GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramiz Mehdiyevin son xahişi

Ramiz Mehdiyevin son xahişi

Tarix: 23-12-2012, 11:54 Bölmə :Manşet Baxış: 747
Ramiz Mehdiyevin son xahişi

Akademik istefa ərizəsini yazıb, amma əlindəki öldürücü kompromatlar müqabilində zaman ala bilib

gundemxeber.az Sabiq deputat Gülər Əhmədovanın həbsi məsələsilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, Gülər Əhmədovanın həbsi təsdiqlənməsə də, bu barədə yayılan xəbərlər heç də əsassız deyil. Sabiq deputat həqiqətən də saxlanılıb və barəsində həbs-qəti imkan tədbiri seçilməsi qərara alınıb. Lakin son anda Gülər Əhmədovanı himayə edən qüvvələr həbs qərarının çıxarılmasının qarşısını ala biliblər.
Əvəzində sabiq deputat təqsirləndirilən şəxs qismində polis nəzarətinə verilib. Hakimiyyətyönlü KIV-lərdə onun həbsi barədə ailəsindən təsdiqlənmiş xəbərin yayılması da bununla bağlıdır. Yəni, sabiq deputatın özü və ailəsi də həbs qərarının çıxarılacağından məlumatlı olublar.

Hər şey Mehdiyevin əleyhinədir

Bu olay hakimiyyətdə iki nüfuzlu qruplaşmanın - Paşayevlərlə Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev arasındakı savaşın açıq müstəviyə keçməsinə səbəb olub.
Hələ xeyli əvvəl yazmışdıq ki, Elşad Abdullayevin videoları yayılana qədər Gülər Əhmədovanın Ramiz Mehdiyevlə normal münasibətləri olub. Lakin sabiq rektorun birinci videosundan sonra PA rəhbəri Gülər Əhmədovanın həbsilə məsələni elə buradaca bitirmək istəyib. Eyni zamanda bununla cəmiyyətdə hakimiyyətin bu məsələ ilə bağlı tədbir görməsi barədə rəy yaratmaq niyyəti güdüb. Elə bu səbəbdən Gülər Əhmədovaya hücum kampaniyasına start verilib. Lakin sabiq deputatın sonradan təkzib etdiyi “Məndə də videolar var” və ölkə başçısı Ilham Əliyevə müraciətində “Ağzımı açdırmayın” hədələrindən sonra bu kampaniya dayandırıldı. Bundan sonra proseslər birbaşa Ramiz Mehdiyevin əleyhinə istiqamət götürdü. PA rəhbərinin bu məsələ ilə bağlı məlum açıqlamalarından sonra isə ona qarşı hücum daha şiddətli xarakter aldı.
Hadisələrin ardıcıllığına diqqət yetirsək görərik ki, Ilham Əliyevin PA-dakı təyinatları da Ramiz Mehdiyevin məlum açıqlamalarından sonraya təsadüf edir. PA rəhbəri ona müavinlər təyin edilməsini mövqelərinin güclənməsi kimi ictimai rəyə sırımağa cəhd etsə də, proseslərdən açıq-aydın sezilirdi ki, Ilham Əliyevin bu təyinatları akademiki nəzarətə götürmək məqsədi daşıyır. Yeri gəlmişkən, bir neçə gün əvvəl məlumat yayılmışdı ki, Ramiz Mehdiyev PA-da iclas keçirib. Müavinləri həmin iclasda iştirak etməyib. Məlumatlara görə, PA rəhbəri özü onları iclasa dəvət etməyib. Bununla komandasına yeni təyinatların onun üçün əhəmiyyətsiz olduğunu, müavinlərinin əslində köməkçi funksiyası daşıdığı mesajını verməklə mərkəzdənqaçma meyllərinin qarşısını almağa çalışıb.

Hər zaman hücumda olan akademik indi müdafiəyə çəkilib


Bu arada Ramiz Mehdiyevin çevrəsindən sızdırılan bir neçə məqamı da diqqətə çatdırmaq lap yerinə düşərdi. PA rəhbərinin komandasının üzvləri Elşad Abdullayev məsələsində əsasən aşağıdakı məqamları qabardır:
- Fransa ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Lakin buna baxmayaraq Elşad Abdullayev bu ölkədən rahat şəkildə hakimiyyəti ifşa etməklə məşğuldur. Əslində bununla Ramiz Mehdiyevin komandası baş verənlərin qrup oyunu olduğunu və məsələnin arxasında Paşayevlərin dayandığını diqqətə çatdırmaq istəyir. Sirr deyil ki, hakim ailə ilə Fransa siyasi dairələrinin sıcaq münasibətləri var. Digər tərəfdən Ilham Əliyevin xanımı Mehriban Əliyeva Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir.
- Elşad Abdullayev hakimiyyəti ifşa etməsinə baxmayaraq qardaşı Elsevər Abdullayev Baş Prokurorluqda mühüm post tutur. Halbuki, Azərbaycan reallığında belə bir şey mümkün olmamalıdır. Bu məqamın qabardılması da baş verənlərdə hakimiyyətdə müəyyən qrupların maraqlı olduğuna işarədir.
Bundan başqa Ramiz Mehdiyev özünü qorumaq üçün Naxçıvan klanını səfərbər etməyə çalışır. Mətbuatda yazılanlara diqqət edəndə açıq-aydın sezilir ki, Naxçıvan klanının digər qanadlarına prosesin Ramiz Mehdiyevin devrilməsilə başa çatmayacağı, onların da əziləcəyi mesajı verilir.
PA rəhbərinin ilin-günün bu vaxtında özünə əziyyət verib Şah Ismayıl Xətai barədə geniş məqalə yazması da təsadüfi sayılmır. Hakimiyyətin siyasi-ideoloji xəttini yönəldən Ramiz Mehdiyevin bu məsələyə toxunması əslində Qərbin Iranla bağlı layihəsini bölüşdüyü mesajını verməsi və əvəzində beynəlxalq dəstək qazanmağa cəhd kimi dəyərləndirilir.
Elşad Abdullayevin rüşvət videosundan sonra baş verənlərin görünən tərəfləri bunlardır. Lakin Ramiz Mehdiyevin 1 yazısından sonra konfranslar keçirərək, palaz-palaz məqalələr yazaraq ona dəstək verənlərin indi susması hakimiyyət daxilində vəziyyətin daha da pis olduğunu göstərir.

PA rəhbəri tam tərkisilah edilməyib

Bəs Ramiz Mehdiyev bu döyüşdən qalib çıxa bilərmi? Proseslər göstərir ki, rəqib qruplaşma PA rəhbərini kifayət qədər zəiflədə bilib. Ramiz Mehdiyevin əlində informasiya resurslarının, inzibati-siyasi rıçaqların olduğu iddia edilə bilər. Bəli PA rəhbəri bu günə qədər hakimiyyətin nəzarətində olan KIV-ləri idarə edib. Lakin onun hər hansı televiziyadan və ya qəzetdən rəqiblərinə qarşı istifadə etməsi sadəcə mümkün deyil. Bu bütövlükdə hakimiyyətin özünün intiharı demək olar.
Təsəvvür edin, PA rəhbərinə qarşı bu gün bir neçə güclü qruplaşma çıxır. Ilk sırada təbii ki, Paşayevlər gəlir. Daha sonra Qərbi Azərbaycanlıların adını çəkmək olar. Ramiz Mehdiyevin səyləri nəticəsində “vurulan” sabiq nüfuzlu YAP-çıları da bura əlavə etsək, o zaman PA rəhbərinin müdhiş bir güclə üz-üzə qaldığını söyləmək olar. Bu gücə qarşı açıq hücum isə hakimiyyətin məhv olmasına gətirib çıxara bilər.
Bununla belə Ramiz Mehdiyevin təmamilə gücsüz duruma düşdüyünü də iddia etmək olmaz. PA rəhbərinin əlində güclü silah - “kompromat silahı” var. Ramiz Mehdiyev “daxili razborkalar”da bu silahla rəqiblərini müəyyən qədər sıxa bilər.
Ümumiyyətlə isə bu məsələdə birinci şəxsin iradəsi də mühüm rol oynayır. Hələlik Ilham Əliyevin qəti mövqe sərgiləməkdə tərəddüd etdiyi müşahidə olunur. Bu tərəddüd də böyük ehtimalla Ramiz Mehdiyevin daha çox Əliyevlərlə bağlı kompromotlara malik olması ilə bağlı ola bilər. Hər halda Ramiz Mehdiyev mərhum Heydər Əliyevin xəstəlik dövründən Ilham Əliyevin baş nazir və prezident seçilməsinə qədər baş verənləri təfərrüatları ilə bilən şəxsdir. Bu baxımdan Ilham Əliyevin tezliklə Ramiz Mehdiyevin əleyhinə qərar verməsi bir qədər inandırıcı görünmür. Ramiz Mehdiyevin rəqibləri də bütün bunları nəzərə alır və prosesin PA rəhbərinin könüllü istefası ilə yekunlaşmasını istəyirlər. Təsadüfi deyil ki, son videolardan sonra rəqib qruplaşmaya yaxın mətbuatda Ramiz Mehdiyevin istefa verməsilə bağlı xəbərlər yer aldı. Bu PA rəhbərinə mesaj kimi dəyərləndirilməlidir.
Redaksiyamıza daxil olan məlumata görə Ramiz Mehdiyev isə karyerasını mandat alverçisi kimi başa vurmaq istəmir və buna görə xidmətləri müqabilində son xahişini dilə gətirib. Mənbəmizin sözlərinə görə artıq akademikin istefa ərizəsi də hazırdır, sadəcə proseslərin bir qədər səngiməsi və qoca siyasətçinin səhhəti ilə əlaqədar vəzifədən getmək istəyində olmasını açıqlamaq üçün vaxt götürülüb.

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevin son xahişi

    Ramiz Mehdiyevin son xahişi ...

    23-12-2012, 10:23

  • 
  • Gülər Əhmədovanı buraxacaqlar?

    Gülər Əhmədovanı buraxacaqlar? ...

    6-08-2013, 12:17

  • 
  • Müttəhim Gülər Əhmədovanın ilk fotoları

    Müttəhim Gülər Əhmədovanın ilk fotoları ...

    28-10-2013, 16:00

  • 
  • Gülər Əhmədova seçkidən sonra buraxılacaq

    Gülər Əhmədova seçkidən sonra buraxılacaq ...

    9-08-2013, 14:24

  • 
  • Gülər Əhmədova diqqət mərkəzində

    Gülər Əhmədova diqqət mərkəzində ...

    19-12-2012, 13:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu