“Nəqliyyat Departamentinin müfəttişlərinin sürücünü döyməsi ilə bağlı məsələ araşdırılacaq”.
Bunu AzNews.az-a açıqlamasında Nəqliyyat Nazirlyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. Ötən gün paytaxtda taksi sürücüsünə qarşı Nəqliyyat Departamentinin əməkdaşlarının fiziki güc tətbiq etməsi ilə bağlı mediada yayılan görüntüyə münasibət bildirən N. Həsənov deyib ki, bu məsələ hüquq mühafizə orqanları və nazirlik tərəfindən ciddi araşdırılacaq: “Müfəttişlərin günahı varsa, işdən azad olunacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?