GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » NARINCI QALSTUKLU KEÇMİŞ NAZİRİN XƏYANƏT YOLU

NARINCI QALSTUKLU KEÇMİŞ NAZİRİN XƏYANƏT YOLU

Tarix: 23-10-2013, 14:03 Bölmə :Manşet Baxış: 1 562
NARINCI QALSTUKLU KEÇMİŞ NAZİRİN XƏYANƏT YOLU
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin siyasi intiharına aparan yola baxış
ferhadKimdir o? Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi bəziləri qatı Əliyevçi, bəziləri məxfi inqilabçı kimi xarakterizə edirlər. Kifayət qədər ziddiyyətli, ziddiyyətli olduğu qədər də anlaşılmaz gedişlərlə yadda qalan Fərhad Əliyev müasir Azərbaycan tarixinin ən qalmaqallı nazirlərindən biridir. Bu şəxs 2005-ci ildə həbs olunmasına qədər siyasi karyerasının pik nöqtəsinə çatan, elə həmin zirvədən də “yıxılan” və düz 8 il sonra “sürünərək” sındırılmış vəziyyətdə həbsxanadan çıxan biri olaraq gözlərimiz önündədir. Onun haqqında nə semək olar: inqilabçıydımı, rejimi dəyişmək istəyirdimi, ya indi özünün dönə-dönə təkrarladığı kimi qatı əliyevçidir? Hər halda bunun heç birinin olmadığı düşüncəsindəyik, Fərhad Əliyev o qəbil insanlardandır ki, onda sadiqlik və ya yüksək ideallar uğrunda özünü təhlükəyə atmaq cəsarəti çatışmır. Bununla belə onun şəxsiyyəti geniş oxucu kütləsi üçün maraqlı olduğundan sabiq iqtisadi inkişaf nazirini yaxından tanımaq və tanıtdırmaq qərarına gəldik. Beləliklə…
7 yaşından yetim qalıb
Qısa arayış: Fərhad Şövlət oğlu Əliyev 1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Əliyev Şövlət xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olub. Bundan sonra ailənin bütün yükü anası Şövkət Əliyevanın üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb.
Fərhad Əliyev 1970-80-ci illərdə Cəlilabadın Alar kəndindəki orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra o, 1980-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna (ADİMİ) daxil olub və 1985-ci ildə ali məktəbi bitirib. Həmin ildən etibarən də Cəlilabad rayonunda əmək fəaliyyətinə başlayıb. 1985-87-ci illərdə sovet ordusunda müddətli hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətini davam etdirib.
Ailəlidir. İki övladı var. Həyat yoldaşı S.Əliyeva Azərbaycan Tibb Universitetinin məzunudur.
İlham Əliyevlə dostluq və nazir kreslosu
Fərhad Əliyev 1985-90-cı illərdə o zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan Azərbaycan Respublikası Gənclər Təşkilatı Mərkəzi Komitəsində şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
1990-97-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib. O, 1997-ci ildən əmək fəaliyyətini dövlət aparatnda ticarət nazirinin müavini vəzifəsində davam etdirməyə başlayıb. Bir qədər sonra isə Fərhad Əliyev Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsinə təyin olunub. Bu vəzifədə çalışdığı illərdə Fərhad Əliyev özəl sektorun inkişafı, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, xarici ticarətin bütünlüklə liberallaşdırılması yönündə bir sıra ciddi işlər görüb.1999-2001-ci illərdə Dövlət Əmlak naziri vəzifəsində çalışıb.
2001-ci ildə mərhum prezident Heydər Əliyevin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazirliyin başçısı təyin olunub. Həmin vaxt onun belə bir yüksək posta gətirilməsində indiki prezident İlham Əliyevlə dostuq münasibətlərinin də həlledici rol oynadığı deyilir.
Kəmaləddin Heydərovla açıq qarşıdurma
Əslində onun iqtisadi inkişaf naziri postuna gətirilməsi hakimiyyət daxilində balanslaşdırma siyasətinin elementi kimi nəzərdən keçirilməlidir. Əsas hədəfi anti-inhisar olan sabiq nazir həyata keçirdiyi müəyyən islahatlarla iqtisadiyyatın idxaldan azad olunmasını, yerli məhsulların bazarlarda dominantlıq etməsini təmin edən addımlarıyla yadda qaldı. O zamanlar üçün “hamı yerli mal alsın, xeyir vətənə qalsın” kampaniyası bu gün də unudulmayıb. Bu həmin ərəfə idi ki, artıq Fərhad Əliyev uğurlarından gicəllənərək siyasi iddialara belə düşmüşdü. Onun o zamanlar Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışan və “idxal mafiyası”nın başında dayanan Kəmaləddin Heydərovla açıq mübarizəyə girişməsi də məhz buradan qaynaqlanırdı. Hər halda o yaxşı anlayırdı ki, Kəmaləddin Heydərov problemini həll etmədən iddialarını təmin etmək çox çətin olacaq. Məhz elə bu baxımdan da Fərhad Əliyevin guya “islahatçı” olması haqda cəfəngiyyatın heç bir əsası yoxdur. Sadəcə olaraq, özü haqda belə bir imic yaratmaqla o özü və digərləri arasında “keyfiyyət fərqini” gözlər önünə sərməyə çalışırdı. Hər halda “demokrat” və “islahatçı” olmasının onu rüşvətxorluqda və korrupsiyada iştirakını əngəlləmirdi ki, bu da yuxarıdakı fikrimizi qüvvətləndirir. Unutmayaq, Fərhad Əliyev həbs olunduğu 2005-ci ildə Azərbaycanın ən varlı şəxsləri siyahısına düşməyi bacarmışdı. Bu isə onu “Azərbaycanın Saakaşvilisi” kimi təqdim edənlərə ən tutarlı cavabdır: O ənənəvi Azərbaycan korrupsionerlərindən biridir, vəssalam.
Qərb səfirliklərində gizli görüşlər; Fərhad Bisutun dağını yarır?
Fərhad Əliyev kimi siyasətdə təsadüfi parlayanların əksəriyyəti eyni səhvləri buraxır. Onlar bir qədər var-dövlət toplayandan sonra düşünürlər ki, elə bu rüşvət və korrupsiya piramidasınının başında dayanaraq hər şeyə nəzarət də edə bilərlər. Bəli, artıq 2003-cü ildən başlayaraq bizim qəhramanda da həmin xəstəliyin simptomları görünməyə başladı. Ətrafı bir ağızdan onun “möhtəşəmliyindən” dəm vurur, digər tərəfdən o özünü belə inandırıb ki, guya həqiqətən “islahatçı” nazirdir, digər tərəfdən isə Qərb səfirlikləri bu özündənrazı və dikbaş nazirlə maraqlanmağa başlayır. Hər halda Fərhad Əliyev persona kimi onlara maraqlı görünür. Və beləcə, sabiq iqtisadi inkişaf naziri tez-tez Qərb dövlətlərinin ölkəmizdəki səfirliklərində görünməyə başlayır. Bununla bağlı yayğın olan və həqiqəti əks etdirməyən versiya belədir ki, guya Qərb siyasi dairələri Fərhad Əliyevin timsalında yeni lider tapmışdı və onun hakimiyyətə gəlişi üçün çalışırdı. Yenə uydurma və cəfəngiyyat!!! Ən azından həmin dövrü xatırlayın; rejim həm Qərb, həm də Rusiya ilə tam anlaşma şəraitində idi və Azərbaycanda hakimiyyəti dəyişmək gücündə olan heç bir tərəf belə bir niyyətdə deyildi. Sadəcə olaraq, Qərb səfirləri bu cavan oğlanla maraqlanırdı, bu qədər….
“Narıncı röya” və diksinərək oyanma…
Fərhad Əliyevin həbs olunduğu 2005-ci ilin parlament seçkiləri ərəfəsini xatırlayaq. Ölkə müxalifəti hakimiyyət əleyhinə bu gün də nastalji ilə xatırlanan möhtəşəm müqavimət təşkil etməyi bacarmışdı. Çoxları hesab edirdi ki, Gürcüstanda və Ukraynada uğurla yekunlaşmış “narıncı inqilab”ın növbəti dayanacağı məhz Azərbaycan olacaq. Bütün ölkə narıncıya bürünmüşdü. Məhz belə bir ərəfədə Fərhad Əliyev daha bir səssiz jesti ilə diqqətləri üzərinə çəkə bildi: Nazir narıncı qalstukda görünməyə başladı. Bu artıq təcrübəsiz və iddialı nazirin hakimiyyətə aşkar şəkildə müharibə elan etməsi idi. Söhbət onun müxalifətə qoşularaq hansısa uğur əldə edə biləcəyi ehtimalından da getmirdi. Ən azından hakimiyyət texnoloqları kimlərlə necə anlaşdıqlarını və hakimiyyət dəyişikliyinin söz konusu olmadığını Fərhad Əliyevdən yaxşı bilirdi. Bununla belə, Fərhad Əliyevin buna qədər etdikləri və müxalifətlə təmaslar yaratmağa cəhd göstərməsi hakimiyyətin bütün qollarında birmənalı qarşılandı: XƏYANƏT.
Artıq hakimiyyətdə hətta bir-birinin qanını içməyə hazır olan ayrı-ayrı qruplaşmalar da Fərhad Əliyevə qarşı inanılmaz birlik içindəydi. Əsas söz sahibləri – Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və yenicə qüvvətlənən Paşayevlər xəyanətkarın cəzalandırılmasını tələb edirdilər. İndi onun həbsi an məsələsiydi.
Məşum 19 oktyabr: kabinetdə həbs
2005-ci il oktyabrın 19-da Fərhad Əliyev evindən çıxaraq işə gələndə bəlkə heç ağlının ucundan da keçirməmişdi ki, bu nazir kimi onun sonuncu iş günüdür. Çünki sonradan məlum olacaqdı ki, Fərhad Əliyevin həbsi kifayət qədər məxfi şəkildə planlaşdırılmış və bu plandan 5-6 nəfərdən başqa heç kəsin xəbəri olmamışdı. Hər kəs adi günlərdən birini yaşayacağını zənn etdiyi vaxt bir xəbər sakit səmada şimşək effekti yaratdı: FƏRHAD ƏLİYEV HƏBS OLUNDU!
Xüsusi təyinatlıların həyata keçirdiyi əməliyyat nəticəsində “nadinc nazir” öz xidməti kabinetindəcə həbs edildi. Həmin anda nazirin hansı hisslər keçirdiyini bilmək çox maraqlı olardı. O, bəlkə də bunun anlaşılmazlıq olduğunu düşünür və qollarını qandallayan zabitlərə nələrisə izah etməyə çalışırdı-kim bilir…Amma bu həbs onun düz səkkiz ilini aldı. Əvvəlcə sədaqətlə qulluq etdiyi, daha sonra əleyhinə çıxmaq istədiyi rejim onun “ömrünü oğurladı”. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edildi. Daha iddialı nazir “ölmüşdü”, indi onun yerində sıradan bir dustaq vardı… Fərhad Əliyev “narıncı röya”dan diksinərək ayılmışdı.
Cəmil Həsənli onu həbsxanadan necə xilas etdi?
2013-cü il avqustun 24-də həbsdəki sabiq nazir Fərhad Əliyevin adından qəribə bir müraciət yayıldı. Öncə müraciəti bir daha diqqətə çatdıraq: “Bu gün mənə məlum oldu ki, professor Cəmil Həsənli qarşıdan gələn prezident seçkisində Milli Şuranın namizədi olub. Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir. Ona çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona minnətdaram.
Bununla belə, Azərbaycan prezidenti seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum, Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən siyasəti ilə beynəlxalq nüfuza malik olan cənab İlham Əliyevə inanıram və onu dəstəkləyirəm. Bu səbəblərə görə də prezident seçkisində cənab İlham Əliyevə səs verəcəyəm. Yaxınlarımın da mənimlə eyni mövqedə durduğuna inanıram”.
Burada ilk diqqəti çəkən məqam müraciətin bu qədər operativ, tələm-tələsik, həm də istirahət günündə mediaya ötürülməsidir. Həbsdə yatanlar bilirlər – adətən şənbə və bazar günləri vəkillər öz müvəkkilləri ilə görüşə getmirlər.
Nəzərə alsaq ki, sabiq nazirin vəkili də ölkənin ən yaxşı vəkillərindəndir, işi həddindən artıq çoxdur, Elton Quliyev də durduğu yerdə heç bir müvəkkilinin yanına istirahət günlərində ziyarətə getmir. O zaman birinci nəticə budur – vəkil F. Əliyevin təşəbbüsü ilə, məhz xüsusi xahiş əsasında həbsxanaya baş çəkib. Və Fərhad Əliyevə bu müraciəti dərhal, Cəmil Həsənlinin namizədliyinin üzərindən heç bir sutka keçmədən yaymaq lazım olub. İş həftəsini gözləmək istəməyib; yaxınlarına xəbər yollayıb; vəkil gedib, o da yazıb.
Görünür, Fərhad Əliyev narahat olub ki, hakimiyyətdəkilər Cəmil Həsənliyə hər cür dəstək verəcəyini, onunla birlikdə hərəkət edəcəyini düşünər, müxalifəti maliyyələşdirməsi barədə şübhəyə düşərlər. Özünün də dediyi kimi, Cəmil Həsənli ilə qohumluq əlaqələri var, professorun öz üzərindəki zəhmətini, haqqını tanıyır və s.
Cəmil Həsənli böyük fədakarlıq edərək, Milli Şuranın vahid namizədi olmaqla özünü bu iqtidarın bir saylı hədəfinə çevirdi. İndi, təbii ki, ona yaxın olan hər kəsi araşdıracaq, sıxışdıracaq, ələkdən keçirəcək, neytrallaşdırmağa qalxacaqlar. Bu yaxınlar sırasında Fərhad Əliyevin adı hər halda sonuncu deyil; yəqin ki, birincidir. Bu səbəbdən də Fərhad Əliyev tələsik olaraq, mövqeyini açıqlamaq zorunda qalıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyasətin xəyanət simvolu - Fərhad Əliyev

    Siyasətin xəyanət simvolu - Fərhad Əliyev ...

    22-12-2014, 21:27

  • 
  • Fərhad Əliyev siyasi sığınacaq ala bilərmi? - Qardaşı danışdı

    Fərhad Əliyev siyasi sığınacaq ala bilərmi? - ...

    12-02-2014, 13:11

  • 
  • Cəmil Həsənli Fərhad Əliyevlə əlaqəsindən danışdı

    Cəmil Həsənli Fərhad Əliyevlə əlaqəsindən danışdı ...

    21-01-2014, 17:28

  • 
  • Fərhad Əliyev səhhətindəki problemlərlə məşğuldur.

    Fərhad Əliyev səhhətindəki problemlərlə məşğuldur. ...

    19-11-2013, 11:39

  • 
  • Fərhad Əliyevin qəfil itkinliyi - Qəfil gedişin səbəbi nədir?

    Fərhad Əliyevin qəfil itkinliyi - Qəfil gedişin ...

    22-11-2013, 18:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu