GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Vyana görüşü Bakını müharibəyə daşıyır

Vyana görüşü Bakını müharibəyə daşıyır

Tarix: 21-11-2013, 17:25 Bölmə :Manşet Baxış: 926
Vyana görüşü Bakını müharibəyə daşıyır
Prezidentlərin son görüşündə Azərbaycan qəti mövqe ifadə etdi: SAVAŞA TƏDARÜK!

Biz qafqazlıyıq, Qafqaz türkləriyik. Ermənilərin də içində qafqazlı olanlar var. Burada erməniləşmiş qafqazlıları nəzərdə tuturam. Və bizdən - xüsusən də torpaqları işğal olunmuş QAFQAZLI AZƏRBAYCAN TÜRKLƏRİNDƏN bədəvi ərəblərin az qala yüz illər ərzində nümayiş etdirdiyi təhlükəli hövsələliyin gözlənilməsi yersizdir. Biz nə qədər dözümlü xalq olsaq da, bu dözümümüzün əndazəsi də var.
Bu bir faktdır ki, artıq Azərbaycan Qarabağ probleminin həlli üçün tam olaraq köklənmiş vəziyyətdədir. Həm millət və həm də dövlət olaraq. Elə bu gün Azərbaycanda hakimiyyətdə olan qüvvələr də Qarabağ probleminin həllinin sosial-milli sifariş olmasının tam fərqindədir. Və hakimiyyət aşağıdan gələn bu sifarişə uyğun olaraq dövlətin həm hərbi qüdrətini və həm də problemin həlli ilə bağlı yürütdüyü siyasətini qətiləşdirmək yolundadır.
Bunu həm də dünyanın anlaması lazımdır.
Biz şərqli olsaq da, dünyada bu gün «şərqli» mentalitetinə uyğunlaşdlırılan vəhşiliklərdən tam uzağıq. Azərbaycan türkü Böyük Türk qövmünün bir parçası olaraq hər zaman ədalətin yanında olub, ədaləti bərpa etməyə çalışıb. Bu gün isə onun haqqı tapdanıb və ona aid olan bir ədalətin bərpasına ehtiyac yaranıb. Və bu məsələdə Azərbaycan türkünün öz milli-dövlətçilik maraqları naminə istənilən bir addımı anlaşılan qəbul olunmalıdır. Əgər bu gün Rusiya və ABŞ özlərinin hətta regional maraqları naminə belə özlərindən qat-qat zəif olan dövlətləri əzirlərsə, nədən Azərbaycan özünün hüdudları daxilində maraqlarının təmininə çalışmasın?
Srağagün Azərbaycan və Ermənistan prezidentləri bir araya gəldilər. Rəsmi Vaşinqton ABŞ Dövlət Departamentinin sözçüsü xanım Jen Psakinin dili ilə diplomatik rituallara uyğun olaraq görüşü alqışladığını bəyan etdi. Amma Amerikanın əsas fikrini keçmiş səfir, tanınmış amerikalı diplomat Riçard Kozlariç ifadə etdi.
«Ritorika sərtləşib və təmas xəttində silahlı insidentlər çoxalıb» deyərək sözünə başlayan Kozlariç Azərbaycan prezidentini az qala ittiham edirmiş kimi davrandı. İlham Əliyevin beynəlxalq təşkilatları və həmçinin ATƏT-in Minsk Qrupunu səmərəsiz fəaliyyətdə ittiham etməsini qılıncla qarşıladı. Və ittihamlarını davam etdirərək bildirdi ki, Azərbaycan hətta Türkiyəyə də Ermənistanla münasibətlərini qaydasına salmasına imkan vermir.
Tamam. Hər şey Azərbaycan üçün aydındır. Çünki kimsə, hətta Kozlariç cənabları belə problemə mahiyyəti üzərə yanaşmaq istəmir. Biz isə xatırladırıq. Problem ondan başlayıb ki, ermənilər vəhşiliklə, minlərlə insanın qanını axıdaraq, qətliamlar törədərək Azərbaycan torpaqlarının böyük bir hissəsini Rusiyanın dəstəyi ilə işğal ediblər. Problem budur. Və danışıq aparan təşkilatların, vasitəçilik edən qurumların, problemin həllində sülh göyərçini olmaq istəyənlərin də əsas missiyası bu işğalı durdurmaq olmalıdır. Daha ermənilərin «Biz Qarabağdakı ermənilərin həyatından narahatıq» deyərək danışıqları mahiyyətindən uzaqlaşdırma cəhdinə uyub problemə tərs yöndən yanaşmalı deyillər. Çünki fakt ondan ibarətdir ki, həmin «halından narahat olunmalı olan ermənilər» faktiki olaraq özləri təhlükə saçıblar minlərlə Azərbaycan türkünün qanını axıdıblar və hətta soyqırım da törədiblər. Belə olan halda, dünyanın kor gözləri bu faktı bir kənara atmalı deyil.
Atırsa, o zaman artıq bu cür ədalətsizliyə hövsələ nümayiş etdirməyən Azərbaycan prezidentinə və Azərbaycan dövlətinin addımlarına da dözmək zorundadırlar. Çünki İlham Əliyev Azərbaycan xalqı qarşısında Qarabağın işğalına son qoyacağı haqda söz verib və onun bu sözünü tutması lazımdır. Hansısa beynəlxalq təşkilatın irad və ittihamı İlham Əliyevin umrunda belə deyil… ən azından xalqın qarşısında verdiyi sözlə müqayisədə və prezident üçün müqəddəs olanı məhz bu SÖZÜDÜR!

Son əvəzi

… Artıq Vyana görüşü başa çatıb. Amerikalı diplomat bəyan edir ki, bu görüş yeni bir mərhələnin başlanğıcı olmadı. Bəs nə olmalı idi ki? Nəyi gözləyirdiniz? Yeni mərhələ dediyiniz - daha 20 il Azərbaycanın mənasızcasına danışıqlara getməsidirmi?
Əslində bu görüş Azərbaycanın dövlət maraqları baxımından əhəmiyyətli idi. Görüşdə «danışıqlara davam» qərarı verildi. Doğrudur. Amma Azərbaycanın bir mövqeyi də anlaşıldı. Artıq Bakı səbirli olmayacaq. Danışmağa söz qurtarıbsa, silahlar dillənməlidir. İlham Əliyev də bütün davranışları ilə bunu hiss etdirdi.
Ona görə də əslində əsas missiyaları xristian təəssübkeşliyi olan ATƏT-in Minsk Qrupu və bu qrupda olan dövlətlər artıq narahat olmağa başlayıblar. Çünki Azərbaycan hərb yoluna doğru meyillənir.
Yeri gəlmişkən, Kozlariç Türkiyənin ATƏT-in Minsk Qrupunda təmsil olunması ilə bağlı da danışıb. Fikrindən belə anlaşılıb ki, Türkiyə ilk əvvəl Ermənistanla münasibətlərini qaydasına salmalıdır. Yəni onlar Türkiyəni tərəf tutmaqda, danışıqlarda səmimi olmaya bilməkdə ittiham edirlər. Olsun. Bəs bu gün ATƏT-in Minsk Qrupunda olanların hansı birisi tərəf tutmur? Onu bir izahlayın…
Rusiya… Bu ölkə faktiki olaraq Qarabağın işğalında Ermənistanın yanında olub, əsas rol oynayıb və bu gün də işğalın davam etməsində yeganə faktordur.
Fransa… Bu ölkə qondarma erməni soyqırımını tanımaqla və dünyada «ermənilərin ikinci ana vətəni» imajını daşımaqla hansı əhəmiyyətlə «tərəfsiz» olduğunu tam çılpaqlığı ilə ortaya qoyub.
Bəlkə Amerika?! Buna inanmaq da zarafat olardı. Hər halda, bu gün modern səlib yürüşü siyasətini yürüdən bir ölkənin müsəlman Azərbaycanın yanında ola biləcəyinə ən abdal adamlar belə inanmır.
Elə isə, imkan verin, haqqımızı bərpa edək, cənablar…

Azər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ankara Qarabağ probleminin həlli üçün yeni “yol xəritəsi” hazırlayıb

    Ankara Qarabağ probleminin həlli üçün yeni “yol ...

    28-11-2013, 12:15

  • 
  • Prezidentlərin görüşü başa çatdı- Yenilənib

    Prezidentlərin görüşü başa çatdı- Yenilənib ...

    19-11-2013, 16:41

  • 
  • “Qarabağ probleminin həlli imkanı yaranır”

    “Qarabağ probleminin həlli imkanı yaranır” ...

    21-11-2013, 11:31

  • 
  • “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Görüş baş tutmalıdır”

    “Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ...

    11-11-2013, 11:29

  • 
  • Rusiya Fransa və ABŞ-ı ittiham etdi

    Rusiya Fransa və ABŞ-ı ittiham etdi ...

    30-05-2014, 08:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu