GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İsgəndər Həmidovun“Boz qurd”ları Ukraynada fəallaşıb

İsgəndər Həmidovun“Boz qurd”ları Ukraynada fəallaşıb

Tarix: 4-01-2014, 18:11 Bölmə :Manşet Baxış: 1 037
İsgəndər Həmidovun“Boz qurd”ları Ukraynada fəallaşıb
İsgəndər Həmidovdan Ukrayna Təhlükəsizlik Xidmətinə şikayət verildi
“...Onun rəhbərlik etdiyi “Boz qurd”lar Ukraynada fəallaşıb”

Azərbaycanda Elçibəy hakimiyyətində daxili işlər naziri postunu tutmuş İsgəndər Həmidovdan Ukrayna xüsusi xidmət orqanlarına şikayət göndərilib. Virtualaz.org saytı xəbər verir ki, şikayət edən Ukraynanın sağ-millətçi “Haqq işi” partiyasının lideri Dmitri Sineqryovdur.

D.Sineqryovun Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-mayor Aleksandr Yakimenkoya göndərdiyi məktubdan bəlli olur ki, İsgəndər Həmidovdan şikayətin səbəbi onun rəhbərlik etdiyi “Boz qurd”lar hərəkatının Ukraynada fəallaşmasıdır.

Məktubda deyilir: “Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-mayor Yakimenko A.Q-ya. Son vaxtlar Ukraynada radikal islamçı struktur olan “Süleymançılar” (“Boz qurdlar”) öz fəaliyyətini gücləndirib. Onun Ukrayna şöbəsinə etnik tatar olan və Odessa vasitəsilə ölkəyə gələn Türkiyə vətəndaşı rəhbərlik edir. “Boz qurdlar”ın həm Türkiyə xüsusi xidmət orqanları, həm Səudiyyə Ərəbistanının vəhabi təşkilatları ilə əlaqəsi var.

“Süleymançılar” 1958-ci ildə yaradılmış radikal islamçı türk təşkilatıdır və hazırda Türkiyədə yarı-leqal fəaliyyət göstərir. “Süleymançılar”ın ideologiyası nüfuzlu türk siyasətçilərinin və ruhanilərinin Ukraynanın Qara dəniz sahillərini də özündə birləşdirən “böyük Türkiyə” maraqlarını əks etdirir. SSRİ-nin dağılmasından sonra “Boz qurdlar” bizim ölkəmizin ərazisində fəallaşıb. Azərbaycanda daxili işlər naziri İsgəndər Həmidovun rəhbərliyi altında təşkilatın qolu yaradılıb.



İ.Həmidov təşkilatın Ukraynadakı fəaliyyətinə şəxsən rəhbərlik edib. Təşkilatın Ukraynadakı fəaliyyəti Azərbaycan milli-mədəni cəmiyyətləri altında həyata keçirilib. Hazırda “Boz qurdlar”ın maraq orbitinə Azovsk mədrəsəsi daxildir. Mədrəsə Türkiyənin Əziz Mahmud Xudai Vəkfinin patronajlığı altında fəaliyyət göstərir. Fond Krımda 90-cı illərin əvvəllərindən fəaliyyətdədir”.

Sineqryov yazır ki, Krımda Türkiyədə dünyəvi dövlət rejimini dəyişdirməyə çalışan “Nurçular” təriqəti də fəaldır. Onun iddiasına görə, bu təriqət Ukraynada “Boz qurdlar”la sıx əməkdaşlıq edir. Ukrayna millətçisinin yazdığına görə, “Boz qurdlar”ın bu ölkədəki təşkilatının rəhbəri son vaxtlar Nikolayev, Odessa, Xerson, Zaparojets və Luqansk vilayətlərinə tez-tez səfərlər edir. Orada azərbaycanlı diasporunun rəhbərləri ilə görüşür, habelə türk cəmiyyətləri ilə təmasda olur.

“Sizə müraciət edərək tələb edirəm ki, Ukrayna ərazisində “Boz qurdlar” radikal təşkilatının və “Nurçular” təriqətinin fəaliyyəti qadağan edilsin. Onların fəaliyyəti mövcud dövlət quruluşunu dəyişdirməyə yönəlib və fəaliyyətlərində terrorçuluq əlamətləri var. Həmçinin tələb edirəm ki, “Boz qurdlar”ın və “Nurçular”ın fəaliyyətinə himayəçilik edən azərbaycanlı diaspor təşkilatlarının və türk cəmiyyətlərinin rəhbərlərinin fəaliyyəti də yoxlanılsın” deyə Sineqryov yazır.



Qeyd edək ki, D.Sineqryov Ermənistan üzərindən Dağlıq Qarabağa səfər edərək erməni separatçıları ilə görüşdüyü üçün Azərbaycan XİN-in “arzuolunmaz şəxslər” siyahısında yer alır. O, əvvəllər də Azərbaycana qarşı çıxışlar edib. Virtualaz.org Ukrayna millətçisinin İsgəndər Həmidov barədə şikayətini keçmiş daxili işlər naziri ilə aydınlaşdırmağa çalışacaq. Saytımızı izləyin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bütün "qanuni oğru"lar Rusiya xüsusi xidmət orqanlarına çalışırlar"

    "Bütün "qanuni oğru"lar Rusiya ...

    11-07-2016, 15:49

  • 
  • MSK İsgəndər Həmidovun şikayətinə baxdı

    MSK İsgəndər Həmidovun şikayətinə baxdı ...

    16-10-2015, 17:15

  • 
  • Ukrayna Mixail Qarbaçova qadağa qoydu

    Ukrayna Mixail Qarbaçova qadağa qoydu ...

    26-05-2016, 22:33

  • 
  • Ukraynada daha 3 yaşayış məntəqəsi azad edilib

    Ukraynada daha 3 yaşayış məntəqəsi azad edilib ...

    12-08-2014, 21:49

  • 
  • Cəmil Həsənli İsgəndər Həmidovun çıxış etməməsindən danışdı

    Cəmil Həsənli İsgəndər Həmidovun çıxış ...

    15-12-2013, 19:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu