"Assosiasiya razılaşmasının Ukrayna maraqlarına zidd olması haqda şərhlərdən sonra bizə bunun nə demək olduğunu izah etmək lazımdır"
Siyasət Avropa Birliyi (AB) assosasiya razılaşması ilə əlaqədar şəxsən Yanukoviçin özündən izahat gözləyir. Bunu Litvanın xarici işlər naziri Linas Linkyaviçus deyib.
Keçən həftə Avropa komissarı Ştefan Füle Brüssüldə Ukraynanın baş nazirinin müavini Sergey Arbuzovla danışıqlar aparıb. Görüşdən sonra mətbuat konfransında o bildirib ki, Ukrayna tezliklə AB ilə assosasiya haqqında müqavilə imzalayacaq. Onun sözlərinə görə, ölkənin bunun üçün siyasi iradəsi var. Bunun ardınca isə Ukrayna prezidenti AB ilə assosasiya haqqında razılıq layihəsini hazırlayan hökümət məmurlarının istefaları haqqında bəyanat verib.
“AB, əlbəttə, razılığı imzalamağa hər zaman hazırdır. Biz bunu dəfələrlə demişik. Amma, Yanukoviçin cümə günü assosasiya razılaşmasının Ukrayna maraqlarına zidd olması haqda şərhlərindən sonra bizə əlbəttdə ki, bu nə demək olduğu ilə bağlı izahat lazımdır. Müqaviləni imzalamaq üçün hazırlamaq, tərəflərdən birinin fikrincə, milli maraqlara ziddir. Bu yəqin ki məntiqsiz olardı”,- deyə AB-yə prezidentlik edən Litva naziri bildirib.
Bu gün Ştefan Füle özünün “tvitter”dəki mikrobloqunda Avropa Birliyinin Ukrayna ilə assosiasiya haqqında saziş üzrə işləri dayandırdığını yazıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?