Rövşən Lənkəranski iş adamını sevgilisi ilə birlikdə yaşadığı binada güllələyib
Rusiyada tanınan azərbaycanlı avtoritet Rövşən Canıyev iş adamının ölümündə şübhəli bilinib. Türkiyə KİV-nə istinadən xəbərə görə , avqustun 17-də Türkiyədə yaşadığı binanın hovuzunda tapılan, əvvəlcə döyülən, daha sonra güllələnərək öldürülən azərbaycanlı iş adamı Əli Həmidovun son nəfəsində “Rövşən”in adını çəkdiyi məlum olub.
Məlumatda deyilir ki, binanın mühafizə sistemindən yayınıb ora daxil olmağı bacaran altı nəfər iş adamını öldürüb, onun yanındakı sevgilisi Asiyat Alaşovanı isə ağır yaralayıb. Daha sonra binanı dərhal tərk ediblər.
Cinayətin rus mafiyası ilə əlaqəsi ola biləcəyi ehtimalı üzərində dayanan polis araşdırmalara başlayıb. Ağır yaralanan Asiyat Alaşovanın özünə gəldikdən sonra verdiyi ifadə önəmli ipucu olub. Alaşova Həmidovun son nəfəsindən “Rövşən” adını çəkdiyini deyib:
“Əli bir neçə il əvvəl narkotika ittihamı ilə Rusiyada həbsə girdi. Burada daha əvvəldən tanıdığı azərbaycanlı mafiya lideri Rövşən Canıyev ilə birlikdı qumar oynadı. İkisi də böyük pullar qazandı. Əli 7-8 ay sonra azadlığa çıxdı. Lakin bir müddət sonra onu izləməyə başladılar və qumar pullarını istədilər. Əli onu son dəfə arayan Rövşənə “Bütün qumar pullarını kimsəsiz uşaqlar evinə bağışladım, məndə pul yoxdur” dedi. Daha sonra ölüm təhdidləri almağa başladı. İyulda Türkiyəyə gəldik. Məqsədimiz iş yeri qurmaq idi. Vurularkən Əlinin başını qucağıma qoydum. Son nəfəsini vermədən öncə “Rövşən” dedi”.
Polis isə Rövşən Lənkəranski ilə bağlı maraqlı məlumatlar əldə edib. Lənkəranski borclarını ödəyə bilməyən və bu səbəbdən Türkiyəyə qaçan Həmidovun ardınca İstanbula gəlib. Burada 5 ulduzlu oteldə qalan Lənkəranski iş adamının öldürülməsi ilə bağlı plan qurub.
İtaliyanın İnterpol xətti ilə axtarışa verdiyi Canıyev bu qətl hadisəsindən sonra yoxa çıxıb. “Ded Xasan”ın qətlə yetirilməsindən sonra ölməsi xəbərləri yayılan avtoritetin hazırda yaşayıb yaşamadığı isə sirr olaraq qalır.
Sorğu
Yeni dizaynımız necədir?