GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ləzgi separatçısı niyə ailəvi təşəkkür etdi...

Ləzgi separatçısı niyə ailəvi təşəkkür etdi...

Tarix: 19-12-2013, 09:46 Bölmə :Manşet Baxış: 1 396
Ləzgi separatçısı niyə ailəvi təşəkkür etdi...
Rusiya prezidenti Vladimir Putinin Bakıya bu ilin avqust ayında baş tutmuş səfəri ərəfəsində Azərbaycan hüquq-mühafizə orqanlarının həbs etdiyi dörd ləzgi separatçısından sonuncusu da azadlığa buraxılıb.
Bu barədə Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri, Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Arif Kərimovun bəyanatında bildirilir.

Məlum olur ki, saxlanılanlardan Azərbaycan vətəndaşı, milliyyətcə ləzği olan Eldar Məmmədov dekabrın 16-da axşam məhkəmə zalında azadlığa buraxılıb. Həmin şəxs A.Kərimovun qohumudur.

Xatırladaq ki, cəmi bir neçə ay əvvələ qədər - Kremlin Azərbaycanda hakimiyyət dəyişikliyinə dair planlarının müzakirə olunduğu bir vaxtda Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti, bu təşkilatın rəhbəri Bakıya qarşı sərt təbliğat aparmaqla və etnik separatçılığı qızışdırmaqla məşğul idi.

Əslən Oğuz rayonundan olan A.Kərimov Azərbaycanda ləzgilərin və avarların hüquqlarının tapdalandığı barədə təbliğat apararaq ölkəmizə qarşı açıq-aşkar düşmənçilik hərəkətləri edir, o cümlədən hakimiyyətin ünvanına kəskin ittihamlar yağdırırdı.

Bu işdə A.Kərimova Rusiya Dövlət Dumasının bəzi deputatları da kömək edirdi. Sözügedən təşkilatın saytında hər gün Azərbaycana qarşı çağırışlar, çıxışlar yer alırdı.

Belə bir vaxtda Azərbaycan hüquq-mühafizə orqanları ikisi A.Kərimovun yaxın qohumu olmaqla dörd nəfəri həbs etmişdi. Bunlardan üçü - Cavid Babayev, Tariyel Sərkarov (Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbərlərindən biri olan Amil Sərkarovun qohumudur-red.) və Ayaz Azaxov Rusiya vətəndaşları, dördüncüsü Eldar Məmmədov isə A.Kərimovun qaynı və Azərbaycan vətəndaşıdır.

Sözügedən təşkilat bu həbslərlə bağlı Rusiyada geniş təbliğata başladı. Prezident Vladimir Putinin iştirak etdiyi toplantıda Azərbaycanda Rusiya vətəndaşlarının həbsi məsələsi qaldırıldı, Rusiya XİN işə qarışdı, Moskvada mətbuat konfransı keçirildi və s. addımlar atıldı.

Nəhayət, Azərbaycanda seçkilərin başa çatmasından sonra saxlanılan Rusiya vətəndaşları ölkəni tərk etməmək şərti ilə buraxıldı. A.Kərimovun bəyanatından məlum olur ki, E.Məmmədovun azad olunmasından sonra həmin üç nəfər dekabrın 17-də Azərbaycanı tərk edib və Rusiyaya gediblər.

A.Kərimov “Nəhayət, ədalət zəfər çaldı” adlı bəyanatında həmin şəxslərin azad olunması üçün kampaniyaya dəstək verənlərə, o cümlədən Rusiya Prezidentinin Administrasiyasındakı və XİN-dəki məsul şəxslərə, Azərbaycanın Ruiyadakı səfiri Polad Bülbüloğluna, jurnalistlərə, ictimaiyyət nümayəndələrinə təşəkkür edir.

Bəyanatda bildirilir ki, səfir yüksək insani keyfiyyətlər nümayiş etdirib, məsələnin mahiyyətini öyrənib və problemin həlli yolunu tapıb. Sonda isə A.Kərimov, yəni cəmi bir neçə ay əvvələ qədər Azərbaycana və onun hakimiyyətinə qarşı təbliğat aparan, bəyanatlar verən, separatçılığı qızışdıran şəxs prezident İlham Əliyevə təşəkkür edir.



Onu bəyanatında deyilir: “Əlbəttə, biz bir dəqiqə də olsun şübhə etmirdik ki, bu işin yekun həlli ölkə konstitusiyasının qarantı kimi Azərbaycan prezidenti İlham Əliyevin əlindədir. Biz bütün ailəmiz bu işin ədalətli şəkildə həllinə görə ona öz minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk. Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbərliyi adından qardaş Azərbaycan xalqına dərin hörmətimizi ifadə edirik”.

Ümumən bu təşkilatın antiazərbaycan fəaliyyətinin son vaxtlar dayandığı müşahidə olunurdu.

...Bax, belə. Bu yerdə “Daşdəmir və yumşalma” arasındakı bağlılıq barədə məşhur Azərbaycan atalar misalını yada salmaq lazım gəlir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin Bakıya gəlişi ərəfəsində şok həbslər

    Putinin Bakıya gəlişi ərəfəsində şok həbslər ...

    12-08-2013, 10:01

  • 
  • Putin Azərbaycanda ləzgilərin həbsindən danışmaq istəmədi

    Putin Azərbaycanda ləzgilərin həbsindən danışmaq ...

    9-09-2013, 15:54

  • 
  • Putin Xaçmazdan iki kəndi köçürmək üçün oktyabrın 1-dək vaxt verib

    Putin Xaçmazdan iki kəndi köçürmək üçün oktyabrın ...

    11-09-2013, 11:17

  • 
  • Putin-Əliyev görüşü ərəfəsində Moskva-Bakı taktiki savaşı

    Putin-Əliyev görüşü ərəfəsində Moskva-Bakı ...

    1-08-2013, 17:26

  • 
  • “Səlahəddin” və “Ləzgi Həmzə” öldürüldü

    “Səlahəddin” və “Ləzgi Həmzə” öldürüldü ...

    28-03-2014, 10:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu