Baş nazirin sabiq müavinin oğlu da yayılan məlumatları təkzib etmir
gundemxeber.az Mətbuatda baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Azərbaycana buraxılmaması barədə xəbər nə onun özünün, nə də deputat oğlu Aydın Abbasov tərəfindən təkzib olunub. Qeyd edək ki, Rusiya Azərbaycanlıları Təşkilatları Ittifaqının təsisçilərindən olan Abbas Abbasovun son zamanlar hakimiyyətin hədəfinə gəlməsi barədə Ziyalılar Forumunun rəhbəri Rüstəm Ibrahimbəyov da bəyanat vermişdi. Ötən sayımızda da qeyd etmişdik ki Abbas Abbasovun oğlu Aydın Abbasovla atası barədə yayılan xəbərləri nə təsdiq, nə də təkzib edib: “Mən bu barədə heç bir suala cavab verməyəcəyəm”. Abbas Abbasovun Azərbaycan hakimiyyətinin hədəfinə gəlməsi Rusiya Azərbaycan Təşkilatları Ittifaqının (RATI) təsis edilməsi və baş nazirin sabiq müavinin bu quruma sədrlik etməsilə bağlıdır. Azərbaycan hakimiyyəti RATI-nin yaradılmasını mənfi qarşılayıb və hesab edir ki, bu təşkilat Kremlin Bakıya qarşı cızdığı planın tərkib hissəsidir. Abbas Abbasov və RATI-nin yaradılmasında iştirak edən digər nüfuzlu azərbaycanlılar hakimiyyətin bu iddialarını əsassız hesab etsələr də, iqtidar mövqeyindən geri çəkilmir və qurumun fəaliyyətinin dayandırmasını tələb edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?