GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Arzu Rəhimov problemlər girdabında

Arzu Rəhimov problemlər girdabında

Tarix: 21-11-2013, 00:49 Bölmə :Manşet Baxış: 890
Arzu Rəhimov problemlər girdabında
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar keçirilir; Noyabrın əvvəllərindən bu günə kimi aparılan araşdırmalar zamanı külli miqdarda vəsaitin yoxa çıxdığı məlum olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun Namiq adlı sürücüsünün həbs olunması bu məmurun işi ilə bağlı «minus»lardan biridir. Məsələ burasındadır ki, məmur sürücüsünün SHXÇDX-də yüksək vəzifələrdə işə düzəltmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 500 min manatdan artıq pul alaraq sonradan onların pullarını mənimsəməsi kimi hallara Azərbaycanda nadir hallarda rast gəlinir. Çox az hallarda belə xoşagəlməz hal yaşanıb ki, hansısa məmurun yaxın adamı insanların inamından sui-istifadə edərək, onların pullarını mənimsəyib. Çünki bu məsələdə həmin məmurun da günah payı az deyil. Ya sən sürücünü çox yaxın məsafəyə buraxmısan, ya da ortada digər qaranlıq məsələ də mövcuddur.
SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimovun sürücüsünün aldatdığı insanlardan aldığı pullar da kifayət qədər yüksək rəqəmlərdir. O, birindən 100 min, digər şəxsdən 200 min manat, başqasından 50 min, ümumilikdə isə 500 min manat pul götürərək onları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yüksək vəzifələrə işə düzəldəcəyinə dair söz verib. Lakin sonradan məlum olub ki, generalın sürücüsü həmin pulları özünə götürüb, söz verdiyi şəxsləri də aldadıb. Hüquq-mühafizə orqanlarının məsələyə müdaxiləsindən sonra isə sürücü barəsində cinayət işi açılıb, onun əməlləri tam şəkildə sübuta yetirilərək həbs edilib.
Ötən gün redaksiyamıza daxil olan məlumatlara görə, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar keçirilir. Yoxlamaların gələn ayın əvvəli başa çatacağı deyilir. Hətta bildirilir ki, noyabrın əvvəllərindən bu günə kimi aparılan araşdırmalar zamanı külli miqdarda vəsaitin yoxa çıxdığı məlum olub. Buna görə də xidmətin bir sıra idarə rəislərinin cəzalandırılacağı, işlərində yol verdiyi ciddi nöqsanlara görə tutduqları vəzifədən azad ediləcəyi gözlənilir. Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, bir sıra idarələrin rəisləri tutduqları vəzifələrin onlara verdiyi səlahiyyətlərdən sui-istifadə edərək dövlət əmlakına çox böyük ölçüdə ziyan vurublar. Dekabrın əvvəllərində başa çatacaq yoxlamalar tam yekunlaşandan sonra işdən çıxarılan idarə rəislərinin tutduğu əməllərə görə cəzalandırılması məsələsi gündəmə gələcək. Habelə onların fəaliyyətlərinin araşdırılması zamanı üzə çıxarılmış nöqsanları əks etdirən faktlar hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Bütün bunlar onu göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov SHXÇDX-də ciddi çətinliklərlə üzləşib. Belə ki, general ona o qədər də bələd olmayan sahədə at oynadan bir sıra şəxslərin əhatə dairəsindədir. Bütün bunlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə olan ümidlərin boşa çıxması deməkdir.
Bir müddət bundan əvvəl Arzu Rəhimov rəhbərlik etdiyi Dövlət Miqrasiya Xidmətinin fəaliyyət göstərdiyi 2007-2011-ci illər ərzində həmin dövlət orqanında korrupsiya faktının olmaması ilə öyünmüşdü. Xidmət rəhbəri jurnalistlər qarşısına çıxaraq DMX-də qanunsuz halın olmadığını xüsusi olaraq vurğulamışdı: «Fəaliyyət göstərdiyi 4 il ərzində Dövlət Miqrasiya Xidmətində korrupsiya ilə bağlı heç bir fakt qeydə alınmayıb».
16 iyun 2011-ci ildə həmin fikirləri səsləndirən Dövlət Miqrasiya Xidmətinin rəisi bununla ona tapşırılan işin öhdəsindən uğurla gəldiyini iddia etdi: «2007-ci ildə bu qurum yarananda verilən tapşırıqlardan biri də qurumda korrupsiya hallarına yol verilməməsi ilə bağlı olub və əməkdaşlarımız bunu çox gözəl başa düşüblər. Bu gün hər bir əcnəbi ilə iş quran zaman bilirik ki, dünyada Azərbaycanın imicinə xələl gətirəcək hər hansı rəylər yaradacaq söz-söhbətə yol verilməməlidir».
Nəzirinizə çatdıraq ki, DMX-də doğrudan da hər hansı qalmaqallı rüşvət, korrupsiya faktı qeydə alınmadı. Amma bu faktor daha çox elə Arzu Rəhimovun işinə yaradı. Məsələ burasındadır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılarkən həmin qurumun rəhbəri vəzifəsinə Arzu Rəhimov təyinat aldı. Əvvəlcə ona general-leytenant rütbəsi, ardınca da belə prestijli, gələcək karyera üçün stimul verən vəzifə tapşırıldı. Amma...
Amma məlum oldu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Dövlət Miqrasiya Xidməti, Arzu Rəhimov da əvvəlki Arzu Rəhimov (yəni general-mayor Arzu Rəhimov-red) deyilmiş. General paqonları bir rütbə böyüyən Arzu Rəhimov qollarını çırmayıb SHXÇDX-in rəhbəri vəzifəsinə başlar-başlamaz hərbi xidmətə çağırışla bağlı problemlərin həllini tapmadığı üzə çıxdı. Məlum oldu ki, orduya çağırılanlar arasında hərbi xidmətə yararsız, hətta potensial vərəm daşıyıcıları da var. Və onlar ordunun şəxsi heyəti üçün təhlükə törətmələrinə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xəstəlik daşıyıcıları olmalarına baxmayaraq, hərbi hissələrə göndərilirlər. Arzu Rəhimov isə işçilərindən bunun hesabını sormur. Arzu Rəhimovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəhbərlik etməyə başlamasından sonra SHXÇDX-də ciddi nöqsanların, qanun pozuntularının, hətta sürücünün 500 min manatlıq cinayətin olması barədə xəbərlərin mürəkkəbi qurumamış, general-leytenantın fəaliyyətinə kölgə salan daha bir xoşagəlməz məqam ortaya çıxdı. Məlum oldu ki, SHXÇDX-nin tabeliyində olan «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-də də xoşagəlməz proseslər cərəyan edir. MMC-nin rəhbəri Şahvələd Əliyev barəsində söylənilənlər, xüsusən də göyə sovrulan vəsaitlər qalmaqalı bu quruma ayrılan dövlətin büdcəsinin yoxlanılması zərurətindən xəbər verir. MMC-yə təmir-tikinti işləri ilə bağlı olaraq 700 min manat vəsaitin ayrılması ilə eyni vaxtda Şahvələd Əliyev barəsindəki söz-söhbətlərin ortaya çıxması «od olmayan yerdən tüstü çıxmaz» məşhur məsəlini gündəmə gətirdi. Yayılan xəbərlərdə qeyd olunurdu ki, «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» ona ayrılan vəsaitin heç də hamısını nəzərdə tutulan işlərə yönəltməyib. Həmin məbləğin cəmi 120 min manatı təmir işlərinə xərclənib. Digər işləri isə ayrı-ayrı şöbələr həyata keçirib. Belə olan halda ortaya sual çıxır - bəs, vəsaitin yerdə qalan hissəsi hansı məsrəflər üçün xərclənib?
Vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirmək məqsədi ilə yaradılan bu qurumla bağlı xoşagəlməz söz-söhbətlərin, hərbi vətənpərvərliklə ziddiyyət təşkil edən mövzuların bir məxrəcdə birləşməsi Arzu Rəhimovun işi üçün növbəti «minus»lardan biridir.
Hazırda yalnız sürücülük məktəblərindən ibarət olan mərkəz rəhbərliyinin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarmaması barədə iddiaların nə dərəcədə həqiqətə uyğun olması müvafiq dövlət strukturlarının araşdırmalarından sonra tam təfərrüatı ilə üzə çıxacaq. Ötən illər ayda bir-iki dəfə tədbir keçirib, cəmiyyət nümayəndələri, gənclər arasında təbliğat işləri aparan MMC-nin demək olar, fəaliyyətsiz quruma çevrilməsi yalnız Şahvələd Əliyev üçün deyil, general-leytenant Arzu Rəhimovun da gələcək karyerası üçün qırmızı işıq rolunu da oynaya bilər.
Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldıqdan sonra bu qurumun yeni bir sistem quracağı deyilirdi. Arzu Rəhimovun Dövlət Miqrasiya Xidmətinin rəhbərliyindən yeni xidmətə başçı təyin olunması isə insanlarda işlərin bir qədər də fərqli yöndə inkişaf edəcəyi haqda ümidlər oyatdı. Heyhat! Arzu Rəhimovun işi hərbi komissaların sərəncama göndərilməsindən ibarət imiş. Dövlət xidmətinin yeni əsasnaməsi təsdiq olunsa da, ötən ilin mart ayında verilən qərara əsasən bütün rayonların hərbi komissarları sərəncama göndərilsə də, aprelin 13-də yeni ştat cədvəlinin təsdiqlənəcəyi ilə bağlı söylənilənlər təsdiqini tapmadı. Məlum oldu ki, Arzu Rəhimovun «özünəməxsus» ildarəçilik qabiliyyəti elə bundan ibarət imiş. Xəstə, hərbi xidmətə yararsız gənclərin orduya çağırılması elə əvvəlki tempdə qaldı. Hətta deyərdik ki, bu istiqamətdə ciddi dəyişiklik baş vermədi. Maraqlıdır ki, həmin vaxt bəzi keçmiş hərbi komissarlar Arzu Rəhimovun nöqsanları fəailyyətini görüb, ilkin mərhələdə general-leytenanta qarşı çıxmışdılar. Bu «üsyan»dan sonra tədbir görmək qərarına gələn yeni xidmətin rəisi sərəncam vermək prosesini yubatmaqla vaxt qazanmağa çalışdı. Həmçinin bununla göstərməyə çalışdı ki, o istədiyini edə biləcək güc və səlahiyyətdədir. Prosesin yekunundan belə nəticə hasil oldu ki, Arzu Rəhimovun problemləri təkcə keçmiş hərbi komissarlarla deyil, həmçinin digərləri ilə də var. Onların biri də bu yaxınlarda üzə çıxıb. Məlum olub ki, xidmət rəisi artıq digər yüksək vəzifəli şəxslərdən biri ilə də yola getmir.
Səbəb isə odur ki, Arzu Rəhimovu əvvəlki kimi yenə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi şöbələrində əsaslı yoxlamalar aparmaqdan imtina edir. Arzu Rəhimov isə indiki məqamda bunun baş verməsini istəmir. Çünki cəmi bir müddət əvvəl təyinat aldığı xidmətin yerli qurumlarında hər hansı xoşagəlməz faktın üzə çıxması onun karyerasını zədələyə bilər. Elə buna görə də, mümkün qədər çalışır ki, müvafiq orqanları bu niyyətlərindən daşındırsın. Xatırladaq ki, hüquq-mühafizə orqanları xeyli əvvəl də bəzi keçmiş hərbi komissarlıqlarda yoxlamalar apararaq, bir neçə hərbi komissarı həbs etdi. İstintaqları başa çatan bəzi şəxslər uzunmüddətli həbsə məhkum edildilər. Bu prosesin davam edəcəyi barədə bəyanat verən sözügedən qurum yenidən addım atmaq istəyir ki, onların da qarşısına Arzu Rəhimovun dirənişi çıxıb.
Əldə etdiyimiz məlumatlarda bildirilir ki, Arzu Rəhimov yuxarı dairələrə müraciət edərək, bu prosesin qarşısını almağı xahiş edib. General-leytenant hətta onu da diqqət mərkəzinə gətirib ki, hüquq-mühafizə orqanlarının bu yoxlamaları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tamamilə nüfuzdan sala bilər və nəticədə, cəmiyyətdə mənfi fikrin formalaşmasına imkan yaranar. Arzu Rəhimovun bir çox hallarda hüquq-mühafizə orqanları ilə hesablaşmaması son nəticədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı rayon şöbələrində xoşagəlməz halların mövcudluğunun ömrünü artırır.
General-leytenant bununla güc nümayiş etdirərək, göstərmək istəyir ki, o, istədiyi zaman tabeliyində olanlar üçün problemlər yarada bilər. Məqsəd isə sözügedən şəxslərin - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayon şöbələrinin general-leytenantla hesablaşmasını təmin etmək və onların indiki mövqelərini yumşaltmaqdır. Vurğulayaq ki, Arzu Rəhimov səbəbsiz yerə bu posta təyinat almayıb. Ona göstərilən etimadın tutarlı əsasları olub. Belə olan təqdirdə, ortaya əsaslı bir məntiq çıxır: xidmətin rəisi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayon şöbələrinə güc nümayişlərinə qarşı çıxmaqda davam edəcək və bu, tərəflər arasında münaqişəni daha da dərinləşdirəcək. Çünki Arzu Rəhimov güvəndiyi yerlərə arxalanaraq, bəzi rayon şöbələri rəhbərlərinin qabağından çəkilmək istəməyəcək.
Azər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Arzu Rəhimovun adına şok iddia

    Arzu Rəhimovun adına şok iddia ...

    2-05-2013, 02:55

  • 
  • Səfərbərlik xidmətində daxili savaş

    Səfərbərlik xidmətində daxili savaş ...

    6-11-2013, 13:48

  • 
  • Hərbi Prokurorluq Arzu Rəhimovun fəaliyyətini araşdıracaq

    Hərbi Prokurorluq Arzu Rəhimovun fəaliyyətini ...

    7-02-2013, 10:42

  • 
  • Arzu Rəhimov karyerasında əsgər ölümləri

    Arzu Rəhimov karyerasında əsgər ölümləri ...

    19-12-2012, 12:26

  • 
  • Azərbaycanda səfərbərlik

    Azərbaycanda səfərbərlik ...

    4-02-2015, 12:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu