GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Libermanın Bakı səfərinin müdhiş gizlinləri

Libermanın Bakı səfərinin müdhiş gizlinləri

Tarix: 16-04-2014, 10:42 Bölmə :Siyasət Baxış: 856
Libermanın Bakı səfərinin müdhiş gizlinləri
İsrailin xarici işlər nazirinin istəkləri nə olacaq

İsrailin xarici işlər naziri Aviqdor Liberman yaxın günlərdə Bakıya rəsmi səfər edəcək. Bu barədə İsrail Xarici İşlər Nazirliyindəki yüksək rütbəli mənbə “Vestnik Kavkaza” portalı ilə əməkdaşlıq edən israilli jurnalist Petr Lyukimsona bildirib.
Mənbə deyib ki, Liberman geniş tərkibli nümayəndə heyətinin müşayiəti ilə aprelin 30-da Bakıya yola düşəcək: “Əgər hansısa fövqəladə hadisə baş verməsə...”
İsrail XİN-in əməkdaşı bildirib ki, səfərin yekun proqramı hələ işlənilir, ancaq indidən məlumdur ki, Liberman Bakıda prezident İlham Əliyevlə və Azərbaycan dövlətinin rəhbərliyində yer alan digər şəxslərlə görüşəcək. Tərəflər İsraillə Azərbaycan arasında kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar, müdafiə sənayesi və iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması məsələlərini müzakirə edəcəklər. “Şübhə yoxdur ki, danışıqlar zamanı beynəlxalq problemlərə, o cümlədən İsrail-Fələstin danışıqlarındakı vəziyyət, Fələstin tərəfinin beynəlxalq arenada birtərəfli addımları və İsrailin ona reaksiyası da müzakirə ediləcək”, - deyə mənbə əlavə edib.
Səfər Libermanın “çoxvektorlu xarici siyasət” xəttinə uyğundur. İsrail xarici işlər naziri bir sıra müsəlman ölkələri, habelə Rusiya və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi xəttini yürüdür. İsraildə deyirlər ki, Libermanın Azərbaycan prezidenti İlham Əliyevlə bundan əvvəlki bütün görüşləri həmişə iki ölkə arasında münasibətlərin inkişafına güclü impuls verib.
İsrail xarici işlər nazirinin Bakıya gözlənilən gəlişi həm də bu aspektdən diqqəti cəlb edir ki, bu səfər Azərbaycan prezidentinin İrana uzun fasilədən sonra ilk səfərinin ardınca baş verəcək. Belə ki, Azərbaycanın İsraillə getdikcə güclənən tərəfdaşlıq münasibətləri həmişə İranda qəzəb doğurub və bu məsələ Tehran-Bakı münasibətlərinin gərginləşməsinin əsas səbəblərindən biri olaraq qalıb. Tehran Bakını ittiham edirdi ki, Azərbaycan İsrailin İran əleyhinə kəşfiyyat-diversiya fəaliyyətlərinə şərait yaradır. İranda yeni prezidentin-Həsən Ruhaninin seçilməsindən sonra bu ritorika nəzərə çarpmır və Tehran Azərbaycanla da münasibətlərində uzun müddətdir hökm sürən gərginliyi yumşaltmağa səy göstərir. Görünür bunun nəticəsi idi ki, Azərbaycan prezidentinin 2009-cu ildən bəri İrana səfəri mümkün oldu. Ancaq Azərbaycan prezidentinin İrana səfərinin ardınca İsrailin xarici işlər nazirinin Bakıya səfər edəcəyinin elan olunması bunu təsdiq edir ki, rəsmi Bakı İsraillə tərəfdaşlığını İranla münasibətləri yaxşılaşdırmağa qurban vermək niyyətində deyil. Azərbaycana yüksək texnologiyalara əsaslanan milyardlarla dollarlıq silah və hərbi texnika satan, təhlükəsizlik və İrandan qaynaqlanan terror təhdidlərinin qarşısının alınmasına dəstək verən İsraillə güclü tərəfdaşlıq münasibətlərini bundan sonra da saxlamaq niyyətindədir.
Eyni zamanda Azərbaycan cənub qonşusu İran və onun qatı düşməni İsraillə olan münasibətlərini də effektiv şəkildə balanslaşdıra, bu münasibətlərin digər tərəfə qarşı yönəlmədiyinə təminat verə bilir. Xatırladaq ki, Azərbaycan prezidenti bu ilin yanvarında Davos forumunda İsrail prezidenti Şimon Peres və baş nazir Benyamin Netanyahu ilə görüşüb. Habelə, Azərbaycan hökumətinin üzvlərinin İsrailə səfərləri olub.
Aydın
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan dünyada nadir tolerantlıq nümunəsidir

    Azərbaycan dünyada nadir tolerantlıq nümunəsidir ...

    2-05-2014, 10:00

  • 
  • Azərbaycan XİN rəhbəri ilk dəfə İsrailə səfər edəcək

    Azərbaycan XİN rəhbəri ilk dəfə İsrailə səfər ...

    18-04-2013, 10:13

  • 
  • “İsrail Azərbaycana mesaj verdi: Seçin

    “İsrail Azərbaycana mesaj verdi: Seçin ...

    21-11-2013, 15:25

  • 
  • İsraillə “Hizbullah” arasında atışma gedir

    İsraillə “Hizbullah” arasında atışma gedir ...

    29-12-2013, 15:07

  • 
  • Türkiyənin Qəzzada xəstəxana tikməsinə İsrail icazə verib

    Türkiyənin Qəzzada xəstəxana tikməsinə İsrail ...

    28-03-2014, 10:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu