmurlara göstərişi Məsimovlar ailəsini xeyli ürəkləndirib. Bundan sonra Əlibala Məsimov xanımı Gülsabah Məsimovanın adına olan evə mülk kağızı verilməsi ilə bağlı uyğun ünvanlara üz tutmağa başlasa da, yenə bir şey alınmayıb:
«Artıq yorulmuşam. Nə qədər yazmaq olar, nə qədər mülk kağızı verən idarəyə getmək olar? Hamısına dəfələrlə gedib-gəlmişəm, amma heç bir nəticəsi yoxdur». Bakı şəhər İcra Hakimiyyətindəki göstərişindən sonra prezident 2012-ci ilin iyunun 27-də icazəsiz ərazilərdə tikilən evlərlə bağlı məsələni araşdıracaq komissiyanın yaradılması barədə də sərəncam verib.
Ramiz Mehdiyevin sədri olduğu komissiyaya tapşırılıb ki, magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin keçdiyi yerlərdə, neft, qaz yataqlarına aid torpaqlarda tikilmiş yaşayış evlərinin siyahısını hazırlasın.

«O gözəl-göyçək villaların... sənədi yoxdur»

Həmin komissiyada təmsil olunan Torpaq və Xəritəçəkmə Komitəsi mətbuat xidmətinin rəhbəri Eldar Sadıq müəyyən işlərin getdiyini və hazırlanan sənədlərin Nazirlər Kabinetinə təqdim olunduğunu deyir: «Bizdən asılı olan sənədləri hazırlayıb yuxarılara təqdim etmişik. Amma bu sənədləri, yəqin ki, Milli Məclis təsdiqləməlidir. Əslində bizim o məsələdə elə bir rolumuz yoxdur. Torpağı bələdiyyə verib və bu məsələni icra hakimiyyəti ilə həll ediblər. Torpaqların sənədləşdirilməsində iştirak edirik, amma o torpaqlar qanunsuz verildiyi üçün o işə qatıla bilmərik. «20 Yanvar»dan Biləcəri istiqamətinə gedirik ha, o gözəl-göyçək villaların heç birinin sənədi yoxdur. Bunların birinə də Torpaq Komitəsi sənəd verməyib. Həmin evlər bələdiyyənin verdiyi sənədlər əsasında tikilib».

«AZƏRSU» ASC-nin siyahısı ünvana çatib

Komissiyada təmsil olunan «Azərsu» Açıq Səhmdar Cəmiyyəti də ərazisində yerləşən sənədsiz evlərlə bağlı siyahını yekunlaşdıraraq Komissiyaya və Nazirlər Kabinetinə təqdim edib. Qurumun ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllının AzadlıqRadiosuna söylədiyinə görə, araşdırmalar nəticəsində ölkə üzrə təxminən 3200 sənədsiz fərdi yaşayış evi və kommersiya tikililəri aşkarlanıb: «Bizim qurumlar hər gün nəzarət edirlər. Bircə gün nəzarətsiz qalsa, dərhal haradasa nə isə tikirlər».

İşlər ləng gedir

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev sənədsiz evlərlə bağlı işin istənildiyindən ləng getdiyini bildirir: «Düzdür, sənədsiz evlərin siyahısının hazırlanması ilə bağlı icra hakimiyyətlərinə, bələdiyyələrə göstəriş verilib. Müsbət həll olunan, sənədləşdirilən evlər də var. Amma açığı, işlər bir az ləng gedir». Deputat işin ləng getməsini süründürməçilik yox, prosesin bir neçə əldən keçməsi ilə əlaqələndirir: «Bu məsələ bir əldə olsaydı, çoxdan həll edilərdi. Burda torpaq məsələsi var, mülkiyyət məsələsi var. Araşdırmalar gedir ki, icra strukturları tikiliyə necə sənəd verib, nə əsas tapılıb və s. və i.a.».
«Bir günah məmurundursa , iki günah vətəndaşindir»
Tahir Rzayev sənədsiz evlərlə bağlı məmurlardan çox vətəndaşları qınayır: «Bilirsiniz, bu məsələdə bir səhv məmurundursa, iki səhv vətəndaşındır. Çünki mən hüququmu bilən vətəndaşamsa, ailəmi təhlükəyə atıb elektrik xətti altında və digər təhlükəli yerdə ev tikməməliyəm. Yanıma xeyli adam gəlir, deyir bilirik ki, olmaz, amma siz yardım edin, mənə sərəncam versinlər. Bakı və ətrafında 500 min belə tikili olduğu deyilir. İndi görün rayonlarda nə qədər belə tikililər var». Məsimovlar ailəsinin ötən əsrin 60-cı illərində tikilən evlərinə mülk kağızı ala bilməmələrinə gəlincə, deputat bunun da günahını yarım əsrdən çox müddətdə sənədsiz evdə yaşayanlarda görür.

Sənədsiz evlər məsələsində iqtisadi maraqlar

Deputat sənədsiz evlərlə bağlı müəyyən müddətə amnistiya tətbiqinin də bu məsələnin çözülməsinə yardım edəcəyini düşünür: «Su, elektrik və qazla bağlı əhalinin ötən illərdən qalma borcları vardı. Bu, heç cür həllini tapmırdı. Həmin borcların ləğvi barədə prezident sərəncamı borc məsələsini çözdü. Ola bilər, prezident bütün tikililərin qeydiyyata alınması barədə də tapşırıq versin və beləcə, sakinlər hüquqi sənədləri olsun. Bu, mümkündür».
İqtisadçı Natiq Cəfərli məsələnin indiyədək çözülməməsinin səbəblərini iqtisadi maraqların olması ilə izah edir. Onun fikrincə, əslində, sənədləşmə normal qaydada həyata keçirilərsə, bu, bir çox məmurların maraqlarına toxuna bilər: «Bəzi sahələrə məmurların gözü düşübsə, onlara sənədsiz evlərdə yaşayanları ərazidən çıxarmaq daha asandır. Qanunsuz tikililər adı ilə öz niyyətlərini gerçəkləşdirmək daha asandır».
Natiq Cəfərli də düşünür ki, məsələ ciddi narazılıq yaradarsa, prezidentin bu məsələyə yenidən diqqət yetirə bilər. Prezident sərəncamı ilə bağlı yaradılan dövlət komissiyasından və Nazirlər Kabinetindən indiyədək görülən işlərlə bağlı yekun məlumat almaq mümkün olmadı.

Maarif Çingizoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sənədsiz evlərin sənədindəki maxinasiya

    Sənədsiz evlərin sənədindəki maxinasiya ...

    25-12-2012, 13:10

  • 
  • Sənədsiz evlərə bəd xəbər (VİDEO)

    Sənədsiz evlərə bəd xəbər (VİDEO) ...

    15-01-2015, 23:37

  • 
  • Türkiyəli həkim Azərbaycanda çalışdığı klinikada intihar edib

    Türkiyəli həkim Azərbaycanda çalışdığı klinikada ...

    28-01-2014, 12:10

  • 
  • Salyanda İlham Əliyevə qarşı sayğısızlıq

    Salyanda İlham Əliyevə qarşı sayğısızlıq ...

    28-12-2012, 11:32

  • 
  • Bakı şəhər İcra Hakimiyyətinin anbarından oğurluq edilib

    Bakı şəhər İcra Hakimiyyətinin anbarından oğurluq ...

    10-07-2015, 12:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu