GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ABŞ Bakıdakı seçki ilə bağlı telefon danışıqlarını dinləyib

ABŞ Bakıdakı seçki ilə bağlı telefon danışıqlarını dinləyib

Tarix: 5-11-2013, 13:16 Bölmə :Manşet Baxış: 634
 ABŞ Bakıdakı seçki ilə bağlı telefon danışıqlarını dinləyib
Vaşinqtonun Avropa Şurasına dirənişinin şok sirri
9 oktyabr seçkisini müşahidə edən AŞPA deputatlarının “ələ alınması” barədə Amerika kəşfiyyatı sübutlar əldə edib; bu materialların bir qisminin müxalifətə ötürüldüyü iddia olunur


9 oktyabr prezident seçkisi arxada qalsa da, Azərbaycan hakimiyyəti ilə ABŞ-ın münasibətlərindəki gərginlik davam edir. Avropa liderlərinin böyük əksəriyyəti gecikmə ilə olsa da, Azərbaycan prezidentini təbrik edərək onun iqtidarı ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər. Ağ Ev sahibi isə hələ ki təbrikə tələsmir...



ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkini tənqid edən sərt hesabatına dəstək verən ABŞ Dövlət Departamentinin bəyanatını rəsmi Bakı anında ciddi narazılıqla qarşıladı. Münasibətlərin qismən istiləşəcəyinin proqnozlaşdırıldığı bir vaxtda isə ATƏT-in ABŞ-dakı nümayəndəsinin 9 oktyabrda hakimiyyətə tərif vuran Avropa Şurasının Müşahidə Missiyasını tənqid etməsi vəziyyəti daha da mürəkkəbləşdirdi. Bundan sonra Avropa Parlamentinin də seçkinin nəticələrini şübhəyə alması hakimiyyətin səbrini daşırdı. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yenidən açıqlama verərək bu dəfə ABŞ-ı Avropa təşkilatlarına təzyiqdə suçladı. R.Mehdiyev ABŞ-ın ATƏT-dəki səfirinin AŞ PA-nı Azərbaycandakı seçkiləri təriflədiyinə görə tənqid etməsini, habelə Avropa Parlamentinin seçkilərə dair əvvəl verdiyi müsbət rəyi dəyişərək, ATƏT-in rəyini dəstəkləyən qətnamə çıxarmasını sərt tənqid etdi. R.Mehdiyevin sözlərinə görə, Dövlət Departamentinin “bəzi məmurları” AŞ PA-ya və Avropa Parlamentinə Azərbaycandakı seçkilərə dair müsbət rəylərini dəyişdirmək üçün təzyiq göstərməklə ABŞ-la Azərbaycan arasında tərəfdaşlığa zərbə vururlar.



“Dövlət Departamentinin, ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycandakı seçkilərə dair mövqeyi, yumşaq desək, anlaşılmazdır. ABŞ-ın bəzi siyasi dairələri Azərbaycanı təcrid etmək fikrindən hələ də imtina etməyiblər. Lakin onlar özləri təcrid olunmuş vəziyyətə düşüblər”, - deyə, PA rəhbəri bildirmişdi. Qeyd edək ki, ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Kristofer Maduran Avropa Şurasının baş katibi Tornbyorn Yanqlandın adına ünvanladığı məktubda “biz seçkilərin azad və şəffaf olması barədə AŞ PA missiyasının bəyanatından təəccüblənirik”, yazıb. Sonra Kristofer Madura Dövlət Departamentinin nümayəndəsi Mariya Arfın bəyanatına istinad edib. O, oktyabrın 10-da ATƏT DTİHB-nin rəyini dəstəklədiyini və baş vermiş pozuntularla bağlı narahatlığını qeyd edib. Madura həmçinin qeyd edib ki, bu yaxınlarda ABŞ Avropa Şurası Venesiya Komissiyasının tamhüquqlu üzvü olub və “bu mühüm institutun köməyi ilə insan hüquqları və demokratik idarəetmə məsələlərində fəal əməkdaşlığa ümid edir”.



“Yeni Müsavat”a daxil olan xəbərə görə, ABŞ-ın Avropa Şurasının 9 oktyabr seçkilərində Müşahidə Missiyasının rəyindən qurumun rəhbərinə şikayət etməsi təsadüfi deyil. Belə ki, ABŞ 9 oktyabr seçkisində müşahidəçi qismində iştirak edən deputatların əvvəlcədən “ələ alınması” barədə təkzibedilməz sübutlara malikdir. Xəbəri redaksiyamıza verən mənbənin sözlərinə görə, əks halda, ABŞ-ın ATƏT-dəki səfiri bu cür sərt bəyanat verməzdi. Məlumata görə, ABŞ-ın “təkzibedilməz sübutları sırasında” əsasən avropalı deputatların telefon danışıqları da var. İddiada bildirilir ki, Amerika kəşfiyyatı seçkidən əvvəl AŞ PA deputatları ilə belə razılaşma hazırladığı barədə məlumatların izinə düşüb və Müşahidə Missiyasının üzvlərinin internet yazışmaları və telefon danışıqları nəzarət altına alınıb.
Xəbərdə o da deyilir ki, bu danışıqları aparmaq üçün AvroNest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Elxan Süleymanov görəvləndirilib. İddia olunur ki, onun Avropadakı (Almaniyadakı) hüquq konsaltiqlərindən biri vasitəsilə bir sıra avropalı deputatlara 50 min dollar qonorar köçürülməsi barədə bəlgələr də ABŞ-ın əlinə keçib. “Bu xoşagəlməz məlumatların ələ keçməsi haqqında hakimiyyətə də xəbər ötürülüb. Daha doğrusu, hakimiyyətin ”Amerika Avropaya seçkinin nəticəsini tanımamaq üçün təzyiq edir", ittihamına sübutlarla cavab verilib. Hakimiyyətin Avropa qurumları ilə əməkdaşlığı məhdudlaşdıracağı ilə bağlı addımından vaz keçməsinin də bir səbəbi budur. Avropa Şurası 9 oktyabr seçkisinin nəticəsini 2014-cü ilin yanvar sessiyasında müzakirəyə çıxaracaq. İddialar bu qədər ciddidirsə, AŞ PA da Avropa Parlamenti kimi seçkini müşahidə edən deputatlarının rəyi ilə deyil, tam fərqli qətnamə çıxarmalıdır. Əgər hakimiyyət o vaxta kimi vəziyyəti öz xeyrinə dəyişə bilməsə, bu, çox ciddi beynəlxalq skandal olacaq", deyə, qaynağımız bildirib.
Qeyd edək ki, E.Süleymanovun adı əvvəllər də bir neçə avropalı deputatların ələ alınmasında hallanıb. E.Süleymanovun “kürü diplomatiyasının” ən aparıcı simalarından biri olması barədə də iddialar var. Bir müddət əvvəl Avropanın nüfuzlu “Avropa Sabitliyi Təşəbbüsü” təşkilatının hesabatında AŞ PA-da Azərbaycanın dostlarından olan deputatlar Bakıya səfərə gələndə, onlara kürü, ipək xalça, qızıl və gümüş əşyaları və nəğd pul kimi hədiyyələr təqdim olunması xüsusi vurğulanmışdı.



2010-cu ildə 85 saylı Şamaxı dairəsindən mandat alan E.Süleymanov hansısa keyfiyyətlərinə görə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, AvroNest Parlament Assambleyasında isə nümayəndə heyətinin rəhbəri seçilib. O, qısa zaman kəsiyində Azərbaycan diplomatiyasının “boz kardinalına” çevrilib.

“Yeni Müsavat”a o da məlum olub ki, Azərbaycan müxalifətinin əlində seçkilərin demokratik keçirildiyini bəyan etmiş avropalı müşahidəçilərin, əsasən da AŞ PA Müşahidə Missiyasındakı bir sıra deputatların ifşası üçün ciddi materiallar var. Bir neçə gün əvvəl Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli də kifayət qədər ifşaedici faktlara malik olduqlarını etiraf edib: “Bizim əlimizdə AŞ PA-nın Azərbaycanda 9 oktyabr seçkilərində müşahidə missiyasının ayrı-ayrı üzvlərinin onların saxta seçkiləri demokratik seçki adlandıran müşahidəçilərin ifşasına nail olmaq üçün kifayət qədər faktlar var. AŞ PA-nın həmin deputatlarını təkcə beynəlxalq aləmdə yox, öz ölkələrinin ictimaiyyəti arasında ifşa edəcəyik. Onlar Azərbaycan hakimiyyəti ilə natəmiz əlaqələrə giriblər. Hələ bizim əlimizdə Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı AŞ PA-nın bu deputatlarının necə ələ alındığı, hətta hansı hoteldə danışıqların aparıldığı, Azərbaycan iqtidarı tərəfindən bu danışıqları kimin apardığı, təklif olunan rüşvətin həcmi barədə kifayət qədər məlumatlar var”.



Xatırladaq ki, ingiltərəli parlamentar Robert Uolterin rəhbərlik etdiyi nümayəndə heyəti ümumilikdə 32 deputatdan ibarət olub. Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət “qısa müddətli müşahidə missiyası” Bakıya seçkidən bir ay əvvəl gəlmişdi. Robert Uolter seçkinin nəticəsi barədə rəylərini açıqlayarkən deyib ki, YAP-ın namizədi səslərin böyük əksəriyyətini toplayaraq qələbə qazanıb: “Biz səslərin sayılması prosesində də iştirak etmişik və qanun pozuntusuna rast gəlməmişik”.

AŞ PA deputatlarının Azərbaycandakı seçkilərlə bağlı nəzarətdə olmasının ABŞ xüsusi xidmət orqanlarının Avropada telefon danışıqlarının dinləməsi ilə bağlı qalmaqal yarandığı bir vaxtda mediaya sızdırılması da maraq doğurur. Xatırladaq ki, ABŞ kəşfiyyatının Avropada sutka ərzində 20 milyon telefon danışığını izlədiyi məlum olub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Avropa Şurasını Azərbaycanı müdafiə etməkdə qınadı

    ABŞ Avropa Şurasını Azərbaycanı müdafiə etməkdə ...

    25-10-2013, 13:10

  • 
  • ABŞ-ın 9 oktyabr seçkisini şübhə altına almasının sirri

    ABŞ-ın 9 oktyabr seçkisini şübhə altına almasının ...

    14-10-2013, 09:17

  • 
  • ABŞ kəşfiyyatı 35 dünya liderinin telefonlarını dinləyib

    ABŞ kəşfiyyatı 35 dünya liderinin telefonlarını ...

    25-10-2013, 01:33

  • 
  • Prezident Administrasiyasından ABŞ-a daha bir etiraz

    Prezident Administrasiyasından ABŞ-a daha bir ...

    11-10-2013, 15:44

  • 
  • ABŞ-dan Azərbaycana demokratiya çağırısı

    ABŞ-dan Azərbaycana demokratiya çağırısı ...

    8-07-2013, 23:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu