GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Milli Şuradan təlatümlü istefalar - (Yenilənib)

Milli Şuradan təlatümlü istefalar - (Yenilənib)

Tarix: 26-12-2013, 20:48 Bölmə :Manşet Baxış: 676
  Milli Şuradan təlatümlü istefalar - (Yenilənib)
Rüstəm İbrahimbəyov: “İstefa verməyi özümə borc bilirəm”
Eldəniz Quliyev:“Milli Şura üçün ürəyində kəlmeyi-şəhadət oxuyanlar rahat olsunlar”; Arif Hacılı: “R.İbrahimbəyovun Rusiya qarşısında müəyyən öhdəlikləri var”
Dekabrın 26-da Milli Şuranın fəxri sədri kinodramaturq Rüstəm İbrahimbəyov postundan istefa verib. Turan agentliyinə göndərdiyi müraciətində R.İbrahimbəyov belə bir addımı Demokratik Qüvvələrin Milli Şurasına daxil olan siyasi qüvvələr arasındakı fikir ayrılığını aradan qaldırmaq, 2013-cü il mayın 28-də onun təşəbbüsü ilə yaradılan bu ictimai institutun fəaliyyətinin davamlılığını təmin etmək üçün atdığını bildirib: “Prezident seçkilərindən dərhal sonra demokratik müxalifətin sıralarında kəskinləşən partiyalararası fikir ayrılıqları ictimaiyyətin diqqətini ölkənin əsas problemlərindən yayındırır. Milli Şuranın fəaliyyətinin nəticələrini şübhə altına alanların məqsədlərini analiz etmək fikrində deyiləm, lakin şübhəsiz ki, onların fəaliyyəti demokratik qüvvələrin birliyini pozmağa yönəlib və Milli Şuranın mövcudluğu faktının beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsindən narahatlıq keçirən hakimiyyətin maraqları ilə üst-üstə düşür.



Qeyd etmək istəyirəm ki, Milli Şuranı tənqid edənlər öz destruktiv hərəkətlərini bizim təşkilatın “sıralarının təmizliyindən” narahatlıqları ilə ört-basdır edirlər, lakin ardıcıl olaraq MŞ-nin yaradılmasına, prezident seçkilərində ikinci namizəd kimi Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsinə necə mane olduqlarını unudurlar.

Və bu gün yalnız özlərinə aydın olan hansısa məqsədlərinə nail olmaqla MŞ-nin tənqidçiləri iyirmi il ərzində qarşılıqlı irad və ittihamlar səbəbindən pərən-pərən düşmüş demokratik qüvvələrin bu geniş koalisiyasının tarixi əhəmiyyətini kiçildirlər. Dünya demokratik birliyi MŞ-ni Azərbaycanda demokratik müxalifətin yeni inkişaf pilləsi kimi qəbul edir, MŞ-ni faydalı qarşılıqlı əməkdaşlığı mümkün olan nüfuzlu təşkilat kimi görür. Bu, hakimiyyəti və öz hərəkətləri ilə Milli Şuranı iki-üç partiyanın ittifaqına çevirmək istəyənləri narahat edir.

Bütün bunları başa düşərək və Müsavat Partiyası rəhbərliyinin mənim Milli Şuranın fəxri sədri seçilməyim ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu nəzərə alaraq qurumun fəxri sədri postundan imtina etməyi öz borcum hesab edirəm.

Ümidvaram ki, mənim qərarım heç olmasa bir müddət partiyalararası gərginliyi aradan qaldıracaq və Milli Şuranın saxlanmasına yardım edəcək.

Demokratik birliyin yaradılması uğrunda səylərimə haqq qazandıranlara və dəstəkləyənlərə bir daha öz təşəkkürümü bildirirəm və bu məktubun istefam barədə rəsmi bəyanat hecab olunmasını xahiş edirəm”.

****


Rüstəm İbrahimbəyovun bəyanatından bir neçə saat sonra isə EL hərəkatının və Milli Şuranın rəhbərlərindən olan Eldəniz Quliyev Milli Şuradan istefa verib. “Yeni Müsavat”a açıqlamasında o, baş verənlər üçün Müsavat Partiyasının məsuliyyət daşıdığını deyib: “Rüstəm müəllim çox həssas insandı. Müsavat Partiyasının son sessiyadakı adekvat olmayan, şəxsən mənim əsaslı saymadığım bir məntiqlə “Rüstəm İbrahimbəyov fəxri sədr olsa Müsavat Milli Şuradan gedəcək” deməsi bu addımın əsas səbəblərindəndir. Bu cür çağırışlar konkret nəticəyə hesablanmışdı. Bilirdilər ki, Rüstəm bəy belə münasibəti çox həssaslıqla qəbul edəcək və gedəcək. Rüstəm İbrahimbəyovun getməyi ilə Milli Şura nə qazandı? Demokratik düşərgə bundan sonra düz yoldan çıxıb yenidən bataqlığa doğru irəliləyəcək. İndiyə qədər Milli Şuranın kəlmeyi-şəhadətini ürəklərində oxuyanlar artıq arxayın olub onu yüksək səslə oxuya bilərlər”.



Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri statusundan istefa verməsinə münasibət bildirib.

Arif Hacılı “Qafqazinfo”ya açıqlamasında deyib ki, Rüstəm İbrahimbəyovun Mili Şuranın həmsədri, ya da fəxri sədri olması indiki durumda Azərbaycan müxalifətinin xeyrinə deyil: “Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Onun Rusiya qarşısında müəyyən öhdəlikləri var. Orada öz peşə fəaliyyəti ilə məşğuldur. Buna görə də Rusiyadan xeyli dərəcədə asılıdır".

Arif Hacılı bildirib ki, Rüstəm İbrahiməbəyovun Müsavat Partiyası rəhbərliyinin onun Milli Şuranın fəxri sədri seçilməyi ətrafında apardığı diskussiyaların Milli Şuraya qarşı ümumi kampaniyanın tərkib hissəsi olduğunu barədə olan fikirlərini də qəbul etmir: "Çünki Müsavat Partiyası Milli Şuranın yaranmasında aparıcı qüvvə olub. Seçki prosesinin aparılmasında, Mill Şuranın təşkil etdiyi aksiyalarda aktivliyi ilə seçilib. Milli Şuranın qərarlarını yerinə yetirməyə çalışıb. Ona görə də Rüstəm İbrahimbəyovun problemin mahiyyətini dərk edərək fəxri sədrlikdən istefa etdiyini düşünürəm".

“Yeni Müsavat”a isə məlum olub ki, bu şəxslərin Milli Şuradan getmələrinin əsas səbəbi Müsavat Partiyası ilə bağlı deyil: “EL Hərəkatı prinsipial qərar verib və bu qurumun üzvləri yaxın günlərdə tamamilə Milli Şuranı tərk edəcəklər. Bunun səbəbi Milli Şura formatının onların nəzərində tamamilə iflas etməsidir. EL hərəkatı üzvləri öz aralarında tamamilə başqa bir təşkilatı – AXCP-ni suçlayırlar. Onlar hesab edirlər ki, MŞ sədri Cəmil Həsənli artıq AXCP rəhbərliyinin tam təsiri altındadır və Milli Şura da adekvat olaraq, monopoliyaya götürülüb. EL-çilər bundan belə yeni format arayışında olacaqlar”.

Yekunda müxbirimiz soruşub: “Milli Şura layihəsinin qurucusu olan “Milyarderlər İttifaqı”nın “boz kardinalı” Ramazan Abdullatipovun Bakıya səfəri və burada isti qarşılanması ilə ölkəmizin siyasi həyatında baş verən bu qəfil hadisə arasında bağlılıq varmı? ”

Həmsöhbətimiz deyib: “Heç bir bağlılıq yoxdur. EL hərəkatı artıq çoxdan getməyə qərar verib. “Milyarderlər ittifaqı” isə Putinin Bakıya səfərindən sonra “Milli Şura”nı taleyin ümidinə buraxmışdı...”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri sədr isə İbrahimbəyov oldu - Yenilənib

    Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri ...

    3-12-2013, 22:36

  • 
  • “Rüstəm İbrahimbəyov istefa ərizəsini təzyiq altında yazıb”

    “Rüstəm İbrahimbəyov istefa ərizəsini təzyiq ...

    3-12-2013, 01:12

  • 
  • Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı məktubu

    Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı məktubu ...

    29-05-2013, 01:39

  • 
  • İbrahimbəyov: “Sədrlikdə qalmağımı istəyənlər var” - Açıqlama

    İbrahimbəyov: “Sədrlikdə qalmağımı istəyənlər ...

    2-12-2013, 15:15

  • 
  • Rüstəm İbrahimbəyovun ilk sərəncamı (yenilənib)

    Rüstəm İbrahimbəyovun ilk sərəncamı (yenilənib) ...

    11-06-2013, 17:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu