GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Xalq iqtidarın yanında deyil, amma müxalifətində yanında deyil

Xalq iqtidarın yanında deyil, amma müxalifətində yanında deyil

Tarix: 4-12-2012, 11:09 Bölmə :Manşet Baxış: 867
Xalq iqtidarın yanında deyil, amma müxalifətində yanında deyil


Asəf Quliyev: “Naxçıvanlı qruplaşması ilə Paşayevlər bir-birinə qarşı işləyir və bir-birlərinin əmlakına göz dikiblər
Azərbaycanın müxalifət düşərgəsində baş verən proseslər, 2013-cü il seçkilərinə hazırlıq, fəaliyyət və planlar haqqında İctimai Palatanın üzvü, AXCP sədrinin müavini Asəf Quliyev danışıb.
-Asəf bəy, hazırda real müxalifət düşərgəsində son durum necədir, ortada fəaliyyət varmı, yoxsa mətbuata müsahibə verib hakimiyyəti tənqid etməklə işi bitmiş hesab etmək olar?
- İndi müxalifətə basqılar var. Artıq AXCP üzvü Dəyanət Babayevlə bağlı cinayət işi açılıb. Bütün bunlara rəğmən real müxalifət partiyaları seçkilərə hazırlaşır. Biz İctimai Palata olaraq seçki qanunvericiliyində islahatların aparılması, dairə və məntəqə komissiyalarının dəyişdirilməsi üçün çalışacağıq. Heç sözsüz ki, bununla paralel olaraq 2010-cu ildə seçilən parlamentin buraxılması ilə bağlı kütləvi etiraz aksiyalarının keçirilməsi davam edəcək. Çalışacağıq ki, Milli Məclisin buraxılmasını tələb edək və buna nail olaq. Əsas məqsəd budur. Sözsüz ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı olaraq demokratik şəraitin təmin olunmasına nail olmaq lazımdır. Müəyyən işlər həyata keçirilir. İstər İctimai Palata formasında, istərsə də partiyanın rayon şöbələri formatında toplantılarımız keçirilir. Bir sözlə, biz fəaliyyətdəyik.
-Siz daima rayonlara gedib müşavirələr keçirirsiniz. İnsanların müxalifətə münasibətində dəyişiklik varmı?
-Bizim rayonlara getməkdə əsas məqsədimiz yerli təşkilatların tərkibini genişləndirmək, kütləyə təsir etməsi, kütlə ilə əlaqələrin qurulmasınınmöhkəmlətməkdir. Həmçinin istər ölkə daxilində, istərsə də, ölkə xaricində baş verən hadisələrin insanlara çatdırılmasıdır. Sözsüz ki, biz yeni və siyasi olmayan insanlarla da görüşürük. Əvvəlcədən gedəcəyimiz rayon müəyyən olunur, sonra orada işanlarla görüşmək üçün vaxt ayrılır. Kim bizimlə görüşmək istəyirsə görüşürük, daha çox insanlarla təmas qurmağa çalışırıq və onlara ölkədə baş verən real hadisələri çatdırırıq. Sizə deyim ki, indi insanların fikri iki il əvvəlki fikrindən fərqlənir, eləcədə siyasi fəallıq müşahidə olunur, siyasi proseslərlə maraqlananlar daha çoxdur. Əgər, əvvəllər camaata hakimiyyətin cinayətləri haqqında bir söz deyəndə buna etiraz edib ortaya fərqli arqumentlər qoyulurdusa, bu gün həmin arqumentlər ortaya qoyulmur, insanların özü hakimiyyətə qarşı iradlarını bildirir. Faktiki olaraq kütlə arasında fikir dəyişikliyi prosesi gedir. Təbii ki, buna səbəb ancaq ölkəmizdə baş verən haqsızlıqlar deyil. Fikrimcə, ərəb dünyasında baş verənlər, geosiyasi durum və digər məsələlər cəmiyyətə təsir göstərir. Cəmiyyətdə bir aktivləşmə var və bizdə çalışırıq ki, bu aktivləşmədən mümkün qədər istifadə edərək rayon şöbələrinin sayını artıraq, struktur dəyişiklikləri edək və təşkilatlanmanı gücləndirək.
-Müxalifət 2003 və 2005-ci illər seçkisində aktiv və güclü olsa da, sonradan zəifləməyə başladı. Hətta 2008-ci il prezident və 2010-cu il parlament seçkilərindən kənarda saxlandı. Bəs bu gün müxalifətin vəziyyəti necədir, ümumilikdə inkişaf var, yoxsa 2013-cü il seçkisi 2008-ci il seçkilərindənfərqlənməyəcək?
-Sizin dediklərinizi qəbul edirəm. 2005-ci ildən sonra müxalif düşərgədə ciddi zəifləmə getdi və bu 2010-cu il Milli Məclis seçkilərinə qədər davam etdi. Biz bu proseslərin hamısını partiyada ciddi şəkildə müzakirə və təhlil etmişik. Ancaq 2010-cu il seçkisindən sonra real müxalifətin və seçkidə namizədliyini irəli sürən şəxslərin bir araya gələrək İctimai Palatanı təsis etməsi müxalifətin güclənməsi üçün təkan verdi. Ərəb dünyasında baş verən proseslər də təsirsiz ötüşmədi. Mən sizə bir fakt deyim. Məsələn, 2010-cu ilin Milli Məclis seçkiləri öncəsi müxalifət piketə 30-40 nəfər çıxarırdı. Amma indi müxalifətin icazəsiz aksiyalarına nə qədər insanın çıxdığına diqqət yetirin. Artıq 2011-ci ilin başlanğıcından müxalifətin güclənməsi prosesi başlanıb. Bu hansısa partiyanın və ya qurumun gördüyü işin nəticəsi deyil. Müxalifət indi itirdiyi illəri geri qaytarır. Hazırda müxalifət 2005-ci il səviyyəsində olmasa da, bu hala gəlmək üçün bir neçə ay tələb olunur. Fikrimcə, bir neçə aydan sonra müxalifət daha da güclənəcək. Bir daha qeyd edirəm ki, cəmiyyətin özündə siyasi aktivlik müşahidə olunur. Bunu hər gün insanların içində olan bir şəxs olaraq qeyd edirəm. Xüsusilə, gənclər aktivdir. İkincisi də, hakimiyyətin içində baş verən proseslər buna təsir göstərir.
-Hansı proseslər?
-Əvvəla, hakimiyyət daxilində məsələlərə fərqli münasibətlərin olduğu aydındır. İkincisi isə ortaya qoyulan bəzi videomateriallar insanlarda ciddi narazılıqlar yaradıb və bu proses hələdə davam edir. Gülər Əhmədova məsələsi, deputatların pulla Milli Məclisə üzv seçilməsi, hakim ailənin varidatının xarici mətbuat tərəfindən xalqa göstərilməsi, Elşad Abdullayevin digər videomaterialları göstərir ki, hakimiyyət xalqa bir şey verə bilməz. Hər kəs düşünür ki, hakimiyyət onun var-dövlətini talayır və bundan ona iqtidar olmaz. Bu gün Azərbaycan cəmiyyətində xalq iqtidarın yanında deyil. Amma müxalifətində yanında deyil, sadəcə olaraq ona meyl edir. Düşünürəm ki, bu psixoloji prosesdir və günün birində görəcəksiniz ki, müxalifətə tərəf kütləvi meyl baş verdi.
-Biz yalançı müxalifət partiyalarını bir kənara qoyuruq. Bəs real müxalifət olaraq sizin yaxın dövr üçün fəaliyyətiniz nədən ibarət olacaq, planlarınız varmı, yoxsa kortəbii şəkildə fəaliyyət göstərəcəksiniz?
-Mitinqlərlə bağlı məsələyə gəldikdə deyim ki, İctimai Palata dekabrın 10-da Milli Məclisin qarşısında etiraz piketi təyin edib. Bu haqda müvafiq razılaşma var. Bizim fəaliyyətimiz düşünülmüş qərarlar əsasında həyata keçirilir. İctimai Palatanın Koordinasiya Şurasının toplantısında bu məsələ bir daha müzakirə ediləcək. Ola bilsin ki, dekabrın onuna qədər mitinqdə təyin olunsun. Ancaq bu müzakirələrdən asılı olacaq. Şəxsi fikrimə gəldikdə deyim ki, müxalifətin özünü cəmiyyətə təqdim etməsi, xalqın müxalifətə tərəf gəlməsi üçün ən yaxşı siyasi fəaliyyət yolu mitinqlərin keçirilməsidir. Çünki mitinqlər zamanı böyük kütləyə sözünü deyə və onunla ünsiyyət qura bilirsən. Təəssüflər olsun ki, bu gün hakimiyyət xalqdan qorxduğu üçün mitinqlərə rəsmən icazə vermir. Amma icazə verməyəndə belə müxalifət küçələrə çıxır və göstərir ki, bu xalq üçün nələrsə etmək istəyir, sadəcə xalq buna imkan vermir. Fikrimcə, bunu xalq görür və bilir. Həmdə azərbaycan xalqının milli psixologiyası elədir ki, xalq daima əzilən tərəfi müdafiə edir. Bütün bunları nəzərə alaraq həftədə bir dəfə aksiyalar keçirilməlidir. Məncə, bu gec-tez öz nəticəsini verəcək.
-Cəmiyyət daha çox müxalifətdən deyil, Moskvada yaradılan “Milyarderlər Klubu” haqqında danışır. Bu təşkilata sizin münasibətiniz necədir?
-Biz AXCP olaraq cəmiyyətdə olan hər bir məsələni müzakirə edirik. AXCP-nin ümumi qərarı belədir ki, biz heç bir partiya və ya ictimai qurumla konfliktə getmirik. Biz bununla da, cəmiyyətdə əxlaqlı siyasət nümayiş etdiririk. Biz hesab edirik ki, yaranan və ədaləti müdafiə edən heç bir quruma qısqanclıqla yanaşmaq olmaz. Bu gün Azərbaycanda hakimiyyət içində, eləcədə cəmiyyətdə gedən daxili proseslər istər-istəməz yeni təşkilatların yaranmasına gətirib çıxaracaq. Fikrimizcə, bu prosesi diqqətlə izləmək, kimin niyyətinin nə olduğu, cəmiyyətə nələrin verə biləcəyini müəyyən eləmək lazımdır. Hər halda, onlarda bu millətin övladlarıdır və yaratdığı qurum haqda bir şey deyə bilmərik. Gələcəkdə bu cür proseslər cəmiyyətin inkişafına təkan verməlidir. Onlarda ağıllı insanlardır və bilirlər ki, bu hakimiyyət uzun gedə bilməz. Və ya bunlar, bu talançılıqla özlərini pis hala gətiriblər. Mən hakimiyyətin həmin klubda birləşən kimlərinsə mülkünə əl qoyduğunu da istisna etmirəm. Belə təşkilatların yaranmasını alqışlayırıq və hesab edirik ki, bu demokratik dəyişiklik prosesinə təkan ola bilər.
-Deyirsiniz ki, hakimiyyətin daxilində problemlər, fikir ayrılıqları var. Nəyi nəzərdə tutursunuz?
-Əvvəla, nəzərə alın ki, pul olan yerdə mübahisə də olur. Bu illərin təcrübəsindən çıxan və özünü doğruldan yanaşmadır. Bu gün hakimiyyət siyasi hakimiyyət deyil. Yəni Azərbaycanda siyasi iqtidar yoxdur. Istənilən diktatura rejimlərinin də forması olur. Azərbaycanda isə fərqli bir birlik var, sanki quldur dəstələrdir. Azərbaycanın daxili və xarici siyasəti, qonşularla ünsiyyət demək olar ki, yoxdur. Əvəzində bu qüvvə ancaq pul yığmaqla məşğuldur. Nə yolla olursa, olsun pul toplamaq sonda onların daxilində qarşıdurmalarla müşahidə olunacaq. Bu gizli deyil ki, artıq hakimiyyət içindənaxçıvanlı qruplaşması ilə Paşayevlər bir-birinə qarşı işləyir və bir-birlərinin əmlakına göz dikiblər. Bu da istər-istəməz dağıntılara gətirəcək. Həmdə nəzərə alın ki, 2005-ci ildə hakimiyyət daxilində mərkəzdənqaçma meylləri var idi. Sabiq nazirlər Fərhad Əliyev və Əli İnsanovu həbs etməklə mərkəzdənqaçma meyllərini sıxıb saxladılar. İndi bunu saxlamaq mümkün deyil. Mən hesab etmirəm ki, İlham Əliyev hansısa oliqarx naziri həbs etdirə və bu prosesin qarşısını ala bilər. Odur ki, dağılma prosesinin qarşısını almaq çətin prosesdir. Mənim qənaətimcə, seçkilər yaxınlaşdıqca mərkəzdən qaçma meylləri daha da güclənəcək və hakimiyyətdə parçalanmalar olacaq. Sözsüz ki, onların içərisində düşüncə insanları var və onların bir hissəsi müxalifətin tərəfinə keçəcək.
-Siz AXCP olaraq seçkidə iştirak edəcəksinizmi?
-Şübhəsiz ki, iştirak edəcəyik. Ancaq biz indi seçkidə partiya, blok və ya daha geniş koalisiya formasında iştirakımız məsələlərini araşdırırıq. Çalışırıq ki, müxalifət yönlü siyasi partiyaların əksəri bir arada olsun və vahid namizəd məsələsinə gəlinsin. Fikirləşirik ki, seçkilərə qədər müvəqqəti hökumət yaranmalı və seçkini də o keçirməlidir. Biz düşünürük ki, indiki MSK ilə seçkiyə getmək oyun olacaq. Odur ki, seçkidə iştirak formatı haqqında düşünürük.
-Əsas və ya vahid namizəd kim olsa, müxalifət düşərgəsi uğur əldə edə bilər?
-Biz bu məsələdə xüsusi ad hallandırmaq istəmirik. Sözsüz ki, Azərbaycanda siyasi partiyaların hamısı cəmiyyətdə kimi populyar və qəbul olunduğunu izləyir, özləri də sorğular aparırlar. Bizdə rayonlarda oluruq, yerlərdə siyasi durumu öyrənir və namizədin kim olması haqda rəyləri öyrənib araşdırırıq. Biz bunu açıqlamırıq. Çünki AXCP vahid namizəd məsələsini sona qədər gözləyəcək və bunun baş tutmasına çalışacaq. Mənim fikrimcə, vahid namizədin müəyyən edilməsi üçün erkən seçim olmalıdır. Və ya neçə illərdir ki, siyasi proseslərdə iştirak edən siyasi liderlər geri çəkilərək real namizədi müdafiə etməlidir ki, sonda uğur əldə olunsun.
-Naxçıvanda siyasi durum necədir?
-Bildiyiniz kimi Naxçıvan son 20 ildə ən ağır şəraitdə yaşayan bölgədir. Son günlər Naxçıvanda yerli hakimiyyətin əleyhinə vərəqlərin yayılmasından sonra hakimiyyət ciddi tədbirlərə əl atıb. Mənə çatan məlumata görə, son günlər axşam saatlarında küçəyə çıxanda şəxsiyyət vəsiqəsi üzərində olmalıdır, eləcədə hara getdiyinin izahatını verməlidir və s. Belə sıxıntılar var. Demək olar ki, Naxçıvanda əhalinin yüz faizi bu rejimdən bezib. Ancaq Naxçıvanda təkbaşına bir şey edə bilməz. Məncə, mərkəzdə ciddi proses baş verərsə, Naxçıvanda bu məsələnin həlli asan olacaq. Biz Naxçıvan məsələsini müzakirə edirik və orada baş verənlər bizi ciddi narahat edir. Orada neçə illərdir ki, hakimiyyəti sıxıblar, insanların bir çoxunun əmlakı əlindən alınıb. Naxçıvanda qısa müddətli elə partlayış baş verə bilər ki, insanlar hər şeyi bir anda məhv edir. Biz prosesin bu cür getməsinin də tam əleyhinəyik. Yəni Qubada baş verən prosesin Naxçıvanda və digər bölgələrdə baş verməsinə qarşıyıq. Ancaq Naxçıvan bizi daha çox narahat edir. Heç kim deyə bilməz ki, sabah Azərbaycanda nə baş verəcək. Çünki hakimiyyətin və cəmiyyətin içində gedən proseslər bunu deməyə əsas verir və partlayışın təkanverici amillərini yaradır.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin səbəblərini açıqlayıb

    Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin ...

    23-10-2013, 16:48

  • 
  • Asəf Quliyevdən Milli Şuraya sərt İTTİHAMLAR

    Asəf Quliyevdən Milli Şuraya sərt İTTİHAMLAR ...

    9-12-2013, 10:15

  • 
  • AXCP: “İctimai Palata fəaliyyətini davam etdirəcək” -AÇIQLAMA

    AXCP: “İctimai Palata fəaliyyətini davam ...

    4-06-2013, 15:14

  • 
  • AXCP rəsmiləri Ağstafada həbs edildilər

    AXCP rəsmiləri Ağstafada həbs edildilər ...

    15-06-2013, 17:55

  • 
  • Arif Hacılı: "İctimai Palatanı süni şəkildə saxlamaq niyyətində deyilik”

    Arif Hacılı: "İctimai Palatanı süni şəkildə ...

    9-01-2014, 02:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu