GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » 2013- daha bir seçki ili

2013- daha bir seçki ili

Tarix: 8-01-2013, 10:09 Bölmə :Maraqlı Baxış: 1 548
2013- daha bir seçki ili

Azərbaycanda əsas problem seçki fəallığı deyil, problem seçkinin təşkilində və keçirilməsindədir

Siyasətçi olmadan siyasətlə məşğul olmaq mümkündürmü? Maraqlı sualdır, deyilmi? Düzü bu ölkədə o qədər maraqlı suallar var ki, onlardan hansını seçmək lazım gəldiyini bilmirsən. Səhnədə aktyorlar rollar oynadığı kimi bütün insanlar həyatda müəyyən rolların ifaçısı olurlar. Buna bəlkə də sosial funksionallıq demək daha düzgün olardı. Nəzərə alanda ki, indi dünyada hamıya seçki hüququ verilib, həmin o funksiyalardan biri də budur ki, hər bir adam həm də seçicidir. Amma təəssüf ki, insanlar heç də bütün rolları ürəkdən, cani-dildən ifa etmirlər.
Bəzən biz çox yorucu, darıxdırıcı «aktyorlar» oluruq. «Mənlik deyil, mən siyasətlə heç vaxt məşğul olmamışam, qoy, onunla siyasətçilər məşğul olsun!». Bu cür bəyanatları bütün seçkilərin ərəfəsində eşitmək mümkündür. Bir vaxtlar hətta ağlıma belə bir fikir gəlmişdi ki, insanların seçkiyə marağını bir qədər stimullaşdırmaq lazımdır. Amma necə? «Zərbəçi seçici» medalı təsis etmək olmur axı! Dünyanın bütün ölkələrində seçkidə iştirak problemi var, bunu inkar etmək çətindir. Amma əksər ölkələrdə seçkini bir prinsip əsasında keçirirlər: «Maraqlananlar gəlsin, maraqlanmayanlar isə özündən küssün!». Əslində bu, ədalətli yanaşmadır, çünki heç kimi heç nəyə təhkim etmir, siyasətçi seçki fəallığından, seçici isə seçkidə iştirak etmək öhdəliyindən asılı olmur. Belə ölkələrdə də seçki təbliğatı gedir, ictimai fəallar, ayrı-ayrı partiyaların üzvləri çalışırlar ki, daha çox insanı seçkiyə cəlb etsinlər. Gələnlər gəlir, gəlməyənlər belə hesab edir ki, öz həyatlarını elə qurublar ki, seçkilərin nəticələri bunu dəyişmək iqtidarında deyil. Amma bu, çox az hallarda belə olur, çünki cəmiyyət fiziki vakuum deyil. Xüsusən də nəzərə alanda ki, hətta fiziki vakuumda da çox kiçik fluktasiyalardan kainat yarana bilər, ondan cəmiyyətin həyatı üçün tamamilə təsirsiz keçən seçkinin mümkünlüyünə inanmaq çətin olur. Biz əksər hallarda seçicilərə haqq qazandırmağa adət etmişik. Amma onların «Başqası gəlib nə edəcək?» məntiqinə bəraət qazandırmaq çətindir. «Başqası» gələndə istər-istəməz dəyişiklik olur, sadəcə bir şərtlə ki, həmin o «başqası» özünün seçicidən asılılığını hiss etsin. Növbəti səsvermə, növbəti seçki həmişə yeni sosial sanksiya deməkdir, kimin üçünsə bunun pozitiv nəticələri olur, kimlər üçünsə əksinə neqativ.
Seçki gözəl sosial indikatordur. Əgər bir ölkədə heç olmasa düzgün seçki keçirilirsə onda onun bu və ya başqa bir halda olmasının səbəblərini başa düşmək çox asan olur. Çətin ölkələr seçkilərin keçirilmədiyi və yaxud da düzgün keçirilmədiyi ölkələrdir. Burada nədənsə baş açmaq çox müşkül məsələdir. Bəziləri seçici psixologiyasının qəliz olmasından gileylənirlər. Amma hər şey çox sadədir, seçki obyekti müəyyən mənada seçicinin sosial statusunun göstəricisi olur. Bir vaxtlar Rusiyada təqaüdçü seçicilərə o qədər də əhəmiyyət vermirdilər, amma ölkənin seçki xəritəsində «qırmızı zolaqları» görəndə başa düşdülər ki, səhv ediblər.
Təəssüf ki, Azərbaycanda seçki xəritəsi yaratmaq hələ sosioloqlara qismət olmayıb. Cəmi bircə dəfə – 1992-ci ilin prezident seçkisi zamanı belə bir imkan yaranmışdı. Amma bundan sonra ondan çox seçki keçirildi. Di gəl, ölkənin ən ünlü sosioloqu belə, bu gün «Bakılı seçicinin cəlilabadlı seçicidən fərqi nədədir?» və yaxud «Ölkənin şimal bölgələrində daha çox kimə səs verirlər?» sualına cavab verməkdə acizdir. Artıq bu sualların cavabı seçki fəallığından deyil, seçkilərin düzgün keçirilməsindən asılıdır. Məsələn deyirlər ki, indiki hakimiyyətin əsas dayaqları naxçıvanlılar və ya ermənistanlılardır. Amma bunu seçkinin nəticələri ilə yoxlamaq olmur, çünki bütün seçkilərdə hakimiyyət hər yerdə mütləq əksəriyyətin mütləq səs çoxluğuna sahib olur.
Azərbaycanda əsas problem seçki fəallığı deyil. Rəsmi statistika bütün digər məsələlərdə olduğu kimi burada da yüksək göstəriciləri təmin edir. Ona görə də heç bir sosioloq ölkədə seçki fəallığının illər üzrə dinamikasından baş çıxara bilməz. Azərbaycanda əsas problem seçici psixologiyası problemi də deyil. Belə olsaydı biz bunu seçkinin siyasi spektrində görərdik, burada da rəsmi statistika əmin edir ki, 1993-cü ildən bu tərəfə seçicilər bütün seçkilərdə birmənalı şəkildə hakim partiyaya səs veriblər. Bəs problem nədədir? Əsas problem seçkinin təşkilində və keçirilməsindədir. Belə olan təqdirdə nədən hər dəfə seçici fəallıq müzakirə predmeti olur? Bunun çox sadə səbəbi var. Azərbaycanlı seçici də səslərinin düzgün sayılmasını təmin etməyi öyrənməlidir. Bu, böyük siyasət deyil, vətəndaş haqları uğurundakı mübarizənin bir hissəsidir. Siyasətə münasibət bildirmək hələ siyasətçi olmaq demək deyil, əslində bu, vətəndaş borcudur, çünki bu ölkənin də əsas qanununda digər normal ölkələrdə olduğu kimi hakimiyyətin mənbəyi kimi xalq göstərilib. Deməli, bir məsələ qalır - görüntünü reallığa çevirmək…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Günün qoroskopu: 23 İyul 2016

    Günün qoroskopu: 23 İyul 2016 ...

    23-07-2016, 01:35

  • 
  • Demokratik seçkinin keçirilməsi, gələcəyimizin təminatı demək olacaq

    Demokratik seçkinin keçirilməsi, gələcəyimizin ...

    4-12-2013, 15:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu