“Rüstəm İbrahimbəyovun bu addımı siyasi etika baxımından düzgün addım deyil. Bundan başqa bunu Müsavat Partiyası ilə bağlamağı da düzgün deyil”.
Bu fikirləri açıqlamasında Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədr vəzifəsindən istefasına münasibət bildirərkən Müsavat Partiyası Divanın üzvü Tural Abbaslı deyib.
O bildirib ki, əgər R.İbrahimbəyov istəmirdisə, Müsavat Partiyasının bununla bağlı mövqeyini əvvəldən bilirdi, onda fəxri sədr olmağa razılıq verməzdi:
“Mən bunu gecikmiş addım və bu əsaslandırmanı Müsavatı əlavə qınaq altında qoymaq üçün atılmış addım hesab edirəm. Rüstəm müəllim fəxri sədr qalmaq istəyirsə qalsın, istəmirsə, qalmasın. Bunu Müsavatla əlaqələndirməyi yersiz hesab edirəm. Müsavatın onun qərarına nə aidiyyatı var? Ola bilsin Rüstəm müəllimin kino çəkilişlərinə vaxtı yoxdur deyə bu qərarı qəbul edib. Amma bunu əsaslandıranda Müsavatın adını hallandırıb”.
Bu addımın Milli Şuranın imicinə necə təsir edəcəyinə gəlincə isə, Müsavat yetkilisi vurğulayıb ki, Rüstəm İbrahimbəyovun əvvəllər də çıxışlarının bu quruma mənfi təsiri olub.
“Onun bu addımı Milli Şura haqqında qeyri-ciddi fikir formalaşdırır. Düşünürlər ki, Milli Şura toplanıb onu fəxr sədr seçir, o, buna razılıq verir, amma üstündən bir ay keçməmiş yenidən istefa verir. Siyasət belə ekspromt qərarlarla görülən iş deyil, siyasət düşünülmüş qərarlarla olmalıdır. Bu da Milli Şuranın imicinə yəqin ki, müsbət təsir etməyəcək”.
Qeyd edək ki, kinodramatur Rüstəm İbrahimbəyov bu gün yaydığı müraciətdə Milli Şuranın fəxri sədrliyindən istedfa verdiyini açıqlayıb. O, addımını belə izah edib: “Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?