Səmayə Əliyeva: “O, MƏNİM OĞLUMUN QATİLİDİR”. “Nazım İbrahimov mənə bildirdi ki, Səmayə ana, bu işin arxası ilə getməyin. Bu cinayətin arxasında böyük qüvvələr durur” 12 il əvvəl Kiyevdə qətlə yetirilmiş azərbaycanlı iş adamı Elçin Əliyevin anası , Nərimanov rayonu, Təbriz küçəsi ev-97 , mənzil 1-də yaşayan Səmayə Əliyeva redaksiyamıza gələrək, oğlunun ölümü ilə bağlı sensasion açıqlama verib. Oğlumun ölümündən on iki il keçməsinə baxmayaraq, hadisə ilə bağlı heç kim həbs edilməyib. Səmayə Əliyeva, oğlunun qatilinin o zaman Kiyevdə hərbi akademiyada oxumuş, hazırda Şəmkir korpusunun komandanı, general Rövşən Əkbərovun olduğunu bildirir: “Elçinlə Rövşənin arasında o, vaxtlar söz-söhbət olub, amma bunun səbəbi bizə məlum deyil. Oğlumun cənazasini Kiyev şəhərindən Nazim İbrahimov və oğlumla birlikdə iş birliyində olan Səməd Novruzov Bakıya gətirdilər. Soruşacaqsınız ki, ailə üzvlərindən cənazəni gətirməyə kimsə getmişdimi? Bizi Kiyevə getməyə şəxsən Nazim İbrahimov, hansı səbəbdənsə məsləhət bilmədi. Yeganə oğlumun, qatilinin azadlıqda olması cəmiyyətimiz üçün təhlükəlidir. O, vaxtlar Ukraynada müvəqqəti işlər vəkili, hal-hazırda Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazım İbrahimov , oğlumun yas mərasimində iştirak edərkən mənə bildirdi ki, “Səmayə ana, bu işin arxası ilə getməyin. Bu cinayətin arxasında böyük qüvvələr durur”. Mən, bu işin qərəzsiz araşdırılmasını istəyirəm və qəzetiniz vasitəsilə Dövlət başçısına müraciət edirəm. Bir cinayətin tarixçəsi Yeganə oğlumuz Elçin Əliyevin 01 iyun 2001-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində qəsdən öldürülməsi faktı üzrə həmin respublikanın hüquq-mühafizə orqanları tərəfindən başlanan cinayət işi üzrə ibtidai araşdırma aparılmasının nəticəsi kimi cinayəti törədən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması və hadisəni törətdikdən sonra qaçıb gizlənməsi müəyyən edildiyindən iş 27 fevral 2003-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndəridi. Oğlum Elçin Əliyvə qarşı cinayətin hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrində , yüksək komandan postu tutan, General Rövşən Əkbərov tərəfindən törədilməsinə dair hələ iş Ukrayna Respublikasında olarkən kifayət qədər faktlara, məlumatlara və sənədlərə malik idik. Ukrayna hüquq-mühafizə orqanları da cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsinə dair mötəbər sübutlar əldə etikdən sonra işi Baş Prokurorluğa göndərmişdir və onun hərbçi olması nəzərə alınaraq 08aprel 2003-cü ildə cinayət işinin istintaqı Azərbaycan Respubliası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə verilmişdir.Hərbi Prokurorluqda aparılan iş üzrə həqiqətin müəyyən edilməsinə kömək etmdiyinə görə bizim çoxsaylı şikayətlərimizdən sonra cinayət işi onların icraatından götürülüb 24 fevral 2004-cü ildə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə verildi. 12may 2004-cü ildə iş üzrə istintaq aparılması bu idarənin xüsusi işlər üzrə böyük müstəntiqi Rasim Hacıyevə havələ edildi. Rasim Hacıyev istintaq hərəkətlərini davam etdirmək üçün Ukrayna Respublikasıda oldu və onunla əlaqə saxlayarkən cinayəti törətmiş şəxsin tezliklə məsuliyyətə cəlb olunacağına dair, bizdə inam yaratdı. Lakin sonradan nədənsə cinayəti törətmiş şəxsin məsuliyyətə cəlb edilməsi üçün heç bir real addım atılmadı və sübutların azlığı bəhanə gətirildi. Daha sonra cinayət işi Rasim Hacıyevin icraatından götürülərək hərəkətlərindən Nəsimi Rayon Məhkəməsinə şikayət etdiyimiz Rövşən Maqsudovun icraatına verildi. Cənab Maqsudov apardığı istintaq hərəkətləri və qəbul etdiyi prosessual qərarlar barədə bizə heç bir məlumat vermirdi. Nəticədə biz onun hərəkətlərindən Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi cənab Eldar Əhmədova və Baş prokurora şikayət etmək məcburiyyətində qaldıq. Bizim bu şikayətlərimiz də fayda vermədi. Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyinin müəyyənləşdirdiyi qaydada 09 oktyabr 2007-ci ildə Rövşən Maqsudovun qanunsuz hərəkətsizliyindən ərazi aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə şikayət təqdim etdik. İşi icraatına qəbul edən hakim cənab İkram Şirinov bu halda «şikayətin başqa qaydası» nəzərdə tutulmasını əsas göstərərək ona baxmaqdan imtina etdi. Hakimin tövsiyəsinə uyğun olaraq 28 dekabr 2007-ci ildə Rövşən Maqsudovun hüquqlarımızı pozan hərəkətlərindən məhkəmə nəzarəti qaydasında Nəsimi rayon məhkəməsinə (bundan sonra birinci instansiya məhkəməsi) şikayət təqdim etdik. Bu şikayət də cənab Şirinovun icraatına verildi. Cənab Şirinov şikayətə açıq məhkəmə iclasında, tərəflərin (prokuror istisna olmaqla) iştirakı ilə baxılmasını və əvəllər bizə verilməyən bir sıra prosessual qərarların surətlərinin təqdim olunmasını təmin etsə də (buna görə biz ona minnətdarıq), cinayət təqidi orqanının qanunsuz hərəkətlərinə aid şikayətimizi təmin olunmamış saxladı. Məhkəmə qərarı haqqında Məhkəmə qərarının 3-cü vərəqində bu iş üzrə istintaq müddətinin sonuncu dəfə Azərbaycan Respublikası Baş prokurorunun 26 dekabr 2007-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətinə - 12 aprel 2008-ci ilədək uzadılması (bu barədə bizə heç bir məlumat verilməmişdi) qeyd olunur, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 84.5.16., 218.8. və 218.9 maddələrinə istinad edilməklə istintaq müddətinin uzadılmasının prosessual rəhbərliyi həyata keçirən prokurorun hüququ olması göstərilir.Məhkəmə qərarının həmin vərəqdəki digər hissəsində göstərilir: “Azərbaycan Respublikası CPM –nin 449-cu maddəsində cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi qaydası müəyyən edilmişdir. Həmin maddədə şikayət olunan hərəkət və qərarların dairəsi konkret göstərilmişdir. Qeyd olunan maddədə istintaq müddətinin uzadılmasına dair istintaq orqanının qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilə bilməz”.Zənnimizcə, şikayətdə qoyulan tələblərdən birinin rədd edilməsinin əsası kimi məhkəmənin belə yanaşması səhvdir. Əvvəla, iş üzrə prosessual rəhbərliyi həyata keçirən prokurorun hər hansı hüququ (o cümlədən ibtidai istintaq müddətlərinin uzadılması hüququ) mütləq hüquq sayıla bilməz. Onun bu hüquqları həyata keçirməsi ilə əlaqədar digər mənafeyinə toxunan istənilən məsələ mübahisələndirilə bilər və bu mübahisələrin araşdırılmalı olduğu yer yalnız məhkəmələrdir. İkincisi, bir hüququn həyata keçirilməsi (özü də hüququ tətbiq edən şəxsin daha geniş səlahiyyətlərə və imkanlara malik olması nəzərə alınmaqla) digər şəxsin (onun daha əlverişsiz vəziyyətdə olması əsas götürülməklə) hüququnun pozulması hesabına baş verə bilməzdi.Digər tərəfdən bu hissədə şikayətin təmin oluna bilməzliyinin əsası kimi hakimin CPM-nin 449-cu maddəsinə istinad etməsi də birtərəfli yanaşmadan irəli gəlir. Belə yanaşma (şikayətin 10-cu bəndində qeyd edilənlər nəzərdə tutulur) həm Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna, həm də CPM-nin ümumi normalarına və eyni zamanda hakimin özünün 26 oktyabr 2007-ci ildə qəbul etdiyi 2359/2007 saylı qərardadına ziddir.Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.Hər kəs dövlət orqanlarının .........., vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə.Məhkəmə icalsının qərardadı (ərizənin geri qaytarılmasına dair) ..........həmçinin ərizəçiyə izah edilməlidir ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Rövşən Maqsudovun hərəkətlərindən (hərəkətsizliyindən) cinayət mühakimə icraatının qaydalarına uyğun olaraq məhkəmə nəzarəti qaydasında şikayət verə bilər.
Məhkəmə qərarının 4-cü vərəqinin əvvəlində göstərilir: “26 fevral 2003-cü il tarixdə Əliyev Elçin Faday oğlunun öldürülməsi faktına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-leytenantı Əkbərov Rövşən Telman oğlu barəsində Ukrayna Respublikası Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə, yəni qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanmışdır”.
CPM-nin 223.1. və 223.2. maddələrinə istinad edən hakim daha sonra qərarın həmin vərəqində aşağıdakıları qeyd edir: “Göründüyü kimi, ibtidai istintaq zamanı hər hansı şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi istintaqı həyata keçirən şəxsin toplanmış mötəbər sübutların məcmusu ilə yanaşı, həm də onun daxili inamı ilə bağlı olan müstəsna hüququdur və məhkəmə qərarı əsasında istintaqı həyata keçirən şəxsə bu cür göstərişin verilməsi qanunun tələblərinə ziddir və yolverilməzdir ... Belə olan halda aydın olur ki, şikayətçinin müstəntiq R.Maqsudovun “kifayət qədər sübutlar” mövcud olmasına baxmayaraq general Rövşən Əkbərovu məsuliyyətə cəlb etməməkdə ifadə olunan hərəkətsizliyinin qanunsuz olması barədə » qərar qəbul edilməsinə dair tələbi də əsassızdır və təmin edilə bilməz”. Birinci instansiya məhkəməsinin qərarının məzmunundan göründüyü kimi, cinayət təqibi orqanı nəinki yerinə yetirdiyi (və habelə yetirməli olduğu) hərəkətlər barədə bizi məlumatlandırmayıb, bu orqan hətta hüquqlarımızın həyata keçirilməsi və qanuni mənafeyimizlə bağlı qəbul edilən prosessual surətlərini belə təqdim etməyib. Buna baxmayaraq cinayət işinin istintaqı hələ Ukrayna Respublikasında aparılarkən qəsədən adam öldürmə cinayətinin məhz Rövşən Əkbərov tərəfindən törədilməsinə dair aşağıdakı sübutların mövcudluğu barədə məlumatlı idik: 2 iyun 2001-ci ildə cənab Nazim İbrahimovun, Musaxan Əliyevin və Səməd Novruzovun (bu şəxslərin hər ikisi Ukraynada yaşayır və hadisə barədə tam məlumatlıdırlar) onlara etdiyi telefon zəngi vaxtı cinayətin cənab Əkbərov Rövşən tərəfindən törədilməsini bildirməsinə; Hadisəni görən cənab Məzahir Şıxəliyevin Əkbərov Rövşəni fotoşəkil üzrə tanımasına və bu barədə Kiyev şəhərinin Şevçenko rayon müstəntiqinə verdiyi ifadəsinə; Hadisəni görən Məzahir Şıxəliyevin həyatı üçün təhlükə yaranmasına görə qaçıb-gizlənməsinə və hazırda da bu səbəbdən respublikaya qayıtmaqda çəkinməsinə; Cənab Məzahir Şıxəliyevin hadisə vaxtı Əkbərov tərəfindən döyülərək sağlamlığının qısa müddət pozulmasına dair xəsarət alması barədə səlahiyyətli məhkəmə-tibb ekspertinin 3 saylı 6 iyun 2001-ci il tarixli rəyinə; Oğlumuzun ölümünə səbəb olan kəsici-deşici alətlə yetirilmiş zədələrin süngü bıçaqla yetirilməsinə (bu bıçağı yalnız general Rövşən Əkbərov daimi üstündə gəzdirmişdi) dair səlahiyyətli məhkəmə-tibb ekspertinin rəyinə; Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin əməkdaşı kimi R.Əkbərova diplomatok toxunulmazlıq hüququna malik olmasına dair saxta sənəd verilməsinə; Səlahiyyətli istintaq orqanlarının çağırışına baxmayaraq R.Əkbərovun Ulrayna hüdudlarını elə həmin gün tərk etməsinə şərait yaradılmasına; Ukrayna Respublikasından daxil olan həmin cinayət işinin istintaq aidiyyatı üzrə Hərbi prokurorluğuna verilməsinə (bu Prokurorluğun məhz hərbiçilər tərəfindən törədilən cinayətlərin istintaqı ilə məşğul olması mübahisələndirilməyən haldır); Işin digər hallarına. Bunlardan başqa hakimin qərarı ilə tanışlıq belə təəsurat yaradır ki, işdə həqiqətən də cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsinə dəlalət edən kifayət qədər mötəbər sübutlar mövcuddur, çatışmayan yeganə hal cənab Maqsudovun daxili inamıdır (halbuki bu vəziyyətdə cənab Maqsudovun daxili inamının süburlarla ziddiyyət təşkil etməsinin səbəbləri göstərilməli idi).
Hüquq məsələlərinə dair. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin 1-ci bəndinə əsasən «hər kəsin yaşamaq hüququ vardır». Həmin maddənin2-ci bəndi «dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi .........və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır» (Azərbaycan Respublikasının 2002-ci ildən iştirakçısı olduğu İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsinə dair Avropa Konvensiyasının 2-ci maddəsində də eyni hüquq təsbit edilib). Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Rövşən Əkbərov oğlumuz Elçin Əliyevi dövlətə silahlı basqın və digər hallarla əlaqədar olaraq müharibə şəraitində deyil, məzuniyyətdə olub vaxt keçirdiyi Kiyev şəhərində restoranın qarşısında qətlə yetirib. Onun hazırkı vaxtadək cinayət məsuliyyətinə cəlb edilməməsi Azərbaycan Silahlı Qüvvələrindəki iyerarxiya üzrə yüksək post tutması ilə əlaqədardır. Ancaq buna görə cinayət təqibi orqanı Rövşən Əkbərova Konstitusiya və beynəlxalq müqavilələrlə nəzərdə tutulmayan toxunulmazlıq statusu verib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) Mastromatteo İtaliyaya qarşı (Mastromatteo v. İtaly (application no.37703/97) iş üzrə 24 oktyabr 2002-ci il tarixli qərarının 91-ci bəndinə əsasən «Dövlətin orqanları və ya nümayəndəsi tərəfindən törədilməsi güman edilən ölüm işləri araşdırılarkən istintaqın aparılmasına məsul olan şəxslərin bu hadisələrdə əli olanlara münasibətdə müstəqil olmaları zəruridir. Bu yalnız iyerarxiya və ya institusional deyil, həm də praktiki müstəqilliyi nəzərdə tutur ».Bu iş üzrə ibtidai araşdırma aparan müstəntiq Rövşən Maqsudov və həmçinin prosessual nəzarəti həyata keçirən prokurorlar nəinki Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Rövşən Əkbərova, hətta onun leytenantı olan hər hansı şəxsə belə münasibətdə müstəqil deyildir. Cinayət işinin istintaqının uzun müddət aparılması (bunun hüquqi yardım göstərilməsi ilə əlaqədar bəhanələrlə əsaslandırılması), sübutların mövcudluğu vəziyyətində Əkbərovun məsuliyyətə cəlb olunmaması, cinayət təqibi orqanının və ona rəhbərlik edən şəxslərin astagəl davranışı müstəqilliyin deyil, asılılığın göstəricisidir. Tanrıqulu Türkiyəyə qarşı (Tanrikulu v.Turkey) iş üzrə Avropa Məhkəməsinin 8 iyul 1999-cu il tarixli qərarının 103-cü bəndinə əsasən “Ölən şəxsin ailə üzvlərinin və digər şəxslərin istintaq aparmaq səlahiyyəti olan hakimiyyət nümayəndələrinə ölüm haqqında məlumatlandırılması kimi sadə fakt ölümün baş verməsi hallarının səmərəli istintaq aparılmasının ipso facto öhdəliyini yaradır; bu öhdəlik 2-ci maddədən yaranır”. Cinayət işi Azərbaycan Respublikasının səlahiyyətli istintaq orqanlarının sərəncamında olduğu müddətdə iş üzrə araşdırma nəinki səmərəli aparılmadı, habelə bizim çoxsaylı ərizə və şikayətlərimizə məhəl qoyulmadı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən «hər kəs, mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Yeddi ilə yaxın müddətdə lüzumsuz istintaq aparılması 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan «ağlabatan müddətlər» anlayışı ilə bir araya sığmır, cinayət təqibi orqanı və məhkəmənin birtərəfli müvqe nümayiş etdiməsi həmin maddədə nəzərdə tutulan qərəzsiz və ədalətli araşdırmaya malik olmaq hüququmuzu pozur. Yeganə oğlunu itirən valideynlər kimi hesab edirik ki, şəxs yalnız paqona görə genearl olmur (və ya olmamalıdır). Şəxs həm də düşüncəsinə, hərəkətlərinə, davranışına və əxlaqına görə general olmalıdır. Hörmətli məhkəmə isə cinayəti törədən şəxsin general, zərərçəkənin isə mülki şəxs (və ya əksinə) olmasını əsas götürməlidir. Yuxarıdakıları nərəzə alaraq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və CPM-nin təsbit edilən hüquqlarımızdan istifadə etməklə məhkəmədən. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Rövşən Maqsudovun 80363/0363 saylı cinayət işi üzrə istintaq müddətinin uzadılmasına dair prosessual qərarının; Kifayət qədər sübutlar mövcud olduğu halda onun general Rövşən Əkbərovu məsuliyyətə cəlb etməməkdə ifadə olunan hərəkətsizliyinin qanunsuz olması; Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi əsasında malik olduğumuz qərəzsiz və ədalətli məhkəmə araşdırması hüququmuzun pozulmasının təsdiq edilməsinə dair qərar qəbul edilməsini xahiş edirik. Bizim son tələbimiz odur ki, bütün sübutlar ola-ola nəyə görə Rövşən Əkbərov həbs edilmir? Hüquq mühafizə orqanları Rövşən Əkbərovun qorxusundan Prezidentə düzgün məlumat vermirlər və həmin məlumatların yerinə , ona və cinayətdə əli olan insanlara sərf edən informasiyalar ötürürlər. Güya ki, istintaq gedir. On ildən artıq da istintaqmı gedər? Ukrayna Baş Prokurorluğu verdiyi məlumat doğru və dürüst məlumatdır. Axı Ukrayna Baş Prokurorluğunun qərarı niyə icra olunmur ? Ukraynanın Baş Prokurorluğundan bizim ünvanımıza göndərilən məlumata Ukrayna Respublikası cavabdehdir. Nəzərə alınmalıdır ki, Ukraynada istintq aparılarkən qətl hadisəsinin məhz Rövşən Əkbərov tərəfindən törədildiyi birmənalı şəkildə təsdiq olunub. Ukrayna tərəfi cinayət işini Rövşən Əkbərovun təqsiri sübuta yetirildiyinə görə onun məsuliyyətə cəlb edilməsi üçün cavabdeh Dövlətə göndərib. Azərbaycanda aparılan istintaq isə dindirilmiş şahidlərin ifadələrindəki əhəmiyyətsiz uyğunsuzluqları qabartmaqla Röşən Əkbərovun məsuliyyətdən kənərda qalması üçün süni əsaslar yaradılmasına xidmət edir. Hətta Rövşən Əkbərov işin mahiyyəti üzrə dindirilməyib. Onun dindirilməsi formal xarakter daşıyıb. Bizim Rövşən Əkbərovun Ukraynadan təlimləri başa vurmadan tələm-tələsik geri qayıtması barədə müraciətlərimizə baxılmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?