GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rusiyadakı azərbaycanlı miqrantlarla bağlı bəd proqnoz

Rusiyadakı azərbaycanlı miqrantlarla bağlı bəd proqnoz

Tarix: 18-11-2013, 13:21 Bölmə :Ölkə Baxış: 802
Rusiyadakı azərbaycanlı miqrantlarla bağlı bəd proqnoz
“2014-cü ildə miqrantların Rusiyadan çıxarılması sürətlənəcək”
Natiq Miri: “Bu proses çox eybəcər şəkildə aparılır...”
Ötən ay Moskvada baş verən qətl hadisəsindən - Şerbakov soyadlı gəncin öldürülməsindən sonra Rusiyada miqrantlara, xüsusən də azərbaycanlılara qarşı hücumlar müəyyən qədər səngiyib. Ancaq hücumlar dayansa da, hökumət miqrantları Moskvadan çıxarmaqda davam edir. Ötən həftənin cümə günü Biryulevo rayonunda miqrasiya qanununun müxtəlif cür pozulmasına görə saxlanan 200 miqrant Rusiyadan çıxarılıb.



Ötən ay Biryulevo rayonunda yerli sakin Yeqor Şerbakovun qətlindən sonra baş verən kütləvi iğtişaşlar zamanı 400 nəfər saxlanmışdı. Ancaq ehtimal olunur ki, bu rəqəm daha da artacaq, çünki tərəvəz bazasında tutulmuş qeyri-leqal miqrantların ölkədən çıxarılması davam edir. Bunların sayı isə xeyli çoxdur.



Moskvada ticarətlə məşğul olan həmyerlimiz Pərvin Mehdizadə ötən ay qeydə alınan gərginliyin müəyyən qədər səngidiyini deyir. Onun sözlərinə görə, sakitlik yaransa da, miqrantların əsas iş yerləri olan bazarların bağlanması prosesi davam edir: “Hazırda vəziyyət pis deyil, hamı hələ ki öz işlərindədir, bazarlar işləyir. Sadəcə deportasiyalar davam edir. Amma gəzən söhbətlərə görə, bazarların çoxunu bağlamaq planı var. Bu isə azərbaycanlıları narahat edir. Yerli hökumət bazarları bağlayıb ticarət mərkəzləri tikmək istəyir”.

P.Mehdizadə deyir ki, ümumiyyətlə son bir ayda baş verənlər, xüsusən də terrorçu-intiharçının partlayış törətməsindən sonra dindarlara münasibət bir qədər də pisləşib. Ancaq metroda və ictimai nəqliyyatda gərginlik müəyyən qədər azalıb. P.Mehdizadə deyir ki, Aşura mərasimləri zamanı heç bir insident qeydə alınmayıb: “Hər il Aşura zamanı məscidlərin ətrafında ciddi təhlükəsizlik tədbirləri olurdu. Amma bu il ciddi maneçilik olmadı, məscid ətrafında təhlükəsizlik tədbirləri həyata keçirilsə də, mərasimlərə maneələr olmadı”.

Siyasi şərhçi Natiq Mirinin fikrincə, miqrantların Moskvadan çıxarılması prosesi hazırkı Rusiya hökumətinin siyasi qərarıdır və bu proses davam edəcək: “Rusiyada miqrant problemi mövsüm, yaxud hansısa yaxın məqsədli siyasi xarakter daşımır. Bu bir dövlət siyasətidir və bu ilin əvvəlindən hökumət səviyyəsində ciddi müzakirə predmetinə çevrilib. Bu problem artıq Rusiyada o qədər eybəcər hala gəlib ki, dövlət bu müşkülün əlində aciz kimi görünür”.



N.Miri deyir ki, hazırda Rusiya hökumətində miqrantlar mövzusunda iki fikir mövcuddur. Birinci, Rusiyanı tamamilə miqrantlardan təmizləmək, digəri isə sadəcə müəyyən filtrasiya yolu ilə kriminal elementlərdən təmizləmək. N.Miri bu prosesin başlandığını deyir: “Hələlik görünən odur ki, Rusiya bu prosesi çox eybəcər şəkildə aparır. O qədər eybəcər ki, bu prosesin nəticəsində Rusiyanın strateji planı olan Gömrük və Avrasiya İttifaqı projesinə çox ciddi zərbələr vuruldu. Nəticədə bu siyasi projelərin bütün cəlbediciliyi köpük kimi əridi və mərkəzdənqaçma prosesinə rəvac verdi”.

N.Mirinin fikrincə, məhz bu prosesin nəticəsində Ukrayna, Moldova kimi ölkələr Avropaya inteqrasiyadan yana qərar veriblər. Eyni zamanda Azərbaycan kimi ölkələr də son anda ən azından qərar verməmiş iki dəfə düşünməli oldular. N.Miri bildirib ki, proseslərin bu şəkildə aparılması Rusiyanın siyasətinə təsir edib: “Hesab edirəm ki, Azərbaycanın qərarı da heç də Rusiyanın strateji seçimindən yana olmayacaq. Ancaq hər bir halda Rusiyanın miqrasiya siyasəti davam edəcək və ölkəni kriminal və qanunsuz miqrantlardan təmizləyəcəklər. Bu proses 2014-cü ildə daha intensiv həyata keçiriləcək. Bunun sayəsində soydaşlarımızın kütləvi vətənə və digər postsovet məkanı ölkələrə, xüsusilə Ukraynaya köçü baş verəcək. Artıq bu proses gedir. Təkcə son aylarda Rusiyadan Ukraynaya 60-80 min civarında soydaşlarımız köç edib və daimi və müvəqqəti qeydiyyata düşüblər. Bu rəqəmlər artıq köçün miqyasının o qədər də kiçik olmadığını göstərir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyadakı “azərbaycanlı ovu”nda gizli məqsəd var

    Rusiyadakı “azərbaycanlı ovu”nda gizli məqsəd var ...

    16-10-2013, 15:42

  • 
  • Moskvada qəzəblənmiş kütlə miqrantların işlədiyi ticarət bazasını darmadağın etdi- Video

    Moskvada qəzəblənmiş kütlə miqrantların işlədiyi ...

    13-10-2013, 22:45

  • 
  • Polad Bülbüloğlunun prinsipial mövqeyi rəğbət doğurub

    Polad Bülbüloğlunun prinsipial mövqeyi rəğbət ...

    22-11-2013, 00:05

  • 
  • Orxan Zeynalovun həbs müddəti uzadılacaq

    Orxan Zeynalovun həbs müddəti uzadılacaq ...

    9-12-2013, 12:53

  • 
  • Orxan həbs olundu - Yenilənib

    Orxan həbs olundu - Yenilənib ...

    15-10-2013, 20:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu