GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ-ın 9 oktyabr seçkisini şübhə altına almasının sirri

ABŞ-ın 9 oktyabr seçkisini şübhə altına almasının sirri

Tarix: 14-10-2013, 09:17 Bölmə :Siyasət Baxış: 840
 ABŞ-ın 9 oktyabr seçkisini şübhə altına almasının sirri

Rusiya ilə yaxınlaşma hakimiyyətlə Qərbi üz-üzə qoyub; İqtidarın davranışlarından da açıq görünən budur ki, Dövlət Departamentinin mövqeyi ilə sanki ciddi bir xəyanətlə üzləşiblər, Vaşinqton əvvəlcədən razılaşdırılmış hansısa anlaşmanı pozub...
Hakimiyyət sözçülərinin ATƏT və ABŞ-a ünvanlı qəzəb dolu açıqlamalarında da çox dərində gizlənməyən bir “niyə” sualına cavab axtarışı da var.
Doğrudan da axı nə baş verdi ki, Amerikanın Avropada “danışan dili” hesab olunan ATƏT-in uzunmüddətli Müşahidə Missiyası seçkilərin nəticələrini böyük şübhə altına aldı? Nə oldu ki, İlham Əliyevin üçüncü prezidentlik müddətinə qarşı bir bəyanat belə səsləndirməyən rəsmi Vaşinqton 9 oktyabrda seçkilərin nəticələrini “beynəlxalq standartlardan kənar” hesab etdi? Nəhayət, ABŞ doğrudanmı Azərbaycanda prezident seçkilərinin ədalətli keçəcəyinə inanmırmış ki, indi bu nəticələr Vaşinqtonda bu qədər şübhə yaradıb? İqtidarın davranışlarından da açıq görünən budur ki, Dövlət Departamentinin mövqeyi ilə ciddi bir xəyanətlə üzləşiblər, sanki Amerika əvvəlcədən razılaşdırılmış hansısa anlaşmanı pozub.
ABŞ-la Azərbaycan hakimiyyəti arasında seçki ilə bağlı razılaşma olduğu şübhəsizdir. Ötən ilin sonlarından başlayaraq Rusiya ilə münasibətlərin daha da soyuması fonunda Amerika 9 oktyabr seçkisi ilə bağlı təşəbbüsü ələ almışdı. Bu o vaxtlar idi ki, indi ABŞ-ı hədəfə alan Azərbaycan hakimiyyətinin təmsilçiləri “Moskva bizi yıxmaq istəyir” kimi qəzəbli bəyanatlar verirdilər. Hələ o zamanda belə məlumatlar vardı ki, hakimiyyət Rusiya təhlükəsinin ciddiliyini görüb ABŞ-dan açıq dəstək istəyib. Çünki Kreml həm daxilindən, həm Rusiyadan rəsmi Bakıya ciddi təzyiq edirdi. Seçkiyə bir neçə ay qalsa da, Azərbaycanın siyasi proseslərdən kənar vətəndaşları da 9 oktyabrda gözlənilən hakimiyyət dəyişikliyindən danışırdı. Müxalifət də özünü bu dəyişikliyə kökləmişdi.
Belə bir situasiyada Amerika da Dövlət Departamenti rəsmisi Tomas Melianın dediyi “qırmızı xətt” bəyanatının üzərində dursaydı, “üçüncü müddətə qarşı” çıxsaydı, Azərbaycanda hakimiyyət dəyişikliyi qaçılmaz olacaqdı. Amma ABŞ Bakıda səslənən bu bəyanatı reputasiyasına ziyan vurmasına baxmayaraq, “geri götürdü”, seçki prosesinə ciddi qarışmadı, hətta T.Melianın seçki ərəfəsi Azərbaycana buraxılmamasına da səbirlə dözdü.
“Yeni Müsavat” bu anlaşmanın mümkünlüyü ilə bağlı hələ iyun ayında geniş məqalə dərc etmişdi. Həmin məqalədə o da qeyd olunurdu ki, 2013 seçkisinin partronajlığını üzərinə götürən Ağ Ev administrasiyası hakimiyyətin “seçkidə qırmızı xətti” keçməyəcəyinə təminat alıb. Həmin məqalədə daha bir mühüm məlumat bu idi ki, ABŞ seçkini hakimiyyətin əleyhinə olduğu ATƏT-in Müşahidə Missiyasının nəzarətində keçirməkdə israrlıdır. “ATƏT-in seçkidə rəyi əsasdır və qurumda birləşən dövlətlər Müşahidə Missiyasının yekun hesabatı əsasında öz siyasətini qurur. Amerika ATƏT-də söz sahibi olsa da, Avropanın da sıcaq baxmadığı ”üçüncü müddəti" onlara həzm etdirmək lazımdır. Bunun üçün isə oktyabr seçkisini müşahidə edəcək ATƏT-in mövqeyi son dərəcə əsaslı sayılır. Müşahidə Missiyasının da ölkəyə buraxılması üçün sənədləşmə başlayıb. ABŞ çalışır ki, bu dəfə seçki prosesi maksimum şəffaf olsun və “onların namizədlərinin (yəni İlham Əliyevin-red.) qələbəsi şübhə altına alınmasın” deyə, xəbərdə bildirilirdi. Bir daha xatırladaq ki, bu razılaşmalar iyun ayında baş tutmuşdu və Rusiya hələ də Azərbaycan hakimiyyətinə qarşı sərt mövqeyini yumşaltmamışdı. Beləliklə, hakimiyyət ABŞ-ın şərtləri ilə razılaşmalı oldu və ATƏT Missiyası Azərbaycandakı seçkilərə buraxıldı.
Avqust ayının 13-də isə Rusiya prezidenti Vladmir Putinin 7 illik fasilədən sonra Bakıya gəlməsi ilə Moskva ilə münasibətlərdə yeni mərhələ başladı. İki ölkə rəhbəri arasında təfərrüatı açıqlanmayan gizli razılaşmaların olduğu 9 oktyabrda bir daha təsdiqləndi. Cəmi bir neçə ay əvvəl milyarder azərbaycanlıları belə İlham Əliyevə qarşı yönləndirən Vladimir Putinin ardınca Rusiyanın siyasi qüvvələri Azərbaycan rəhbərini təbrik etmək üçün sıraya durdular. Dünənədək seçkinin legitimliyi üçün çalışan ABŞ isə prezidentin qələbəsini şübhə altına aldı...Azərbaycanda yaranmış yeni situasiya dedikdə bu mənzərəni nəzərdə tuturuq.
Rusiya ilə çox yaxınlaşan Azərbaycan hakimiyyəti Vaşinqtonla münasibətlərini gərginləşdirib. Azərbaycanın Rusiya ilə normal münasibətlərinin olması Vaşinqtonun da marağındadır. Çünki Rusiyanın Azərbaycanda qarışıqlıq salmaq imkanları var. Ehtimal ki, Vaşinqton budəfəki yaxınlaşmanın təkcə ABŞ-ın deyil, ümumilikdə Qərbin maraqlarına zidd olduğu barədə məlumatlara malikdir. Artıq Azərbaycandakı seçkinin legitimliyini şübhə altına alanlar sırasına ABŞ-ın Avropadakı ən sadiq müttəfiqi Böyük Britaniya da qoşulub. Rəsmi London ATƏT-in və Vaşinqtonun 9 oktyabr seçkisi ilə bağlı mövqeyini müdafiə edib. Bunun davamı da gələcək və beynəlxalq insan haqları təşkilatları da artıq 84,5 faizə “yox” demək üçün sıraya düzülüblər...
Hakimiyyətini daha 5 il müddətinə uzatmış İlham Əliyev bu vəziyyətdən, təbii ki, məmnun deyil. Son on ildə Ağ Evə rəsmi dəvət ala bilməyən hakimiyyət başçısı üçün üçüncü dönəmin hələ lap əvvəlindən Vaşinqtonla yaranmış gərginlik sərfəli deyil. Noyabr ayında Azərbaycan Vilnüsdə ABŞ-ın dəstək verdiyi Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı sənəd imzalamalıdır. Məlumatlar var ki, Azərbaycan dekabr ayının sonunadək isə Putinin ideyası olan Avrasiya və Gömrük İttifaqlarına qoşulmaqla bağlı yekun qərarını verməlidir. Hakimiyyətə yaxın bəzi çevrələr də bu rus birliklərinə qoşulmaqla bağlı artıq siqnallar verməyə başlayıblar.
Seçkidə 84,5 faiz qələbənin gələcəkdə bu ittifaqlara qoşulmaqla əlaqəsini qurmaq da olar. Çünki SSRİ-nin varisi olan Rusiya seçkidə “yüz faizə yaxın səs” texnologiyasından özü imtina etsə də, təsir dairəsində olduğu ölkələrdə bunun tətbiqini istəyir. Azərbaycanın özündə belə gözlənilməz qarşılanan yüksək səs faizi Rusiyanın texnologiyasına oxşayır. ABŞ və Qərbi qəzəbləndirən həm də budur...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağ Evlə şok seçki razılaşması

    Ağ Evlə şok seçki razılaşması ...

    30-06-2013, 16:32

  • 
  • ABŞ Dövlət Departamenti seçkimizi pislədi

    ABŞ Dövlət Departamenti seçkimizi pislədi ...

    11-10-2013, 01:33

  • 
  • Dövlət Departamenti Azərbaycanla bağlı bəyanat verdi

    Dövlət Departamenti Azərbaycanla bağlı bəyanat ...

    12-09-2013, 12:49

  • 
  • Əli Kərimli: “ATƏT-in rəyi rəsmi nəticələri alt-üst etdi”

    Əli Kərimli: “ATƏT-in rəyi rəsmi nəticələri ...

    10-10-2013, 21:15

  • 
  • Qərb İlham Əliyevdən koalision hökumət istəyir

    Qərb İlham Əliyevdən koalision hökumət istəyir ...

    13-07-2013, 09:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu