GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “İsmayıllı işi”ndə şok işgəncə faktları açıldı - (Yenilənib)

“İsmayıllı işi”ndə şok işgəncə faktları açıldı - (Yenilənib)

Tarix: 24-12-2013, 22:40 Bölmə :Ölkə Baxış: 753
 “İsmayıllı işi”ndə şok işgəncə faktları açıldı  - (Yenilənib)
Şakir Mustafayevin başını partladıblar, böyrəkləri sıradan çıxan Qarabağ əlilinin isə ürəyi getdi; təqsirləndirilənlər ibtidai istintaqa verdikləri ifadələrdən imtina etdilər
Dekabrın 24-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı məhbuslarının işi üzrə növbəti məhkəmə iclası keçirildi. İş üzrə 16 İsmayıllı sakini ilə yanaşı, Müsavat başqanının müavini, “Yeni Müsavat”ın köşə yazarı Tofiq Yaqublu və REAL sədri İlqar Məmmədov da hadisələrin təşkili və əhalinin iğtişaşlara təhrik olunmasında təqsirləndirilir.
24 dekabrdakı məhkəmə prosesini Müsavat və REAL rəhbərliyi də müşahidə edirdilər. Onların arasında Müsavat başqanı İsa Qəmbər, Arif Hacılı, Vurğun Əyyub, Qubad İbadoğlu, AXCP-dən Sahib Kərimli var idi. Polislər məhkəməni müşahidə etməyə gəlmiş insanların bir hissəsini məhkəmə binasından xeyli kənarda küçədə saxlayaraq, onların binaya yaxınlaşmasına imkan vermədilər. Buna baxmayaraq, Müsavat rəhbərliyi məhkəmə salonuna keçə bildi.

Saat 11:00-a təyin olunan proses yubandı və saat 12:30-da başladı. Buna səbəb təqsirləndirilən şəxs - Qarabağ əlili Mirkazım Abdullayevin Yevlax təcridxanasında halının pisləşməsi olub. Onun böyrəkləri sıradan çıxıb, üzündə şişkinlik əmələ gəlib və təcridxanada ürəyi gedib.

Ümumiyyətlə, M.Abdullayevin səhhəti çox ağırdır, vəziyyəti kəskinləşib, elə məhkəmə prosesi zamanı da onun üçün təcili tibbi yardım çağırıldı.

Proses isə təqsirləndirilən şəxslərin dindirilməsi ilə davam etdirildi. Hadisələrin təşkilində ittiham olunan Vasif İbrahimov vəkillərin suallarını cavablandırarkən dedi ki, “Çıraq” otelinin qarşısına gecə saat 23:30-da gedib.

O, vəkil Xalid Bağırovun “o saata kimi bəs nə edirdiz” sualına “yatırdım” deyə cavab verdi. Vəkil ittiham aktına ironiya ilə yanaşdı: “İstintaq o qənaətə gəlib ki, yuxuda bir neçə saat ərzində prosesləri təşkil edibmiş”. Hakim isə replikalara son qoymağa çağırdı. V.İbrahimov ifadəsində bildirdi ki, otelə çatanda onun artıq 1-ci mərtəbəsi yandırılmışdı: “Mənimlə otel arasında 100-120 metr məsafə vardı. Kütləni yarıb otelə yaxınlaşmaq mümkün deyildi. Kiməsə daş atmamışam, xəsarət yetirməmişəm, polisə müqavimət göstərməmişəm. Kim əleyhimə ifadə verib mənə şər atıbsa, ayıb olsun”.

Təqsirləndirilən şəxs əhalinin icra başçısı Nizami Ələkbərovun evinə doğru yürüş etdiyini, konkret kimlərin daş atdığını görmədiyini söylədi: “Əhali başçının istefasını tələb edirdi. Camaat deyirdi ki, otelin sahibinin başçı ilə qohumluğu var”.

Sonra hakim onun istintaqa ifadəsini oxudu. İbtidai istintaq verdiyi ifadədə qeyd olunub ki, əhali təhqir olunub, o da qəzəblənmiş kütlə ilə birlikdə başçıdan məsələni aydınlaşdırmağa gedib. İfadəsində deyilir ki, İbrahimov icra başçısının darvazasını təpiklə açıb.

“Mənim yanımda vəkil olmayıb. Olanlar da maskalı vəkillər idi. Mən ifadədə başçının darvazasını təpiklədiyimi deməmişəm. Özlərindən yazıblar”


Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsinin kompüterdə yazıldıqdan sonra ona göstərildiyini, çapa gedəndə isə onun adından başqa cümlələr yazıldığını qeyd etdi. O, başçının yox, gözətçisinin açıq darvazasını ayağı ilə itələdiyini etiraf etdi.
Məhbus ondan ifadəsinin protokolunda göstərilən kimi, Bakıda saat 23:40-da yox, gecə 2-3 radələrində ifadə alındığını dedi: “Mənim yanımda vəkil olmayıb. Olanlar da maskalı vəkillər idi. Mən ifadədə başçının darvazasını təpiklədiyimi deməmişəm. Özlərindən yazıblar”.

Vəkillərin suallarına cavab verən İbrahimov Tofiq Yaqublu və İlqar Məmmədovu tanımadığını açıqladı: “Onları burda tanımışam. Ümumiyyətlə, onları İsmayıllıda görməmişəm. Çünki artıq həbs olunmuşdum”.

Nahar fasiləsindən sonra da təqsirləndirilən Şakir Mustafayev ifadə verərək qeyd etdi ki, ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) işgəncələr verilib: “Mənim vurub başımı partladıblar, döyüblər, başımdan gələn qanı dayandırmaq üçün tibbi yardım göstərməyiblər. Məndən təzyiq altında ifadələr alınıb və ibtidai istintaqa verdiyim ifadədən imtina edirəm”.

Vəkillər vəsatət qaldıraraq onun döyülməsi ilə bağlı tibbi ekspertiza keçirilməsini təmin olunmasını istədilər. Ancaq hakim vəsatətin yazılı olmadığını deyərək baxılmasını rədd etdi. Ümumilikdə, digər təqsirləndirilənlər - Cəfər Cəfərov, Qənbər Ağamalıyev, Aydın Cabbarov ifadələrində ibtidai istintaq verdikləri ifadələrdən imtina etdilər, ilkin ifadələrin əvvəlcədən hazırlanmış olduğunu açıqladılar. Onlar da təzyiq və işgəncə altında ifadə verdiklərini söylədilər. Hakim növbəti prosesi dekabrın 29-u, saat 10:00-a təyin etdi.
***
Prosesdən sonra Müsavat başqanı İsa Qəmbər məhkəmə prosesini dəyərləndirdi: “Bu, məhkəmə yox, məzhəkədir, absurddur. Vəkillər nə bacarırlarsa edirlər. Həmişəki kimi cəsarətli və peşəkar şəkildə müdafiə edirlər. Tofiq Yaqublu və İlqar Məmmədov isə formadadır. Onlar haqqı-ədaləti qoruyurlar”.

Müsavat lideri vurğuladı ki, İsmayıllı hadisələrinə görə günahsızlar tutulub, əsl baiskarlar isə azadlıqda gəzir: “Cəmiyyət bu ədalətsizliyə etiraz etməlidir. Günahkarların cəzalandırılmasına, xalqa qarşı həqarət, hörmətsizlik göstərənlərin qanun qarşısında cavab verməsinə nail olacağıq. Buna inanıram və həmin günün yaxınlaşması üçün müsavatçılarla, cəbhəçilərlə, gənclərimizlə birlikdə mübarizəmizi davam etdiririk”.
Xatırladaq ki, iş üzrə ittiham olunan T.Yaqublu və İ.Məmmədov beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu elan olunub.

“Yeni Müsavat”ın reportyor qrupu, Şəki
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İsmayıllı prosesi" başladı

    "İsmayıllı prosesi" başladı ...

    18-11-2013, 11:29

  • 
  • "İsmayıllı işi"nin məhkəməsi başlandı (Yenilənib)

    "İsmayıllı işi"nin məhkəməsi başlandı ...

    8-01-2014, 12:17

  • 
  • Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir

    Tofiq Yaqublu və İlqar Məmmədov Şüvəlana gətirilir ...

    25-09-2014, 15:55

  • 
  • İsa Qəmbərdən məhkəmə açıqlaması: “Məzhəkədir”

    İsa Qəmbərdən məhkəmə açıqlaması: “Məzhəkədir” ...

    24-12-2013, 15:48

  • 
  • Tofiq Yaqublu məhkəməyə gələnləri ayağa qaldırdı

    Tofiq Yaqublu məhkəməyə gələnləri ayağa qaldırdı ...

    10-01-2014, 12:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu