GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Xalqı hökumətdən narazı salan nazirlər...

Xalqı hökumətdən narazı salan nazirlər...

Tarix: 21-12-2013, 11:45 Bölmə :Manşet Baxış: 1 944
 Xalqı hökumətdən narazı salan nazirlər...
İctimai qınaq obyektinə çevrilən Füzuli Ələkbərov, Səfər Əbiyev və İsmət Abbasov işdən kənarlaşdırılsa da, Aydın Əliyev və Fazil Məmmədov hələ də kreslolarını qoruyub; gömrük-vergi sistemində rüşvət-korrupsiya sisteminin ləğv edilməsi kifayətdir ki, Azərbaycan iqtisadiyyatı ən azı 50 faiz liberallaşsın
Azərbaycanda siyasi hakimiyyətin üz qarasına çevrilən xeyli nazirlər var. Prezident seçkisindən sonra onların 3-ü istefaya göndərildi - əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, müdafiə naziri Səfər Əbiyev və kənd təsərrüfatı naziri İsmət Abbasov. Doğrudur, sonuncu formal olaraq daha yüksək vəzifəyə - baş nazirin müavini postuna təyinat alıb və hələ də hökumətin tərkibindədir.

Ancaq artıq nazir kimi təsir rıçaqları əlindən çıxıb və büdcə vəsaitlərinin idarə edilməsində iştirak hüququ əlindən alınıb. İctimai qınaq obyekti olan təhsil naziri Misir Mərdanov isə hələ seçkidən 6 ay öncə yola salınmışdı.

Adı çəkilən nazirliklər əhali ilə birbaşa təmasda olan qurumlardır və onların yaratdığı korrupsiya-rüşvət sistemindən bütün ailələr əziyyət çəkirdi. Orduda müəmmalı ölümlər, ünvanlı sosial yardımların mənimsənilməsi və əlillik dərəcələrinin pulla satılması, aqrar sektora ayrılan subsidiyaların mənimsənilməsi, orta məktəblərdə valideynlərdən tədris ili boyunca yığılan rüşvətlər adı çəkilən nazirlərin aktivlərinə yazılırdı. Bu baxımından əhali ilə birbaşa təması olan nazirliklərin imici zədələnmiş rəhbərlərdən qurtulmasını müsbət qiymətləndirmək olar. Ancaq adı ictimai qınaq obyekti olan nazirlərin siyahısı təkcə bu şəxslərlə məhdudlaşmır.



Siyahı daha genişdir. Sıralamada ön yerləri bölüşdürən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və vergilər naziri Fazil Məmmədov hələ də öz postlarında oturublar. Onların yaratdığı korrupsiya maşınından hər gün minlərlə vətəndaş əziyyət çəkir. Gömrük-keçid məntəqələrindəki durum haqda yazmaq izafi işdir - sərhəd bölgələrinin sakinləri ailələri üçün etdiyi bazarlığı belə ölkəyə buraxmırlar, gömrük sərhədlərinə gömrükçülər yox, “broker” cildində olan monopolistlərin nümayəndələri nəzarət edirlər. Ancaq təəssüf ki, siyasi hakimiyyət ordu, təhsil, aqrar və sosial müdafiə sektorundan fərqli olaraq gömrük sistemində səliqə-sahman yaratmağa tələsmir. Əvəzində isə hər gün gömrük sərhədlərində minlərlə vətəndaşın hüquqları pozulur, dövlət rüsumu kimi büdcəyə çatacaq milyonlarla manat vəsait qeydiyyatdan yayındırılır, korrupsiya setinin başında duran gömrük general-leytenantı Aydın Əliyev isə toxunulmaz qalır.

A.Əliyevin başında durduğu gömrük xidmətindəki korrupsiya şəbəkəsindən təkcə sıravi vətəndaşlar və dövlət büdcəsi yox, həm də siyasi hakimiyyətin özü ziyan çəkir. Gömrük sərhədlərini təkcə, Azərbaycan vətəndaşları yox, həm də əcnəbi vətəndaşları adlayır və buradakı qanunsuzluqlardan onlar da əziyyət çəkir. Özü də Azərbaycan vətəndaşlarından fərqli olaraq onlar burada susmur, öz ölkələrinin səfirliklərinə müraciət edirlər. Səfirliklər də gömrük xidmətindəki şikayətlərlə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə sorğu göndərir, izahat tələb edirlər. Yeri gəlmişkən, Türkiyənin Azərbaycandakı səfirliyinin çoxsaylı şikayətlərindən sonra hakimiyyət Qırmızı Körpü gömrük-sərhəd məntəqəsində əməliyyat keçirib, heyəti dəyişməyə və keçiddə az-çox qayda qanun yaratmağa məcbur oldu. Ancaq bütövlükdə gömrük sərhədlərində vəziyyət ağır olaraq qalır.


 Xalqı hökumətdən narazı salan nazirlər...
Yaxud da vergilər naziri Fazil Məmmədovun vergi sistemində yaratdığı korrupsiya şəbəkəsini götürək. Zahirən nazirliyin vergi ödəyiciləri ilə münasibətlərinin sivil formada tənzimlənməsi barədə iddialar ola bilər. Vergi ödəyiciləri rüblük və illik hesabatları elektron formada nazirliyə təqdim edir, yəni vergi müfəttişləri ilə iş adamlarının canlı təmasları yoxdur. Ancaq bu, aysberqin suyun üzündə qalan, yəni görünən hissəsidir. Vergilər Nazirliyinin Vergi Auditi Departamentinin əməkdaşlarının iş adamları ilə intensiv təmasları olur. Vergi auditorları özəl müəssisləri bir-bir gəzir, dövriyyəsindən asılı olaraq onlardan küllü miqdarda “illik haqq” yığır. Hər ilin sonunda olduğu kimi, bu ay da vergi auditorları iş adamlarından “təzminat” yığmağa başlayıblar. “Təzminat” verməyənləri isə vergidən yayındığına görə həbs ediləcəkləri ilə hədələyirlər.

Yeri gəlmişkən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti də iş adamları üçün “xoxan”a çevrilib. Tutaq ki, bir iş adamı küllü miqdarda vergidən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilib. Bundan maksimum faydalanan departament əməkdaşları onun tərəfdaşlarını da istintaqa cəlb edir, yalnız “razılaşmadan” sonra sərbəst buraxırlar. Hər vergi cinayəti üzrə onlarla günahsız iş adamı bundan əziyyət çəkir.

Gömrük-vergi sistemində rüşvət-korrupsiya sisteminin ləğv edilməsi kifayətdir ki, Azərbaycan iqtisadiyyatı ən azı 50 faiz liberallaşsın. Ancaq təəssüf ki, siyasi rəhbərlik bu istiqamətdə tədbirlər görməyə tələsmir. Görünür, gömrük-vergi sistemindəki indiki status-kvo siyasi elitanın maraqlarına hələ ki cavab verir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşdən çıxarılan Füzuli Ələkbərov danışdı

    İşdən çıxarılan Füzuli Ələkbərov danışdı ...

    23-10-2013, 11:49

  • 
  • FİZULİ ƏLƏKBƏROV, İSMƏT ABBASOV, SƏFƏR ƏBİYEV VƏZİFƏDƏN ALINDI

    FİZULİ ƏLƏKBƏROV, İSMƏT ABBASOV, SƏFƏR ƏBİYEV ...

    22-10-2013, 20:14

  • 
  • İsmət Abbasov Misir Mərdanov kimi danışdı

    İsmət Abbasov Misir Mərdanov kimi danışdı ...

    8-05-2013, 12:28

  • 
  • Hansı keçmiş nazirə yenidən vəzifə vəd edilib?

    Hansı keçmiş nazirə yenidən vəzifə vəd edilib? ...

    26-11-2013, 15:43

  • 
  • Füzuli Ələkbərov: “Biznesə qayıdıram”

    Füzuli Ələkbərov: “Biznesə qayıdıram” ...

    13-11-2013, 12:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu