GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Pul silməklə məşğul olan Diasporla iş üzrə Dövlət Komitəsi bizə lazımdırmı? - İTTİHAM

Pul silməklə məşğul olan Diasporla iş üzrə Dövlət Komitəsi bizə lazımdırmı? - İTTİHAM

Tarix: 24-02-2022, 15:26 Bölmə :Manşet / GündəmXəbər Baxış: 374

Müstəqillik əldə etməmişdən əvvəl erməni təcavüzü ilə üzləşən Azərbaycan üçün xarici ölkələrdə yaşayan soydaşlarımızın dəstəyi həmişə xüsusi önəm daşıyıb. Dünyanın hər yerinə səpələnmiş ermənilərin güclü diasporu qarşısında tab gətirmək üçün dövlətimiz son illərdə müəyyən addımlar atıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yarardılmasının əsas məqsədlərini də xarici siyasətimizə dəstək göstərilməsi və ölkəmizin maraqlarının qorunması təşkil edirdi.

Ölkəmiz üçün son dərəcə vacib olan bu qurum əslində Azərbaycan dövlətinin xarici siyasətinin bir qoluna çevrilməliydi. Lakin bu sahədə kifayət qədər uğur əldə edə bilməməyimiz xaricdəki soydaşlarımızın həmrəylik məsələsinə etinasız yanaşması deyil, daha çox xarici ölkələrdəki səfirliklərimizin və dövlət komitəsinin yarıtmaz fəaliyyətindən qaynaqlanır.

GUNDEMXEBER.AZ AzToday.az-a istinadla xəbər verir ki, xarici ölkələrdəki soydaşlarımızın ciddi şəkildə səfərbər olması və ölkəmizin mənafelərinin qorunması üçün təsirli addımlar atılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Diasporla iş üzrə Dövlət Komitəsi yeni rəhbərin təyin olunması da fayda verməyib. Belə ki, gənc deputat Fuad Muradovun bu quruma rəhbər təyin edilməsi zamanı yaranan ümidlər sonradan puç oldu. Onun son 4 illik fəaliyyəti yaddaşımızda qondarma qrant layihələri, müsabiqələr, media rəhbərləri ilə görüşlər təşkil etməklə qalıb. Yəni, xaricdə uğurlu fəaliyyətlə seçilmək əvəzinə, ölkəmizdə

AĞ KOSTYUM GEYİNƏRƏK “MEDİA KAPİTAN”LARI İLƏ GÖRÜŞƏN FUAD MURADOV DİASPORUMUZU “AĞ GÜN”Ə ÇIXARA BİLMƏDİ.


Heç kimə sirr deyil ki, Fuad Muradovun iki çağırış deputat kimi Milli Məclisdə oturduğu və komitə sədri olduğu dövrdə normal çıxış və məntiqli nitq söyləməyib. Heç bir siyasi və ictimai nüfuzu olmayan bu adamın strateji önəm daşıyan Diasporla iş üzrə Dövlət Komitəsinə rəhbər təyin olunmasının uğursuzluğu artıq göz önündədir.

Konkret olaraq desək, qısa müddətdə böyük işlər görəcəyinə ümidlər bəslənsə də, Fuad Muradov son illərdə diasporda uğurlu fəaliyyəti ilə seçilməyib. Əksinə ondan əvvəlki dövrdə xarici ölkələrdəki soydaşlarımızın mütəşəkkilliyi yönündə atılan addımların yarımçıq qaldığının şahidi olduq. Belə ki, onun, daha dorğusu Komitənin yaratdığı koordinasiya şuralarının fəaliyyəti bütün dünyada, o cümlədən Avropadakı diasporlarımızın parçalanmasına gətirib çıxarıb.

Ümumiyyətlə, Fuad Muradovun son illərdəki fəaliyyəti özünün xaricdə yaratdığı şəbəkələrin üzvlərinə qrant layihəsini udmağa şərait yaratmaq və medal verməkdən ibarət olub. Xaricdəki soydaşlarımızın bildirdiyinə görə, F.Muradovun adamları fəaliyyətlərini bahalı hotellərdə “brifinqlər” keçirmək yönündə qururlar. Həmin tədbirlər isə yalnız qəhvə içib, şəkil çəkdirməkdən ibarət olur (???).

Dövlət tərəfindən ayrılan pulların bu istiqamətdə necə və nə üçün xərcləndiyindən də F.Muradovdan başqa, heç kimin xəbəri yoxdur. F.Muradovun fəaliyyətsizliyi barədə son illərdə həddindən çox yazılsa da, deyilsə də, Diaspor Komitəsindəki durğunluq davam edir. Yaranmış vəziyyətdə zərbə Azərbaycanın xarici ölkələrdə təbliğinə dəyir. İş o yerə çatıb ki, ölkəmiz üçün prioritet olan

XOCALI SOYQIRIMININ DÜNYAYA TANIDILMASINDA DA PASSİVLİK NƏZƏRƏ ÇARPIR.


Diasporla iş üzrə Dövlət Komitəsinin sayəsində xarici ölkələrdə bu sahədə acınacaqlı durumun mövcud olduğunu indi hamı görür. Məsələn, xaricdə yaşayan həmvətənlərimizə istinadən jurnalist Hafiz Babalı yazır ki, qurumun əsas fəaliyyəti diaspor təşkilatları arasında nifaq yaramaq və təfriqə salmağa yönəlib. Həmin fəaliyyətin nəticəsidir ki, xarici ölkələrdəki əksər diaspor təşkilatlarında “didişmə” gedir. Bunu xaricdə yaşayan soydaşlarımız deyirlər və onların sözlərinə görə, Fuad Muradovun rəhbəri olduğu Komitə diaspor təşkilatlarının, xarici ölkələrdəki Azərbaycanın dostlarının, səfriliklərimizin səylərini birləşdirə bilmir. Acınacaqlı vəziyyət odur ki, Diasporla iş üzrə Dövlət Komitəsi Azərbaycanın dövlət büdcəsindən yardım almadan Xocalı soyqırımı ilə bağlı tədbir keçirmək iqtidarında deyil.

Digər maraqlı və acınacaqlı fakt odur ki, Diasporla iş üzrə Dövlət Komitəsi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ABŞ-da mitinqin təşkili və keçirilməsi üçün satınalma müsabiqəsi elan edib, lakin elanın gec verilməsi nəticəsində müsabiqə baş tutmayıb. Bu isə mitinqin efektiv keçiriməsinin mümkünlüyünü də sual altına alıb. Təkcə bu faktın özü erməni diasporunun daha güclü olduğu ABŞ kimi bir ölkədə Azərbaycan diasporunun fəallığının artırılması yönündə heç bir ciddi iş görülmədiyini və Diasporla iş üzrə Dövlət Komitəsinin aciz duruma düşdüyünü göstərir.

FUAD MURADOVUN FƏALİYYƏTSİZLİYİ KOMİTƏNİN VACİBLİYİNİ SUAL ALTINA ALIR


Çox güman ki, ABŞ-da və dünyanın bir çox ölkələrində soydaşlarımız daha mütəşəkkil şəkildə olmasa da, həmişə olduğu kimi, fevralın 26-da Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edəcəklər. Dəfələrlə soydaşlarımızın şahidi olduğu kimi, bu səfər də “Hamam suyundan özünə dost tutmaq” prinsipini əsas götürən Fuad Muradov orada dalğalanan bayraqların görüntüləri hesabına Diasporla iş üzrə Dövlət Komitəsində pul silməklə məşğul olacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Fuad Muradov bu 4 il ərzində öz fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə, Diasporla İş üzrə Dövlət Komitəsinin vacibliyini sual altına alıb. Halbuki Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın haqq səsinə dünyaya çatdırılması, ölkəmizin xarici siyasətinin həyata keçirilməsi kimi strateji fəaliyyətlə məşğul olmalı idi. Göstərilən faktlar isə tamam əksini ortaya qoyur və komitənin lazımsızlığını bir daha sübut edir.



GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ceyhun Bayramov xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri ilə video konfrans keçirdi

    Ceyhun Bayramov xaricdəki diplomatik ...

    25-07-2020, 12:51

  • 
  • Nazim İbrahimov etibarı da, etimadı da puç etdi

    Nazim İbrahimov etibarı da, etimadı da puç etdi ...

    19-05-2014, 11:12

  • 
  • Nazim İbrahimovdan “ədalətli” bölgü

    Nazim İbrahimovdan “ədalətli” bölgü ...

    11-04-2013, 11:20

  • 
  • Ramiz Mehdiyev Miqrasiya Xidmətində və Diaspor Komitəsində nöqsanlardan danışıb

    Ramiz Mehdiyev Miqrasiya Xidmətində və Diaspor ...

    25-04-2018, 13:24

  • 
  • Azərbaycan diasporu erməni təcavüzü ilə bağlı bəyanat yaydı

    Azərbaycan diasporu erməni təcavüzü ilə bağlı ...

    8-08-2014, 03:29


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu