GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Deputatların maaşlarının artırılması xalqa hörmətsizlik kimi dəyərləndirilir

Deputatların maaşlarının artırılması xalqa hörmətsizlik kimi dəyərləndirilir

Tarix: 10-12-2013, 15:57 Bölmə :Manşet Baxış: 623
 Deputatların maaşlarının artırılması xalqa hörmətsizlik kimi dəyərləndirilir
Ekspertlər bunu xalqa hörmətsizlik kimi dəyərləndirirlər
Azərbaycanda benzinin qiymətinin artırılmasından sonra Azərbaycan cəmiyyətinin aztəminatlı təbəqəsinin bu bahalaşmadan narazı qaldığı hər kəsə məlumdur. Tarif Şurasının həmin qərarından sonra benzinin bahalaşdırılmasına qarşı artıq müxtəlif səviyyəli etrazlar səsləndirilib.
Hətta Tarif Şurasının qiymətlərin artırılması qərarından sonra parlamentdə də bu məsələ ilə bağlı müzakirələr aparılmışdı. Həmin müzakirələrdə VHP-nin sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı da öz fikirlərini həmkarlarının diqqətinə çatdırmışdı:



“Bu günlərdə mən bir sıra rayonlarda olmuşam və əhalinin kənd təsərrüfatına qayğının artması ilə bağlı razılıqlarını eşitmişəm. Deyək ki, torpağın əkilməsi ilə bağlı müəyyən vəsaitlər ayrılır, yanacağa güzəştlər vardı, doğrudan da, bu, məni sevindirirdi. Amma dağ rayonlarında bunun müqabilində o şəraitdə işləyə bilən texnikanın azlığı çox ciddi problem yaradır. Əkənlər, biçənlər, dövlətin yardımı ilə torpağa qayıtmaq istəyənlər çoxdur, buna meyl artır. Amma deyirlər, yaxşı, biz məhsulu hansı texnika ilə yığacağıq? Buna uyğun texnika yoxdur. Buna görə də dağ rayonları üçün xırda kənd təsərrüfatı müəssisələrinin, servislərinin yaranması son dərəcə vacibdir və bunu həll eləmək lazımdır. Camaatın xoş əhvalını görmüşdüm və təsəvvür edirəm ki, orada bu gün yanacağın qiymətinin artması necə təsir bağışlayacaq. Bəzi dostlarımız buradan bizi Avropa ilə və dünya ilə müqayisə edirlər ki, benzinin qiyməti Avropada da yüksəkdir, dünyada da yüskəsdir. Doğrudur, benzinin qiyməti Türkiyədə də bizdən 2-3 dəfə artıqdır. Sən yanacağın qiymətində dünyaya yaxınlaşmaq istəyirsənsə, bunun o biri tərəfi nəzərə alınmırsa, bu, məntiqsizlikdir və onu göstərir ki, məsələyə kompleks yanaşmırıq”.

Deputat daha sonra bildirmişdi ki, əhalinin kommunal xərclərlə bağlı da sıxıntıları mövcuddur: “Kommunal xərclər, suyun qiyməti, əmlakın qiyməti, qazın qiyməti... Hansı təşkilat necə istəyirsə, “mənim işimin maya dəyəri artıqdır, buna uyğun olaraq qiyməti artırıram” deyərək qiyməti artırır. Nəzərə almırlar ki, insanın bunu verməyə imkanı var, yoxsa yoxdur. Hər birimiz Azərbaycanın bir rayonuna gedib-gələndə benzinə bir təqaüdçünün pensiyasından, yaxud minimum əmək haqqından bir az da artıq pul verməliyik, ya gərək Milli Məclis zəhmət çəksin, benzin xərclərimizi versin, ya da bizim də rayonlarla əlaqəmiz kəsiləcək. 3-4 dəfə get, Milli Məclisin deputatının əmək haqqı yetməyəcək. Bəs, sıravı vətəndaş neyləsin?”



Deyəsən, parlament millət vəkillərinin yanacağın bahalaşmasından üzləşdiyi çətinlikləri nəzərə almaq qərarına gəlib. Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik ediləcəyi haqqında məlumatlar mövcuddur. Bu dəyişikliklərə əsasən, parlament sədrinin 2250 manat (indiyədək 1950 manat olub), sədrin I müavininin 2025 manat (indiyədək 1755 manat olub), sədrinin müavininin 1912,5 manat (indiyədək 1650 manat), komitə sədrilərinin 1800 manat (indiyədək 1560 manat olub), sıravi deputatların isə 1575 manat (indiyədək 1365 manat olub) maaş alacağı bildirilir. Həmin layihənin MM-in dekabrın 17-də keçiriləcək iclasında müzakirə olunacağı və yeni maaş artımının 2013-cü il dekabrın 1-dən hesablanacağı vurğulanır.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deputatların maaşlarının artırılmasını bahalaşma ilə əlaqəli olduğunu düşünmədiyini vurğuladı: “Çünki bahalnmadan əvvəl dövlət qulluqçularının maaşlarının artırılması barədə artıq sərəncam verilmişdi. İndi deputatların maaşlarının artıtılması da həmin sərəncamla bağlıdır”.

Bununla belə, İqbal Ağazadə deputatların maaşlarının artırılmasının cəmiyyətdə narazılıqla qarşılana biləcəyini də qətiyyən istisna etmədi: “Deputatların maaşlarının artırılması əhalinin bahalaşmadan narazı qaldığı bir dövrə təsadüf edir. Ona görə də, əhalinin bu bahalaşmadan məmnun olmadığı bir halda, deputatların maaşlarının artırılması istər-istəməz cəmiyyətdə narazılıqla qarşılana bilər”.



Yazıçı-pulisist Mehriban Vəzir deputatların maaşlarının artırılmasını qeyri-adi hal kimi dəyərləndirmir: “Bu parlamentin belə davranması tamamilə təbii haldır. Çünki parlament xalqın deyil. Oradakı deputatlara da xalq səs verməyib. Ona görə də, bu deputatlar növbəti seçkilərdə seçicilərin onlara səs verməyəcəyindən də qətiyyən narahat deyillər. Və xalqı deyil, yalnız öz maraqlarını təmin etməklə, öz problemlərini yoluna qoymaqla məşğuldurlar. Halbuki legitim parlament olsaydı, deputatlar əhalinin narazılığından və təkrar seçilə bilməyəcəklərindən mütləq narahat olardılar. Xalqı qıcıqlandıran addımlar atmazdılar. İndiki haldasa, deputatlar yalnız özlərini düşünürlər. Xalqın ağır vəziyyəti və əhalinin problemləri deputatların yadlarına belə, düşmür”.



“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin fikrincə isə parlamentin deputatların maaşlarını artırmaq niyyətinə düşməsi Azərbaycan cəmiyyətinə qarşı hörmətsizlikdir: “Parlament ilk növbədə xalqın millətin problemlərini həll etmək barədə düşünməlidir. Ancaq bunun əvəzinə deputatlar ilk olaraq, öz maraqlarını düşünürlərsə, onda heç parlamentə boşuna getməsinlər. Parlament əslində ölkədəki qeyri-qanuni bahalaşmaya etiraz etməliydi. Bunu etmirlər və sadəcə öz maaşlarını artırırlar. Belə davranan deputatlar millətin vəkilləri ola bilməzlər. Belə deputatlıq olmaz. Əgər belədirsə, onda getsinlər dövlət işində işləsinlər, ya da bizneslə məşğul olsunlar. Onsuz da deputatların hamısı da olmasa, əksər hissəsi bizneslə məşğuldurlar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışının stenoqramını yaydı

    Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışının ...

    5-12-2013, 16:54

  • 
  • Tarif Şurasından benzinin qiyməti ilə bağlı AÇIQLAMA

    Tarif Şurasından benzinin qiyməti ilə bağlı ...

    30-12-2015, 17:21

  • 
  • Tarif Şurasından benzinin qiyməti ilə bağlı açıqlama

    Tarif Şurasından benzinin qiyməti ilə bağlı ...

    21-12-2015, 20:14

  • 
  • Benzin hansı ölkədə neçəyə satılır?

    Benzin hansı ölkədə neçəyə satılır? ...

    3-12-2013, 12:29

  • 
  • Tarif Şurası sabah bahalaşma qərarı verəcək!

    Tarif Şurası sabah bahalaşma qərarı verəcək! ...

    5-01-2014, 23:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu