GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ATƏT Anar Məmmədlinin həbsini pisləyən bəyanat yaydı

ATƏT Anar Məmmədlinin həbsini pisləyən bəyanat yaydı

Tarix: 19-12-2013, 16:50 Bölmə :Manşet Baxış: 638
 ATƏT Anar Məmmədlinin həbsini pisləyən bəyanat yaydı
Baş Prokurorluq Anar Məmmədlinin həbsi ilə bağlı məlumat yaydı
Dekabrın 18-də Baş Prokurorluğun mətbuat xidməti “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədlinin həbsi ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə açıqlamada deyilir:
“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 2013-cü il oktyabrın 29-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci, 192.2.3-cü, 213.2.1-ci, 213.2.2-ci və 308.2-ci maddələri ilə cinayət işi başlanıb. İş üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, zəruri ekspertizalar təyin edilməklə məhkəmənin müvafiq qərarı ilə qeyd edilən qurumlarda mühasibat uçotunun mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin, sair daxil olmaların təyinatının qanuniliyinin müəyyənləşdirilməsi məqsədi ilə həmin nazirliklərin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri cəlb olunmaqla yoxlama təşkil edilib. İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanmış sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə edib. Bundan sonra, Bəşir Süleymanlının “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş 163250 ABŞ dolları onun vasitəsilə nağdılaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109529 manat məbləğində gəlir əldə olunmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməməsində, həmçinin Elnur Məmmədovun “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin rəhbəri kimi idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını saxtalaşdırmasında əsaslı şübhələr mövcuddur.
A.Məmmədli və B.Süleymanlının CM-in 192.2.2-ci, 213.1-ci və 308.2-ci, E.Məmmədovun isə həmin məcəllənin 192.2.2-ci, 213.1-ci, 308.2-ci və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək B.Süleymanlı və E.Məmmədov barəsində başqa yerə getməmək haqda iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam etdirilir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, səfir Yanez Lenarçiç Azərbaycanda tanınmış ictimai fəal, seçki müşahidəçisi Anar Məmmədlinin həbsindən narahatlıq ifadə edən bəyanat yayıb. Bəyantda səfir qeyd edir ki, Anar Məmmədlinin həbsi ilə bağlı öz narahatlıqlarını Azərbaycan hakimiyyətinə də çatdırıblar: “Seçkilərin ictimai müşahidəsini də təhlükəyə atması baxımından Anar Məmmədlinin həbsi narahatlıq doğurur. Bu müşahidənin mövcudluğu ATƏT-ə üzv olan bütün ölkələr, o cümlədən də Azərbaycanın özü üçün seçki proseslərinin dürüstülüyünün təminatıdır. Biz onun həbsi ilə bağlı vəziyyəti yaxından izləyəcəyik. Ümid edirik ki, bu məsələ Azərbaycanın insan haqları sahəsində ATƏT qarşısında öhdəliklərinə uyğun şəkildə həll ediləcək”.
Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə A.Məmmədlinin həbsi ilə bağlı maraqlı fakt açıqlayıb. Miqrasiya problemi ilə bağlı tədbirdə Ə.Əliyev deyib: “Anar Məmmədlinin həbsindən sonra ölkədən gedişlə bağlı 14-15 nəfər gənc Mərkəzə müraciət edib”.
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquqşünas İntiqam Əliyev Anar Məmmədlinin həbsinin siyasi motivli olduğuna heç bir şübhəsi olmadığını söyləyib. “Axırıncı dəfə onunla söhbətimizdə söhbət həbsdən düşəndə yarıciddi, yarızarafatla söylədi ki, "Bəy, mən hansı ölkədə yaşadığımızı və kimlərlə qarşı-qarşıya durduğumuzu yaxşı bilirəm və ona görə də hər şeyə hazıram”.
Hüquqşünas bildirib ki, A.Məmmədlinin rəhbərlik etdiyi təşkilat uzun illərdir ölkədə seçkilərin monitorinqini aparır və seçkiləri saxtalaşdıran hakimiyyəti ifşa edən hesabatlarla çıxış edir, özü isə hakimiyyətin sərt tənqidçilərindən biri sayılır. O, hakimiyyətin hədəfində olduğunu, həbs oluna biləcəyini anlayırdı və buna da hazır idi. A.Məmmədlinin həbsi bu hakimiyyətə baha başa gələcək. Anar bəy təkcə ölkə daxilində yox, beynəlxalq arenada tanınmış çox nüfuzlu QHT liderlərindən sayılır. Son illərdə kütləvi xarakter alan siyasi motivli həbslərlə bağlı artmaqda olan etirazlar seçkilər sahəsində çalışan nüfuzlu bir təşkilatın rəhbərinin həbsi ilə daha güclənəcək. Onun həbsi həm də Azərbaycanda siyasi məhbus problemi, QHT-lərə, mediaya, siyasi partiyalara basqılar, hüquq-mühafizə orqanlarının, məhkəmələrin hakimiyyətdən asılılığı, total seçki saxtakarlıqları və hakimiyyətin eşitmək istəmədiyi çoxsaylı digər mövzuları yenidən yerli və dünya mediasının, beynəlxalq təşkilatların, müxtəlif forumların müzakirə predmetinə çevirəcək. A.Məmmədlinin rəhbərlik etdiyi təşkilatın hesabatlarını oxumayanlar da maraq naminə açıb onları oxuyacaqlar. Hakimiyyət Anar bəyi, Əvəz bəyi, İlqar bəyi, Tofiq bəyi, Qurban bəyi, NİDA-çı gəncləri və onlarla digər ləyaqətli insanları həbs etdirməklə toplumun gözünü qorxutduğunu düşünürsə, yanılır. Bəlkə ilk baxışdan belə görünə bilər. Amma əslində, hakimiyyət Azərbaycanı barıt çəlləyinə çevirib və o bir qığılcıma bənddir."
SMDT-dən aldığımız məlumata görə dünən A.Məmmədlinin müdafiə komitəsi müzakirələri davam etdirib. Müzakirələr zamanı atılacaq addımlar müəyyən olunub. Yaxın günlərdə komitənin tərkibi haqda məlumat veriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş Prokurorluq Anar Məmmədli ilə bağı bəyanat yayıb

    Baş Prokurorluq Anar Məmmədli ilə bağı bəyanat ...

    20-12-2013, 16:03

  • 
  • Anar Məmmədlinin işi məhkəməyə göndərilib

    Anar Məmmədlinin işi məhkəməyə göndərilib ...

    8-04-2014, 10:46

  • 
  • C.Ashton və Š.Füle Anar Məmmədlinin həbsi ilə bağlı birgə bəyanat yayıb

    C.Ashton və Š.Füle Anar Məmmədlinin həbsi ilə ...

    20-12-2013, 22:27

  • 
  • Anar Məmmədli: “Məhkəməyə müraciət edə bilərik”

    Anar Məmmədli: “Məhkəməyə müraciət edə bilərik” ...

    26-11-2013, 15:54

  • 
  • ABŞ Dövlət Departamenti: Anar Məmmədlini dərhal azad edin!

    ABŞ Dövlət Departamenti: Anar Məmmədlini dərhal ...

    24-12-2013, 22:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu