GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Türkiyədəki həbslər Elman Rüstəmovu da bitirə bilər

Türkiyədəki həbslər Elman Rüstəmovu da bitirə bilər

Tarix: 19-12-2013, 09:21 Bölmə :Manşet Baxış: 1 332
Türkiyədəki həbslər Elman Rüstəmovu da bitirə bilər
İstanbuldakı şok cinayət dalğası Bakıya doğru gəlir
Türk polisi Dövlət Gömrük Komitəsinin və bankların çirkli pulların yuyulmasında iştirakını sübut edə bilsə, həbs dalğası Azərbaycanı da bürüyəcək; Qarsda həbs edilən Sədərək gömrüyünün rəisi Mirməhəmməd Seyidov Binəqədinin sabiq prokuroru Mirələkbər Seyidovun qardaşıdır və onun adı Elşad Abdullayevin işində keçir
Dekabrın 17-də Türkiyəni silkələyən şok həbs dalğasının bir ucu da Azərbaycanı vurub. Xəbər verildiyi kimi, Türkiyə polisinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Naxçıvanla sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsində irimiqyaslı əməliyyat keçirib. Musavat.com Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, yüzlərlə polisin iştirak etdiyi əməliyyat zamanı 17 gömrük məmuru, o cümlədən Sədərək gömrük xidmətinin rəisi Mirməhəmməd Seyidov həbs edilib.

Türkiyə mətbuatı yazır ki, Dilucu sərhəd-keçid məntəqəsində keçirilən əməliyyat İstanbulda 3 nazir oğlu da daxil olmaqla, 50-dən çox məşhur iş adamının və yüksək vəzifəli məmurun həbs edilməsi əməliyyatının bir hissəsi olub. Dekabrın 17-də səhər saatlarında başlayan əməliyyat Naxçıvan gömrüyünün əsas strukturlarından birinin - Sədərək gömrüyünün rəisinin həbs olunması ilə müşayiət olunub.



Xəbərlərə görə, Mirməhəmməd Seyidov İstanbuldan təyyarə ilə Qarsa uçub və Qars aeroportunda təyyarədən enəndə onu yerli polisin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları “qarşılayıb”. Əlləri qandallanan gömrük rəisi dindirilmək üçün Qars polis idarəsinə aparılıb. Polisdən gömrük rəisinin həbsi ilə bağlı açıqlama verilməyib, ancaq hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib ki, Seyidov Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərinə görə saxlanılıb.
Türkiyə mənbələri xəbər verir ki, Əmniyyət Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin əməliyyatçıları 1 ilə yaxındır Mirməhəmməd Seyidov da daxil olmaqla, Naxçıvanla sərhəddəki gömrük məntəqəsində işləyənləri izləyirmiş. Həbs olunanların telefon danışıqları dinlənilib və hərəkətləri izlənilib. Seyidovun İstanbula hansı məqsədlə getdiyi məlum deyil. Ancaq istisna deyil ki, gömrük rəisinin Türkiyəyə hansısa iş üçün dəvət edilməsi onun həbsi üçün qurulmuş əməliyyatın bir hissəsi olub.
M.Seyidovla bağlı veteninfo.az saytında maraqlı informasiya yer alıb.

Sayta daxil olan məlumatda qeyd edilir ki, Mirməhəmməd Seyidov son günlər ölkə mətbuatının əsas xəbərinə çevrilmiş Elşad Abdullayevlə bağlı qalmaqallarda adı hallanan Mirələkbər Seyidovun (Binəqədi rayonunun keçmiş prokuroru) qardaşıdır.
Digər bir məlumatda isə bildirilir ki, Mirməhəmməd Seyidov Türkiyənin İğdır vilayətində həbs olunan zaman yanında ailə üzvləri də olub.

Məlumata görə, Mirməhəmməd Seyidov “İğdır turizm” firmasının sahibi Turqay Arasla kirvə olmaqla bərabər, eyni zamanda onlarla şirkətə sahibdir.

Məhz bu şirkətlər vasitəsilə Rza Zərrabın qızılları, İrandan qara para qeyri-qanuni yolla Türkiyəyə daşınıb.

O da maraqlıdır ki, hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Mirələkbər Seyidovun Elşad Abdullayevin işi ilə bağlı məhkəməsi davam edir.

Uzun illərdir Naxçıvandakı Sədərək gömrüyü qaçaqmalçılığın, rüşvətin, korrupsiyanın və özbaşınalığın tüğyan etdiyi məkan olaraq qalır. Sədərək gömrüyü Azərbaycandan Türkiyəyə benzin və dizel yanacağı qaçaqmalçılığı üçün əsas məntəqə olub. Bu məntəqədə heç bir qanun işləməyib və rüşvət verməkdən imtina edən iş adamları döyülüb, oğurlanıb, malları müsadirə olunub və həbs edilib. Həmçinin Sədərək gömrüyündən İrana qarşı beynəlxalq sanksiyaların “dəlinməsi” üçün istifadə edildiyi barədə WikiLeaks tərəfindən yayılan Amerika diplomatik teleqramlarında geniş bəhs edilirdi. Başqa sözlə, Sədərək gömrüyü beynəlxalq qaçaqmalçılıq məntəqəsi kimi fəaliyyət göstərib.

İşin digər ilginc tərəfi budur ki, Naxçıvan gömrüyünün korrupsioner məmurunu Türkiyədə həbs edirlər. Bu, azərbaycanlı korrupsionerlərin ölkə sərhədlərindən kənarda, başqa ölkədə həbsinə dair ilk nümunədir. İndi Azərbaycan tərəfinin bu həbsə necə reaksiya verəcəyi maraqla gözlənilir.



Türkiyədəki qaynaqlardan “Yeni Müsavat”a verilən məlumata görə, bu məsələdə Azərbaycanda da böyük həbslər ola bilər. Türkiyə mənbələrinin və mətbuatının iddialara görə, Güney Azərbaycan kökənli iş adamı Rza Zərrab İranın 100 milyard avro çirkli parasını yuyub. Məsələnin ən ciddi məqamı odur ki, bu işin müəyyən fraqmentində Azərbaycan bankları da iştirak edib. Bu sırada “Texnikabank”, “Royalbank” və “Xalqbank”ın adı hallanır. Məhz İranın çirkli pullarının yuyulmasında iştirak etdiyinə görə ötən ilin yayında “Royalbank”ın lisenziyası ləğv edilib, “Texnikabank”ın isə rəhbərliyi həbs edilib və dəyişdirilib. Hər iki bank haqda cəza tədbirləri ABŞ xüsusi xidmət orqanlarının səhih məlumatları və təkidi ilə baş tutub. Bəzi iddialara görə, “Xalqbank”ın cəza tədbirlərindən kənarda qalması onun Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun çətiri altında olması ilə bağlı olub. Baş bankir öz bankını xilas etmək üçün digər iki bankı qurban verib.



Türkiyədəki qaynağın məlumatına görə, bu dalğada “Xalqbank”ı himayə etmək E.Rüstəmov üçün çox çətin olacaq: “Çünki bu artıq kifayət qədər böyük layihədir. 2008-ci ilin 2-ci yarısından başlayan qlobal maliyyə böhranından Ərdoğan hökuməti ərəb ölkələri və İranın çirkli pullarının yuyulmasına şərait yaratmaqla çıxdı. Yüz milyardlarla avro çirkli pul yuyularaq Türkiyə iqtisadiyyatına yatırıldı və nəinki böhranın təsirləri lokallaşdı, əksinə, ciddi iqtisadi irəliləmələr qeydə alındı. İndi artıq böhran təhlükəsi arxada qalıb və çirkli pulların yuyulmasının davam etdirilməsi Ərdoğan hökumətinin təhlükəsizliyinə ciddi təhdidlər yaradıb. Ona görə də bu işlə məşğul olanların və onların xaricdəki tərəfdaşlarının cəzalandırılmasına qərar verilib. Böyük məbləğli çirkli pulların yuyulmasında Azərbaycanda təkcə M. Seyidov yox, gömrük xidmətinin başqa rəhbər şəxsləri, banklar və iri şirkətlər də iştirak edib. Ona görə də ehtimal etmək olar ki, bu dalğa Azərbaycanda xeyli vəzifəli şəxsi və iş adamını, o cümlədən də Mərkəzi Bankın rəhbəri E. Rüstəmovu vura bilər. Özü də E. Rüstəmov bu məsələdə təkcə ”Xalqbank"ın qeyri-rəsmi sahibi kimi yox, həm də çirkli pulların yuyulmasının qarşısını almağa borclu olan Mərkəzi Bankın başçısı kimi məsuliyyət daşıyır. Türkiyənin istintaq orqanları həmin şəxslərin, bankların və şirkətlərin çirkli pulların yuyulmasında iştirakını sübuta yetirsə, Azərbaycanı da həbs dalğası bürüyə bilər. Türkiyə və Azərbaycan arasında qarşılıqlı hüquqi yardım haqqında imzalanmış müqavilə də buna hüquqi əsas yaradır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə həbs edilən Sədərək gömrüyü rəisinin telefon danışıqları açıqlandı

    Türkiyədə həbs edilən Sədərək gömrüyü rəisinin ...

    20-12-2013, 22:33

  • 
  • Türkiyədə həbsdən çıxan gömrük rəisi Bakıda “istintaqa” çəkilir

    Türkiyədə həbsdən çıxan gömrük rəisi Bakıda ...

    8-07-2014, 12:48

  • 
  • Ərdoğan Vasif Talıbov haqda nələr deyib?

    Ərdoğan Vasif Talıbov haqda nələr deyib? ...

    9-04-2014, 10:40

  • 
  • Türkiyə Vasif Talıbovu bitirirmi? – Təhlil

    Türkiyə Vasif Talıbovu bitirirmi? – Təhlil ...

    20-12-2013, 14:24

  • 
  • Sədərək gömrüyünün həbs olunan rəisi barədə şok ittiham

    Sədərək gömrüyünün həbs olunan rəisi barədə şok ...

    11-01-2014, 01:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu