GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İsraildən Bakıya məxfi İran planı gəldi

İsraildən Bakıya məxfi İran planı gəldi

Tarix: 5-11-2013, 13:19 Bölmə :Manşet Baxış: 643
İsraildən Bakıya məxfi İran planı gəldi
İsrail Xarici İşlər Nazirliyində İranın diplomatik təcridinə yönəlmiş məxfi plan hazırlanıb və bu planda əsas rol Azərbaycana ayrılıb.

Virtualaz.org saytı məlumatı İsrail qaynaqlarından əldə edib. Yəhudi mənbələrində yer alan xəbərdə bildirilir ki, plana əsasən ayətullah rejiminin qonşuları - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Özbəkistan İrana qarşı işbirliyinin əvəzində İsraildən real iqtisadi, siyasi və kəşfiyyat dəstəyi alacaqlar.

Məlumata görə, bu ölkələrə təklif edilir ki, İranın təcrid olunmasına dəstək versinlər. Əvəzində “öz vədlərini yerinə yetirməyən İrandan fərqli olaraq” İsrail onlara hər cür dəstək göstərəcək.

Virtualaz.org ötən həftə xəbər vermişdi ki, İsrailin Azərbaycan, Özbəkistan, Türkmənistan və Qazaxıstandakı səfirləri yəhudi dövlətinin xarici işlər nazirinin müavini Zeev Elkin tərəfindən təlimatlandırılmaq üçün Tiflisə çağırılıblar. İsrail xarici işlər nazirinin müavini İrana qonşu ölkələrdəki səfirlərlə Tehranın nüvə fəaliyyəti ətrafında yaranmış vəziyyəti, səfirlərin işlədikləri ölkələrin İrandakı son prezident seçkilərinə və Həsən Ruhaninin qələbəsinə münasibəti və digər məsələləri müzakirə edib.



Səfirlərin Tiflisə çağırılaraq İranla bağlı təlimatlandırılması Qərblə Tehran arasındakı münasibətlərin son vaxtlar istiləşməsi ilə bağlıdır. Qərb İranın yeni prezidenti ilə anlaşmaya və sanksiyaları yumşaltmağa hazırdır. Lakin İsrail bu yumşalmadan ciddi narahatdır və bildirir ki, Tehran nüvə silahı əldə etmək səylərini dayandırmayıb və sanksiyaları yumşaltmaq yolverilməzdir.

Belə görünür ki, səfirlərin Tiflisə çağırılması İsrail XİN-də İranın təcrid olunmasına dair hazırlanmış planla bağlı olub. Xəbərdə bildirilir ki, İsrail XİN-də hazırlanmış plana əsasən Azərbaycan və adıçəkilən digər ölkələrlə Tehrandan dəstəklənən “Hizbullah” kimi terrorçu qruplaşmaların fəaliyyətinə dair kəşfiyyat məlumatlarının operativ mübadiləsi nəzərdə tutulur. Həmçinin sözügedən ölkələrə İsrail tərəfindən radikal islamçılarla, o cümlədən həmin ölkələrin Suriyaya döyüşməyə gedən və oradan döyüş əməliyyatları təcrübəsi ilə qayıdan vətəndaşları ilə mübarizədə kömək göstəriləcək.



Bundan əlavə, İsrail İran kəşfiyyatının Azərbaycan və adıçəkilən digər ölkələrdəki fəaliyyətinə dair müntəzəm informasiya mübadiləsinə də təminat verir. Həmin ölkələrə təklif edilən sosial dəstək proqramı isə səhiyyə sisteminin, energetikanın və kənd təsərrüfatının inkişafına köməyi nəzərdə tutur.

Planda Azərbaycana və Gürcüstana xüsusi diqqət ayrılır. Oktyabrın 31-dən etibarən İsraillə Gürcüstan arasında viza rejiminin ləğvi də bunu sübut edir.

İsrail qaynaqları bildirir ki, İranda baş verənləri ABŞ-ın Tehranla yaxınlaşmasından ciddi narazı olan Səudiyyə Ərəbistanı da yaxından izləyir. Noyabrın 3-də Səudiyyə Ərəbistanı Almaniyadan 2,5 milyard dollar dəyərində beş sualtı qayıq almağa dair razılaşma əldə edib. Gələcəkdə sualtı qayıqların sayını 25-ə çatdırmaq nəzərdə tutulur.

Belə görünür ki, İsrailin İrana dair planı artıq Azərbaycana və digər ölkələrə təqdim olunub. Rəsmi Bakının bu plan üzrə İsraillə əməkdaşlığa nə dərəcədə hazır olduğu məlum deyil. Bununla belə Azərbaycanla İsrail arasında təhlükəsizlik, kəşfiyyat və silah satışı məsələsində çoxdan dərin münasibətlər mövcuddur. Azərbaycan İsraildən milyardlarla dollarlıq ən yeni silahlar, o cümlədən Xəzərdə İrana qarşı ciddi çəkindirici təsirə malik olan gəmi əleyhinə “Gabriel” raketləri alıb.



İran kəşfiyyatının və bu ölkədən dəstəklənən terrorçu qrupların Azərbaycan ərazisində həyata keçirməyə çalışdığı terror və təxribat planlarının qarşısı dəfələrlə İsrailin kəşfiyyat dəstəyi ilə alınıb.

Nüfuzlu Qərb mənbələri ötən il xəbər vermişdi ki, İsrail İranın nüvə obyektlərinə hava zərbələri endirmək üçün Azərbaycan ərazisindəki aerodromlardan istifadəyə razılıq alıb. Rəsmi Bakı bu razılaşmanı təkzib edir.

Görünür, İsrail XİN-in hazırladığı son planda Azərbaycana İrana qarşı daha dərin əməkdaşlıq təklif olunur. Hansı ki, bu, kifayət qədər həssas məsələdir. Çünki rəsmi Bakı İranla qarşıdurmada heç vaxt maraqlı olmayıb və hazırda da Qərbin Tehranla münasibətləri normallaşdırmaq səylərini diqqətlə izləyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsrail İran istehsalı olan pilotsuz təyyarəni vurdu

    İsrail İran istehsalı olan pilotsuz təyyarəni ...

    3-09-2014, 13:05

  • 
  • İsraillə Rusiya arasında Azərbaycana qarşı sövdələşmə?

    İsraillə Rusiya arasında Azərbaycana qarşı ...

    11-11-2013, 10:29

  • 
  • Libermanın Bakı səfərinin müdhiş gizlinləri

    Libermanın Bakı səfərinin müdhiş gizlinləri ...

    16-04-2014, 10:42

  • 
  • İsraildən molla rejiminə daha bir hədə

    İsraildən molla rejiminə daha bir hədə ...

    4-02-2013, 10:19

  • 
  • İsrail Qırmızı dənizdə ələ keçirdiyi gəmini Eylat limanına gətirib

    İsrail Qırmızı dənizdə ələ keçirdiyi gəmini Eylat ...

    9-03-2014, 13:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu