GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Növbə Azərbaycanındırmı?

Növbə Azərbaycanındırmı?

Tarix: 26-11-2013, 00:59 Bölmə :Manşet Baxış: 744
Növbə Azərbaycanındırmı?
Noyabrın 21-də Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması üçün hazırlıq prosesinin dayandırıldığını elan etdi. Qərar bir çoxları üçün gözlənilməz oldu, amma elə ertəsi gün AB-nin rəsmiləri danışıqların pozulmadığını, məhz dayandırıldığını vurğulamağa başladılar. Hətta Xarkovda həbsxanada keçmiş baş nazir Yuliya Timoşenko ilə görüşən Polşanın keçmiş baş naziri Aleksandr Kvasnevski belə "hələ sammitə bir neçə gün var" deyərək bbc-yə müsahibəsində AB-nin ümidini itirmədiyini bildirib. Bir çox analitiklər də məhz bu fikrin üzərində dayanaraq Ukraynanın avrointeqrasiya məsələsinə nöqtə qoyulmadığını deyirlər.

Ukrayna niyə geri çəkildi?

Ukraynanın özündə isə bir çox politoloqlar mətbuatdakı çıxışlarında hökumətin bu qərarının dəyişməyəcəyini deyirlər. Çünki Rusiyanın təzyiqinə tab gətirmək üçün ayaqüstə büdrəyən Ukrayna iqtisadiyyatına ciddi maliyyə dəstəyi lazımdır. Ancaq nə AB, nə ABŞ, nə də ki digər beynəlxalq maliyyə təşkilatları indiki hakim rejimə pul verməkdən çəkinirlər. Ukrayna siyasi elitasına etibar etmədikləri üçün pulların yeyiləcəyindən narahatdırlar. Odur ki, Yanukoviçin iqtisadi stabilliyin qoruyub saxlamaq üçün ancaq Rusiyadan dəstək ala biləcəyini hesab edirlər.

Digər tərəfdən nə prezident, nə parlamentin sədri Avropanın başlıca şərtini - Timoşenkonun məsələsini - yerinə yetirməyə meylli deyillər. Timoşenkonun məsələsi Avropa üçün siyasi məsələdir. AB Timoşenkonun ya əhv edilməsində, ya da ki, Almaniyaya müalicəyə buraxılmasında təkid edir.

Bir çoxları Avropanın Timoşenko məsələsinin üzərində təkidlə durmasınını məntiqsiz hesab edirlər. Çünki belə iri miqyaslı layihəni bir siyasətçinin taleyinə bağlamaq doğru deyil. Timoşenkonun həbsdən çıxmasını Yanukoviç özü üçün siyasi təhlükə hesab edir, Avropa isə Ukraynada siyasi dayaqlarını möhkəmlətmək kimi qiymətləndirir.

Növbə AzərbaycanındırRusiyada yaşayan politoloq Müzadil Həsənov isə hesab edir ki, Yanukoviç Rusiyanı şantaj etməklə istəyinə çatıb. "Belə ki, Ukraynanın "Naftoqaz" şirkəti noyabrın 8-də "Qazprom"dan aldığı təbii qazın nəqlini tamamilə dayandırdıqdan sonra, noyabrın 14-də, adətən olduqca sərt siyasət yürüdən "Qazprom" Ukraynanı kompromis axtarmağa çağırdı və Ukraynanın 1,3 milyardlıq borcunun ödənilməsi üçün yeni "yumşaq" ödəniş şərtlərini təmin etmək niyyətində olduğunu bildirdi. Görünür, Ukrayna "AB şantajı" ilə qismən də olsa Rusiyanı müəyyən güzəştlər etməyə məcbur edə bilib”.

Müzadil Həsənovun fikrincə, Rusiya da öz növbəsində ənənəvi "şantajından" qalmayıb. Ukraynanın iqtisadi təzyiq və şantaj qarşında tab gətirə bilmədiyini deyən politoloq V.Yanukoviçin Litva Prezidenti Dalya Qribauskayteyə telefon söhbəti zamani Kiyevin AB ilə assosiyasiya haqqında sazişi imzalamamaq qərarının səbəblərini açıqladığını xatırladıb. Bunu Litva prezidentinin müşaviri Jovita Nyalyupşeneyə istinadən "İnterfaks"a xəbər verib. Yanukoviç, xüsusilə də şərqi Ukraynada yerləşən və yüz minlərlə insanın məşğulluqunu təmin edən sənaye müəssələrinin məhsullarının Rusiyayaya ixracına məhdudiyyət qoyulacagiyla təhdid edildiyini deyib. Bu isə Ukraynaya milyardlarla dollar zərər verəcək qədər sosial partlayışla nəticələnə bilərdi. Ancaq politoloq Maydan təcrübəsi olan Ukraynanın AB ilə bağlı mövqeyini hər hansısa bir proses nəticəsində dəyişə biləcəyini istisna etmir.

Kim uddu, kim uduzdu?

Ekspertlər daha bir məsələdə fikir ayrılığı göstərirlər. Kiyevin AB-dən uzaqlaşmaq qərarından kim uddu? Ruslar birmənalı şəkildə Putinin udduğunu deyərək ABŞ-ın postsovet məkanında təsir gücünün zəiflədiyini düşünürlər. Bundan başqa Avropanın "zəif və azperspektivli vədlərinə" uymayan Ukraynanı da ruslar udmuş hesab edirlər. Amma ukraynalılar özləri hələ də birmənalı qiymət verə bilmirlər ki, Ukrayna dövləti və xalqı nədə uduzub, nədə udub.

Moskva Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun eksperti İrina Kabrinskaya isə bbc-yə müsahibəsində deyib ki, onun ölkəsi maliyyə baxımından çox şey itirəcək. Çünki Ukraynanın biznes adamları və ictimai fikri Rusiya və Gömrük İttifaqı ölkələri ilə hərtərəfli inteqrasiyaya yol verməyəcəklər. Və Rusiyanın buna bel bağlamağı ağılsızlıqdır.

Digər tərəfdən Yanukoviçin çox təhlükəli oyun oynadığını düşünən analitiklər hesab edirlər ki, bu addım həm onun özünə, həm də Rusiyaya baha başa gələ bilər. Çünki Ukrayna cəmiyyətində avrointeqrasiya ilə bağlı artıq konsensus əldə olunmuşdu. Sadə insanlar Avropa həyat tərzinin cazibəsinin istisinə ovunaraq tezliklə bu standartlarla yaşayacaqlarını, güzəranlarının düzələcəyini gözləyirdilər. İndi isə bu şirin xəyallar dağıldı. Hakimiyyət isə onları qovuşacaqları gözəl həyatdan uzaqlaşdırdı.

"Avromaydan" hərəkatı

Noyabrın 24-də on minlərlə insan Maydana toplaşaraq hökumətin qərarına etiraz ediblər. RBK-nın verdiyi xəbərə görə Müstəqillik Meydanına yeni ad verilib - "Avromaydan".

Ukrayna müxalifəti düz doqquz öncə olduğu kimi yenə də meydanda qalıb dayanıqlı etiraz etməyi düşünür. Timoşenkonun tərəfdarları DİN-nin keçmiş başçısı Yuriy Lusenko və UDAR partiyasının lideri Vitaliy Kliçko meydanda düşərgə salmağa qərar veriblər. Meydanda mağaralar salınacaq və hər gün saat 19.00-da mitinq başlayacaq. Bundan başqa müxalifətçilər hər gün Nazirlər Kabinetinin binasını əhatəyə almağı və içəri heç kimi buraxamamğı planlaşdırırlar.

Bütün ölkə üzrə avromaydanların çoxaldığı xəbər verilir. Azadlıq radiosunun verdiyi xəbərə görə yerli məhkəmələrin qadağalarına baxmayaraq hər gün bölgələrdə mitinqlər keçirilir.

Müxalifət tələblərini açıqlayıb. Minimum tələb Y.Timoşenkonun azad edilməsi və AB ilə sazişin imzalanması, maksimum tələb isə Nazirlər Kabinetinin istefa verməsi, yeni prezident seçkilərinin təyin edilməsidir.

Növbə Azərbaycanındır

Növbə AzərbaycanındırUkraynadan sonra Rusiyanın növbəti təzyiq hədəfi Azərbaycan idi. Azərbaycan da Ukrayna kimi AB-dən imtina edəcəkmi? Politoloq M.Həsənov hesab edir ki, Ukraynanın son qərarından sonra Azərbaycan hakimiyyətinin manevr etmək imkanı kəskin şəkildə daralıb və seçim vaxtı yetişib. Rusiyadan iqtisadi asılılıq nöqteyi-nəzərindən Azərbaycanın Ukraynaya nisbətən daha əlverişli vəziyyətdə olduğunu deyən politoloq düşünür ki, bununla belə Rusiya, əlində təzyiq alətləri kimi istifadə edə biləcəyi və Azərbaycana qarşı yönəldə biləcəyi kifayət qədər siyasi vasitələrə malikdir: "Bunlar - Rusiyanın viza tətbiq etməsi və orada çalışan Azərbaycan vətəndaşlarının deportasiya məsələsi və Azərbaycan məhsullarının Rusiya bazarına buraxılmamasıdır. Lakin, sadalananlarla yanaşı yarı-aşkar xarakter daşıyan mümkün ola biləcək təsir faktorlarını da istisna etmək olmaz ki, bu da Qarabağ bölgəsində mümkün provokasiyalardır. Azərbaycanın şimal rayonlarında dini radikal qüvvələrin və separatçılığın dəstəklənməsini də unutmamalıyıq. Və yəqin, Azərbaycan hakimiyyətinin ən çox qorxduğu məsələlərdən biri kimi- Rusiyanın Azərbaycan müxalif qüvvələrini dəstəkləməsi və yaxud milyarderlər birliyini reanimasiya etməsi variantının mümkünlüyü. Eyni zamanda, Azərbaycan hakimiyyətinin ən yuxarı təbəqələrində yer almış Rusiyanın "Beşinci kolonnasını"da heç cür nəzərdən qaçırmaq olmaz”.

Politoloq hakimiyyət daxilində Rusiyaya meylli qüvvələrlə bərabər Kremlin ləyihələrinin əleyhidarlarının olduğunu diqqətə çatdıraraq deyib ki, Azərbaycan hakimiyyətinin qurduğu inhisarçılıq sistemi mahiyyət etibarı ilə hər hansı bir rüsumsuz və gömrüksüz işbirliyini mümkün edir. "Bu, hakimyyətdəki monopolistlərin iqtisadi maraqlarına sarsıdıcı zərbə vura bilər. Hərçənd ki, Rusiya və Azərbaycan siyasi rejimlərinin oxşar mahiyyətini nəzərə alsaq, onların hətta bu məsələdə də sövdələşib bir ortaq məxrəc formulu "icad" etmələri heç də təəcüblü olmaz.

Azərbaycan hakimiyyətinin son prezident seçkilərində Rusiya hakimiyyətindən aldığı çox önəmli dəstəyin qarşılığında Azərbaycanın Gömrük və Avrasiya Ittifaqlarına qoşulacağına və AB və NATO ilə yaxınlaşmayacağına dair üzərinə öhdəliklər götürməsi barədə cəmiyyətdə fikir formalaşmıdı. Politoluqun fikrincə, hakimiyyətin ötürdüyü mesajlardan görünür ki, Kremlin layihələri hökümətin heç də ürəyincə deyil və güman etmək olar ki, Azərbaycan mümkün qədər bu birliklərə üzv olmaqdan yayınmağa çalışacaq. "Ukraynanın AB ilə sazişi imzalamaqdan imtina etməsinə baxmayaraq, Gömrük İttifaqına da qoşulmayacağını bəyan etməsi, Azərbaycan üçün bir işıq yolu açır”.

Vaxt daralır. Həftə sonu Vilnüsdə sammit işinə başlayacaq. Yəqin ki, çox yaxın günlərdə İlham Əliyevin topu kimin qapısına vuracağını görəcəyik. Maraqlıdır ki, ölkə üçün çox önəmli bir məsələ ilə bağlı cəmiyyətdə hələ də səssizlik hökm sürür. Sanki Azərbaycan insanın bundan sonra hansı yolu gedəcəyi heç vecinə də deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Ukrayna ilə danışıqlardan imtina etdi

    Avropa Ukrayna ilə danışıqlardan imtina etdi ...

    4-12-2013, 11:02

  • 
  • Yuliya Timoşenko azadlıqda

    Yuliya Timoşenko azadlıqda ...

    21-02-2014, 21:27

  • 
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03

  • 
  • Avropa Birliyi Yanukoviçdən izahat gözləyir

    Avropa Birliyi Yanukoviçdən izahat gözləyir ...

    15-12-2013, 22:25

  • 
  • Ukrayna Mixail Qarbaçova qadağa qoydu

    Ukrayna Mixail Qarbaçova qadağa qoydu ...

    26-05-2016, 22:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu