Gürcüstanda yaşayan soydaşlarımıza Komitədən bildirilib ki, verəiləcək vəsaitin 50 faizi alınacaq
Məlumdur ki, Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı müəyyən layihələr həyata keçirir. Bununla yanaşı, xarici ölkələrdə yaşayan azərbaycanlıların yaratdıqları təşkilatlar da vaxtaşırı hazır layihələrlə komitəyə müraciət edir və onun maliyyə tərəfinin qarşılanmasını istəyirlər. Ancaq bu layihələrin maliyyələşməsində bəzən elə faktlar ortaya çıxır ki, komitənin adına uyğun gəlmir. Konkret Gürcüstanla bağlı yaşananlar belə deməyə əsas verir. Bu ölkədə yaşayan soydaşlarımızın azadliq.info-ya verdiyi məlumata görə, komitəyə diasporla bağlı layihə ilə müraciət ediblər. Amma komitədən onlara bu layihənin maliyyələşməsi məsələsində orijinal və üzücü cavab verilib. Komitədən bildirilib ki, layihənin maliyyə tərəfini yalnız bir şərtlə öz üzərlərinə götürürlər ki, onlara ayrılacaq pulun yalnız yarısı veriləcək. Yəni, Diasporla İş üzrə Dövlət Komitəsi istənilən layihəni təqdim edən təşkilatdan verəcəyi vəsaitin 50 faizini alacaq. Təbii ki, bununla razılaşmayan gürcüstanlı azərbaycanlılar əli ətəklərindən uzun qayıdıblar ölkələrinə.
Sorğu
Yeni dizaynımız necədir?