Ukraynada siyasətə qoşulan və ya siyasətçilərə dəstək verən bütün güclü "qanuni oğru"lar Rusiya xüsusi xidmət orqanlarına çalışırlar.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, bu iddianı Ukrayna mətbuatına müsahibəsində Milli Polisin rəhbəri Xatiya Dekanoidze söyləyib.
Onun sözlərinə görə, bu qanuni oğruların bir nömrəli məqsədi ölkədəki kriminogen vəziyyəti pisləşdirməkdir:
"Mən tam əminəm ki, Ukraynada olan bütün gürcü, rus və ya ukraynalı "qanuni oğru"ların hamısı Rusiya Federal Təhlükəsizlik Xidmətinə çalışırlar. Elə "qanuni oğru"lar var ki, onlar siyasətə də qoşula bilərlər. Bu cür insanları biz Şevardnadzenin zamanında Gürcüstanda görmüşük".
Sorğu
Yeni dizaynımız necədir?