GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » GÜLƏR ƏHMƏDOVAYA “SUS” ƏMRİ VERİLDİ

GÜLƏR ƏHMƏDOVAYA “SUS” ƏMRİ VERİLDİ

Tarix: 21-11-2013, 02:20 Bölmə :Manşet Baxış: 715
GÜLƏR ƏHMƏDOVAYA “SUS” ƏMRİ VERİLDİ
Sabiq millət vəkilinə “sussan azad olunacaqsan” deyilib; Gülər Əhmədova azadlığın astanasında
Ölkə gündəminin əsas mövzularından biri də sabiq millət vəkili Gülər Əhmədobavın məhkəmə prosesidir. Xatırladaq ki, artıq məhkəmə istintaqı yekunlaşıb və prokuror ittiham olunan şəxsə şok sayıla biləcək qədər yüngül cəza – 4 il iş verilməsini tələb edib. Halbuki, Gülər Əhmədovanın ittiham olunduğu maddələr üzrə ona ən azından 7 il işin veriləcəyi proqnozlaşdırılırdı. Unutmayaq ki, məhkəmələrdə belə bir yazılmamış qanun da var ki, bir qayda olaraq hakim prokurorun tələb etdiyi müddətdən daha az cəza kəsir. Belə olan halda Gülər Əhmədovaya 3 il və ya daha az işin veriləcəyini proqnozlaşdırmaq mümkündür. Bu isə bəzi şübhələrin yaranmasına yol açır. Bu haqda bir qədər sonra…
İndi isə sonuncu məhkəmə prosesində baş verənlərə qısa bir nəzər yetirək. Qeyd edək ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edərək Elşad Abdullayevin ofisdən qanunsuz istifadə etdiyini, çəkilişləri qanunsuz apardığını deyib: “O, müxtəlif insanları şantaj etmək üçün gizli çəkiliş aparıb.
O daha sonra bildirib ki, videolarla bağlı ekspertiza rəyində də ziddiyyətlər var. Bir yerdə yazıblar ki, sinxronluq pozulub, digər yerdə yazıblar ki, pozulmayıb. Videonun nə zaman çəkildiyi də ekspertiza tərəfindən dəqiqləşdirilməyib. Videonun tam versiyası istintaqa təhvil verilməyib: “Elşad Abdullayev qanunu pozaraq, Gülər Əhmədova haqqında yalan məlumat verdiyi, KİV-də şər-böhtan xarakterli məlumatlar yaydığı üçün onun əməlinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsini xahiş edirəm. Həmçinin qanunsuz görüntü əldə etdiyi üçün həmin məsələyə də hüquqi qiymət verilsin. Xahiş edirəm, ekspert məhkəməyə dəvət olunsun və ziddiyyətli məlumatlar araşdırılsın”.
Dövlət ittihamçısı Eldar Həmzəyev isə bildirib ki, videolarla bağlı vəsatət təmin oluna bilməz, çünki həmin məsələ ilə bağlı cinayət işinin başladılması istintaq orqanı tərəfindən rədd olunub. Prokuror onu da deyib ki, ekspertiza ilə bağlı şübhə olmadığı üçün bu vəsatət də rədd olunmalıdır.
Daha sonra çıxış edən Gülər Əhmədovanın bildirib ki, Elşad Abdullayevin bacısı oğlundan dayısının videoların tam versiyasını göndərməsini xahiş edib: “Lakin o göndərməyib. Bakıda Gülər Əhmədova adında bir çox insan var. Belədirsə, onlardan birini tutun, məni çıxarın burdan. Videolar əsl deyil, ekspertiza da dolaşıq rəy verib. Deyir, montaj olunmayıb amma sinxron pozulub. Bir formatdan başqa formata köçürülüb. Montajın buynuzu olur? Mən əvvəldən demişəm, o videonu qəbul etmirəm. Kimin ixtiyarı var, prezidentin fərmanını, Konstitusiyanı pozmağa? Oyun oynayırlar. Bu adam siyasi akrobatika ilə məşğuldur. Saxta videonu əsas götürüb, məni həbs ediblər, ekspertiza keçiriblər. Dünyanın hansı yerində əsli olmayan video sübut kimi götürülür? Deyir, videoda söyüş var, ona görə yaymıram. Bəli, söyüş var. Burda hamının 18 yaşı tamam olub. Qorxur ki, prokurorluğun tərbiyəsini pozar? Mən buna məəttəl qalmışam. Elşad kimdir axı? O videonun əslini ortaya çıxara bilməz. Əslində nə var, o da bilir, mən də. Ölsəm də, batsam da, o videonu qəbul etməyəcəyəm. Siz qəbul edirsiniz, özünüz bilərsiniz. Elşad bilir, orda kimin dalınca danışıb və nə cavabı alıb. Ona görə əslini göstərmir. Buna görə qadın xeylağını həbsdə saxlayarlar? Mənim günahım nədir axı? Bu adam yeddi il kimi gözləyib? Zakir Qaralov da açıqlamasında deyib ki, əvvəlcə Elşad Abdullayev gəlməlidir. Mən Milli Məclisdə oturan adam idim, gələrdin evimə, iş yerimə ki, sənə bir milyon pul vermişəm. Çünki sən də, Sevinc də yaxşı bilirdiniz ki, pulun haradadır. Biri ölüb, o biri də Fransada oturub. Bunu Allah götürməz. Mən onsuz da hər kəsi Allaha tapşırmışam. Ekspertiza artimulyasiya məsələsini də araşdırmayıb, halbuki bu, çox vacib məsələdir”.
Bunun ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olunub və prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev G. Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror bildirib ki, ittihama əsasən, Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməlidir.
Əlavə olunub ki, onun himayəsində azyaşlı uşaq olması, ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hal kimi nəzərə alınmalı, həmçinin vurulan maddi ziyanın məbləği məhkəmə tərəfindən müəyyən olunmalıdır.
Baş verənlərlə bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, artıq Gülər Əhmədovanın azadlığa buraxılması məsələsi tam olaraq dəqiqləşib: “Hadisələrin hələ ilkin vaxtlarında belə, hakimiyyətin Gülər Əhmədovanı həbs etmək niyyəti olmayıb. Sadəcə olaraq, medianın məsələni ictimailəşdirməsindən sonra onun həbsi qaçılmaza çevrildi. Bu zaman isə Gülər Əhmədovanın hakimiyyətdəki himayədarları ikinci planı işə saldılar. O həbsə salındı, obyektiv istintaq görüntüsü yaradıldı və bununla da məsələnin ictimai maraqlıllığı bir qədər azaldıldı. İndi isə prokurorun 4 il iş istəməsi də belə düşünməyə əsas verir ki, Gülər Əhmədova hüquqi prosedurun imkan verdiyi variantların biri ilə azadlığa buraxılacaq”.
Mənbənin sözlərinə görə, həbsxanada olan Gülər Əhmədovaya təklif olunub ki, bəzi məqamlarla bağlı sussun və bunun müqabilində azadlığına qovuşacaq. Tərəflərin məxfi anlaşma şərtləri içərisində olduğunu iddia edən mənbəmiz bildirir ki, artıq bütün proses Gülər Əhmədovanın azadlığa buraxılmasına aparır.
Maraqlıır, bəs bu variantlar hansılar ola bilər? Gülər Əhmədovanın azadlığa çıxması üçün hansı oyun səhnələşdiriləcək? Təbii ki, bununla bağlı müxtəlif versiyalar irəli sürmək mümkündür. Birinci variant ondan ibarət ola bilər ki, prokurorun 4 il iş istəməsi və məhkəmənin bundan az iş verməsi ilə o şərti işlə azadlığa buraxıla bilər. Digər bir versiya isə belədir: Həmçinin o artıq bir ildir ki, həbsdədir və hətta üçdə birlə də azad olunar.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokuror bu gün Gülər Əhmədovaya iş istəyəcək

    Prokuror bu gün Gülər Əhmədovaya iş istəyəcək ...

    18-11-2013, 13:09

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42

  • 
  • Gülər Əhmədovanın vəkili 17 vəsatət qaldırıb (Yenlilənib)

    Gülər Əhmədovanın vəkili 17 vəsatət qaldırıb ...

    23-01-2014, 16:54

  • 
  • Vəkilindən Gülər Əhmədova ilə bağlı təkzib

    Vəkilindən Gülər Əhmədova ilə bağlı təkzib ...

    22-11-2013, 11:58

  • 
  • PROKUROR GÜLƏR ƏHMƏDOVAYA 4 İL İŞ İSTƏDİ

    PROKUROR GÜLƏR ƏHMƏDOVAYA 4 İL İŞ İSTƏDİ ...

    18-11-2013, 16:18


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu