GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramiz Mehdiyev mühasirədə

Ramiz Mehdiyev mühasirədə

Tarix: 2-12-2012, 22:59 Bölmə :Manşet Baxış: 902

PA rəhbərinə yeni müavinlərin təyin olunması nəyə hesablanıb, «boz kardinal» yola salınır?

Məlum olduğu kimi ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə üç müavin ştatı müəyyənləşib. Bununla bağlı verilən rəsmi məlumatda deyilir ki, administrasiya rəhbərinin İcra hakimiyyəti orqanları ilə iş üzrə müavini postuna Zeynal Nağdəliyev, iqtisadi məsələlər üzrə müavini vəzifəsinə Əli Əsədov, beynəlxalq məsələlər üzrə müavini postuna isə Novruz Məmmədov təyin olunublar. Bu təyinatların əslində nəyə hesablanması mövzusuna bir qədər sonra qayıdacağıq, hələliksə maraq doğuran digər nüanslara diqqət yetirək.
Qeyd edək ki, Azərbaycanda «Ağ Ev» adlandırılan Prezident Administrasiyası 2009-cu ildə ölkədə keçirilmiş referendumdan sonra yaradılıb. Buna qədər isə qurum uzun müddət Prezident Aparatı adlanıb. Artıq kimsəyə sirr deyil ki, bu struktur hər zaman Ramiz Mehdiyevin nəzarəti altında olub və PA rəhbərinin bu «qalası» neçə illərdir ki, alınmaz olaraq qalırdı. Bununla bağlı maraqlı faktlardan biri isə odur ki, PA-da uzun müddətdir bir vakant vəzifə qalır. Bu Azərbaycan Respublikası Prezidentinin işlər idarəsindəki prezidentin işlər müdiri vəzifəsidir. Administrasiyadakı prezidentin işlər müdiri vəzifəsi düz 7 ilə yaxındır boşdur. Prezidentin işlər müdirinə aid bəzi məsələləri, o cümlədən vətəndaşların qəbulunu Prezidentin İşlər müdirinin birinci müavini həyata keçirir. Xatırladaq ki, prezidentin işlər müdiri vəzifəsi 2005-ci ildən boşalıb. Prezidentinin işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev 2005-ci ilin oktyabr ayında həbs olunduğuna görə, həmin vaxt o, ölkə başçısının müvafiq sərəncamı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Sonradan bu vəzifəyə yeni təyinat gerçəkləşdirilməyib.
Əldə etdiyimiz özəl məlumatda isə bildirilir ki, adıçəkilən posta kiminsə təyinatının qarşısını uzun illərdir ki, R.Mehdiyevin özü əngəlləyir. Belə ki, öz adamını bu posta təyin etdirə bilməyən R.Mehdiyev bunun qarşılığında kiminsə də bura gətirilməsini əngəlləyirdi. Amma noyabrın 30-da ökə başçısının imzaladığı sərəncamlarla Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsinin təsis edilməsi bu istiqamətdə atılmış ilkin addımlardan sayıla bilər.Maraq doğuran digər amil isə, onların əvvəlki vəzifələrindən azad olunmasına dair sərəncamın imzalanmamasıdır. İndi dəqiq məlum deyil, Novruz Məmmədov, Zeynal Nağdəliyev və Əli Əsədov həm də əvvəlki vəzifələrini də aparacaqlar, ya yox. Yəqin ki, ya yeni sərəncamlar imzalanacaq, ya da bunun açıqlaması olacaq. İndi isə yeni təyinatların alt qatında yatan qaranlıqlara işıq salmağa çalışaq.
Bir çox ekpertlər bu addımın R.Mehdiyevin siyasi cəhətdən gücdən salınmasına hesablandığını iddia edirlər və baş verənlərin təhlili də belə düşünməyə əsas verir. PA rəhbərinin müavini kimi təsdiqlənmiş üç şəxsdən ikisi-Əli Əsədov və Zeynal Nağdəliyev birmənalı olaraq Mehdiyev qruplaşmasının qatı əleyhdarları kimi tanınır. Üçüncü müavin-Novruz Məmmədova gəlincə isə onun R.Mehdiyevə yaxın şəxs olduğu bildirilsə də əldə etdiyimiz informasiyalar bunun heç də belə olmadığını təsdiqləyir. Novruz Məmmədovun uzun müddət Mehdiyev qruplaşmasına aid olduğunu etiraf edən mənbəmiz onun son proseslərdə əks qütbdə yer aldığını iddia edir. Göründüyü kimi, hətta Novruz Məmmədov faktoru bir kənara qoyulsa belə yeni müavinlərin R.Mehdiyevə başağrı olacağını düşünmək olar. Bütün bunlar isə Mehdiyevə qarşı aparılan hücum kampaniyasının pik nöqtəsi də adlandırıla bilər.
İlk əvvəl fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev Gülər Əhmədova ilə itkin düşmüş qardaşının tapılması və deputat mandatı alması ilə bağlı apardığı separat danışıqların gizli videoçəkilişlərini yaydı. Nəticədə mandatı əlindən alınan Gülər Əhmədovaya qarşı bir basqı düzənləndi. Əslində ittihamın əsas hədəfi olan, yəni bu separat siyasi bazarlığın üstündə dayanan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev idi. Mehdiyev və onun çevrəsi məlum olayda nə qədər ehtiyatlı oynamağa çalışsa da, artıq hakimiyyət daxilindəki uçurum mahiyyətli parçalanmanın gizlədilməsi qeyri-mümkün idi. Bəli, hakimiyyət bu videoçəkilişin yayımı ilə parçalanaraq iç savaşa meydan oldu. Bunun ardından isə Parisdən başlanan əməliyata, Moskvadan reaksiyalar verilməyə başladı.
Söhbət təbii ki, «Oliqarxların təşkilatı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqından gedir. Kimlər üçünsə sadə görünən bu məsələ əslində Kremlin növbəti tryuku idi. rəsmi Moskva bu yolla Ramiz Mehdiyevdən də betər «Ramiz Mehdiyevinin» olduğunu Azərbaycan iqtidarının diqqətinə çatdırmış oldu. Gələn siqnal belə idi ki, əgər rəsmi Bakı 2013-cü il prezident seçkiləri dönəmində Ramiz Mehdiyevin timsalında rusiya qanadından imtina etmiş olarsa, o zaman Azərbaycanda təlatümlü olaylar baş qaldıracaq. Bunun ardınca isə Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Təşkilatı yaradıldı. Və hər kəs fərqində idi ki, artıq Rusiya Ramiz Mehdiyevin sıradan çıxarılmasının Azərbaycana nəyə mail olacağını net şəkildə ortaya qoymaqda idi. Paralel olaraq isə Kreml artıq oyuncağa çevirdiyi «oliqarxların təşkilatının» fəaliyyəti ilə Qarabağ problemi müstəvisində Azərbaycanın sinirləri ilə oynamağa başladı. Amma bir daha vurğulayırıq ki, olduqca xəfif tərzdə cərəyan edən bu prosesdə həddsiz ehtiyatlılıq aşkar surətdə hiss olunandır ki, bu da təbii olaraq Kremlin Azərbaycanda seçkiqabağı dönəmdə yaşanılan proseslərə verdiyi reaksiyanın nəticəsi kimi qəbul olunmalıdır.
Amma görünən odur ki, Azərbaycan hakimiyyəti də Kremldən çəkinmədiyini nümayiş etdirməkdə qərarlıdır. Hər halda R.Mehdiyevə üç müavin təyin etməklə onu mühasirəyə almaq niiyətini ortaya qoyan hakimiyyət sahibi iddiasından geri çəkilməyəcəyini sərgiləmiş oldu.

Azər Talıbov
Ramiz Mehdiyev mühasirədə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyət yeni komandanın əlində

    Hakimiyyət yeni komandanın əlində ...

    8-12-2012, 09:49

  • 
  • Məhərrəm Əliyev üzərində qurulan plan

    Məhərrəm Əliyev üzərində qurulan plan ...

    11-12-2012, 12:11

  • 
  • Paşayevlərdən Ramiz Mehdiyevə tələ

    Paşayevlərdən Ramiz Mehdiyevə tələ ...

    12-12-2012, 12:55

  • 
  • Zeynal Nağdəliyev: "30 minə yaxın iş yeri müəyyənləşib"

    Zeynal Nağdəliyev: "30 minə yaxın iş yeri ...

    4-02-2016, 20:27

  • 
  • Yeni təyinatların sirri

    Yeni təyinatların sirri ...

    7-12-2012, 11:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu