GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Şou-bizneslə idarə olunan cəmiyyət

Şou-bizneslə idarə olunan cəmiyyət

Tarix: 24-11-2013, 19:24 Bölmə :Manşet Baxış: 2 299
Şou-bizneslə idarə olunan cəmiyyətVə ya əxlaqsızlığın böyük maddi sərvətə çevrildiyi Azərbaycan
Onların dövranı hər zaman olub. Adətən onlardan dövlətin mühim olan məqam larında istifadə ediblər. 20-ci əsrin əvvələrindəçn etibarən çalıb-oynamaq bir dəb halını aldı. Dövldət insanlarını manqurtlaşdırmaq, ac saxlamaqla onları daha çox əyləncəyə meyilləndirmək və sair bu kimi proqramlardan istifadə etməyə başladı. Mühim olan odur ki, Azərbaycanda da bu ənənə sovetlər dövründən etibarən fıormalaşmağa başladı. Ölkədə sovet hakimiyyəti bərqərar olandan sonra insanları daha çox müti etmək üçün onların başını bir çox bayram və şənliklərlə qatmağa başladılar. Heç bir insan haqqı qorunmadan insanlar işlədildi. Onların haqları tapdandı, amma məhsul bayramları keçirilməyə başladı. Məhsul bayramlarından ardından bir çox nəsnələrlə bağlı bayramlar və şənliklər keçirilməyə başladı. Və bununla da cəmiyyət birmənalı olaraq mənəvi baxımdan deqradasiyaya uğramağa başladı.
Çox mühim olan məqam ondan ibarətdir ki, bu əyləncələr, bayramlar getdikcə bayağılaşmağa başladı. Apalı cəmiyyət olduğundan sovetlər dövründə belə ənənəvi bayram və şənləmələrdə bəzi senzuralar tətbiq edilirdi. Sovet cəmiyyətinin bərqərar olmasında mühim rol oynayan ideyalarla bağlı isə beton kimi qaydalar var idi. Məsələ burasındadır ki, həmin dövrlərdə müsiqi və sənət inkişaf etməsə də, mövcukd olan mühim dəyərlərinin birqismini qoruyub saxlamışdı. Və ən mühim olan şərt ondan ibarətdir ki, indiki kimi əyləncəli və əxlaqsız həyat tərzi keçirən artistlər cəmiyyət üçün nümunə deyildi. O zaman idealları fərqli idi. Buna baxmayaraq xalqları əsarət altında saxlamaq, onların digər haqlarıhaqda düşünmələrini unutdurmaq üçün belə rejimlər adətən buk imi formalardan istifadə edirdilər.
Məsələ burasındadjır ki, belə cəmiyyətlərdə əsas hüquq və azadlıqlarla bağlı müqavimət hissi demək olar ki, çox zəif olur.
Bu gün Azərbaycanda olan cəmiyyətin aşınması prossesi əslində çoxlarını narahat edir. Əslində dövlətin siyasətinin kökündə bu məqamlar dayanır. Məsələn Azərbaycasnda Dünya Riyaziyyat Olimpiyadasının qalibi olmuş tələbəyə 500 manatlıq birdəfəlik mükafat verilir. Amma hansısa müsiqi yarışmasında iştirak edib qalib olmuş şəxs həyatını yaxşı mənada köklü olaraq dəyişə bilir. Ona ev, avtomobil, hətta yarım milyon manata qədər də pul da verirlər. Nəticə etibarilə də həmin insanların həyatında mühim dəyişikliklər baş verir. Daha çox nəticə çıxaran isə cəmiyyətdir. Gənclərdir ki, onların da gələcək üçün yaşayacaqları həyatlarının əsas prinsipləri bundan ibarət olur. Məsələ burasındadır ki, bu gün cəmiyyətdə əsas hədəf olaraq məqamlardan biri də istənilən halda ortada olan dəyərlər demək olar ki, araşdırmalar aparılımalıdır.
Azərbaycanda şou-biznesə olan maraq və gənclər üçün örnək olan məqamlardan biri də qüsurludur. Bu fəzxri adların verilməsi ilə bağlıdır. Dünyanın inkişaf etmiş demokratik cəmiyyətlərinin heç birində fəxri ad anlayışı yoxdur. Bəyəm Luçano Pavorotti xalq artisti idi? Heç bir inkişaf etmiş və özünə hörmət edən cəmiyyətlərdə buk imi fəxri adlar, titullar yoxdur. Yalnız sovetlər dövründən qalan respublikalarda bu kimi dəyərlər qorunub saxlanılıb. Təbii kiÖ, bu da hamısında belə deyil. Bir sıra cəmiyyətlərdə bu dəyərlər demək olar ki, yoxdur. Məsələn Pribaltika dövlətlərində belə dəyərlər demək olar ki, ortadan qalxıb. Bundan başqa Orta Asiyada və bir neçə digər dövlətdə, o cümlədən də Azərbaycanda şou-biznesə, sənət adamlarına fəxroi adlar paylanılır. Təbii ki, bu adların verilməsi məsələsi də cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Adətən rəsmi dövlət tədbirlərində və bir də əhalinin keçirdiyi toy şənliklərdə iştirak üçün qiymətlərin yüksəlməsində fəxri adlar mühim rol oynayır. Dünyanın heç bir dövlətində (təbii ki, özünə dəyər verən və inkişaf etmiş) fəxri adla konsert verən insanlara fərqli yanaşma yoxdur. Üstəlik də sosial siyasəti kifayət qədər qüsurlu olan bir ölkənin vətəndaşlar üçün bu məqam ki, mühim bir rol oynamaqdadır.
Azərbaycanda şou-biznes sanki böyük bir deqradasiya cəngəlliyinə bənzəyir. Burada müğənnilər xüsusilə şəxsi həyatlarını qabartmaqla yetişməkdə olan gənclik üçün çox pi sbir nümunəyə çevrilməyə başlayırlar. İndi səsin və istedadın olması o qədər də önəmli sayılmır. Qalmaqal yaratmaq, qurşaqdan aşağı insidentlərdə iştirakçıya çevrilmək və sair kimi bu yollarla populyarlaşmaq. Burada dövlət televiziyalarının da rolu danılmazdır. Dövlət telekanallarında yayımlanan verilişlərdə xüsusilə şou-biznesin zərif cins üzvləri, o cümlədən cinsi bəlli olmayanlar da nümunçə kimi göstərilməyə başladı. Elm arxasınca gedib həyatını buna həsr edən insanlar aylıq minimum yaşayışını təmin etmək haqda düşünən zaman, şou-biznesdə daha rahat pul qazanmaq mümkün oldu. «Utanmasan oynamağa nə var ki» deyimi daha dəbdə deyil. Daha çox indii belə deyirlər ki, «utananın maşını, sponsoru olmaz».
Amma burada ən mühim olan günahkar ünvanlar televiziyalardır.
XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi strateji seçim və dövlət siyasətinin prioritetinə çevrildi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaratdı. Azərbaycanda azad kütləvi informasiya vasitələrinin yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri kimi qəbul olunldu.
Azərbaycanda kütləvi informasiya vasitələrinin, xüsusilə televiziya və radio kanallarının inkişaf tarixi göstərir ki, onlar Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynayıblar. Bundan başqa, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlər hazırlanması da televiziya və radio üçün daim prioritet istiqamətlər olmuşlar.
Heç şübhə yoxdur ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio bütün digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olmuş, insanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Teleradio ana dilinin inkişafına, milli adət-ənənələrin qorunub saxlanmasına, cəmiyyətin maddi və mənəvi dəyərlər sisteminin, ictimai şüurun və beynəlxalq aləmdə ölkə haqqında təsəvvürün formalaşmasına böyük təsir göstərir.
Bununla yanaşı, etiraf etməliyik ki, KİV azadlığı fikir plüralizminin inkişafında, şəffaflığın təmin olunmasında mühüm şərt olsa da, onları müəyyən neqativ halların təsirindən sığortalaya bilmir. Məhz bu səbəbdən istər inkişaf etmiş Qərb ölkələrində, istərsə də Azərbaycanda mətbuatın özünütənzimləmə mexanizminin formalaşması, elektron KİV sahəsində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsi zərurətə çevrilirr. Son dövrlər Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.
Məlum olduğu kimi, hal-hazırda dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində ciddi dəyişikliklər edir, daim yeniləşir, auditoriyasını, ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Balanslaşdırılmış proqram siyasəti, yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir. Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır.

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində teleradio yayımının əsas prinsipləri sırasında digər vacib məsələlərlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsipləri öz əksini tapmışdır. Qanunun 5-ci fəsli (Teleradio yayımının təşkili) ölkə ərazisində teleradio yayımının həyata keçirilməsi şərtlərini, proqrama verilən tələbləri, uşaqların və yetkinlik yaşına çatmayanların qorunması, reklam və digər məsələləri tənzimləyir. 32-ci maddədə proqram üçün qoyulmuş tələblər sırasında maarifçilik və mədəniyyət məsələlərinə üstünlük verilməsi, proqramların tarazlaşdırılması yolu ilə efirin kommersiya, informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin qarşısının alınması, habelə milli-mənəvi dəyərlərin qorunması, sosial yayımların təşkil edilməsi vacib şərtlər kimi göstərilmişdir. Qanunun 6-cı fəslində (Yayımçıların hüquq və vəzifələri) yayımçının hüquq və vəzifələri müəyyənləşdirilmişdir.
Hal-hazırda bu məsələ cəmiyyətimizdə müzakirə mövzusudur, həm mətbuat, həm də ayrı-ayrı ictimaiyyət nümayəndələri mövcud problemlərlə bağlı müəyyən fikir səsləndirirlər. Lakin, görünür, məsələnin daha geniş ictimaiyyətin müzakirəsinə çıxarılmasına, nəinki nöqsanların müəyyənləşdirilməsi, həmçinin onların aradan qaldırılması, yeniliklərin tətbiqi barədə konkret təkliflərin irəli sürülməsinə ehtiyac yaranıb.
İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir. Nəyə görə Azərbaycan efirində belə problemlər yaranmışdır?
Göründüyü kimi, özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti göstərir və daha çox gəlir əldə etmək məqsədi güdürlər. Halbuki özəl medianın əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət mühitində lider mövqe əldə etmək və fəaliyyətini davam etdirmək üçün maliyyə imkanlarını da gücləndirməkdir. Son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır.
Milli Televiziya və Radio Şurasının telekanallarda apardığı həftəlik monitorinqin nəticələri göstərir ki, ATV telekanalı efirinin 32,3%-ni ("Xeyir ola", "Çal-çağır şou", "Yağ kimi", "10-lar", "Perfomans", "106 house", "Tam sərbəst-solo", "ATV maqazin", "Kim kimdir", "Yeni ulduz" verilişləri), "Lider" telekanalı 16,4%-ni ("Maşın şou", "Qızıl pillə", "Kim, harada, necə", "Cavaba sual var", "Solo", "Dostum", "Ən" verilişləri), "Xəzər" telekanalı 12%-ni ("Nar star", "Ulduzlu xəzər", "Mix şou", "Ay Zaur" verilişləri), "ANS" telekanalı 11,3%-ni ("Günəbaxan", "Çərşənbə axşamları Tural ilə", "El bilir ki", "Toylar kraliçası" verilişləri), "Space" telekanalı isə 8%-ni ("Bazar", "Bazar+", "Komedi-şou", "Azəri star" verilişləri) şou-biznes verilişlərinə həsr edir. Göründüyü kimi, ATV kanalında şou-biznes verilişlərinin faizi daha çoxdur.

Bu verilişlərin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verir, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir. Həmin verilişlərdə tamaşaçılara şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzi təbliğ olunur, onların bir-biri ilə münasibətləri, mübahisələri araşdırılır. Əksər əyləncə verilişlərinin ixtisaslı kadrlar tərəfindən deyil, aparıcılıq edən müğənni və ya şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunması yaxşı hal kimi qəbul olunmur. Çox hallarda bu tipli aparıcıların davranışlarından gənclər özləri üçün nümunə götürməyə çətinlik çəkirlər.
Göründüyü kimi, Azərbaycanın efir məkanında cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən verilişlərin sayı artır. Belə verilişləri, məsələn, "Azəristar" müsabiqəsini "Yeni ulduz", "Xalq ulduzu", "Nar star", "De gəlsin", "Sözüm var" və digər variantlarda təkrarlamaqla televiziya kanalı reytinqini yüksəldə bilərmi? Təbii ki, burada yalnız biznes maraqları üstünlük təşkil edir, SMS və digər vasitələrlə gəlir əldə etməkdən söhbət gedə bilər. Düzgün olaraq artıq ictimaiyyətdə həmin müsabiqələrin gənclərin musiqi potensialının müəyyənləşdirilməsi məqsədindən daha çox, təşkilatçıların və televiziya kanallarının biznes maraqlarına xidmət etdiyi qənaəti formalaşır. ÜYuxarıda yazılanları akademik Ramiz Mehdiyev də bir neçə dəfə qeyd edib və ictimai müzakirələr açılıb. Lakin bu sahəni rentabelli edən elə oliqarx-məmurların özləri deyillərmi?
İndi ucuz şou yaratmaqla dəbdəli həyat tərzi quran müğənnilərin əksəriyyətinin sponsoru bəyəm sıradan adamlardır? Təbii ki, yox.
Bu gün Azərbaycanın aparıcı kanalları maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlayırlar. Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan teleməkanında "meyxana" və "ulduz" yarışmalarına meyllənmə intellektual təbəqənin yerli telekanallara marağının azalmasına gətirib çıxarır.
Belə problemlərin mənfi təsirinin azaldılması məqsədilə beynəlxalq praktikada ictimai və dövlət yayımçılarının xidmətlərindən istifadə olunur. Bu mənada Azərbaycanın dövlət büdcəsindən maliyyələşən kanallar öz fəaliyyətini reklam cəlbetmə istiqamətində yox, əhalini düşündürən, cəmiyyət üçün aktual olan mövzuların işıqlandırılmasına, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalqımızın adət-ənənələri, mənəvi dəyərlərimizin təbliğinə yönəltməlidirlər. Təəssüf ki, nəinki özəl kanallar, hətta dövlət büdcəsindən maliyyələşən televiziya kanalları bu sahədə potensiallarına uyğun fəaliyyət göstərmirlər. Təqdim olunan verilişlərin əksəriyyətində maarifləndirmə, jurnalist araşdırmaları, hazırlanan verilişlərin hamısı müasir tələblərə cavab vermir.
Maarifləndirmə xarakterli proqramlarda biznes maraqları üstünlük təşkil etməməli, daha çox maraqlı verilişlərlə tamaşaçı auditoriyasının rəğbətinin qazanılması qarşıya məqsəd qoyulmalıdır. Televiziya təkcə informasiya vermək və yaxud əyləndirməklə işini bitmiş hesab etməməlidir. O, həmçinin tamaşaçısını düşündürməyi, istiqamətləndirməyi bacarmalıdır.

İnternetin sürətlə inkişaf etdiyi bir dövrdə onun imkanlarından maksimum istifadə edilməsi zəruridir. Məlumatların operativ ötürülməsində internetin imkanları genişdir. Dünyanın bir çox ölkələrində, o cümlədən region dövlətlərində müasir 3G texnologiyasından (üçüncü nəsil mobil rabitə - mobil telefon vasitəsilə video əlaqənin yaradılması və sürətli internet) istifadə olunur. Bu texnologiyanın yaxın zamanlarda Azərbaycanda tətbiq olunması istiqamətində səylər artırılmalıdır.
Milli Televiziya və Radio Şurası, televiziya kanallarının rəhbərləri, mütəxəssislər, ekspertlər cəmiyyətin tələblərini, ictimai marağı, tamaşaçıların istək və arzularını öyrənməli, efir məkanının tarazlaşdırılması, mövcud nöqsanların aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirməlidirlər.
Televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, efir siyasəti ictimai maraqlarla uzlaşdırılmalı, cəmiyyətimizin saflaşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə töhfə verməlidir.
Xüsusi qeyd edilməlidir ki, bir çox ölkələrin, məsələn, Estoniyanın müvafiq qanunvericiliyində qanunların pozulmasına görə cərimə, fəaliyyətin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Həmin cərimələrin məbləği çox yüksəkdir və artan xətt üzrə tətbiq olunur. Düzdür, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində də qanunun pozulmasına görə cərimələr müəyyən edilmişdir. Lakin həmin cərimələrin məbləği çox aşağıdır və qanunla müəyyən edilmiş bəzi hallara (milli-mənəvi dəyərlərin qorunması) görə konkret məbləğ nəzərdə tutulmur. Görünür, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı proqramlara verilən tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə inzibati tənbeh tədbirlərinin daxil edilməsi məsələsinin baxılmasına ehtiyac var.
AZƏR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Azərbaycanda “Qiyamət Kredit”i başladı

    Azərbaycanda “Qiyamət Kredit”i başladı ...

    13-12-2012, 13:24

  • 
  • Ərdoğan: "Buqələmunə hörmətsizlik olar, amma bunlar ondan da betərdirlər"

    Ərdoğan: "Buqələmunə hörmətsizlik olar, amma ...

    23-07-2016, 01:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu