GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Türkiyə Vasif Talıbovu bitirirmi? – Təhlil

Türkiyə Vasif Talıbovu bitirirmi? – Təhlil

Tarix: 20-12-2013, 14:24 Bölmə :Siyasət Baxış: 2 078
Türkiyə Vasif Talıbovu bitirirmi? – Təhlil
Türkiyədə son günlər aparılan “Rüşvət əməliyyatı” və bunun ardınca hüquqi çatışmaların həm də qəbulolunmaz üsulla (kaset qalmaqalları) siyasi müstəvidə davam etdirilməsinin qardaş ölkədə yaratdığı narahatlıq Azərbaycanda da yaşanır.

Təkcə ona görə yox ki, güclü Türkiyə Azərbaycanın güvənliyi deməkdir və orada baş verənlərin Türkiyəni zəiflətmək istiqamətində çabalar olması danılmazdır; həm də ona görə ki, Türkiyədə həbs edilənlər sırasında Azərbaycandan olan 3 iş adamı və bir rəsmi vəzifəli şəxs var.

Naxşıvandakı Sədərək gömrük keçid məntəqəsinin rəhbəri Mirməhəmməd Seyidovun Qarsda saxlanması və İqdıra gətirilməsi sıradan bir hadisə deyil. Naxçıvanın gömrük məmurunun xidməti işi ilə bağlı vəzifəsindəki nöqsanlara görə (lap olsun, cinayət) qardaş ölkədə həbs olunması çox ciddi hadisədir – Türkiyənin 3 nazir oğlunun bu əməliyyatlarda saxlanılmasından daha ciddi.

Rza Zərraba Azərbaycandan kimlər əmr verib?

Türkiyədəki “Rüşvət əməliyyatı”nda həbs olunan iş adamları içərisində ən hay-küylülərindən biri də azərbaycanlı Rza Zərrabdır. Xatırladaq ki, Türkiyə mediası Rza Zərrabın (Sərraf) 1984-cü ildə Bakıda zəngin bir ailədə doğulduğunu və kiçik yaşlarından ticarətlə məşğul olduğunu yazır. İran azərbaycanlısı olan R.Zərrabın birbaşa Bakıya bağlanması yönündə aparılan bu təbliğat təsadüf, yoxsa düşünülmüş planın tərkib hissəsidir?

Həmçinin Rza Zərrabın “Əmrləri Azərbaycandan almışam” kimi açıqlama verməsi və bunun manşetlərə daşınmasının arxasında nə dayanır?

Azərbaycandan R.Zərraba kimlər tapşırıqlar verə bilərdi və istintaq nəticə etibarilə kimin şəxsi üstündə fokuslaşır?

Gözlər Naxçıvana dikilir

İrana istisadi sanksiyalar tətbiq edilir, bu arada qeyri-qanuni pul köçürmələrinə R.Zərrab cəlb olunur. Əlində yüksək çinli məmurlara verdiyi rüşvətin siyahısı olan R.Zərrab İrana sanksiyalar tətbiq ediləndən sonra bu ölkədən 87 milyard avronun “yuyulmasında” əsas sima olaraq qabardılır.

87 milyard – həddən artıq böyük məbləğdir. Bu vəsaitlər Türkiyəyə necə girib? Hansı qapıdan?

Həbs edilən gömrükçülər – Türkiyə-Naxçıvan gömrük keçid məntəqələrinin üzvləridir. Birmənalı olaraq nəticə aydındır ki, “bakılı” R.Zərrabın 87 milyardlıq çirkli pulyuma əməliyyatı Naxçıvan vasitəsilə həyata keçirilib.

Sədərək gömrüyünün uzun müddət rəhbəri işləmiş məşhur “Laba”nın – Mübariz Pənahovun timsalında bilirik ki, Sədərək gömrük-keçid məntəqəsinin Vasif Talıbovun nəzarətindən kənarda işləməsi qeyri-mümkündür. Hətta “Laba” kimi dövlətin yuxarı eşalonuna bağlı olan şəxs də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun iradəsindən kənarda işləyə bilmədi və vəzifəsindən azad olundu.

Təbii ki, Mirməhəmməd Seyidovun - ABU-nun keçmiş rektoru Elşad Abdullayev qalmaqalına görə prokurorluq orqanlarından uzaqlaşdırılan Mirələkbər Seyidovun qardaşı Mirməhəmməd Seyidovun hakimiyyətdə zəifləyən dayaqları fonunda - bu iradəyə tabe olduğunu birmənalı qəbul etmək lazım gəlir. Həm də “dövriyyə” o qədər böyükdür ki, bu əməliyyatın balaca Naxçıvanda gömrük məntəqəsi sədrinin boyu səviyyəsində həll edildiyinə haqlı şübhə yaradır.

Vidadi Bədəlov kimdir?

M.Seyidovla bərabər həbs olunanlar arasında daha 3 azərbaycanlı var: iş adamları - A.Nizami, H.Surxay və V.Bədəlov.

Azərbaycanlı iş adamı Vidadi Bədəlov haqqında hələlik bu məlumatları oxuyuruq: Bədəlov Vidadi Türkiyədə “Cihan Kiymetli Madenler”, “Deniz Kiymetli Madenler” və “Kapital Kiymetli Madenler” adlı “xəyali şirkət” (ofşor) qurub - 2009-2012-ci illərdə. Pul transferləri də bu şirkətlərlə aparılıb.

Vidadi Bədəlovun qurduğu “xəyali şirkətlərdən” birinə “Cihan” adı verməsi diqqətçəkəndir.

Xatırladaq ki, “Cahan” Holdinq Naxçıvanda fəaliyyət göstərən böyük şirkətdir və bu brendin Talıbovlar ailəsinin nəzarətində olduğu bəllidir.

Vasif Talıbov “rüşvət əməliyyatından” zərər çəkə bilərmi?

Faktiki olaraq R.Zərrabın açıqlaması və V.Bədəlov adı, həmçinin digər iki azərbaycanlının həbsi bu əməliyyatda Naxçıvanın adını gündəmə gətirir. Hədəfin Vasif Talıbova yönələcəyi qətiyyən istisna edilmir. Bu “əməliyyat” Vasif Talıbovun siyasi karyerasına necə təsir edəcək?

Hər şeyi Türkiyə demokratiyası və Rəcəb Tayyib Ərdoğanın mövqeyinin həll edəcəyi şübhəsizdir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə həbs edilən Sədərək gömrüyü rəisinin telefon danışıqları açıqlandı

    Türkiyədə həbs edilən Sədərək gömrüyü rəisinin ...

    20-12-2013, 22:33

  • 
  • Türkiyədə həbsdən çıxan gömrük rəisi Bakıda “istintaqa” çəkilir

    Türkiyədə həbsdən çıxan gömrük rəisi Bakıda ...

    8-07-2014, 12:48

  • 
  • Daha bir rüşvət əməliyyatı: 35 nəfər saxlanıldı

    Daha bir rüşvət əməliyyatı: 35 nəfər saxlanıldı ...

    10-01-2014, 16:04

  • 
  • Ərdoğan Vasif Talıbov haqda nələr deyib?

    Ərdoğan Vasif Talıbov haqda nələr deyib? ...

    9-04-2014, 10:40

  • 
  • Türkiyədəki həbslər Elman Rüstəmovu da bitirə bilər

    Türkiyədəki həbslər Elman Rüstəmovu da bitirə ...

    19-12-2013, 09:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu