GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Müəmmalı 2013 Azərbaycana nə vəd edir?

Müəmmalı 2013 Azərbaycana nə vəd edir?

Tarix: 3-12-2012, 02:58 Bölmə :Manşet Baxış: 784
Müəmmalı 2013 Azərbaycana nə vəd edir?

Artan beynəlxalq təzyiqlər, hakimiyyət içindəki qarşıdurma və müxalifətin şansları haqda

Azərbaycan növbəti prezident seçkiləri ərəfəsindədi. 2013-cü ilin oktyabrında müstəqil Azərbaycanın tarixində 7-ci dəfə prezident seçkiləri keçiriləcək. Hələ seçkilərə xeyli qalsa da, əvvəlki seçkilərdən fərqli olaraq indidən oratada xeyli ehtimallar, fikirlər və təkliflər var. İndiki daxili şəraitdə prezident İlham Əliyev növbəti dəfə bu posta sahiblənməyə daha şanslı görünür. Vəziyyət dəyişməsə İlham Əliyev hətta başqa vasitələrə əl atılmadan inzibati resurslar və hakimiyyətin əlindəki pullar hesabına seçkini qazana bilər. Amma ortada Azərbaycandakı seçkilərin taleyinə təsir edən çox ciddi xarici faktor məsələsi var ki, bu hazırda İlham Əliyevin əleyhinə işləyir.
Həm beynəlxalq təşkilatlardan, həm aparıcı dövlətlərdən gələn tənqid və tələblərin ard-arası kəsilmir. Üstəlik də demək olar ki, hər gün dünyanın aparıcı media oqrqanlarında Azərbaycan hakimiyyəti çox sərt şəkildə tənqid olunur.
Bir yandan da hakimiyyətin hər zaman əsas dayağı sayılan Rusiya ilə münasibətlərin korlanması açıq-aşkar görünür. Hakimiyyət təmsilçiləri bu ölkədə yaradılan «Milyarderlər ittifaqı»nı topa tutur, hətta onun ayrı-ayrı üzvlərini təhqir edir. Elə Rusiyaya bağlı olduğu iddia edilən bu ittifaqın təmsilçilərinin də hakimiyyətə qarşı ittihamları çox sərtdi və proses tam bir açıq savaş halına girməkdədi.
İlk dəfədir ki, hakimiyyət təmsilçiləri və hakimiyyətə yaxın media quruluşları «Kremlin 2013 planı» kimi ifadələri gündəmə gətirirlər və bu planın Azərbaycanın (oxu hakimiyyətin) xeyrinə olmadığı xüsusi vurğulanır. İlk dəfədir ki, Qərbdən gələn təzyiqlər və tənqidlərdə hakimiyyətlə soyuq savaş halında olan dünya nəhəngi BP izi axtarılır və Rusiya ilə Qərbin eyni cəbhədə yer aldığına işarələr vurulur. Bütün bunlar seçkiqabağı proseslərdə hakimiyyətin əleyhinə işləyən amillərdi. Xüsusən də dünyada onunla dost olmayan hakimiyyətləri yox etmək gücünə malik BP ilə düşmənçiliyin hakimiyyətə xeyir gətirməyəcəyi hər kəsə aydındı. Belə bir vəziyyətdə hakimiyyətin seçkinin taleyini asanlıqla istədiyi kimi müəyyənləşirəcəyi çox çətin görünür. Hələ vəziyyət bir qədər də gərginləşərsə ortaya daha ciddi problemlərin çıxacağı şübhəsizdi.
İlham Əliyevin növbəti dəfə prezident olub-ola bilməyəcəyi barədə danışılarkən hakimiyyətdaxili çəkişmələr məsələsi də önə çəkilir və Əliyevin üçüncü prezidentliyinin iqtidardakı güclü bir qrupun ürəyincə olmadığı bildirilir. Hətta hakimiyyət daxilində, konkret olaraq YAP-da İlham Əliyevin namizədliyinin elan edilməsi ilə bağlı tərəddüdlərin olduğu söylənilir. Hətta YAP Siyasi Şurasının üzvü Musa Musayev də hakim partiyada belə bir tərəddüdün olduğundan danışır.Eyni zamanda ortada hakimiyyəti çox ciddi çəkildə sarsıdan video qalmaqalı və adam oğurluğu ilə bağlı şok ittihamlar var.
Müxalifətin imkanlarına gəlincə, hər nə qədər xarici faktor hakimiyyətin əleyhinə işləsə də, müxalifətə açıq dəstək hələki hiss olunmur. Daxili faktora gəlincə, indiki şərtlər altında müxalifətin hakimiyyətlə başabaş mübarizə apararaq seçkidən qalibiyyətlə çıxa bilməsi çətin görünür.
Amma ortada 2005 təcrübəsi də var. 2003-cü ilin prezident seçkilərindən sonra əzilən, ruhdan düşən, pərən-pərən olan müxalifət seçki dustaqları həbsdən çıxandan sonra az müddət içərisində toparlanaraq çox ciddi şəkildə narıncı kampaniya apara bildi. Bu baxımdan müxalifət ciddi addımlar ataraq və yaranmış vəziyyətdən istifadə edərək qısa zamanda fəallığı artıra, elektoratı hərəkətə gətirə bilər.
Onu da nəzərə almaq lazımdı ki, indi ölkədə narazıların sayı daha çoxdu və xeyli sayda iş adamları, nüfuzlu ziyalılar açıq şəkildə hakimiyyətə qarşı çıxır. İndi müxalifətin əsas hədəfi seçki şəraitinin normallaşdırılması və seçkiyə necə gedilməsini müəyyənləşdirilməsi olmalıdı.
Müxalifətin ən şanslı namizədləri kimi isə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin adı çəkilir. Artıq İsa Qəmbər namizəd olacağını bəyan eləsə də, Əli Kərimli namizədliyə iddialı olduğunu dolayı yolla ortaya qoyur. Hər iki liderin tərəfdarları isə öz liderlərinin namizəd olmasını istəyir və öz liderlərini daha şanslı sayır.
Bu məsələnin necə həll ediləcəyi hələlik bəlli olmasa da, çoxluq belə düşünür ki, Müsavatla AXCP-nin seçkiyə vahid namizədlə getməsi şansları daha da artırar və müxalifət ciddi beynəlxalq dəstək alar. Hətta bu halda müxalifətin seçkidən qələbə ilə çıxa biləcəyini düşününələr də var. Bəs bu şanslı şəxs kim ola bilər; İsa Qəmbərmi, Əli Kərimlimi?
Müxalifət adına prezidentliyə namizədliyə başqa iddialı şəxs isə eks-spiker, ABŞ-da mühacirətdə olan ACP lideri Rəsul Quliyevdi. Eks-spiker son dönəmlər ciddi şəkildə fəallaşıb və Azərbaycana dönmək, proseslərdə fəal iştirak etmək kimi iddialarını ortaya qoyub. Rəsul Quliyevin hakimiyyətdə də dəstəkçilərinin olduğu iddia edilir. Amma onun ölkədən kənarda olması proseslərə müdaxilə imkanlarını azaldır. Bununla belə Rəsul Quliyev çox ciddi siyasi fiqurdu və uzun illərdi ölkədən kənarda olsa da, Azərbaycan siyasətində və cəmiyyətində populyarlığını qoruyub saxlayır.
Ortada olan iddialardan biri də beynəlxalq güclərin növbəti seçkilərdə İlham Əliyev, İsa Qəmbər və Əli Kərimliyə deyil, Azərbaycan cəmiyyətində ya yaxşı tanınmayan, ya da xaricdə yaşayan kiməsə stavka edəcəyidi. Həmin şəxsin kim olması qaranlıq olduğu kimi, bunun necə baş tutacağı da qaranlıqdı. Amma həmin şəxsin hakimiyyətin içərisindən çıxan kimsə ola biləcəyi barədə də ehtimallar var.
Bütün bunlar müəyyən informasiyalara əsaslansa da, hər halda ehtimallardı. Azərbaycanın yeni prezidentinin kim olacağını bilmək üçünsə elə də uzun müddət gözləməyəcəyik. Günlər sürətlə Azərbaycanı həmin günə doğru aparır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: “Azərbaycan xalqı boş vədlərə yox, real işlərə səs verdi”

    İlham Əliyev: “Azərbaycan xalqı boş vədlərə yox, ...

    10-01-2014, 01:21

  • 
  • Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək

    Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək ...

    18-07-2013, 13:04

  • 
  • Araz Ağalarov İlham Əliyevə qarşı

    Araz Ağalarov İlham Əliyevə qarşı ...

    8-12-2012, 10:47

  • 
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parlament seçkilərində səs verdilər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    1-11-2015, 13:01

  • 
  • Azərbaycanda prezidenti kim seçir: Qərb, Rusiya, yoxsa Azərbaycan xalqı?

    Azərbaycanda prezidenti kim seçir: Qərb, Rusiya, ...

    8-04-2013, 10:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu