GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rusiyadakı “azərbaycanlı ovu”nda gizli məqsəd var

Rusiyadakı “azərbaycanlı ovu”nda gizli məqsəd var

Tarix: 16-10-2013, 15:42 Bölmə :Manşet Baxış: 1 084
 Rusiyadakı “azərbaycanlı ovu”nda gizli məqsəd var
Azər Allahverənov: “Miqrantlara qarşı etirazlar öncədən planlaşdırılan rejissor işidir”

“Rusiyada baş verən cinayət hadisələrinin 4 faizi miqrantların payına düşür. Moskvada isə miqrantlar tərəfindən törədilən cinayət hadisələrinin statistikası ümumi hadisələrin 12 faizini təşkil edir”.

Bunu virtualaz.org saytına açıqlamasında miqrasiya üzrə ekspert Azər Allahverənov deyib.

Ekspert bildirdi ki, Rusiyadakı bəzi siyasi dairələr miqrantların törətdiyi cinayət hadisələri üzərində oyun aparır: “Hadisələrin gedişatı göstərir ki, Yeqor Şerbakovun öldürülməsini Azərbaycanın əlehinə yönəltmək istəyən siyasi qüvvələr var. Miqrantlara qarşı etiraz aksiyalarının keçirilməsi əvvəlcədən planlaşdırılan rejissor işinə bənzəyir. Hadisə etnik zəmində baş verməyib. Lakin planlı şəkildə məsələni etnik müstəviyə yönəltməyə çalışırlar. Bu isə siyasi və iqtisadi maraqlardan xəbər verir”.
 Rusiyadakı “azərbaycanlı ovu”nda gizli məqsəd var
A.Allahverənov qeyd edib ki, cinayətin baş verdiyi ərazidə azərbaycanlıların nəzarətində olan kənd təsərrüfatı məhsulları bazası, bazar və kafelər var. Hadisələrin bu istiqamətə yönəldilməsi həmin ərazinin nəzarətə götürülməsi istəkləri ilə də bağlı ola bilər: “Azərbaycanlıların nəzarətində olan 30 bazar bağlanıb. 2015-ci ilədək daha 25-27 bazarın bağlanılacağı gözlənilir. Bu isə minlərlə soydaşımızın işsiz qalacağı ilə nəticələnəcək”.

A.Allahverənov nümayişlərin cinayətkarın cəzalandırılmasından daha çox bazarlara istiqamətləndirildiyini güman edir.

Qeyd edək ki, “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı oktyabrın 14-də Moskvanın Biryulyovo rayonundakı meyvə-tərəvəz bazasında 1200-dən çox miqrantların saxlanılmasını pisləyərək bu tədbirləri nümayiş xarakterli və diskriminasiyanın təzahürü adlandırıb.

“Bir nəfər ehtimal edilən qatilin tapılması üçün 1000-dən çox aidiyyəti olmayan miqrantın saxlanılması kəskin diskriminasiya xarakteri daşıyır və açıq-aydın qanunsuzdur. Bu, açıq-aydın nümayiş məqsədilə və bəraət qazandıracaq hər hansı bir səbəb olmadan edilib. Polis bu cür reaksiya verməklə sadəcə mövcud olan ksenofobiya meylərini daha da şiddətləndirir” - bunu “Amnesty İnternational” təşkilatının Rusiya üzrə təmsilçisi Denis Krivoşeyev bəyan edib.

Denis Krivoşeyevin sözlərinə görə, Rusiya hakimiyyəti ölkədə “dərinləşən irqçilik probleminin həlli ilə məşğul olmalı” və “cəmiyyətə yanlış siqnal verən” ritorikaya son qoymalıdır.

“Amnesty İnternational” Moskvada miqrantlara qarşı nifrət zəminində törədilən cinayətlərin artığını xatırladaraq qeyd edir ki, polis belə halların əksəriyyətinə göz yumur. Hüquq müdafiəçiləri həmçinin miqrantların bir çoxunun onlardan sənədlərini qanunsuz tələb edən “fəallar”ın hücumlarına məruz qaldığını da vurğulayırlar.

Təşkilat qeyd edir ki, ksenofobiya Rusiyada o qədər geniş yayılıb ki, hətta sentyabrda keçirilmiş mer seçkilərində belə antimiqrant siyasəti həm iqtidaryönümlü Sergey Sobyaninin, həm də müxalifətçi Aleksey Navalnının seçki kampaniyasının əsasını təşkil edib.

Qeyd edək ki, Biryulyovda miqrantların kütləvi şəkildə saxlanılması bu rayonda 25 yaşlı Yeqor Şerbakovun qətlinin səbəb olduğu iğtişaşlardan bir gün sonra həyata keçirilib. Qətli törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyada miqrantlara qarşı daha bir tələb

    Rusiyada miqrantlara qarşı daha bir tələb ...

    25-07-2013, 10:14

  • 
  • Rusiyadakı azərbaycanlı miqrantlarla bağlı bəd proqnoz

    Rusiyadakı azərbaycanlı miqrantlarla bağlı bəd ...

    18-11-2013, 13:21

  • 
  • Rusiyanın dövlət qurumları miqrantlara qarşı hücuma keçdi (VİDEO)

    Rusiyanın dövlət qurumları miqrantlara qarşı ...

    29-05-2013, 02:22

  • 
  • Abbas Abbasova qarşı şok ittiham

    Abbas Abbasova qarşı şok ittiham ...

    22-11-2013, 18:33

  • 
  • Xaricdə işləyənlərin göndərdiyi pullar

    Xaricdə işləyənlərin göndərdiyi pullar ...

    6-10-2013, 01:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu