GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanda on minlərlə insanı qəfəsə salaraq onların cibinə girən məmur ordusu var

Azərbaycanda on minlərlə insanı qəfəsə salaraq onların cibinə girən məmur ordusu var

Tarix: 2-12-2012, 23:28 Bölmə :Manşet Baxış: 874
Zəlimxan Məmmədli: “İqtidarda olanlar uzun müddətdir ki, neft pullarını talayırlar, ölkəni və milləti düşünməkdə lazımdır”
“Gündəm xəbər”-in suallarına “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli cavab verib. Cəmiyyət sədri Gürcüstanın yeni və köhnə hakimiyyətindən, soydaşlarımızın durumundan, onların Azərbaycanda son günlər qarşılaşdığı problemlərdən və siyasi məsələlərdən bəhs edib.
- Zəlimxan bəy, bu gün Gürcüstanda hakimiyyət dəyişikliyinin faktiki olaraq ikinci ayı tamam olur. Bu müddətdə orada soydaşlarımızla bağlı bəzi neqativ hallar baş verib. Hazırda son durum nədən ibarətdir?
- Hər şeydən əvvəl iki ay öncə Gürcüstanda demokratiyanın təntənəsi baş verdi. Yəni, dinc və demokratik şəkildə hakimiyyətin dəyişikliyinin ənənəsi qoyuldu. Bu baxımdan proses region üçün həm gözəl, həm də özəldir. Bu həmdə Azərbaycan insanın arzuladığı, amma yaşaya bilmədiyi və reallaşdırılması mümkün olmayan proses idi ki, Gürcüstanda baş verdi. Dövlət başçısı ilk olaraq qalib gələn müxalifətin liderini təbrik etdi. Bu gözəllik hakimiyyətinin xalqa məxsusluğu ifadəsinin əyani şəkildə sübutudur və bu baxımdan bölgədə həm Saakaşvili tarixə düşdü, həmdə regionda böyük demokratik inqilabın əsasını qoyan şəxsə qalib gəlməklə İvanaşvili də adını tarixə yazdırdı. Bu baxımdan hesab edirəm ki, prosesin özü çox pozitivdir.
- Ancaq Gürcüstanda müəyyən problemlərin də əsası qoyulub, xüsusilə soydaşlarımız çətinliklərlə üzləşib...
- Təbii ki, siz haqlısınız. Demokratiyaya keçid ifadəsi var. Bu ifadə müəyyən mənada keçdi və demokratiya Gürcüstanda oturuşdi. Bu prosesə nida işarəsi qoymaq da olar. Bu mərhələdə müxtəlif maraqlı qüvvələr var. Məsələn, Rusiya işləyir, İran işləyir, ayrı-ayrı ölkələrdə işləyir, NATO-nun inteqrasiya məsələsi var, milli azlıqların problemləri var. Ermənistan kimi destruktiv bir qüvvənin Gürcüstanın içərisində apardığı proseslər var. Heç şübhəsiz ki, Gürcüstanın dinc və demokratik inkişafını istəməyən qüvvələr müəyyən mərhələdə fəallaşır. Rusiya və müəyyən mənada Azərbaycan mətbuatında təbliğatı baxımdan bir qədər “qara piar” müşahidə edilir. Bu hal Azərbaycan mediasında tədricən düzəlmək üzərədir. Demokratiya qorxulu bir dəyər kimi təqdim edilir və demokratiyanın aşağılayıcı dəyər olduğunu göstərmək istəyirlər. Bu da anlaşılandır. Yəni demokratiyadan qorxan düşüncə sahibləri belə təbliğat aparırlar. Təbii ki, orada yaşayan soydaşlarımızla bağlı Azərbaycanda şişirdilən informasiyalar da getdi. Məsələn, deyildi ki, soydaşlarımızın mənzillərinə kütləvi şəkildə basqınlar olur və s. Bu yalan hallardır. Nəzərə alın ki, biz hər gün informasiya alırıq və bu xəbərlər bizə müxtəlif mənbələrdən daxil olur. Özümüzün etibarlı və inanılası mənbələrimiz mövcuddur. Bir ara dedilər ki, soydaşlarımıza 12, sonra isə 20 evə birdən hücum olub. Təbii ki, bir neçə hal oldu. Sadəcə bu hallar zərərləşdirildi və artıq yoxdur. Eyni zamanda belə hallar erməni və gürcü ailəsinə qarşı da baş vermişdi. Bu ümumilikdə Gürcüstan-Azərbaycan münasibətlərində qarşıdurma yaratmaq deyil, Gürcüstanın özünü problemlərə sövq etdirmək mexanizmi idi. Fikrimcə, kiçik və cılız mexanizm idi. Təbii ki, bu variant işləmədi. Onu da deyim ki, hakimiyyətin dəyişikliyindən sonra yeni komanda oturşmaq və üstünlüklər qazanmaq üçün daxili mübarizə aparır, bəzi hallarda yanlışlıqlara yol verir. Müəyyən mənada insanların siyasi baxışlarına görə təqib olunma elementləri hiss edilir. Bu ciddi narahatlıq yaradır. Biz prosesləri izləyirik və yekun olaraq etirazımızı və münasibətimizi ifadə edəcəyik. Bu etiraz Gürcüstan rəsmilərinə olacaq. Uduzlan komandanın seçki komissiyasında olanlara, Saakaşvili komandasına könüllü yardım edənlərin incidilməsi, onların həbs edilməsi kimi proses xoşagələn deyil, siyasi dözümsüzlük elementləridir. Mənə elə gəlir ki, bu yeni komandanın təzə və yetgin olmamasının formasından doğur. Hər halda ümid edirik ki, bunlar ötəri bir şeylər olacaq. Amma mahiyyətcə İvanavili Gürcüstanın siyasi oriyentasiyasında dəyişikliyin olmayacağını bəyan etdi. O cümlədən Rusiya ilə sağlam qonşuluq münasibətlərinin olmasını istədi. Bu da, problemli görünür. Eləcədə Azərbaycanla çoxtərəfli və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bəyan etdi. Rəsmi mövqe belədir. Həmdə qeyd edim ki, soydaşlarımızın problemləri ilə bağlı ilk dəfə idi ki, seçilən hakimiyyət problemlərin həll ediləcəyini bildirdi. Konkret toponimlərin həllini tapacağını həm millət vəkilləri, həm də dövlət başçısının özü söylədi. O cümlədən torpaq problemləri var. Ayrı-ayrı zamanlarda bizim məmurlar gürcü məmurlarla iş birliyinə gedib dələduzluq nəticəsində və soydaşlarımızın məlumatsızlığı səbəbindən torpaqları hərraca çıxarıb başqalarına satıblar. Biz bunu ədalətsiz hal saymışıq, buna etirazımızı bildirmişik və torpaqların da sahiblərinə qaytarlacağı vədi verilib. Məncə, bunlar ciddi məsələlərdir və Gürcüstan cəmiyyətinə soydaşlarımızın daha ciddi inteqrasiya olunması üçün addımlar atılacağı haqda vədlər də verilir. Mən bütün bunlara nikbin baxıram. Bu sözləri verib də, əməl etməyənlər uzun müddət iqtidarda qala bilməzlər. Odur ki, verilən vədlərin həyata keçirilməsi tarixi ədalətin bərpası olardı. Hakimiyyət dəyişikliyi prosesinə nikbin baxaraq hesab edirik ki, həm Gürcüstan-Azərbaycan münasibətlərində, həmdə Gürcüstanda yaşayan soydaşlarımızın həyatında problemlər yaşanmayacaq. Çünki demokratiya üstün dəyərdir və daha gözəldir. Sakaaşvilinin bu məğlubiyyəti bütövlükdə MDB-də çağdaş inqilabçı kimi tarixə düşdü. Çünki bu demokratiyanın qələbəsi idi. Burda Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsi olan Borçalı türkləri də qazanc əldə edəcəklər. Həmdə indi parlamentdə müxalifətdə duran və iqtidarda olan azərbaycanlı deputatlar var. Bunun özü də, soydaşlarımızın üstün mövqe qazanmasına gətirib çıxaran hal olacaq. Biz siyasi cəhətdən aktiv olmalıyıq.
- Azərbaycan dövlətinin Gürcüstanda böyük yatırımları və kapitalı var. Bu kapitalın idarə edilməsində, eləcədə soydaşlarımızın işlə təmin olunmasında vəziyyət nə yerdədir?
- Bu sahədə işlər qaydasında deyil. Nəyə görə? Mən ictimai qurumun rəhbəriyəm və bu ideoloji mahiyyət daşıyır. Azərbaycan dövlətçiliyinin ciddi qanadlarından və nəfəsliklərindən biri Borçalı zonasıdır. Bunun fərqində olmayan iqtidar və məmurlar görürəm. Həmçinin özəl çıxarından o yana düşünməyən vəzifə sahiblərini görürük. Bu gün Azərbaycanda on minlərlə insanı qəfəsə salaraq onların cibinə girən məmur ordusunu görürəm. Bu gün Azərbaycan və Gürcüstan sərhəd keçid məntəqəsində məhz Azərbaycan tərəfindən yaranan problemlər haqqında hər kəs məlumatlıdır. Burada milli maraqlarımızın təhdid altında olmasının mənbələrindən birinin Azərbaycan olduğunu görürəm. Ora cəlb olunan investisiyalar vacibdir və önəmlidir. Amma xeyli hallarda orda olan insanlarımızın siyasi düşüncəsinə görə iş verirlər və ya vermirlər. Yəni Azərbaycanda hansı metod tətbiq edilirsə, Gürcüstanda da həmin metodu tətbiq edirlər. Bu xatalı bir şeydir. Orada neftdən asılı layihələrin işlənməsindən əlavə kənd təsərrüfat məhsulları, emal müəssisələri, heyvandarlıq məhsullarının moderin üsullarla istehsalı kimi işlər də həyata keçirməlidirlər. Nəzərə alın ki, burada Azərsun, Palmali Şirkətlər Qrupunun təcrübəsi var. Bunu orada etməlidirlər. Borçalı aqrar ərazidir. Bunun tətbiqi soydaşlarımızın üstün mövqe tutması və qazanc əldə etməsinə gətirib çıxara bilər. Soydaşlarımızın iş yerləri ilə bağlı da ciddi problemlər var. Bunu da Azərbaycan tərəfinə zaman-zaman demişik. Gürcüstan investisiya qoymaq üçün cəlbedici ölkədir. Amma bura ancaq terminalların alınmasına görə deyil, həmdə sadə soydaşlarımızın əməklə məşğul olub axşam evinə çörək apara bilməsini özündə ehtiva edən səmərəli layihələrə investisiya qoyulması vacibdir. Bizim bunları Azərbaycan dövlətindən tələb etmək haqqımız var.
- Sınıq Körpü Sərhəd Keçid Məntəqəsində ki, problemlər həll olunmadımı?
- Sərhəddə ki, problemlər hələdə həll olunmayıb. Məlumat üçün deyim ki, bu analoqu olmayan ölkənin qəfildən qanunlarə tətbiq etmə təcrübəsi də var. Məsələn, 1996-cı ildən qanun qəbul edilib. Mən ölkəyə girib-çıxmaq və vətəndaşlıq haqqında qanunlar toplusunu nəzərdə tuturam. Deməli bu qanunlar xüsusi olaraq soydaşlarımıza tətbiq edilmirdi. Yəni qanunu görməməziyə vururdular və insanlarda gedib-gəlirdi. Nəticədə problemlər yaşanmırdı. Bunun da fəlsəfəsi belə idi ki, soydaşlarımızın Azərbaycanın əmək bazarına daxil olması önəmlidir və bu insanlar ailələrinə çörək aparırlar. Minlərlə ailənin çörək mənbəyi həmdə Azərbaycandır. İndi qəfildən sərhəddi bağlayıb qanunu tətbiq etməyə başlayırlar. Bu anormal haldır. Müharibə aparan dövlətlər belə dinc əhaliyə dəhliz qoyurlar. Məndə deyirəm ki, bu haqda insanları maarifləndirin, heç olmasa televiziyalarda çxış edin, bu haqda məlumatlar verin, deyin ki, qanunu tətbiq edəcəyik, hər şeyi qaydaya salın və s. Bunu etmədən sərhəddə post qurub 80 yaşlı kişini geriyə qaytarırlar, 400 manatdan yuxarı həddə qədər cərimə edirlər. Bu eyib işdir. Təbii ki, biz qanunun tətbiqinin və aliliyinin tərəfdarıyıq. Bu qanun icra edilməlidir. Amma qapanı bağlaylıb adamları deportasiyada etmirlər, deyirlər ki, hökmən cərimə ödəməlisən. İnsanlarda bizim üstümüzə axışır və böyük narahatdırlar. Hesab edirəm ki, dövlət başçısı müstəsna səlahiyyətlərindən istifadə edərək bu məsələni dayandırmalıdır. Çünki bu artıq bütövlükdə Borçalı türklərinin Azərbaycan dövlətçiliyinə etimadını, eləcədə iqtidarına inamı mütləq dərəcədə sarsıdan haldır. Odur ki, biz bu qanunun əvvəl olduğu kimi dayandırılması və soydaşlarımıza zaman verilməsini təklif edirik. Bizim nümayəndəmiz son 3 gündə sərhəddə müşahidələr aparıb. Ciddi biabırçılıqlar baş verir və buna dövlət başçısı biganə qalmamalıdır. Borçalıda iş yoxdur. Bunların Azərbaycana gəlməsinin qarşısını alırlar. Bu adamlarda hər ayda gedib-gəlmək üçün 50 manat xərcləməlidir. Nzərə almaq lazımdır ki, 50 manat bu insanlar üçün böyük məbləğdir. Biz bu adamları Rusiya, Ukrayna və Belarusa qovuruq. Bu da Borçalının boşalması deməkdir. Biz Azərbaycan dövlətindən milli maraqlara uyğun olaraq qətiyyətli addımların atılması və hətta gələcəkdə qanunvericiliyin təkmilləşdirilməsini istəyirik. İndiki mərhələdə emossiyalara uymadan bu qanunun tətbiqi bir neçə ay dayandırılmalı və soydaşlarımız maarifləndirilməli, onlara vaxt verilməlidir.
- Siz bu halı siyasi məsələ hesab edirsiniz?
- Müəyyən mənada bəli. Bununla bağlı mənim versiyalarım var. Bunun bir ucunu Moskvada, bir ucunu Bakıda axtarmaq lazım olacaq. Bunun Moskvada baş verən hadisələrlə bağlılığının olması haqda düşüncələrim var. Orada kimlərinsə cəzalandırılması məsələsi var.
- Siz hesab edirsiniz ki, Söyün Sadıqovun Moskvada atdığı addımlara, anti iqtidar bəyanatlarına cavab olaraq bu hərəkət edilir?
- Hər şey ola bilər. Azərbaycanda qanun öndə olsaydı, korrupsiyalaşmayan məmur təbəqəsi olsaydı, Milli Məclis millətin olsaydı, heç belə düşünməzdim. Əgər elə olsaydı soydaşlar haqda, eləcədə ikili vətəndaşlıq barədə çoxdan qanun qəbul edərdilər. Çünki bu milli maraqlara uyğun hallar olardı.
- 2013-cü il Azərbaycanda keçiriləcək prezident seçkilərindən nə gözləyirsiniz?
- İqtidarda olanlar uzun müddətdir ki, neft pullarını talayırlar. Onlar bir az da ölkəni və milləti düşünməlidirlər. Azərbaycan dövləti milli məzmununu itirməkdədir. Bunun fərqində olsunlar və demokratiyaya loyal keçid yolunu tapsınlar. Həmdə siyasi palitirada uzlaşma nöqtələrini tapsınlar. Bu həm milli, həmdə hakimiyyətdə olanların şəxsi maraqlarına uyğundur. Ancaq mən bunu görmürəm. Müxalifətin tənəzülləşmə halları da var. Bütün hallarda milli qüvvələr təmərgüzləşməli və sağlam əsaslarla diqqəti prezident seçkilərinə yönəldərək azad ə ədalətli seçkilərin keçirilməsinə nail olmalıdırlar.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi...

    Zəlimxan Məmmədli rəsmi Tiflisə üsyan etdi... ...

    19-12-2014, 00:25

  • 
  • Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə tikanlı sözlər...

    Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə ...

    23-01-2015, 23:54

  • 
  • Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan XİN-dən dəstək tələb etdi

    Millət vəkili Zəlimxan Məmmədliyə Azərbaycan ...

    21-12-2014, 10:44

  • 
  • “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” Cəmiyyəti”

    “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” ...

    12-10-2015, 18:43

  • 
  • Azərbaycan müxalifəti Gürcüstan prezidentinə müraciət etdi

    Azərbaycan müxalifəti Gürcüstan prezidentinə ...

    27-02-2015, 21:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu